Tarix üzrə fəlsəfə doktoru
XX əsrin 40-cı illərin ikinci yarısından başlayaraq 1917-1920-ci illərin siyasi və tarixi hadisələri ilə əlaqədar ardıcıl məqalələr yazılmağa başlanmışdır. 1940-сı illərdə ayrı-ayrı elmi jurnalların səhifələrində problemlə əlaqədar olaraq sil-silə məqalələr çap olunmuşdur. Xüsusilə, ikinci dünya müharibəsi dövründə və ondan sonra Azərbaycanın tarix elminə yeni, gənc nəslin (Z.İ.İbrahimov, İ.A.Hüseynov, E.A.Tokarjevski, M.A.Qazıyev, M.S.İsgəndərov və b.) gəlməsi ilə müəyyən canlanma müşayiət etmək mümkündür.
1940-cı illərdə nəşr olunan Azərb.SSR EA Xəbərlərində, Azərbaycan Dövlət Universitetinin, ÜİK(b)P MK yanında MEL İnstitutunun Azərb. filialı və V.Lenin adına APİ adlanan müəssisələrin elmi əsərlərində və b. jurnallada tədqiq olunan mövzusu ilə əlaqədar olaraq on səkkizdən çox elmi məqalə çap olunmuşdur. Məsələn, 1940-cı illərdə ayrı-ayrı elmi jurnallarda Z.İ. İbrahimovun “Qizil Ordunun Azərbaycan xalqına qardaşlıq köməyi” (10, s. 46-71), A.A.Əlizadə və V.N.Leviatovun “Azərbaycan SSR-də tarix elmi” (4, s. 125-135), İ.A.Hüseynovun “1918-ci ildə Bakı ingilis imperialistlərin işğalçılıq planlarında” (8, s. 54-62); “1917-1918-ci illərdə Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizə tarixindən” (9, s. 3-18) və Y.Tokarjevskinin “Bakı bolşevikləri 1918-ci ildə Azərbaycanda alman-türk müdaxiləçilərinə qarşı mübarizənin təşkilatçısıdır” adlı məqalələri (14, s. 5-21) çap olunmuşdur. Həmin məqalələrin, demək olar ki, hamısının ideya xətti eyni olduğuna görə 1917-1920-ci illərin tarix hadisələrini şərh edərkən bir çox hallarda bir-birini təkrarlamışdır. Məqalədə, əsasən, 1950-ci illərdə yazılmış elmi-tədqiqat əsərləri təhlil olunub.
Məmməd Qazıyev kiçik həcmli əsərində bir neçə inqilabçının həyatından bəhs etsə də, Bakıda qurulmuş sovet hakimiyyətinə bir-iki cümlə ilə münasibət bildirməyi yaddan çıxartmamışdır. Müəllif Bakıda sovet hakimiyyətinin qurulmasını 1917-ci il noyabrın 2-də deyil, 1918-ci ilin mart ayında baş verdiyini qeyd etmişdir. Bununla bağlı M.Qazıyev yazırdı: “Bakı bolşevik təşkilatının rəhbərliyi altında Bakıda, ancaq 1918-ci ilin mart ayında sovet hakimiyyəti qurulmuşdur” (6, s. 9).
M.C.Bağırovun “Tarixin unudulmaz səhifələri” adlı əsərində 26 Bakı Komussarlarının fəaliyyətindən və 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından bəhs olunur. 1918-ci ilin martında Bakıda baş vermiş hadisəni müsavatın “silahlı qiyam”ı kimi qiymətləndirən M.Bağırov, bu qiyamın Bakı proletariatı tərəfindən yatırıldığını, Azərbaycanda, eləcə də bütün Zaqafqaziyada sovet hakimiyyətinin qurulması uğrunda inqilabi mübarizənin genişlənməsinə kömək etdiyini qeyd etmişdir (5, s. 4-5). Halbuki, mart hadisələrində bolşeviklərin əsas hərbi qüvvəsi proletariat deyil, erməni silahlı dəstələri olmuşdur (1, s. 139). Daha sonra M.Bağırov, 1918-ci il aprelin 25-də bolşeviklər tərəfindən yaradılmış BXKS-nı Zaqafqaziyada sovet hakimiyyətinin birinci hökuməti olduğunu yazmış, BXKS-nın həyata keçirdiyi tədbirlərdən və V.Leninin, xüsusilə İ.Stalinin onlara köməyindən bəhs etmişdir (5, s. 5).
XX əsrin 50-ci illərində Kommunist partiyası tərəfindən İ. Stalinin hakimiyyəti dövründəki şəxsiyyətə pərəstiş və repressiyaları kəskin tənqid edilməsi 1950-ci illərin xarakterik cəhətlərindən biri idi. 1956-cı ildə Sov.İKP-nin XX qurultayında İ. Stalinin şəxsiyyətinə pərəstiş xəttinin kəskin tənqid olunması, başqa sahələrə olduğu kimi, tarix elminə də yanaşmanın müəyyən qədər dəyişməsinə təsir göstərmişdir. Düzdür, bu dəyişmələr əsas ideoloji prinsiplərdən – marksizm-leninizm xəttindən kənara çıxması demək deyildir. Şəxsiyyətə pərəstiş tənqid olunandan sonra 1937-1940-cı illərdə repressesiyaya məruz qalmış minlərlə insan bəraət almış, sosializm cəmiyyəti, sanki avtoritar formada idarə olunmasından müəyyən qədər imtina olunmasına cəhd göstərilməsi kimi görünməyə başlamışdır. Lakin bəhs olunan dövrdə də SSRİ tərkibinə daxil olan xalqlara öz milli tarixlərini geniş və hərətəfli yazmağa imkan verilmirdi. Əgər buna cəhd olunsaydı, onda ən yuxarı səviyyədə, yəni Sov.İKP MK tərəfindən sərt tənqid və təzyiqlə qarşılanırdı. Buna misal olaraq, 1959-cu il iyulun 1-də Sov.İKP MK Rəyasət heyətinin iclsının stenoqrafik hesabatına diqqət etmək kifayətdir. Bu iclasda Azərbaycanın partiya təşkilatının yoxlanılmasının nəticələri müzakirə olunan zaman, başqa sahələr olduğu kimi, Azərbaycan dili (1956-cı ilin avqustunda Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev və Respublikanın Ali Soveti Rəyasət heyətinin sədri M.İbrahimovun təşəbbüsü ilə Respublikada Azərbaycan dilinin dövlət dili kimi tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir) və tarixi ilə bağlı (1958-ci ildə “Azərbaycan kommunist partiyasının tarixi” adlı kitabın birinci hissəsi çap olunmuşdur) ciddi tənqidi fikirlər səsləndirilmişdi. Məsələn, tənqidi fikirlərdən biri ondan ibarət idi ki, guya N.Nərimanovun fəaliyyəti həddindən artıq şişirdilir, S.Şaumyanın fəaliyyəti ikinci planda verilir, azərbaycan millətindən olan inqilabçı nümayəndələr birinci sırada göstərilir və s. (13, s. 380, 384)
Məlumdur ki, Sov.İKP MK Rəyasət heyətinin yuxarıda qeyd olunan iclasından sonra o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi işləmiş (1954-1959-cu illər) İmam Mustafayev vəzifəsindən çıxarılmış, onun yerinə Vəli Axundov (1959-1969-cu illər) təyin edilmişdir.
Y.Tokarjevski 1950-ci ildə yazmış olduğu əsərində 1918-ci ilin mart “döyüşləri”ndən sonra Bakıda Sovet hakimiyyətinin qurulduğunu, bütün hakimiyyət Baki Sovetin əlində cəmləşdiyini və onları Bakı şəhəri və onun rayonlarının əsil sahibi etdiyiyini göstərmişdir. Daha sonra BXKS yaranmasına münasibət bildirən Y.Tokarjevski, 1918-ci il aprelin 25-də Bakı Sovetin iclasında yaradılmış Bakı Xalq Komissarları Sovetini bütün Zaqafqaziyada birinci hökumət orqanı adlandırmış və Azərbaycan xalqının müstəqilliyini, azadlığını və xoşbəxtliyini rus xalqı ilə ittifaqda və oktyabr inqilabının nailiyyətlərini müdafiə etməkdə görmüşdür (15, s. 7). Lakin müəllifin yazdığının əksinə olaraq, Azərbaycan xalqı 1917-1918-ci illərdə apardığı mübarizədə öz müstəqilliyini, azadlığını və xoşbəxtliyini özünün müstəqil dövlətini yaratmaqda və bu işdə özünə yaxın dost və qardaş bildiyi Türkiyə dövlətinin simasında görmüşdü. Azərbaycanın türk-müsəlman əhalisi heç vaxt bolşevikləri müdafiə etməmişdir.
Müstəqil Azərbaycan hökumətini “Azərbaycanın milli müstəqilliyinin ən qəddar düşməni” adlandıran (15, s. 16) Y.Tokarjevski, bu qəddarlığın nədən ibarət olduğunu tarixi faktlarla izah edə bilməmişdir.
Y.Tokarjevskinin “Azərbaycanda vətəndaş müharibəsi və xarici müdaxilə tarixindən” adlı digər bir əsərində 1917-1921-ci illərdə baş vermiş ictimai-siyasi hadisələr şərh olunmuşdur. Ön sözdə kitabın yazılmasına aydınlıq gətirən müəllifin fikrincə, böyük oktyabrın qırxıncı ildönümü ilə əlaqədar olaraq, sovet tarixçilərinin qarşısında daxili əksinqilabçılara və xarici müdaxiləçilərə qarşı ölkəmizin zəhmətkeşlərinin qəhrəmancasına mübarizəsini, sosialist inqilabın tarixinin öyrənilməsini dərinləşdirmək və genişləndirmək məsələsi durmuşdur (16, s. 5). Müəllifin bu əsərində də 1917-1918-ci illərdə hakimiyyətin ələ alınması uğrunda bolşeviklərin apardığı mübarizənin nəticəsi olaraq oktyabrın 31-i və noyabrın 2-də Bakı Sovetin praktik olaraq hakimiyyəti ələ keçirməsi hadisələri təkrarlanmışdır.
Y.Tokarjevskinin Azərbaycanın sovetləşməsinin 70 illiyinin tamam olması ilə əlaqədar yazmış olduğu məqaləsində (17, s. 3-7), 1950-ci illərdə yazdığı əsərlərindən müəyyən qədər fərqlənməsinə baxmayaraq, yenə də 1918-ci ildə Bakıda sovet hakimiyyətinin qurulmasını Bakı proletariatının və Azərbaycanın bütün zəhmətkeşlərinin gərgin mübarizəsinin nəticəsi kimi qiymətləndirmişdir. Halbuki, Bakıda bolşevik-daşnak rejimi, erməni və rus fəhlə sinfinin bir hissəsinin müdafiəsi, eləcə də erməni və rus silahlı dəstələrinin süngülərinin köməyi nəticəsində qurulmuşdur. Bununla belə, Y.Tokarjevski məqaləsində bolşevik rejiminin yeritdiyi siyasəti tənqid etmiş və onun məğlubolma səbəblərini də göstərmişdir. Lakin onun əvvəlki əsərlərində bu cür tənqidi fikirlərə rast gəlinmir. Müəllif BXKS-nın məğlub olmasını milli məsələ üzrə yeritdiyi siyasətdə buraxdığı səhvlər və çatışmamazlıqlarla, Azərbaycanda qurulan sovet hakimiyyətinin RSFSR-in ayrılmaz hissəsi kimi baxmaları ilə (Y.Tokarjevskinin fikrincə həmin vaxt, yəni 1917-1918-ci illərdə “Azərbaycan Sovet Respublikası”nı müstəqil elan etmək lazım idi. Halbuki, müəllif 1950-ci illərdə yazdığı əsərlərdə hadisələrə tamamilə fərqli yanaşmış və Şaumyanın yeritdiyi siyasəti müdafiə etmişdir), Qırmızı Ordunun tərkibinə daşnakların rəhbərlik etdiyi erməni silahlı dəstələrinin daxil edilməsi və onların millətlərarası toqquşma və dağıntılar törətmələri ilə əlaqələndirmişdi. O, məqaləsində AXC-nin yaranmasını, onun həyata keçirdiyi daxili və xarici siyasətinə müsbət yanaşmışdır. Onun fikrincə, AXC-lə bağlı məsələlər uzun müddət Azərbaycan tarixində “ağ ləkələr” olaraq qalmışdır. O, bunun səbəbini lazım olan arxiv fondlarının bağlı olması ilə əlaqələndirmişdir (17, s. 3-4).
XX əsrin 50-ci illərində Zülfəli İbrahimov tərəfindən yazılmış “Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər)” adlı əsərdə 1917-1918-ci illər Azərbaycan tarixinin iqtisadi, siyasi və ictimai həyatının bütün sahələri geniş tədqiq olunmuşdur (11). Müəllif “Rus fəhlə sinfi başda olmaqla ölkənin bütün xalqlarının, o cümlədən Azərbaycan xalqının fəal iştirakı və qəhrəmancasına səyi ilə həyata keçirilən Oktyabr inqilabı vətənimizi iqtisadi və milli fəlakət təhlükəsindən xilas etdi” kimi ənənələrinə sovet ideoloji xəttinə sadiq qalmışdır.
C.B.Quliyev “Lenin və Azərbaycanda sovet hakimiyyətinin qələbəsi və möhkəmlənməsi uğrunda mübarizə” adlı əsərində bolşeviklər “1917-ci ilin avqustunda partiya təşkilatların qarşısında silahlı üsyan yolu ilə Azərbaycanda hakimiyyəti ələ almaq vəzifəsi qoymuşdur” (7, s. 20) fikirləri o dövrün real tarixi həqiqətlərini əks etdirmirdi. Çünki müəllifin bəhs etdiyi dövrdə kütlələr arasında Bakı bolşeviklərinin elə də nüfuzu yox idi. Onları təmsil edən bolşeviklər heç vaxt Bakı Sovetində çoxluq təşkil etməmişdilər. Daha sonra Bakıda ermənilərin silahlı dəstələri tərəfindən türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlardan bir cümlə yazmayan, əvəzində tarixi həqiqətləri təhrif edən C.Quliyev, mart hadisəsini müsavatın “qiymı” kimi qeyd etmişdir. Müəllif “mart qələbəsinin” əhəmiyyətini xüsusi vurğulamış, “bu qələbə nəticəsində bütün hakimiyyət Bakı Sovetinin əlində cəmləşdiyini” və “Bakı Soveti şəhərin və onun rayonlarının yeganə hakimi oldu”ğunu göstərmişdir.
A.Atakişiyev əsərində 1917-1918-ci illərin tarixi hadisələrinə münasibət bildirərkən kommunist partiyasının ideoloji xəttindən kənara çıxmamış və həmin hadisələrə özündən əvvəlki sovet tarixçilərindən fərqli münasibət bildirməmişdir. Müəllifin bütün nifrəti “Müsavat”a, Azərbaycanın müstəqilliyini göz bəbəyi kimi qorumağa çalışan ziyalılara, xalqımızın xilaskarı və ona qardaşlıq yardımı edən türklərə qarşı yönəlmişdir. A.Atakişiyev yalnız sovet tarixçilərinin əsərlərinə istinad edərək müsavatçıları Azərbaycan xalqının “qəddar düşməni” elan etmiş, “fəhlə və zəhmətkeş kəndliləri isə nəcib və xilaskar türklərin ayaqları altında inləməsindən” yazmış, amma bu fikirləri təsdiq edən hər hansı bir “tarixi faktı” göstərməmişdir. Müəllif, hətta ermənilərin Azərbaycan torpaqlarına etdiyi hərbi təcavüzün günahını da müsavatın üstünə ataraq “müsavatçılar fəhlə sinfinin diqqətini burjuaziyaya qarşı mübarizədən çəkindirmək məqsədilə, ermənilərlə azərbaycanlılar arasında milli qırğın salırdılar” sözlərini yazmaqdan belə çəkinməmişdir (2 s. 29).
M.İsgəndərov 1958-ci ildə yazmış olduğu 538 səhifəlik əsərində (12) 1917-1918-ci illər hadisələrinə münasibət bildirərəkən özündən əvvəlki sələflərindən o qədər də fəqlənməmişdir. Lakin onun əsərində, bəhs olunan dövrdə, daha çox Azərbaycan inqilabçılarının, xüsusilə N.Nərimanovun, “Hümmət” təşkilatının fəaliyyətinə üstünlük verilmişdir.
X.Əlimirzəyev də 1958-ci ildə yazmış olduğu əsərində Petroqradda Müvəqqəti hökumətin devrilməsi və Böyük Oktyabr sosialist inqilabının qələbəsi xəbəri Bakı proletariatına 1917-ci il oktyabrın 26-da çatmasından və bu “şad” xəbər Bakı proletariatı və bütün Azərbaycan zəhmətkeşləri tərəfindən böyük ruh yüksəkliyi və sonsuz sevinclə qarşılanmasından bəhs etmişdir (3, s. 14). Halbuki, 1917-ci ildə Rusiya imperiyasında baş vermiş hadisələrdən, müəllifin yazdığı kimi “Azərbaycan zəhmətkeşləri tərəfindən” deyil, bir qrup erməni və rus bolşeviklərinin sevincinə səbəb olmuşdur.
Beləliklə, XX əsrin 40-50-ci illərində yaranmış Azərbaycan tarixşünaslığını təhlil edərkən aşağıdakı nəticələri əldə etmək mümkündür: 1) “Azərbaycan fəhlə və kəndliləri Bakıda sovet hakimiyyətinin qurulmasında fəal rol oynamışdır”. 2) Azərbaycan xalqının milli varlığını qoruyub saxlamaq, öz milli dövlətini yaratmaq uğrunda mübarizə aparan “Müsavat” partiyası, Müsəlman Milli Şurası və 1918-ci ilin mayında yaranmış AXC hökuməti “əksinqilabçı”, “xalqın düşməni”, “irticaçı”, sovet Rusiyasının göndərdiyi direktivlər, silah-sursat və pulun köməyi ilə Bakıda, daha sonra Azərbaycanın başqa qəzalarında türk-müsəlman əhaliyə qarşı kütləvi soyqırımları həyata keçirərək öz mövqelərini möhkəmləndirməyə çalışan bolşeviklər isə inqilabçı adlandırılmışdı; 3) sovet tarixçiləri 1917-ci il 31 oktyabr – 2 noyabr aylarında bolşeviklərin Bakıda sovet hakimiyyəti elan etmələrini Azərbaycanda covet hakimiyyəti qurulmasının birinci mərhələsi kimi qeyd etmişdilər.
ƏDƏBİYYAT
1. Abışov V.Ş. Azərbaycanlıların soyqırımı.1917-1920. Bakı: Turxan NPB, 2013, 272 s.
2. Atakişiyev A. Oktyabr inqilabı Azərbaycan fəhlə sinfinə nə verdi? Bakı: Azərnəşr,1957, 90 s.
3. Əlimirzəyev X. Sovet Azərbaycanı Böyük Oktyabr sosialist inqilabının yetişdirməsidir. Bakı: Azərnəşr, 1958, 232 s.
4. Ализаде А.А. и Левиатов В.Н. Историческая наука в Азербайджаенской ССР (к ХХХ-летию Великой Октябрьской социалистической революции). //Изв. АН АзССР, 1947, № 10, с.125-135.
5. Багиров М.Д. Незабываемые старинцы истории. Баку: Издание Азерб.Филиала ИМЭЛ при ВКП(б), 1948, 12 с.
6. Qazıyev M. Azərbaycanda vətəndaş müharibəsi qəhrəmanları. Bakı: Azərnəşr, 1941, 26 s.
7. Quliyev C.B. V.İ. Lenin və Azərbaycanda sovet hakimiyyətinin qələbəsi və möhkəmlənməsi uğrunda mübarizə. Bakı: Azərnəşr, 1957. 74 s.
8. Гусейнов И.А. Баку в захватнических планах английских империалистов в 1918 г. (Доклад на сессии Азерб.филиала ИМЭЛ, полв. 30-й годовщине злодейского убийства 26 бакинских комиссаров агентами английского империализма. Сентябрь 1918 г.). //Тр. Азерб. филиала ИМЭЛ при ВКП(б), 1949, т. XIII, c. 54-62.
9. Гусейнов И.А. Из истории борьбы за Советскую власть в Азербайджане в 1917-1918 гг. //Тр. Азерб. Филиала ИМЭЛ при ВКП(б), 1947, т. V, с. 3-18.
10. İbrahimov Z.İ. Qızıl Ordunun Azərbaycan xalqına qardaşlıq köməyi. //Təbliğatçı, 1949, № 11, s. 46-71.
11. İbrahimov Z.İ. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər). Bakı: Azərnəşr, 1957, 585 s.
12. М.С.Искендеров. Из истории борьбы коммунистической партии Азербайджана за победу Советской власти. Баку: Азернешр,1958,538 с.
13. Президиум ЦК КПСС. 1954-1964. Черновые ротокольные записи заседаний. Стенограммы. М.:РОССПЭН, 2015, 1375 с. С.380, 384.
14. Токаржевский Е.А. Бакинские большевики организаторы борьбы против германо-турецких интервентов в Азербайджане в 1918 г. //Тр.Азерб. филиала ИМЭЛ при ВКП(б), 1947, т.VI, с. 5-21.
15. Токаржевский Е.А. Очерки из истории Азербайджана 1920-1925 гг. Баку: Изд.-ство Акад.наук Азерб. ССР, 1950, 234 с.
16. Токаржевский Е.А. Из истории иностранной интервенции и гражданской войны в Азербайджане. Баку: Изд.-ство Акад.наук Азерб. ССР, 1957, 331 c.
17. Токаржевский Е.А. 70-летие Азербайджанской ССР. //Известия Академии наук Азербайджана. Серия истории, философии и права, 1990, № 4, c. 3-7.
Açar sözlər: Azərbaycan, Z.İbrahimov, C.Quliyev, Y.Tokarjevski, M.İsgəndərov.
Ключевые слова: Азербайджан, З.Ибрагимов, Дж.Кулиев, E.Toкaржeвский, М.Искендеров.
Keywords: Azerbaijan, Z.Ibrahimov, J.Guliyev, E.Tokarzhevskiy, M. Iskenderov.
Резюме
Углубленное изучение политических событий, имевших место в Баку 1917-1918 годы, в Азербайджанской историографии началось в 1950-е годы. Подобное внимание к этому периоду было вызвано, прежде всего, проведением в 1957 году сороковой годовщины Великой Октябрьской социалистической революции. В связи с этой датой в Азербайджане было опубликовано большое количество статей и издано ряд монографий, посвященных событиям в Баку 1917-1918 годы.
В представленной статье, на основе анализа содержания данных работ, делается попытка определить степень объективности при освещении событий, имевших место в Баку 1917-1918 годы. На основе проведенного исследования мы пришли к следующим выводам: 1) В советской историографии политические события в Баку 1917-1918 годы освещались предвзято и соответственно выводы авторов носили искаженный характер; 2) При этом авторы пытались представить возглавляемый С.Шаумяном Бакинский Совет и созданный после геноцида азербайджанцев в марте 1918 года Бакинский Совет народных комиссаров как органы власти, стоявшие на «защите интересов народа», а на возглавлявших азербайджанское национальное движение Мусульманский национальный совет и партию «Мусават» вешали ярлыки вроде «прислужники империализма», «буржуазные националисты» и т.д.; 3) В данных работах военная помощь, оказанная турецкой армией правительству Азербайджанской Республики в освобождение Баку, представлялась авторами как «агрессия», в то время, как попытки большевистской Москвы ликвидировать независимое Азербайджанское государство и вновь присоединить Северный Азербайджан к России как “дружественный” акт. Несмотря на все эти издержки, работы написанные в 1950-х годах изобилуют архивными источниками.
Summary
Depth study of the political events that took place in Baku in 1917-1918 years began to be researched in the Azerbaijan historiography in the 1950s. Such attention to this period was primarily drawn by celebration the 40th anniversary of the Great October Socialist Revolution in 1957. In connection with this date were published in Azerbaijan numerous articles and were edited a number of monographs on the 1917-1918 years events in Baku.
In this article, based on the analysis of the contents of these works is made an attempt to determine the degree of objectivity in illumination of the events that took place in Baku 1917-1918 years. Based on the research we came to the following conclusions: 1) In Soviet historiography political events of 1917-1918 years in Baku were illuminated biased and therefore the authors’ conclusions were distorted; 2) The authors tried to present headed by S.Shaumyan the Baku Soviet and created after the genocide of Azerbaijanis in March 1918, the Baku Soviet of People’s Commissars as government bodies which “were protecting the interests of the people”, but labeled Muslim National Council and the party “Musavat” that headed the Azerbaijan national movement as “lackeys of imperialism”, “bourgeois nationalists” and so on; 3) In these works the military assistance provided by the Turkish army to the government of Azerbaijan in release of Baku were presented by the authors as “aggression”, while, the attempts of Bolshevik Moscow to eliminate the independent Azerbaijan state and re-attach the North Azerbaijan to Russia as a ”friendly” act. Despite all of these side-effects, works written in 1950s are rich in archival sources.
"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM