Siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı
Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin inkişaf istiqamətlərini müəyyən edən strateji faktorlardan biri dünya iqtisadiyyatında müşahidə olunan tendensiyalardır. Bu tendensiyalar daha çox siyasi amillərin, hərbi-strateji faktorların təsiri ilə meydana çıxsa da, dünya iqtisadiyyatının subyektləri qismində çıxış edən müxtəlif aktorların (dövlətlər, transmilli korporasiyalar, qlobal biznes strukturları, QHT-lər və s.) qarşılıqlı təmas və əlaqələri də xüsusi yer tutur. Bu kontekstdə qlobal iqtisadi-siyasi dialoq platformaları müstəsna rol oynayır. Daha çox Davos Forumu adı ilə tanınan Dünya İqtisadi Forumu bu mənada xüsusi qeyd edilməlidir.
Dünya İqtisadi Forumu strateji platforma kimi
Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün müxtəlif transmilli media qurumları tərəfindən birbaşa nümayiş etdirilir. müddətində transmilli korporasiyaların rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır. Dünya İqtisadi Forumunun hazırda Çinin Tayvan əyalətində və Nyu-Yorkda nümayəndəlikləri mövcuddur. 2005-ci ilin yanvarında Forum çərçivəsində Gənc Qlobal Rəhbərlər adlı müstəqil təşkilat da təsis olunub. Dünya İqtisadi Forumu illik dünya forumları ilə yanaşı, Latın Amerikası, Orta Şərq, Afrika, Şərqi Asiya, Rusiya, Avropa və Mərkəzi Asiya üzrə regional iqtisadi forumlar da təşkil edir. Forumlar üçün seçilən mövzular aktuallığı ilə diqqət çəkir, məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında-potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir (1).
Dünya İqtisadi Forumunun tarixinə qısa nəzər
Hazırda Davos Forumuna dünyada çox böyük maraq var. Forumun illik toplantılarına dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar. Dünya İqtisadi Forumu ilk dəfə 1971-ci ilin yanvarında Davos şəhərində Avropa Komissiyasının və Avropa sənaye assosiasiyalarının təşkilatçılığı ilə Avropa biznes liderlərinin görüşü kimi keçirilib. Daha sonra həmin görüşə sədrlik edən professor Klaus Şvab (Klaus Schwab) qeyri-kommersiya təşkilatı kimi mərkəzi qərargahı İsveçrənin paytaxtı Cenevrədə yerləşən Avropa Menecment Forumunun əsasını qoyub. Avropa iş adamlarının Davosdakı qış istirahət mərkəzində ənənə halını alan görüşləri əsasən, region şirkətlərinin ABŞ-da mövcud olan menecmentlik təcrübəsini mənimsəməsi yollarını müzakirə etmək məqsədi daşıyırdı (2). İlk dəfə olaraq 1974-cü ilin yanvarında siyasi liderlər də Davos görüşünə dəvət olunublar. Buna səbəb iri şirkətlərin maraqlarına təsir edən dövlətlərarası münaqişələrin, vətəndaş müharibələrinin, beynəlxalq layihələrin gerçəkləşdirilməsi və digər məsələlərin həlli dövlət və hökumət başçılarının iradəsindən asılı olması idi. Təşkilatın əhatə dairəsi və rolunun genişlənməsi nəticəsində 1987-ci ildə qurumun adı dəyişdirilərək Dünya İqtisadi Forumu adlandırıldı. 1976-cı ildən müəyyənləşdirilən qaydaya əsasən, Dünya İqtisadi Forumuna qlobal, regional və milli səviyyələrdə ən nüfuzlu, gəlirli və fəaliyyət dairəsi geniş olan 1000 şirkət üzvdür. Onlar təqribən 100 milyon ABŞ dollarından 5 milyard dollaradək illik gəliri olan, orta hesabla 15 faizlik illik artım tempinə malik olan, fəaliyyət göstərdikləri cəmiyyətdə aktivliyi, səmərəliliyi ilə seçilən şirkətlərdir.
Dünya İqtisadi Forumunun illik hesabatları strateji əhəmiyyətli konseptual mənbə kimi
Qlobal əhəmiyyətli bir çox vacib məsələləri diqqət mərkəzində saxlamaq məqsədilə Dünya İqtisadi Forumu illik hesabatlar hazırlayır. Qeyd etdiyimiz imi, Forumun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında müxtəlif göstəricilər əsasında ayrı-ayrı dövlətlərin iqtisadiyyatının rəqabət qabiliyyəti reytinq cədvəlində əks olunur. Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatında dünya iqtisadiyyatını təhdid edən təhlükələr və onların səviyyəsi əksini tapır. Minlərlə ekspertin araşdırmalarının nəticəsi olaraq qarşıdakı 10 il müddətində dünyanı narahat edə biləcək 50 əsas risk müəyyən edilir. Dünya iqtisadiyyatını hədələyən risklər əmək bazarındakı, maliyyə sistemindəki disbalansdan, miqrasiya, demoqrafik problemlərə, terrorizm, kütləvi qırğın silahlarının yayılması, kiberhücum təhlükələrinədək ən müxtəlif sahələri əhatə edir (4).
Davos Forumu iqtisadi güc mərkəzlərinin dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır
İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Bunun da nəticəsində Forum görüşləri bəzən mühüm siyasi nəticələrlə yadda qalır. Məsələn, 1988-ci ildə Forum çərçivəsində Türkiyə ilə Yunanıstan arasında Davos Bəyannaməsinin imzalanması kritik həddə olan iki ölkə münasibətlərinin tədricən yaxşılaşmasına təkan verdi. 1989-cu ildə isə Davosda Şimali və Cənubi Koreya arasında nazirlər səviyyəsində ilk görüş keçirilib. Həmin ilin Davos Forumu çərçivəsində Almaniya kansleri ilə Şərqi Almaniya dövlətinin baş naziri arasında keçirilən görüşdə ölkənin birləşdirilməsi müzakirə olunub.
Davos Forumunun iqtisadi və siyasi əhəmiyyəti bu gün daha da artıb. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır (5).
Azərbaycanın Dünya İqtisadi Forumunda uğurla təmsil olunur
Əlbəttə, bu qlobal iqtisadi-siyasi platforma hər bir müstəqil siyasi kursa malik olan ölkənin orada uğurla təmin olunmasını zəruri edir. Bu baxımdan, Azərbaycan da istisna təşkil etmir. Bəlli olduğu kimi, son 10 ildə dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib, eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya olunub. Prezident İham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-iqtisadi kursun fonunda milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına müstəsna töhfələr verib. Sadalananların qanunauyğun nəticəsi kimi, Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış edir.
İkitərəfli və çoxtərəfli siyasi-iqtisadi münasibətlərin inkişafı istiqamətində Azərbaycanın Dünya İqtisadi Forumunda təmsil olunması da xüsusi vurğulanmalıdır. Hər il keçirilən ənənəvi Forumda Azərbaycan ən yüksək səviyyədə uğurla iştirak edir. Məhz Dünya İqtisadi Forumunun 2013-cü ilin aprelin 7-8-də Bakıda keçirilməsi bunun bariz nümunələrindən biridir. Forum Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq adı altında baş tutub, dünyanın diqqət mərkəzində olan, strateji əhəmiyyətli Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi inkişafı, bölgədəki iqtisadi vəziyyətin dünyanın digər regionlarına təsiri, gələcək perspektivlər və digər məsələlər müzakirə olunub. Ümumdünya İqtisadi Forumunun Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara verilən dəyərin təzahürüdür.
Azərbaycanın Dünya İqtisadi Forumunda iştirak tarixi müsbət qiymətləndirilir. Məlumat üçün qeyd edək ki, 1995-ci ilin 27-31 yanvar tarixlərində Ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycanın Forumda ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş keçirilib. Görüş çərçivəsində Ulu öndər Heydər Əliyev ölkəmiz haqqında, əldə olunan iqtisadi göstəricilər barədə tədbir iştirakçılarını məlumatlandıraraq Azərbaycan reallıqlarının təqdimatında bu kimi tədbirlərin böyük rola malik olduğunu diqqətə çatdırıb (4).
Məhz bu tendensiya sonrakı dönəmlərdə də davam edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və orada söylədiyi fikirlər bütün bunlara görə böyük maraq doğurmaqdadır. Mütəxəssislər Azərbaycanın dövlət başçısının təhlillərinə və irəli sürdüyü fikirlərə ciddi diqqət yetirirlər, dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın diqqət mərkəzində olur. Prezident İlham Əliyev məhz 2016-cı ildə keçirilən Forum çərçivəsində baş tutmuş sessiyalarda da Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri, perspektivi, qarşıda duran hədəflər və digər məsələlərlə bağlı fikirlər səsləndirib. Eyni zamanda, ölkə başçısının Davos Forumunun saytında dərc edilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı analitik məqaləsində bəhs olunan məsələlərə dair tezis xarakterli analitik fikirləri yer alıb (bax: Ilham Aliyev. The future of Azerbaijan’s economy / weforum.org, 20 Januar 2016). Ölkə rəhbəri həmin yazıda vurğulayıb: “Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir” (3).
Təsadüfi deyil ki, Foruma dair analitik məqalələrlə çıxış etmiş nüfuzlu beynəlxalq agentliklər belə bir qənaət ifadə edirlər: Dünya İqtisadi Forumunda səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlığa töhfələri davamlıdır və regional, qlobal əməkdaşlıqda müstəsna rol oynayır.
Geostrategiya" jurnalı № 02 (32) Mart-Aprel 2016
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM