Homoqlobasisus və homohibridikus qlobal dövlət kontekstində

09:00 / 15.08.2015

Hikmət Babaoğlu

Siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı

  Xülasə— Məqalədə müasir postbipolyar beynəlxalq münasibətlər sistemində ən yeni keyfiyyət dəyişiklikləri beynəlxalq münasibətlər sisteminin modernist konsepsiyaları əsasında elmi-analitik təhlilə cəlb edilmiş, qloballaşma, netokratiya qlobal dövlət, idarəolunan xaos kimi məsələlərin məzmun və mahiyyəti izah edilmişdir. Məqalədə eyni zamanda infoimperializmin cəbbəxanası kimi Transmilli Media və Sosial media xüsusi tədqiqat obyektinə çevrilmiş, onların rolu və funksiyasından bəhs edilmişdir. Bundan başqa müəllifin siyasi elmə gətirdiyi infoimperializm, infokratiya, infoidentiklik, infogentəsir və.s kimi yeni terminlərdən istifadə edilməklə infoimperializmə qarşı mümkün mübarizə vasitələri də öz əksini tapmışdır.

Açar sözlər— Transmilli Media; infoimperializm; beynəlxalq münasibətlər sistemi; qlobal dövlət; homoinformatikus; manipuliyasiya.
İmperializmdən bəhs edərkən, ilk növbədə, fərqli keyfiyyətlərin daşıyıcısı qismində çıxış edən müxtəlif imperializm və ya imperialist siyasət növlərini səciyyələndirmək lazımdır. Nəzərə alsaq ki, bəşəriyyət dinamik inkişaf tempinə malik olan sistem və ya platformadır, onda qeyd edə bilərik ki, müasir kibertexnologiyaların və yaxud texnoloji innovasiyaların gətirdikləri xüsusiyyətlər və keyfiyyətlər cəmiyyət daxilində, eləcə də, müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli dəyişikliklər etmək gücündədir. Eyni zamanda, fərqli xüsusiyyət və keyfiyyətlərin daşıyıcısı qismində çıxış edən hərbi, siyasi və mədəni imperializm yuxarıda sadalanan dəyişikliklərin fonunda öz funksiya və missiyalarını yerinə yetiriblər. Amma bununla belə, kapital mahiyyət etibarilə irticaçı olduğu üçün daim yeni bazarlar axtarır. Həmçinin, kapital bu bazarların münbit, əlverişli, idarəolunan, və sabit olmasını tələb edir. Belə olan halda, imperialist güclər imperializmin substratı olan kapitalizmin inkişafı üçün, heç şübhəsiz ki, yeni metod və vasitələr axtarışına çıxıblar. Bunun fonunda isə əqli və idraki inkişafın son mərhələsində kapital, demək olar ki, klassik kapitalizmin hüdud və sərhədlərini zorlayaraq ən müasir dövrdə özünə məqbul qəlib və forma tapmağı bacarıb. Biz imperializmi qidalandıran kapitalizmi bütün növ qəlib və formalara uyğun gələn su ilə müqayisə edə bilərik. Başqa sözlə, kapital elastik, çoxşaxəli və istənilən konfiqurasiyaya uyğun gəlmək xüsusiyyətinə malikdir. Amma təyinat etibarilə vahiddir. Kapitalın əsas funksiyası gəlir əldə etmək və istismara yönəlməkdir.
Məlum olduğu kimi, Marksizm nəzəriyyəsində kapitalizm istismarçı quruluş və irtica kimi səciyyələndirilirdi. Amma sonrakı dövrdə kapitalizmə qarşı ümumi loyal münasibət formalaşdırıldı. Buna baxmayaraq, hazırki nəzəriyyəçilər və araşdırmaçılar belə bir qənaət ifadə edirlər ki, Karl Marksın kapitalizmlə bağlı səsləndirdiyi fikirlər bu quruluşun əsaslarını, hətta iç üzünü olduqca adekvat surətdə əks etdirmişdir. Eyni zamanda, qeyd edə bilərik, Marksizm nəzəriyyəsində ifadə olunan tezis və fikirlər ənənəvi və modern beynəlxalq münasibətlər sisteminin əsaslarını dəqiq şəkildə ifadə etmişdir. Nəzərə alsaq ki, müasir beynəlxalq siyasi münasibətlər və proseslər realizmə söykənir və güc nəzəriyyəsinə əsaslanır, məhz bu zaman kapitalın nə qədər böyük güc olduğu qənaətinə gələ bilərik. Bu baxımdan, kapital varsa, deməli, kapitalizmlə yanaşı imperialist siyasət də var. Ümumiyyətlə, kapitalizmlə imperializm eyni mənbədən qidalanırlar. Bəzi araşdırmaçılar iddia edirlər ki, imperializm kapitalizmin məhsuludur və yaxud son mərhələsidir. Hətta bir sıra nəzəriyyəçilər kapitalizmlə imperializmi eyniləşdirirlər. Amma qeyd etmək lazımdır ki, kapitalizm və imperializm vəhdətdədirlər, biri digərini qidalandırır, yaxud biri digərinin mövcudluğunu şərtləndirir. Beləliklə, bir-birilə vəhdətdə olan bu iki siyasi-iqtisadi faktor intellektual amillə birləşərək beynəlxalq münasibətlər sistemində spesifik iyerarxiya formalaşdırmağı bacarır və diktə edən tərəf kimi çıxış edir. Buradan da yeni siyasət növünü səciyyələndirən modern bir anlayış meydana çıxır: ən yeni imperializm. Əlbəttə ki, bunu neoimperializmdən fərqləndirmək lazımdır. Beləliklə, ən yeni imperializm daha çox informasiya resursları və idarəetməsi üzərində qurulduğu üçün onu informasiya imperializmi kimi səciyyələndirmək doğru olardı. Çünki infoimperializm çərçivəsində idarəetmə və istismar ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə həyata keçirilir. Bunun üçünsə modern kibertexnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edilir.
İnfoimperializm kimi səciyyələndirdiyimiz [H.B.] yeni imperializm beynəlxalq siyasi sistemə inkişaf prosesində olduqca maraqlı, ancaq eyni zamanda, proqnozlaşdırılması xeyli çətin olan problemlər də gətirir. Bu problemlər cəmiyyətin ən ağılagəlməz sahələrinə nüfuz etməklə bir sıra hallarda yeni keyfiyyət dəyişikliklərinə, əksər hallarda isə dəhşətli aşınmalara gətirib çıxarır. Aşınma əsas etibarilə mənəvi sferada baş verir və bu o dərəcədə güclü təsirə malik olur ki, millət və xalq anlayışlarının ifadə etdiyi məzmuna belə, köklü şəkildə təsir göstərir. Cəmiyyət daxilində yeni qlobal sosial piramida yaradır. Bu piramida isə klassik milli-etnik piramida deyil, infokultroloji [H.B.] piramida şəklində ortaya çıxır.
İnfrokultroloji piramidanın formalaşması isə milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi ilkin mərhələdə zəiflədir, sonrakı mərhələdə isə tamamilə sıradan çıxarıla bilmə ehtimalını gücləndirir. Milli aktorların zəifləməsi isə infoimperializmə xidmət edən qloballaşmanı gücləndirir. Beləliklə, infoimperializm yeni qlobal infokratiyanı [H.B.] infokratiya isə yeni infoelitanı [H.B.] şərtləndirir. Nəticə etibarilə bəşər tarixində bu vaxtadək müşahidə edilməmiş yeni və dəhşətli bir indentiklik formalaşır. Bu milli-etnik və dini identiklikdən köklü şəkildə fərqlənən, eyni zamanda, bu identikliyi rədd edən infoidentiklikdir [H.B.]. İnfoidentiklik qloballaşmanın sosial bazasını formalaşdıran yeni növ, infoidentik insan (şəxsiyyəti və dünyagörüşü milli-mənəvi dəyərlər əsasında deyil, qəbul etdiyi informasiya əsasında formalaşan yeni insan) yaratmaqla infoimperializmi təmin edən intellektual resurs rolunu oynayır.
Bu yeni “növ insanın” adı homoinformatikusdur. Homoinformatikus öz sələfi homosapiensdən fiziki, bioloji quruluşuna görə deyil, əqli və idraki keyfiyyətlərinə görə fərqlənir. Homosapiens düşünən, ağıllı insan deməkdir. Yəni XXI əsrə qədər mövcud olan bəşər svilizasiyasının yaradan insandır. Onun formalaşdığı məkan yer kürəsidir. Homoinformatikus isə informasiya ilə idarə olunan insan deməkdir. Onun formalaşdığı məkan isə virtual məkandır, əsas etibarilə isə sosial şəbəkələrdir. Bu yeni növ insan əcdadlarından fərqli olaraq aldığı qərarları əqli-idraki keyfiyyətlərinə söykənərək qəbul etmir. Şüuraltı yaddaşında toplanmış monipuliyativ informasiyalara söykənərək mexaniki olaraq qəbul edir. Bax elə burda da infoimperializmin əsas cəbbəxanası sayılan hər növ Media və sosial şəbəkələr ön plana çıxır. İnfoimperializmi quranlar və onun “Netokratiya”, yəni şəbəkə hakimiyyəti vasitəsi ilə idarə edənlər fasiləsiz olaraq internet resurslar və sosial şəbəkələr üzərindən insanların beyninə xüsusi manipuliyativ informasiyalar göndərirlər. Beləliklə insan şüuru ilə manipuliyasiya edərək onu gizli şəkildə idarə edirlər. Manipuliyativ informasiya Z.Freydin məşhur bölgüsü ilə izah etsək şüuraltı yaddaşlarda toplanaraq insanın davranışlarını və hərəkətlərini diktə edir. Beləliklə insanların dünyada baş verən proseslərə münasibəti və ətraf mühitə qarşı davranışı əqli üzərində deyil informasiya bazası üzərindən formalaşır. Bu təsiri şərti olaraq infogen [H.B] təsir kimi səciyyələndiririk. Dolayısı ilə sosial varlıq kimi şəxsiyyəti formalaşdıran iki əsas təsirə, yəni biogen və sosiogen təsirə üçüncü komponent yəni, infogen təsir də qoşulmuş olur. Təsbitlərimizə görə infogen təsir bir mərhələdən sonra daha aqressiv olmaqla şəxsiyyətin davranışları üzərində dominantlıq etməyə başlayır. Nəticə etibarilə homoinformatikus qəbul etdiyi monipulyativ informasiyadan birbaşa asılı olur. Bundan sonra infoimperialist mərkəzlər sosial media və digər kiberresurslar vasitəsilə homoinformatikusu istədiyi kimi idarə edə bilirlər. Bax insanlar üzərində yeni hakimiyyət növü kimi səciyyələndirdiyimiz infokratiya, yaxud netokratiya burada açıq şəkildə təzahür edir. İnfokratların milli dövlətlərin içərisinə yerləşdirdiyi “Troya Atı” yəni homoinformatikus istənilən vaxt infokratiyanın “əmri” ilə hərəkətə keçə bilir və milli dövləti daxildən yıxan dağıdıcı ünsür qismində çıxış edir. Nəticədə infoimperializm Klassik Şərqdə olduğu kimi Milli dövlətləri öz vətəndaşının əli ilə dağıdır və onun iqtisadi, intellektual və digər sərvətlərini istismar etməyə başlayır. Sonrakı mərhələdə isə bu proses “idarə olunan xaos” nəzəriyyəsi əsasında idarə edilir. Sosial şəbəkə və transmilli media şiddətli təbliğat və fasiləsiz informasiya manipulyasiyası vasitəsilə insanları sosial, etnik, məzhəb və s. müstəvidə qarşıdurmalara cəlb etməklə kütləvi qırğınla müşahidə olunan faciələrə sürükləyir. Nəticədə mənbə etibarilə eyni mədəniyyətdən gələn, eyni dəyərləri və siyasi keçmişi paylaşan insanlar özlərini bir-birləri və milli dövlətləri ilə identifikasiya edə bilmirlər. Yəni, özlərini eyni cəmiyyətə və özlərinin qurduğu milli dövlətə mənsub hesab edə bilmirlər. Bax elə burada da millətin və milli dövlətin sonu çatır. Onun yerini isə dərhal “Qlobal dövlət” yaxud imperializm doldurur.
Yuxarıda da qeyd etdiyimiz kimi bütün baş verənlərin təbliğatçısı və istiqamət vericisi rolunda transmilli media və sosial media çıxış edir.
İmperializmin və qlobal dövlətin ekspansiyasında milli dövləti xilas edə biləcək vasitələr hər gün bir qədər azalsa da ancaq hələ tam tükənməyib. Bunlardan birincisi milli informasiya məkanının idarə olunmasıdır. Əlbəttə bu gün milli informasiya məkanı ilə Qlobal informasiya məkanının sərhədlərinin harada başlayıb harada bitdiyini müəyyənləşdirmək olduqca çətindir. Ancaq bir şey dəqiq bəllidir ki, informasiya cəmiyyəti kimi səciyyələndirdiyimiz postmodernist cəmiyyətdə ya siz informasiyanı idarə edəcəksiniz, ya da informasiya sizi idarə edəcək.
İnfoimperializmə qarşı mübarizədə ikinci əsas vasitə qismində yeni idraki keyfiyyətdə formalaşdırılmış intellektual cəmiyyət çıxış edə bilər.
Üçüncü vasitə isə milli-mənəvi dəyərlərdən qidalanan milli ailə modelinin gücləndirilməsi ola bilər.
Sonda qeyd etmək lazımdır ki, yeni postbipolyar beynəlxalq sistemdə infoimperializmin oxuduğu demokratiya nəğmələrinə artıq insanlar əvvəlki qədər həvəslə qulaq asmır. Cəmiyyətə qazandırılacaq yeni intellektual və əqli keyfiyyətlər yuxarıda sadaladığımız mübarizə vasitələri ilə birləşsə milli dövlətlərin ömrünü bir qədər də uzatmaq olar. Ancaq bir şərtlə ki, infoimperializm yeni istismar vasitələri və yeni insan “modelləri” haqqında düşünməsin. Ən son məlumatlar belədir ki, artıq homoinformatikusdan sonrakı insan tipi demək olar ki, hazırdır. Bu insan necə adlandırılacaq onu hələlik bilmirik. Biz isə yeni insanı şərti olaraq “homohibridikus” [H.B] yaxud “homoqlobasisus” [H.B] adlandırırıq.
Məsələ ondadır ki, hazırda infoimperializmin “laboratoriya”sında belə nümunələrin hazırlanması üçün ciddi sınaqlar aparılır. Bəs “homohibridikus” necə olacaq? Deməli, biz bilirik ki, zəka, yaxud intellekt fərdidir. Şəxsə aiddir və bir növ muxtardır. Yəni şəxsin öz təşəbbüsü, yaxud könüllü razılığı olmadan ictimailəşə bilmir. Tutaq ki, bir alim özü bölüşməyənə qədər onun fikirləri ilə heç kəs tanış ola bilmir. Cəmiyyətin ümumi intellekti isə müstəqil fərdi intellektlərin məcmusu kimi nəzərdən keçirilir. Fərdi intellektual keyfiyyətlər yalnız subyekt tərəfindən paylaşıldıqdan sonra ictimai “mala” çevrilir. Ancaq postinformasiya cəmiyyətinin yeni sakinləri yəni, “homohibridikuslar” belə olmayacaqlar. Könüllülük əsasında hər bir arzu edən şəxsin beyninə kiçik GPS yerləşdiriləcək. Bu texnik vasitə siz danışmadan düşüncələrinizi və fikirlərinizi digər “homohibridikus”larla paylaşacaq. Dolayısı ilə insanlar vahid şəbəkəyə qoşulmuş bilgisayarlara bənzəyəcəklər. Nəticə etibarilə fikir, ideya və informasiya mübadiləsi üçün elə mükəmməl bir məkan formalaşacaq ki, buna yalnız həsəd aparmaq olar. Ancaq bu zaman fərd və fərdi deyə bir şey qalmayacaq.
Müəllifə aid olan və ilk dəfə politoloji leksikona daxil edilən terminlərin izahlı şərhi:
İnfoimperializm – informasiya resursları və idarəetməsi üzərində qurulan, idarəetmə və istismarın ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə həyata keçirildiyi siyasət növü. Bu siyasət növü modern kibertexnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edilməsi ilə səciyyələndirilir. İnfoimperializmin silahı qismində sosial media, “facebook”, “twitter” kimi sosial şəbəkələr, transmilli medianın digər resursları və bütün növ manipulyativ internet mənbələri çıxış edir.
İnfoidentiklik – milli-etnik və dini-mədəni identikliyi sıradan çıxaran informasiya resurslarından istifadə nəticəsində yaranan və məhz əldə olunan informasiya əsasında formalaşan dəyərlərin yaratdığı identiklikdir.
İnfogen – biogen və sosiogen təsirlə bərabər şəxsiyyətin formalaşmasına təsir edən üçüncü vasitə.
İnfokratiya – bu, elə bir hakimiyyətdir ki, burada hakimiyyətin mənbəyi qismində insanlar yox, virtual platformada dövriyyəyə buraxılan informasiya çıxış edir. Bu hakimiyyət növü informasiyaya institusional forma verilərək təsis edilmişdir.
İnfokulturoloji piramida – bu sosial piramida cəmiyyətin klassik sosio-mədəni və milli-etnik strukturunu dağıdan və informasiya vasitəsilə mənimsənilən dəyərlər əsasında yeni cəmiyyətdaxili struktur formalaşdıran özünəməxsus sistemdir. İnfokulturoloji piramidanın formalaşdığı cəmiyyətlərdə milli-mədəni dəyərlər, demək olar ki, iştirak etmir.
İnfoelita – informasiya resursları vasitəsilə infokratiya yaratmış xüsusi hakimiyyət elitası.
Homohibridikus – insan beyni ilə texniki vasitələrin hibridləşdirilməsindən formalaşdırılan yeni insan.
Homoqlobalikus – hibrid vasitələrlə (əql və texnikanın birləşməsi) əqli platformanı ortaq paylaşan insan.


ƏDƏBİYYAT

[1] Ə.M. Həsənov, “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti”. Dərslik. Bakı. Azərbaycan nəşriyyatı, 2009.
[2] H. Babaoğlu, “İnfoimerializm və Media” monoqrafiya 190 s. MSA Bakı, 2013.
[3] H. Babaoğlu, Azərbaycan respublikasının müasir dünya siyasətində yeri və rolu. Bakı “Aypara-3”, 2009.
[4] H. Babaoğlu, Modern informasiya cəmiyyətində milli maraqlar və jurnalistika. “Yeni Azərbaycan” № 060 (3485), 08 aprel 2011.
[5] В. Кулагин, “Современные теории международные отнашения” Коиспект лекции. СПб., 2000.
[6] Jr L. Clande, Power And International Relations. New York: Random Hose, 1972.
[7] L. Diamond Developing Democraty: Toward cansolidation. Baltimore London. The Johns Hopkins University Press, 1999.

Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM