Mən dünyadakı bütün dinlərə böyük hörmətlə yanaşıram. Allaha isə inanıram. Qeyd-şərtsiz. O təkdir. Ona olan sevgi isə nümayişkaranəlik sevmir. Siyasətin futbola sirayətini bilirik. Futbol üzrə Dünya çempionatı təkcə idman oyunu deyil, həm də siyasi bir yarışdır. Belə olmasaydı iştirakçı ölkələrin prezidentləri öz işlərini-güclərini buraxıb, çempionat keçirilən ölkəyə uçub, tribunadan komandalarına azərkeşlik etməzdilər ki? Futbol həm də qumardır, mərcdir, böyük pullar deməkdir.
Braziliyada keçirilən böyük futbol bayramı öncəsi 2010-cu ildə CAR-da keçirilən Futbol üzrə Dünya çempionatını xatırladım. Bilmirəm bu dəfə necə olacaq, o vaxt din də Futbola qarışmağa başlamışdı. Daha doğrusu futbolçu və azərkeşlər Allahı da köməyə çağırırdılar. Sonu necə oldu? Geriyə qayıdıb, kiçik bir ekskurs etmək istərdim.
O vaxt bütün gözləntilərə baxmayaraq Braziliya və Argentina dörddə bir mərhələdə məğlub olaraq, mübarizəni dayandırdılar. Üç Avropa və bir Cənubi Amerika komandası yarımfinala çıxdı.
Bu məğlubiyyətlər əlbəttə ki, ən çox Argentina və Braziliya tərəfini ağrıdırdı. Oyun öncəsi müsahibələrində Argentinanın baş məşqçisi Dieqo Maradona Avropa futbolunun öldüyünü qeyd edirdi. Sonda isə Cənubi Amerika futbolunun öldüyü üzə çıxdı. Maradonanın “peyğəmbərliyi” keçmədi, Allah deyən oldu.
Braziliya yığmasının məğlubiyyətini də dinlə bağlamaq olar. Axı, həledici oyundan əvvəl minlərlə azərkeş millilərinə dəstək vermək məqsədilə Rio de Janeyro şəhərində ucaldılan İsa Məsihin heykəlinə yürüş edib, onu doğma komandalarının futbolkalarının rəngində, sarı rəngdə işıqlandırmağa belə cürət etdilər. Ki, “peyğəmbərimiz, bizimlə ol, bizə kömək ol. Rəngimiz də sarıdır”. Sonda nə oldu? Bu addım əks təsir göstərdi, Allahın qəzəbinə gəldilər. Bəlkə də məğlubiyyətə səbəb həmişə sarı rəngli futbolkalarda oynayan braziliyalıların Hollandiya ilə görüşə göy rəngli maykalarda çıxmasıydı? Bilmirəm. Axı sonda sarı rəngdən heç də çox fərqlənməyən narıncı formalı hollandlar qalib gəldilər?
Yaxud da ki, futbolçuların əksəriyyətinin meydana çıxarkən ot örtüyünü öpərək xaç çəkməyi. Yaxud da braziliyalı Kakanın o ərəfədə İslam dinini qəbul etməsinin reportyorlar tərəfindən qabardılması. Yaxud da Afrika şamanlarının CAR yığma komandasının keçirdiyi oyun öncəsi stadionlara xeyir-dua verməsi, xüsusi dini ayinlər keçirməsi.
Əlbəttə ki, bu, hər bir futbolçunun, azarkeşin, xalqın inancıdır. Lakin sonda qələbə çalan güclülərdir. Dinindən, imanından asılı olmayaraq.
O vaxt dindən savayı, futbola siyasilər də qarışdılar. Nigeriyanın Prezidenti Qudlak Conatan bir az da irəli gedərək millisinin uğursuz oyununa görə yığmanı 2 il müddətinə beynəlxalq oyunlarda iştirakına qadağa qoydu. Bu da FİFA-nı çox qəzəbləndirdi. Federasiya insidentlə bağlı Nigeriya rəhbərliyinə ultimatum verərək, əgər bu qadağa götürülməzsə, Nigeriya futbol federasiyasının diskvalifikasiya olunacağını bildirdi.
O vaxt Fransa millisinin də biabırçı məğlubiyyət seriyası Fransa siyasilərini də çox narahat etdi. Hətta İohanezburqa səfərlər, məsləhətləşmələr də düzənləndi. Ölkə rəhbərlərinin yığmanın oyunçuları, məşqçiləri və federasiyanın üzvləri ilə görüşlər keçirdi, Fransa Futbol Federasiyasının prezidenti Jan Pyer Eskalettin istefaya göndərildi. Amma maraqlısı bu deyildi.
Futbolçuların arvadlarının və rəfiqələrinin oyunlar keçiriləcək stadionlarda iştirakını önəmli sayaraq Fransa Futbol Federasiyası qarşısında məsələ qaldıran, nəticədə xanımların ərləriylə birgə CAR-a səyahətinə nail olan kapitan Patris Evra da Fransa millisini o vaxt pis vəziyyətdə qoymuşdu. Axı, Dünya çempionatı futbolçular üçün bir növ ailədən, evdən kənar mühitdə həm də bir istirahət sayılır. Kapitanın arvaddanqorxan olması da Fransa millisinə ikinci zərbəni vurmuşdu.
Sonda milli azərkeşlərimizin nəzərinə. Daha doğrusu onların həyat yoldaşlarının, ailə üzvlərinin nəzərinə. Ehtiyatlı olun. Qanlı hadisələrin, qətl hadisələrinin baş verməsinə zəmin yaratmayın. Futbol çempionatı cəmi bir aydır. Ərinizə, həyat yoldaşınıza, çörək ağacınıza qarşı heç olmasa bir ay hörmətlə yanaşın. Niyə?
CAR-da keçirilən futbol çempionatı zamanı belə bir hadisə baş verib. Deməli, azərkeş, 61 yaşlı David Makoeyya evdə olan yeganə televizorda futbola baxmaq istəsə də, arvadı və 2 uşağı tərəfindən müqavimətə rast gəlib. Çoxluq din haqqında verilişə baxmaq istəyibmiş. Televizorun pultu üstündə davada isə Makoeyya ailəsi tərəfindən qətlə yetirilib.
Xanımlar və uşaqlar! Azərbaycan kişisi sizin üçün Makoeya deyil a... Ehtiyatlı olun. 11 ay onlar sizin seriallara dözürsə, siz də dörd ildə bir dəfə, cəmi bir ay diqqətli və sayğılı olun. Yoxsa...
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM