Dünya İqtisadi Forumu və Azərbaycan: strateji hədəflər reallığa çevrilir

10:24 / 05.02.2016

Hikmət Babaoğlu

Siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı

Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin inkişaf istiqamətlərini müəyyən edən strateji faktorlardan biri dünya iqtisadiyyatında müşahidə olunan tendensiyalardır. Bu tendensiyalar daha çox siyasi amillərin, hərbi-strateji faktorların təsiri ilə meydana çıxsa da, dünya iqtisadiyyatının subyektləri qismində çıxış edən müxtəlif  aktorların (dövlətlər, transmilli korporasiyalar, qlobal biznes strukturları, QHT-lər və s.) qarşılıqlı təmas və əlaqələri də xüsusi yer tutur. Bu kontekstdə qlobal iqtisadi-siyasi dialoq platformaları müstəsna rol oynayır. Daha çox Davos Forumu adı ilə tanınan Dünya İqtisadi Forumu bu mənada xüsusi qeyd edilməlidir.

 

Dünya İqtisadi Forumu strateji platforma kimi

Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün müxtəlif transmilli media qurumları tərəfindən birbaşa nümayiş etdirilir. müddətində transmilli korporasiyaların rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır. Dünya İqtisadi Forumunun hazırda Çinin Tayvan əyalətində və Nyu-Yorkda nümayəndəlikləri mövcuddur. 2005-ci ilin yanvarında Forum çərçivəsində Gənc Qlobal Rəhbərlər adlı müstəqil təşkilat da təsis olunub. Dünya İqtisadi Forumu illik dünya forumları ilə yanaşı, Latın Amerikası, Orta Şərq, Afrika, Şərqi Asiya, Rusiya, Avropa və Mərkəzi Asiya üzrə regional iqtisadi forumlar da təşkil edir. Forumlar üçün seçilən mövzular aktuallığı ilə diqqət çəkir, məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında-potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir (1).

Dünya İqtisadi Forumunun tarixinə qısa nəzər

Hazırda Davos Forumuna dünyada çox böyük maraq var. Forumun illik toplantılarına dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar. Dünya İqtisadi Forumu ilk dəfə 1971-ci ilin yanvarında Davos şəhərində Avropa Komissiyasının və Avropa sənaye assosiasiyalarının təşkilatçılığı ilə Avropa biznes liderlərinin görüşü kimi keçirilib. Daha sonra həmin görüşə sədrlik edən professor Klaus Şvab (Klaus Schwab) qeyri-kommersiya təşkilatı kimi mərkəzi qərargahı İsveçrənin paytaxtı Cenevrədə yerləşən Avropa Menecment Forumunun əsasını qoyub. Avropa iş adamlarının Davosdakı qış istirahət mərkəzində ənənə halını alan görüşləri əsasən, region şirkətlərinin ABŞ-da mövcud olan menecmentlik təcrübəsini mənimsəməsi yollarını müzakirə etmək məqsədi daşıyırdı (2). İlk dəfə olaraq 1974-cü ilin yanvarında siyasi liderlər də Davos görüşünə dəvət olunublar. Buna səbəb iri şirkətlərin maraqlarına təsir edən dövlətlərarası münaqişələrin, vətəndaş müharibələrinin, beynəlxalq layihələrin gerçəkləşdirilməsi və digər məsələlərin həlli dövlət və hökumət başçılarının iradəsindən asılı olması idi. Təşkilatın əhatə dairəsi və rolunun genişlənməsi nəticəsində 1987-ci ildə qurumun adı dəyişdirilərək Dünya İqtisadi Forumu adlandırıldı. 1976-cı ildən müəyyənləşdirilən qaydaya əsasən, Dünya İqtisadi Forumuna qlobal, regional və milli səviyyələrdə ən nüfuzlu, gəlirli və fəaliyyət dairəsi geniş olan 1000 şirkət üzvdür. Onlar təqribən 100 milyon ABŞ dollarından 5 milyard dollaradək illik gəliri olan, orta hesabla 15 faizlik illik artım tempinə malik olan, fəaliyyət göstərdikləri cəmiyyətdə aktivliyi, səmərəliliyi ilə seçilən şirkətlərdir.

Dünya İqtisadi Forumunun illik hesabatları strateji əhəmiyyətli konseptual mənbə kimi

Qlobal əhəmiyyətli bir çox vacib məsələləri diqqət mərkəzində saxlamaq məqsədilə Dünya İqtisadi Forumu illik hesabatlar hazırlayır. Qeyd etdiyimiz imi, Forumun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında müxtəlif göstəricilər əsasında ayrı-ayrı dövlətlərin iqtisadiyyatının rəqabət qabiliyyəti reytinq cədvəlində əks olunur. Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatında dünya iqtisadiyyatını təhdid edən təhlükələr və onların səviyyəsi əksini tapır. Minlərlə ekspertin araşdırmalarının nəticəsi olaraq qarşıdakı 10 il müddətində dünyanı narahat edə biləcək 50 əsas risk müəyyən edilir. Dünya iqtisadiyyatını hədələyən risklər əmək bazarındakı, maliyyə sistemindəki disbalansdan, miqrasiya, demoqrafik problemlərə, terrorizm, kütləvi qırğın silahlarının yayılması, kiberhücum təhlükələrinədək ən müxtəlif sahələri əhatə edir (4).

Davos Forumu iqtisadi güc mərkəzlərinin dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Bunun da nəticəsində Forum görüşləri bəzən mühüm siyasi nəticələrlə yadda qalır. Məsələn, 1988-ci ildə Forum çərçivəsində Türkiyə ilə Yunanıstan arasında Davos Bəyannaməsinin imzalanması kritik həddə olan iki ölkə münasibətlərinin tədricən yaxşılaşmasına təkan verdi. 1989-cu ildə isə Davosda Şimali və Cənubi Koreya arasında nazirlər səviyyəsində ilk görüş keçirilib. Həmin ilin Davos Forumu çərçivəsində Almaniya kansleri ilə Şərqi Almaniya dövlətinin baş naziri arasında keçirilən görüşdə ölkənin birləşdirilməsi müzakirə olunub.

Davos Forumunun iqtisadi və siyasi əhəmiyyəti bu gün daha da artıb. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır (5).

Azərbaycanın Dünya İqtisadi Forumunda uğurla təmsil olunur

Əlbəttə, bu qlobal iqtisadi-siyasi platforma hər bir müstəqil siyasi kursa malik olan ölkənin orada uğurla təmin olunmasını zəruri edir. Bu baxımdan, Azərbaycan da istisna təşkil etmir. Bəlli olduğu kimi, son 10 ildə dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib, eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya olunub. Prezident İham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-iqtisadi kursun fonunda milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına müstəsna töhfələr verib. Sadalananların qanunauyğun nəticəsi kimi, Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış edir.

İkitərəfli və çoxtərəfli siyasi-iqtisadi münasibətlərin inkişafı istiqamətində Azərbaycanın Dünya İqtisadi Forumunda təmsil olunması da xüsusi vurğulanmalıdır. Hər il keçirilən ənənəvi Forumda Azərbaycan ən yüksək səviyyədə uğurla iştirak edir. Məhz Dünya İqtisadi Forumunun 2013-cü ilin aprelin 7-8-də Bakıda keçirilməsi bunun bariz nümunələrindən biridir. Forum Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq adı altında baş tutub, dünyanın diqqət mərkəzində olan, strateji əhəmiyyətli Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi inkişafı, bölgədəki iqtisadi vəziyyətin dünyanın digər regionlarına təsiri, gələcək perspektivlər və digər məsələlər müzakirə olunub. Ümumdünya İqtisadi Forumunun Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara verilən dəyərin təzahürüdür.

Azərbaycanın Dünya İqtisadi Forumunda iştirak tarixi müsbət qiymətləndirilir. Məlumat üçün qeyd edək ki,  1995-ci ilin 27-31 yanvar tarixlərində Ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycanın Forumda ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş keçirilib. Görüş çərçivəsində Ulu öndər Heydər Əliyev ölkəmiz haqqında, əldə olunan iqtisadi göstəricilər barədə tədbir iştirakçılarını məlumatlandıraraq Azərbaycan reallıqlarının təqdimatında bu kimi tədbirlərin böyük rola malik olduğunu diqqətə çatdırıb (4).

Məhz bu tendensiya sonrakı dönəmlərdə də davam edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və orada söylədiyi fikirlər bütün bunlara görə böyük maraq doğurmaqdadır. Mütəxəssislər Azərbaycanın dövlət başçısının təhlillərinə və irəli sürdüyü fikirlərə ciddi diqqət yetirirlər, dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın diqqət mərkəzində olur. Prezident İlham Əliyev məhz 2016-cı ildə keçirilən Forum çərçivəsində baş tutmuş sessiyalarda da Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri, perspektivi, qarşıda duran hədəflər və digər məsələlərlə bağlı fikirlər səsləndirib. Eyni zamanda, ölkə başçısının Davos Forumunun saytında dərc edilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı analitik məqaləsində bəhs olunan məsələlərə dair tezis xarakterli analitik fikirləri yer alıb (bax: Ilham Aliyev. The future of Azerbaijan’s economy / weforum.org, 20 Januar 2016). Ölkə rəhbəri həmin yazıda vurğulayıb: “Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir” (3).

Təsadüfi deyil ki, Foruma dair analitik məqalələrlə çıxış etmiş nüfuzlu beynəlxalq agentliklər belə bir qənaət ifadə edirlər: Dünya İqtisadi Forumunda səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlığa töhfələri davamlıdır və regional, qlobal əməkdaşlıqda müstəsna rol oynayır.

Ədəbiyyat siyahısı:

  1. http://www.cnbc.com/davos-world-economic-forum/
  2. http://www.ft.com/indepth/davos
  3. Ilham Aliyev. The future of Azerbaijan’s economy / weforum.org, 20 Januar 2016
  4. http://yeniazerbaycan.com/Axtarish_e11403_az.html
  5. http://www.weforum.org/events/world-economic-forum-annual-meeting-2016

 

Xülasə

Məqalədə Dünya İqtisadi Forumunun əhəmiyyətindən, Azərbaycanın  Davos Forumu kimi səciyyələndirilən bu platformada uğurla təmsil olunmasından bəhs edilmişdir. Qeyd edilmişdir ki, Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur. Davos Forumunun tarixinə qısa nəzər yetirilən məqalədə Dünya İqtisadi Forumunun illik hesabatları strateji əhəmiyyətli konseptual mənbə kimi xarakterizə edilib, bildirilib ki, bu Forumu iqtisadi güc mərkəzlərinin dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. Diqqətə çatdırılıb ki, ikitərəfli və çoxtərəfli siyasi-iqtisadi münasibətlərin inkişafı istiqamətində Azərbaycan Dünya İqtisadi Forumunda uğurla təmsil olunur.

Summary

In the article deals with importance of World Economic Forum, as well as participating of Azerbaijan successfully. It hase been noted that World Economic Forum is considered strategical platform for carry out in the global and regional level of the discussion of the basic political, social and economical problems of the world. Annual reports of the world economical forum do define as strategical important conceptual source in the short article paid attention to the history of the Davos forum, has been informed that it carries this forum the report character to the dialogue of the centres of economical strength and world community. It has been brought to the attention that development trilateral and multilateral relations of Azerbaijan of the attitudes in the world economical forum successfully.

Pезюме

В статье говорится о важности Всемирного экономического форума, а также об успешном участие Азербайджана на этом платформе который характеризуется как Давоссий Форум. Было отмечено, что Всемирный экономический форум, является стратегически важной платформой, где на глобальном и региональном уровне происходит обсуждение основных мировых политических, социальных и экономических проблем. В статье, в которой приводится краткий обзор истории, годовые отчеты Всемирного экономического Форума характеризуются как источники концептуально важной стратегической информации, и было отмечено, что этот Форум является центром  экономических  силовых центров и представляется собой своеобразную отчетность мировой общественности. Было отмечено, что  Азербайджан был успешно представлен на Всемирном экономическом форуме в плане развития двусторонних и многосторонних политических и экономических отношений


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM