Tarix üzrə fəlsəfə doktoru
Mark Mişinin 2012-ci ildə Moskvada nəşr olunmuş kitabının (Марк Мишин. Одна из историй и антиисторий Кавказа. Москва, издательство «Маросейка», 2012, 156 с.) bəzi hissələrini tərcümə edərək geniş oxucu kütləsinə çatdırmaqda məqsəd, bəhs olunan problemlə bağlı Rusiya Federasiyasında tarixi həqiqətlərə obyektiv yanaşan kitabların nəşr oluduğunu diqqətə çatdırmaqdır.
Mark Mişinin 156 səhifəlik “Qafqazın tarixindən və antitarixindən” adlı əsərində tarixi hadisələrə obyektiv yanaşılmış və bəzi Qərb, Rusiya və erməni tarixçilərindən fərqli olaraq tarixi həqiqətlər təhrif olunmadan şərh edilmişdir.
Rusiya və Qərb dövlətləri tərəfindən dünyanın siyasi tarixinə gətirilən və əvvəlcə, Osmanlı imperiyasına, sonra isə Türkiyə Respublikasına qarşı çevrilən, siyasi təzyiq məna daşımaqdan başqa, heç bir tarixi və elmi kökü olmayan “erməni məsələsi” (XIX əsrin ikinci yarısı), “erməni soyqırımı” (XX əsrin birinci yarısı) və “erməni terrorizmi” (XIX əsrin ikinci yarısı) kimi problemlər yaradıldıqları gündən bu günə kimi davam etməkdədir. Bu problemlə bağlı istər Vətən tarixində, istər Türkiyə tarixndə, istərsə də Rusiya və Qərb tarix elmində daimə diqqət mərkəzində olmuş və bu gün də diqqət mərkəzində olmaqda davam etməkdədir.
Qərbin və Rusiya dövlət siyasətində bu “problemlər”, ənənəvi olaraq, əvvəlcə Osmanlı imperiyasına, sonra isə Türkiyə Respublikasına bir təzyiq forması kimi öz mahiyyətini saxlamaqdadır.
Müəyyən dövrlərdə gah qabardılan, gah da yavaşdılan “erməni məsələsi” və “erməni soyqırımı” məsələlərinin yalan üzərində qurulduğunu və yuxarıda qeyd edildiyi kimi, zaman-zaman Türkiyə dövlətinə siyasi təzyiq etmək məqsədi
daşıması ilə bağlı çoxsaylı kitablar yazılmış və bu gün də yazılmaqda davam etməkdədir.
Mark Mişin yuxarıda qeyd olunan məsələlərə münasibət bildirməmişdən ilk öncə erməni kinorejissoru S.İ.Paracanovun (1924-1990) fransız qəzeti “Liberason”a (Liberation)” verdiyi müsabiqəsindəki (müsabiqə həmin qəzetin səhifəsində 1988-ci il noyabrın 8 də çap olunmuşdur) erməni xalqına münasibətini misal gətirir. S.İ.Paracanova görə erməni xalqı iki kateqoriyaya bölünür. Birincisi, xalqın mədəniyyətinin daşıyıcısı olduğu missiyanı başa düşən; ikincisi, öz əskikliyini, əxlaqsızlığını göstərən azğınlaşmış, qudurmuş kütlə.
S.İ.Paracanov “azğın, son dərəcə pozğun kütlə”dan bəhs edərkən buraya hüquqazidd fəaliyyətlə, eyni zamanda quldurluqla, şantajla, zorakılıqla, insanları oğurlamaqla, siyasi və məişət qətlləri ilə, soyğunçuluq işləri ilə, narkotika ticarəti ilə, terrorçuluqla məşğul olan erməniləri daxil etmişdir. O, “azğınlaşmış, qudurmuş” ermənilərdən bəhs edərkən, həm də onların “etnik” mütəşəkkil cinayətkar qruplaşmalar yaratdıqlarını, çirkli pulların yuyulmasının həyata keçirdiklərini də göstərmişdir.
M.Mişinin fikrincə ermənilərin bu pozğun kütləsi təsadüfdən-təsadüfə, öz-özünə və daxili səbəblərdən əmələ gəlməmişdir. Ermənilərin bu fəaliyyəti XIX əsrin ikinci yarısından başlamış, getdikcə inkişaf etmiş, regionlardan beynəlxalq arenaya kimi genişlənmiş, arasıkəsilmədən davam etmiş və bu günə kimi davam etməkdədir.
SSRİ-nin dağılmasına qədər Sovet ermənişünasların nəşr olunmuş əsərlərinin heç birində Qafqazda, yaxud hər-hansı başqa bir yerdə ermənilərin qanunazidd və kriminal fəaliyyətlərini yada belə salınmadığını göstərən M.Mişin yazır: “1991-ci ildən sonra hər şey dəyişdi. İndi ermənilərin azğın kütləsinin aktiv tərəfdarları olan ermənişünasların müəyyən bir hissəsi, yalnış olmalarına baxmayaraq, açıq yazır və deyirlər ki, onların beynəlxalq miqyasda qanunazidd hərəkətləri “erməni məsələsi”nin dünya dövlətlərinin həll edə bilməməsinə məcburi cavab kimi
dəyərləndirilməlidir”. Bununla əlaqədar olaraq M.Mişin ermənişünasların “Ermənistanın ta qədimdən üçüncü respublikanın qurulmasına qədər tarixi və mədəniyyətinin oçerki” adlı əsərindən misal da gətirir, məsələyə bu cür yanaşmanı erməni diasporlarının məhsulunun nəticəsi kimi önə çəkir: “Radikal əhval-ruhiyyəli gənclərin üstünlük təşkil etdiyi erməni diasporunun müəyyən dairələri hesab edirdilər ki, erməni məsələsinin mahiyyəti haqqında beynəlxalq ictimaiyyəti xəbərdar etmək, parlamentlərə və hökumətlərə etdikləri müraciətləri fəaliyyətin passiv formasıdır və arzu edilən nəticəni verə bilməz; onlar güman edirdilər ki, elə hərəkata başlamaq lazımdır ki, geniş əks-səda doğursun və “erməni soyqırımı” probleminə yenidən dünyanın diqqətini cəlb etsinlər”.
M.Mişin erməni kilsə, partiya və diasporunun himayəsi ilə davam edən “erməni məsələsi” və “erməni soyqırımı” məsələləri bir erməni medalının iki üzü olduğunu qeyd edir. Müəllif – kilsə, partiya və diaspor – bu üçlüyü ermənilərin ilhamvericisi, təşkilatçısı və ideya rəhbəri hesab edir və yazır ki, “Erməni məsələsi” üçün ilkin şərait, hələ XVIII əsrdə Osmanlı imperiyasında İstanbulun erməni maliyyə aristokratlarının ermənilərə rəhbərlik etməyə başlaması ilə yaranmağa başlamışdır. Bununla belə “erməni məsələsi” XIX əsrin sonu – XX əsrin əvvəllərində meydana gələn “Şərq məsələsi”nin tərkib hissəsini təşkil edir. “Erməni soyqırımı”na gəldikdə isə, bu məsələ yalnız 1915-ci ildən sonra meydana çıxmış, əvvəlcə Osmanlı imperiyasına, sonra isə Türkiyə Respublikasına təzyiq vasitəsinə çevrilmişdir.
Tarixi sənəd və materiallardan məlumdur ki, Osmanlı imperiyasında erməni-xristianlar azad, rahat və razı yaşamışdılar. XVII əsrdə yaşamış erməni səyyahı Simyon Lexasi Osmanlı imperiyasında öz dindaşlarının-həmtayfalarının yanında yaşamış və sonra özünün “Yol qeydləri” adlı əsərində yazırdı ki, ermənilər Osmanlı imperiyasının bütün ərazisində sərbəst hərəkət etməklə yanaşı, həm də öz dinlərinə ibadət edə bilirdilər. Özlərinin İstanbulda, Yerusəlimdə və Kilikiyada ali yepiskopları var idi. Onlar Osmanlı dövlətində yüksək vəzifələr tutur və istədikləri yerdə yaşaya bilirdilər.
M.Mişin ermənilərin Osmanlı imperiyası əleyhinə çıxışlara başlamasını onların “erməni məsələsi”dən qidalanması ilə əlaqələndirir. Bu məsələ birinci dəfə olaraq 1878-ci ildə Berlin konqresində (əvvəlcə 1878-ci il San Stefano sülh danışıqlarında meydana çıxıb-A.V.) gündəmə gəlmiş və 1924-cü Osmanlı imperiyasının süqut etməsi ilə ildə (əslində Osmanlı imperiyası 1922-ci ildə süqut etmişdir-V.A.) qüvvədən düşmüşdür. Lakin bu fəaliyyət indi “erməni soyqırımı” ilə bağlıdır və bu qondarma “soyqırım” vaxtaşırı Qərb və Rusiya dövlətləri tərəfindən Türkiyə Respublikası əleyhinə istifadə edilməkdədir. Daha sonra M.Mişin yazır ki, zaman-zaman ermənilərin qanunazidd fəaliyyətinin meydana çıxması bir neçə mərhələdən keçmişdir: birincisi-XIX əsin ikinci yarısında Osmanlı imperiyasında yaranması; ikincisi-həmin əsrin sonlarında erməni siyasi təşkilatlarının, ilk növbədə “Daşnaksütyun” partiyasının yaradılmasından sonra aktivləşməsi. Eyni zamanda prosesə erməni kilsəsinin və erməni diasporunun aktiv qoşulması; yəni erməni üçlüyünün (kilsə-partiya-diaspor) meydana çıxması; üçüncüsü-onun XX əsrin başlanğıcında geniş yayılması; dördüncüsü-“1915-ci il erməni soyqırımı”ndan sonra onun qüvvətlənməsi; beşincisi-XX əsrin müxtəlif ölkələrdə rəsmi akkreditə olunmuş Türkiyənin diplomatik nümayəndələrinə qarşı ardıcıl terror aktlarını həyata keçirən erməni cinayətkar təşkilatların yaradılması.
M.Mişinin fikrincə erməni terrorçuları yalnız türk diplomatlarına qarşı deyil, daha geniş fəaliyyət göstərmişır. Ermənilərin bu terrorçuluq fəaliyyəti belə bir nəticəyə gəlməyə imkan verir ki, onlar məhz bu cür qanunazidd üsullarla daimə beynəlxalq ictimaiyyətin diqqətini özlərinə cəlb etmək istəyirdilər. Beləliklə, “erməni məsələsi”, “erməni soyqırımı” və “erməni terrorizimi”nin əlamətləri Osmanlı imperiyası və türk diplomatları ilə əlaqədar olaraq birdən-birə ortaya çıxmamış, mərhələ-mərhələ yaranmışdır. Faktlar isə ermənilərin cinayətkarlıq fəaliyyətinin əhatə dairəsinin daha geniş olduğunu sübut edir.
“Şərq məsələsi”nin bir hissəsi olan “erməni məsələsi” diplomatiya və tarixi ədəbiyyatlarda ilk vaxtlarda XVIII-XIX əsrlərdə beynəlxalq münaqişənin ifadəsi kimi şərti olaraq qəbul olunmuşdur. “Şərq məsələsi”məsi isə “Osmanlı mirası”
üstündə böyük dövlətlərin – Avstriya-Macarıstan, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-ın rəqabət aparması və balkan xalqlarının Osmanlı imperiyasından azad olması uğrunda apardıqları mübarizə ilə əlaqədar idi.
“Erməni məsələsi”nin mahiyyəti – “milli özünütəyinetmə” uğrunda erməni hakim təbəqənin mübarizəsi, yəni XIV əsrdə Kiçik Asiyada qəti olaraq itirilmiş eməni dövlətinin bərpa olunmasına cəhd edilməsi idi. Onlar qarşıya qoyulmuş məqsədlərinə çatmaq üçün Erməni kilsəsinin fəaliyyətini daha da genişləndirmişdilər. Erməni dövlətiçiliyinin olmadığı bir vaxtda kilsənin ermənilərə çox güclü təsiri olmuşdur. Osmanlı imperiyasına daha dərin nüfuz etməyə çalışan böyük dövlətlər isə İstanbula tətbiq edilən kapitulyasiya (qeyri-bərabər müqavilə) rejimindən başqa, Osmanlı ermənilərinin yuxarı təbəqəsi arasında özlərinə dayaq axtarırdılar. Həmin təbəqə isə türk-müsəlman dövlətinin ticarət-iqtisadi və siyasi həyatında mühüm rol oynayırdı. Böyük dövlətlər Osmanlı imperiyasına qarşı yürütdükləri siyasətlərində məhz nüfuzlu Erməni kilsəsinə xüsusi yer ayırmışdılar. Bu kilsə Osmanlı imperiyasında üç katolikosluğunda – Kilikiya, Yerusəlim və Konstantinapolda yerləşirdi.
Yerli ermənilərin yuxarı təbəqəsinə arxalanan böyük dövlətlər Osmanlı imperiyasının əleyhinə erməni milli hərəkatına başlamışdılar. Əlbəttə, onlar burada öz mənafelərini güdürdülər və “erməni məsələsi” isə böyük dövlətlər üçün bir alət hesab olunurdu. Bu, özünü Berlin konqresində göstərmiş oldu. Bu konqresdə 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində güc dövlətlərin əsas məqsədi qalib gəlmiş Rusiya imperiyasının İstanbuldan istədiyi tələbləri məhdudlaşdırmaqdan ibarət idi. Sankt-Peterburq isə öz tərəfindən qələbədən istifadə etməklə yanaşı, onu 1878-ci ildə Rusiya-Osmanlı dövlətləri arasında bağlanmış San-Stefano sülhü ilə möhkəmləndirməyə çalışırdı. Əldə olunmuş razılığa əsasən görə İstanbul Van, Ərzincan, Bitlis, Hartum, və Sivas vilayətlərində, yəni osmanlı ermənilərinin əsas hissəsinin yaşadığı Kiçik Asiyanın Şərq hissəsində onlar üçün muxtariyyət islahatları keçirməyi vəd verirdi. Lakin Böyük Britaniya Rusiyanın bu ideyasının əleyhinə getdi və Berlin konqresində
islahatın böyük dövlətlərinin himayəsi altında həyata keçirilməsinə nail oldu. Nəticədə osmanlı erməniləri məğlub oldular: ermənilər Londonu maraqlandırmırdı, qərbin böyük dövlətlərinin məqsədi, özünün şərq siyasətini həyata keçirmək üçün “eməni məsələsi”ndən istifadə etməyə çalışan Rusiyanın mövqeyini zəiflətməkdən ibarət idi. Nəticədə qərb dövlətləri tərəfindən taleyinin ümidinə buraxılmış osmanlı ermənilərinin yuxarı təbəqəsi öz həmvətənlərini silahlı mübarizəyə çağırdılar. Tezliklə, həmin silahlı qüvvələrə erməni kilsəsi, “Hnçak”, “Daşnaksütyun”, “Armenakan” kimi siyasi partiyalar rəhbərlik etməyə başladılar. Burada qeyd etmək yerinə düşər ki, 1893-1919-cu illər arasında “Hnçak” və “Daşnaksütyun” partiyalarını təmsil edən erməni terrorçuları Osmanlı imperiyasında və Cənubi Qafqazda, o cümlədən İstanbul, Bakı, Tiflis, Ərzurum, Aleksandropol, Qars, Naxçıvan, İrəvan, Şuşa, Gəncə, Qazax, Şəki, Urmiya, Şamaxı, Quba, Ahalkələki, Kürdəmir, Ahalsixi və Trabzonda 129 terror aksiyası həyata keçirmişdilər. Bu terror zamanı evlərin yandırılması, dağıdılması və qarət olunması, müxtəlif millətlərdən olan – azərbaycanlıların, türklərin, gürcülərin, hətta terrorçulara kömək etməkdən imtina edən ermənilər belə qətlə yetirilmişdilər. Hesablamalara görə erməni terroru nəticəsində yüz minlərlə insan zərərçəkmiş, qoca, qadın, uşaq öldürülmüş və çox böyük qaçqın kütləsi yaranmışdır.
Tarixi sənəd və materiallardan məlumdur ki, Cənubi Qafqazda erməni üsyançılarının əsas bazası Rusiyanın himayəsi altında fəaliyyət göstərmişdi. Sankt-Peterburq özünün şərq siyasətində Eçmiəzdində yerləşən erməni kotalikosluğundan aktiv istifadə edirdi. Rusiya imperiyası Osmanlı imperiyasında qərbin böyük dövlətlərinin gələcək mövqeylərinin möhkəmlənməsinə qarşı və öz şəxsi maraqlarına görə həm Eçmiədzinə, həm də erməni siyasi partiyalarına və burjuaziyaya arxalanmaq fikrində idi. “Hnçak”, “Daşnaksütyun”, “Armenakan” erməni diasporlarının pulu ilə silah alıb öz emissarları vasitəsi ilə osmanlı ermənilərinə göndərir, onlardan üsyançı dəstələr və döyüşçü qrupları hazırlayırdılar. Onlar “erməni məsələsi”nə diqqəti yönəltmək üçün öz nümayəndələrini Qərbi Avropaya göndərirdilər. Bu dövrdə əsas fəaliyyət göstərən
siyasi qüvvə “Daşnaksütyun” idi. 1894-cü ildə Sasundakı üsyanı təşkil edən bu partiyaya Erməni kilsəsi və diasporu kömək etmişdi...
Tezliklə, 1914-1918-ci illəri əhatə edən birinci dünya müharibəsi başladı, 1924-cü ildə Osmanlı imperiyası (əslində imperiya rəsmi olaraq 1922-ci ildə dağılmışdı-V.A.), ona kimi isə, 1917-ci ildə Rusiya dağıldı. 1917-ci ilin oktyabr ayında Tiflisdə daşnakların rəhbərlik etdiyi Erməni milli konqresi toplandı. Onlar mürəkkəb beynəlxalq və hərbi-siyasi vəziyyətdən istifadə etdərək, artıq bu dəfə Qafqazda, XIV əsrdə Kiçik Asiyada itirilmiş dövlətini yaratmağa cəhd etdilər.
Belə çətin bir şəraitdə qərb dövlətləri – birinci dünya müharibəsinin qalibləri – yenə də “erməni məsələsi”ndən, bu dəfə artıq Qafqazda, istifadə etməyə qərara aldılar. Erməni “Daşnaksütyun” partiyasında Qafqaz regionundakı qarışıq vəziyyətdən istifadə etməyə çalışırdı. 1918-ci il mayın 28-də Azərbaycana məxsus İrəvan xanlığının torpaqlarında Ararat Respublikası elan edildikdən sonra bu dövlətə rəhbərlik edən daşnaklar müstəqil, qonşu Azərbaycan, Gürcüstan və yeni Türkiyə ilə müharibəyə başladı. Onlar Ahalkələkini, Borçalını, Qarabağı, Naxçıvanı, Qarsı işğal etməyə çalışdılar. Bu zaman onlar Bakıya doğru hərəkət edən könüllü rus ordusunun generalı A.İ.Denikinin köməyinə ümid edirdilər. Komandanlıq ermənilərin onlara kömək etməsinin əvəzi olaraq azərbaycanın ərazisinin yenə müəyyən bir hissəsinin ermənilərə verəcəyini vəd etmişdir. Lakin RSFSR-in XI Qırmızı ordusu 1920-1921-ci illərdə Cənubi Qafqazı işğal etdikdən sonra qərb dövlətləri – Britaniya, Fransa, ABŞ – yenidən “erməni məsələsi”də həvəsdən düşdülər, artıq bütün Qafqaz regionu sovet Rusiyasının bir hissəsinə çevrilmiş oldu. Bununla da “erməni məsələsi” avtomatik olaraq həmişəlik qüvvədən düşdü. Bununla belə, 1920-ci ildən sonra SSRİ-də qadağan olunmuş və mühacirətdə olan “Daşnaksütyun” partiyası dəfələrlə Qərbin diqqətini “erməni məsələsi”nə yönəltməyə cəhd göstərmişdilər. Bu məsələdə daşnaklar Eçmiədzinin, sonralar həm də sovet Ermənistanı rəhbərliyinin simasında özünə müttəfiqlər tapdılar. Onlar dəfələrlə Dağlıq Qarabağın və Naxçıvanın Ermənistan SSR-yə verilməsi barəsində Moskva qarşısında məsələ qaldırmışdılar.
1988-1994-cü illərdə elan olunmamış işğalçı müharibə nəticəsində sovet-postsovet Ermənistan sovet-postsovet Azərbaycanın Dağlıq Qarabağını işğal etdi və tanınmayan Dağlıq Qarabağ respublikası elan edildi. Ermənistan, eyni zamanda Azərbaycanın yeddi inzibati-ərazi rayonlarını: Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı, Fizulini, Zəngəzuru işğal etdi. Ümumilikdə, Azərbaycan Respublikası ərazisinin 13,219 km2, yəni 15%-i işğal olundu. Azərbaycanlılar Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən, öz doğma torpaqlarından tamamilə qovulmuşlar.
Beləliklə, daha bir tarixi əsərin qısa təhlili onu sübut edir ki, birincisi: - “erməni məsələsi” dünyanın güc dövlətlərinin əvvəlcə Osmanlı imperiyasına, sonra isə Türkiyəyə Respublikasına qarşı bir məkrli siyasəti olmuşdur; ikincisi: - tarixi həqiqətlərə uyğun gəlməyən və erməni üçlüyünün – kilsə-partiya-diaspor – ortaya atdığı qondarma “erməni soyqırımı”, sonradan Qərb dövlətlərinin və Rusiyanın əvvəlcə, Osmanlı imperiyasına, sonra isə Türkiyə Respublikasına qarşı bir siyasi təzyiq vasitəsi olmuş və bu gün də bu proses davam etməkdədir; üçüncüsü: - müxtəlif ölkələrdə rəsmi akkreditə olunmuş Türkiyənin diplomatik nümayəndələrinə qarşı terror əməllərini həyata keçirən ermənilərin əsas ilhamvericisi, təşkilatçısı və ideya rəhbəri erməni üçlüyü - kilsə, partiya və diaspor olmuşdur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM