Tarix üzrə fəlsəfə doktoru
Rusiya yenə də qonşu dövlətlərin dinc yaşamasına mane olmaqda və onlara qarşı ərazi iddiası irəli sürən separatçıları dəstəkləməkdə davam etməkdədir.
XX əsrin sonlarında, Rusiyanın erməni separatçılarına o cümlədən, Erməninistana yaxından kömək etməklə Azərbaycanın 20 faiz torpağını işğal edib.
Həmin tarixə qısa bir nəzər salaq: Tarixi sənədlərdən məlumdur ki, XX əsrin 80-ci illərində Cənubi Qafqaza millətlərarası münaqişəni salan ermənilər, onlara dəstək verən isə Rusiya dövləti olmuşdur.
1987-ci ildə Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Fransada, düşünülmüş surətdə və təxribat xarakterli çıxışından sonra İrəvanda və Xankəndində erməni separatizmi başlamışdı.
Həmin dövrdə Mərkəz nəinki erməni separatizminin qarşısını aldı, əksinə açıq və ya gizli formada onları müdafiə etdi. Nəticə nə oldu? Minlərlə dinc azərbaycanlı öldürüldü, evləri yandırıldı, əmlakları qarət olundu və öz doğma torpaqlarından didərgin düşdülər. Hal-hazırda Azərbaycanın 20 faiz torpağı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və işğal faktı bu gün də qalmaqdadır.
Rusiya bununla kifayətlənməyərək, bu gün də ayrı-ayrı separatçı qüvvələri qızışdırmağa, Moskvada onların antiazərbaycan əməllərini davam etdirmələrinə hər cür köməklik edir.
Xüsusilə, Rusiyanın ayrı-ayrı institutları erməni, talış, ləzgi və s. separatçıları başına toplayaraq, Azərbaycan əleyhinə müxtəlif tədbirlər keçirir, kitablar buraxırlar.
Bu gün Cənubi Qafqazda, Rusiya və Ermənistanın günahı ucbatından, gərginliyin yüksək səviyyədə olduğu bir vaxtda Moskvada "Qaradəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitutu" erməni separatizmini və şovnizmini dəstəkləyir, Qafqazda sülh və əmin-amanlığa ziyan vuran kitablar nəşr etdirir. Bununla bağlı 2011 və 2012-ci illərdə Moskvada, həmin "İnstitut"un direktoru, professor Zaxarovun redaktorluğu ilə buraxılan iki kitabda verilən məqalələri təhlil edərkən gəldiyim nəticələri oxucularla bölüşmək istəyirəm.
Professor Zaxarovun redaktorluğu altında nəşr olunan "Naxçıvan XX - XXI əsrlərdə: bəzi faktlar" məqalələr toplusu (birinci kitab - Нахиджеван в ХХ - начале ХХ1 веков: некоторые факты. Москва, Русская панорама, 2011, 176 с.) Azərbaycana qarşı qərəzli mövqedən yazılmış növbəti təxribat xarakterli bir əsərdir.
Kitabçanın anatasiya hissəsində Naxçıvanın "qədim erməni" regionu olduğu və "Qafqaz tarixi ilə maraqlananlar üçün nəzərdə tutulduğu" vurğulanır. Lakin burada verilən məqalələri oxuyandan sonra aydın olur ki, sən demə, çap olunan məqalələr heç də Qafqaza sülh, əmin-amanlıq gətirmək üçün deyil, qədim Azərbaycan torpağı olan Naxçıvanın "ermənilərə məxsus olmasını" təbliğ etmək imiş.
Kitabçada verilən məqalə müəlliflərinin Vladimir İvanov, Arsen Avaqyan, Mixail Ağacanyan, Levon Ovcepyan, Serqey Şakaryans və Sarkis Manukyandan ibarət olması, bir daha onu göstərir ki, bu kitab antiazərbaycan ruhunda yazılıb. Yuxarıda adları qeyd olunan müəlliflərin, eləcədə "İnstitut"un direktoru Zaxarovun məqaləsində Azərbaycanın qədim torpağı olan Naxçıvana qarşı ərazi iddiası irəli sürülür.
Adının "Qaradəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitut" olmasına baxmayaraq, onun buraxdığı kitabçada ermənilərin Azərbaycana qarşı ərazi iddiaları nəinki müdafiə olunur, hətta onların bu təcavüzkar məqsədlərinə haqq qazdırılır. Onda belə çıxır ki, bu "İnstitut" ancaq ermənilərin işğalçılıq məqsədlərini müdafiə etmək üçün yaradılmışdır.
Zaxarovun kiçik həcmli "Redaktordan" adlı baş məqaləsində "Naxçıvanın erməni əhalisi neçə oldu" sualı qoyulur və müəllif yalnız erməni müəlliflərinin yazmış olduğu kitablardan istifadə etməklə "cavab tapmağa" çalışır. Onun bu "çalışmaları" isə tarixi həqiqətləri ermənilərin xeyrinə saxtalaşdırmağa xidmət edir.
Zaxarov məqaləsində özünün ermənipərəstliyini gizlətmir və bilavasitə erməni dəyirmanına su tökməklə regionda gərginliyi daha da artırmış olur.
Müəllif kitabçada verilən və erməni və rus "tarixçiləri" tərəfindən yazılan məqalələrdə "arxiv materiallarına və digər tarixi ədəbiyyatlara istinad olunmaqla ... XX əsrdə regionun ermənisizləşdirməsi və onun əsas mərhələləri işıqlandırılmışdır". Lakin Zaxarovun qeyd etdiyi "arxiv materialları və digər tarixi ədəbiyyatlar" ancaq ermənilərə məxsusdur olduğundan heç vaxt tarixi həqiqətləri əks etdirə bilməz.
Kitabçanın 10-cu səhifəsində müəlliflər kollektivi tərəfindən yazılmış "Müqəddimə əvəzi" adlı hissəsində Azərbaycanda sovet hakimiyyəti dövründə Naxçıvan vilayətindən "ermənilərin sıxışdırılması siyasətinin davam etdirilməsindən" bəhs olunur. Halbuki, Azərbaycan zaman-zaman öz doğma torpaqlarından sıxışdırılmış və bunun nəticəsi olaraq, 1828-1991-ci illərdə aparılan "təmizlənmə əməliyyatı" nəticəsində indiki Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı qalmamış, azərbaycanlılara məxsus bütün yer adları isə erməniləşdirilmişdi. Belə ki, "1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq, 1935-1991-ci illərdə isə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarına əsasən azərbaycanlı yaşayış məntəqələrinin adları dəyişdirilmişdi" (Tarixi adlara qarşı soyqırımı. Bakı: Təhsil, 2006, 92 s).
Lakin cənab Zaxarov, bu real həqiqətləri görmür və ya görmək istəmir. Çünki, onun rəhbərlik etdiyi "Qaradəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitutu" Qaradəniz-Xəzər regionunda, ancaq ermənilərin mənafeyini müdafiə etməklə məşğuldur.
Cənab Zaxarov "ürək ağrısı" ilə erməni abidələrinin taleyindən bəhs edir, lakin Ermənistanda 1918-dən bu günə kimi dağıdılan Azərbaycan abidələrindən, eləcədə 1988-1994-ci illərdə rus silahının köməkliyi ilə işğal olunmuş Qarabağ torpağındakı Azərbaycanın mədəni abidələrinə qarşı erməni vandalizmindən bir kəlmə belə yazmır.
Müəllif heç vaxt olmayan "pantürkizm" siyasətindən yazır, lakin vaxtilə indiki Ermənistan əhalisinin 70-80 faizini təşkil edən azərbaycan türklərinin panermənizm siyasəti nəticəsində qovulmasından bəhs etmir.
Professor Zaxarovun məqaləsindən belə nəticə çıxır ki, "Qarabağ məsələsi artıq öz həllinə (ermənilərin xeyrinə - A.V.) yol tapıb", qalır Naxçıvanla bağlı məsələ. Müəllif yazır ki, "bu məsələ indi başlanır".
Cənab Zaxarov XXI əsrdə yaşamasına baxmayaraq, yenə də işğalçı I Pyotrun "vəsiyyətnamə"sindən uzağa gedə bilmir.
Kitabçada "XX əsrdə Naxçıvanın erməni əhalisinin türklərin nizami ordusu və müsavatçılar tərəfindən qırılmasından" bəhs olunur. Halbuki, ermənilərin hansı məkrli xislətə malik olması ilə, eləcədə 1918-1920-ci illərdə Naxçıvan ərazisində Andranikin quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınların törədilməsilə bağlı kifayət qədər sənədlər mövcuddur. Həmin sənədlərin bir neçəsinə müraciət edək: Türkiyədəki Rusiyanın baş konsulu Mayevski öz xatirələrində yazırdı ki, "mən belə bir əqidəyə gəlmişəm ki, vəhşiliyə türklər əsla qadir və qabil deyillər, daha çox Şərqin məhz həmin xristianları (o xristian dedikdə erməniləri nəzərdə tuturdu - A.V.) qadirdilər. Onlar bu vəhşilikləri uydurmaqla törədir, ustalaşır, kəskinləşdirir və sonradan isə bunları türklərin boynuna atırlar" (Rusiyanın Van və Ərzurumdakı Baş Konsulu Mayevskinin xatirələri. Bakı: Şərq - Qərb, 1994, 38 s. S. 31).
1918-ci ildə erməni qəzeti "Mşak" yazırdı ki, "indiyədək bizim ictimai əxlaqi yönümümüz elə olmuşdu ki, həmişə müsəlman qonşularımızla qapalı davranmışıq, ayrı yaşamışıq, onlarla xeyirxah dostluq münasibətləri yaratmağa çalışmamışıq. Ziyalılarımız, xüsusən də, milli siyasətimizin başında duranlar dəridən-qabığdan çıxıblar ki, xalqımızda, demokratiyamızda türklərə, müsəlman millətlərinə qarşı düşmənçilik münasibəti aşılasınlar, onlara qarşı mürtəce siyasət yeritsinlər" (Газ. «Азербайджан», № 4, 1918).
"1918-ci il 22 dekabrda Ordubad şəhərinin sakinləri Salman bəy Əsgərxanov, Məşədi Hüseyn İsmayılov və Mirzə Cabbar Həsənəliyevin Gəncə Qubernatoruna Andranikin başçılıq etdiyi erməni ordusunun əhalini qarət etməsi, öldürməsi və özbaşınalıqları haqqında şikayət etmişdilər" (АRDА, f. 894, siy. 4, iş. 65, v. 129-134).
Başqa bir sənəddə isə qeyd olunur ki, "Andranikin silahlı dəstələri Naxçıvanda Azərbaycan türklərinin yaşadığı Şıxmahmud, Didivar, Uzunoba, Cəhri, Tumbul, Çeşməbasar, Qahab, Sirab, Nəhəcir, Ərəzin, Camaldın, Qızılca, Bənəniyar, Soltah, Kırna və onlarca digər kəndləri dağıtmış, 100-lərlə dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməklə, soyqırımı və kütləvi ölüm cinayətləri törətmiş, onların əmlaklarını, mal-heyvanlarını talan etməklə quldurluq etmişlər"(Газ. «Азербайджан», № 37, 1918).
Kitabçada Vladimir İvanovun "XX əsrdə Naxçıvanın ermənisizləşdirilməsi (xüsusi icmal)" adlı məqaləsində Naxçıvanın etnik xəritəsini ermənilərin xeyrinə dəyişdirməyə çalışılır.
İvanov da, Zaxarov kimi, Azərbaycanı "pantürkist" olmaqda günahlandırır, lakin panermənizm, Ermənistan ərazisində yaşayan yerli azərbaycanlı əhalisinin deportasiya və soyqırıma məruz qalması, rus hərbi qüvvələrinin köməyi ilə Qarabağın işğal olunması faktının üstündən sükutla keçir.
Bəs görəsən həmin ərazilərdə yaşayan yüz minlərlə azərbaycanlı hara yox oldu? Orada olan Azərbaycan yer adlarını kim erməniləşdirdi. Şübhəsiz, bütün bu sual doğuran məsələlərin cavabı cənab İvanova da məlumdur. Lakin bu tarixi həqiqətlərə "İnstitutu"nun direktoru Zaxarov kimi, "tədqiqatçı" Ivanov da göz yumur. Çünki ermənipərəst İvanova və Zaxarova bu cür sərf edir.
Kitabda Arsen Avaqyanın "Moskva konfransı ərəfəsində və dövründə Naxçıvan məsələsində Türkiyənin müsəlmanları müdafiə etməsi: bəzi faktlar" adlı məqaləsi verilib. Həmin məqalədə Türkiyə tərəfindən Naxçıvan məsələsində Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi "tənqid" olunur.
Müəllif Türkiyə dövlətinin Naxçıvanı müdafiə etməsindən qəzəblə yazdığı halda, Rusiyanın köməyi ilə Zəngəzur, Şərur-Dərələyəz, Göyçə mahalı və Azərbaycanın başqa torpaqlarının ermənilərə "hədiyyə" edilməsini, Qarabağ torpağında ermənilərin xeyrinə Dağlıq Qarabağ Muxtar Vilayətin yaradılmasını yada salmır.
"Naxçıvan XX - XXI əsrlərdə: bəzi faktlar" adlı kitabçada verilən məqalələrlə bağlı tənqidi fikirləri, tutarlı fakrlarla daha da artırmaq olardı, lakin yuxarıda gətirdiyimiz faktları kifayət olması qənayətində olmasaq da, hər halda məqalə həcmini gözləməklə. keçək "İnstitut"un elmi şurasının qərarı ilə 2012-ci ildə Azərbaycanın tarixinə, xalqına qarşı növbəti böhtan dolu kitabın - Tamara Vardanyanın "Azərbaycanlılar - başa çatmamış bir etnolayihənin tarixi (Тамара Варданян. Азербайджанцы - история одного незавершенного этнопроекта. Историко- этнологический очерк. Москва, Русская панорама, 2012, 86 с.) adlı kitabın qısa təhlilinə.
Bu kitabda da "İnstitut"un direktoru cənab Zaxarov erməni "tədqiqatçıları" kimi erməniləri Qafqazın "yerli əhalisi" hesab etdiyi halda, Azərbaycan türklərini buraya gəlmə kimi qələmə verir.
Sizə məlumdur ki, 1828-ci il "Türkmənçay" müqaviləsindən sonra Rusiya dövləti tərəfindən Cənubi Qafqaza gətirilən ermənilər düz 200 ildən şoxdur Azərbaycan xalqının adət-ənənəsini, torpağını, mədəniyyətini mənimsəməklə məşğuldur.
Tarixi sənədlərdən, o cümlədən rus tədqiqatçılarının yazdıqları əsərlərin də təadiqlədigi faktlara görə 1828-ci ildə İran ilə Rusiya arasında bağlanmış "Türkmənçay" müqaviləsindən sonra İran ərazisindən - Xoy, Salmas, Marağa, Təbriz və s. ərazilərdən ermənilər Şimali Azərbaycanın Naxçıvan, İrəvan, Qarabağ və başqa yaşayış yerlərinə köçürülmüşdülər.
Bəzi faktlara diqqət edək: 1833-cü ildə V.Q.Qriqoryev tərəfindən tərtib edilən "Naxçıvan əyalətinin statistik təsviri" adlı kitabda (Статистическое описание Нахичеванской провинции. Составленное В.Г.Григоревом. Санктпетербург, 1833, 263 с.) 1828-ci il "Türkmənçay" müqaviləsindən sonra ermənilərin Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Naxçıvana köçürülməsi məsələsi yer alıb. Burada verilən faktlara görə, ümumilikdə, Naxçıvan əyaləti üzrə İran ermənilərindən 2551 ailə köçürülmüşdü, onlardan 416 ailə şəhərə, 1869-u Naxçıvan Dairəsinin kəndlərinə, Ordubad Dairəsinə isə 266 və s. ərazilərə erməni ailələri köçürülmüşdür.
Erməni tədqiqatçısı Z.T.Qriqoryan "Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi" adlı əsərində yazırdı: "1828-ci il ərzində İrandan Azərbaycan xanlıqlarına 35566 nəfər erməni köçürülmüşdür. Əgər köçürülməyə qədər İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 25151 nəfər erməni yaşayırdısa, köçürülmənin ikinci ilində bu rəqəm 82377-yə qədər yüksəlmişdi. 1830-cu ildə isə artıq 100000 nəfər erməni Türkiyənin, Van, Bitlis, Muş, Ərdahan, Qars, Ərzurum Bəyazit vilayətlərindən Gəncə, İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürülmüşdü. 1831-ci ildə Qafqazda yaşayan 161 min ermənidən 125 mini 1828-31-ci illər İrandan və Türkiyədən köçürülənlər idi. İrandan və Türkiyədən ermənilərin axını XIX əsrin sonuna qədər davam etmişdi, bu axın 1853-1856, 1877-1878-ci illərdə və 1894-1896-cı illərdə daha da güclənmişdi. Əgər 1831-ci ildə Qafqazda cəmi 161 min erməni var idisə, 1897-ci ildə artıq Qafqazda 1148673 nəfər erməni yaşayırdı (Григорян З.Т. Присоединение восточной Армении к России. Москва, 1959, c.160.).
Rus tədqiqatçısı N.İ.Şavrov 1911-ci ildə nəşr etdirdiyi "Zaqafqaziyada rus
işinə yeni təhlükə" adlı kitabında yazırdı: "1826-1828-ci illər müharibəsindən sonrakı iki ildə, 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran ermənisi,
84600 Türkiyə ermənisi köçürülmüşdür və onlar erməni millətinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir.
İndi Qafqazda yaşayan 1.300 min ermənidən bir milyonu yerli deyildir, bizim tərəfimizdən bu yerlərə gətirilmişdi" (Шавров Н. Новая угроза русскому делу в Закавказье. СПб, 1911, c.59).
Erməni tarixçilərinin xalqımıza qarşı dərin nifrət bəslədikləri məlumdur. Lakin mənim iradım cənab Zaxarova və onun rəhbərlik etdiyi "İnstitut"adır, .
Cənab Zaxarova məlumdur ki, əgər Cənubi Qafqaza separatizmi gətirən ermənilər olubsa, bu separatizmi dəstəkləyən, ona siyasi və hərbi yardım edən Rusiya olmuşdur.
Sizin İnstitut XX əsrin 80-ci illərin acı nəticələrini yaddan çıxararaq, yenə də erməni təcavüzkarlığına haqq qazandırmaqda davam edir və Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edən və Azərbaycan xalqının tarixinə böhtan atan erməniləri müdafiə edir.
Sonda mən "Qaradəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitutu"nun belə antiazərbaycan xarakterli kitabların çap olunmasına şərait yaratmasını pisləyir və professor Zaxarovun nəzərinə çatdırmağı özümə borc bilirəm ki, əgər onun direktor olduğu "İnstitut" bundan sonra da Qafqaz xalqlarının tarixini ermənipərəst yanaşma ilə araşdıracaqsa, onda regionda millətlərarası münaqişələrə heç vaxt son qoyulmayacaqdır.
Beləliklə, qısaca olaraq "Naxçıvan XX - XXI əsrlərdə: bəzi faktlar" və Tamara Vardanyanın "Azərbaycanlılar - başa çatmamış bir etnolayihənin tarixi ..." adlı kitablarını təhlil edərkən hansı nəticəyə gəlmək olar: Bu kitablar antiazərbaycan mövqeyindən yazılıb və Azərbaycana qarşı rus-erməni "tədqiqatçıları"nın növbəti böhtan dolu kompaniyası kimi qiymətləndirilməlidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM