Sovet vaxtı idi. Bütün oğlan uşaqları kimi mən də avtomobilə həvəsliydim. Nə qədər edirdim atam sürməyi öyrətmirdi. Evin tək uşağısan, başına bir iş gələr, qəza zad törədərsən-bədbəxt olaram, - deyirdi. Zaman keçdi, maşın sürməyi də öyrəndim. İndiki zəmanədə sürməyə də həvəsim azaldı. Tıxaclar, dövlət yol polisi, radarlar, kameralar, yüksək cərimələr, ballar, piyadalar, dayanacaqların olmaması. Bir avtomobili sürən şəxsə nə qədər təzyiq olar? Bilmirsən maşın sürəsən, yoxsa bu xətalardan özünü oruyasan. Çox bezdim. Apardım maşını dəyər-dəyməzinə satdım. Qınadılar. Niyə satdın? Get bir dənə köhnə maşın al heç olmasa, ayağını yerdən qaldırsın. Yenə də dinc qoymadılar. Qınadılar. Bəziləri dedilər ki, əcəb elədin. Bəziləri isə - sən maşına baxan idin, xoşbəxt oldu onu alan, - dedilər. İndi piyadayam. 47 yaşım var. Təsadüfən uşaqlıqda tez-tez eşitdiyim bir misal yadıma düşdü: “Maşın saxlamaq, ikinci arvad saxlamaq kimidir”.
Çox qəribədir, canlı arvad hara, ölü mexanizm hara? Sanki atalar sözünə çevrilən bu kəlamın isbatını axır ki, tapdım. Qadın kimi maşının da taleyi qəribədir.
İLK MAŞIN, İLK TOY
Təzə maşın alırsan. Yağ içində. Nə qədər bahalıdırsa, o qədər də komfortludur, təhlükəsizdir. Qəza vaxtı yastıqları açılır. Səni qoruyur. Alanda dost-tanışa qonaqlıq da verirsən. Qıraqdan baxanlar da bəxtəvərçilik verir. Ucuz maşınla isə uzağa gedə bilmirsən. Birinci döngədə çevrilir. Verirsən metalloma. Sağ-salamat sürsən, bir az da pullansan təzə, daha yaxşısına dəyişirsən. Ən pis halda ömrünün axırınacan sürürsən.
İlk dəfə evlənirsən. 17-20 yaşlarında qız uşağıdır. Atası varlı-hallı, vəzifəlidir. Cehizi də göz oxşayır.Təntənəli toy da öz yerində. Heş kim sənə bata bilmir. Çətinə düşəndə arxanda dayanıb səni hifz eləyirlər.
Kasıb ailədən olan qızla evlənəndən 3-4 ay sonra dedi-qodu başlayır. Qaynana cehizi gündə on dəfə “başına vurur”. Günlərin bir günü bezirsən, boşanırsan. Qaytarırsan dədəsinin xarabasına. Bir təhər yola getsən bu minvalla ömrünün axırınacan yaşayısan. Ya da pullansan bəyənmirsən. Gedib təzəsini alırsan.
İKİNCİ ƏL MAŞIN, BOŞANMIŞ QADIN
İkinci əl maşın alırsan. Yiyəsindən sonra ikinci yiyəsi sənsən. Çox da sürməyib – bir il, üç il, maksimum 5 il. “Zavadskoy” iyi hələ üstündədir. Ehtiyat təkərini belə işlətməyib. Yağını, suyunu vaxtında dəyişib. Udara salmayıb. Ehtiyatla davranıb. Kuzasında bir-iki cızığı var, o da polirovkayla keçib gedər. Maşına rəng dəyməyib. Demək olar təzə maşındır. Amma dost-tanışa qonaqlıq vermirsən, axı adı köhnə maşındır.
Ərindən boşanmış qadınla evlənirsən. Ömrü boyu bircə ərini görüb. Bir il, üç il, 5 il ərdə olub. Belə baxanda cuvanəzən, bakirə qızlardan heç də fərqlənmir. Doğmayıb. Güzəranı yaxşı olub. Yemək-içməyi, gəzməyi, pal-paltarı. Əri də yaxşı insan olub. Qadın salonunana da vaxtlı-vaxtında gedib-gəlib. Neynəsin ki, qaynanası ifritə çıxıb. Dözə bilməyib. Ayrılıb. Bir az sınıxıb. Lakin kosmetik əməliyyatdan sonra əvvəlkindən daha yaxşı görükəcək. Evlənirsən. Toy-zad da eləmirsən. Adam da ikinci dəfə bəylik-gəlinlik geyər?
YİYƏSİ ÖLMÜŞ MAŞIN, DUL QADIN
Təzə almışdılar. Yiyəsi də çox yaxşı idi. Maşını işə salanda ürəyi partladı öldü. Sanki ruhu, iyi çökmüşdü maşına. Rəngi ağ idi maşının, amma qara brezentə bürümüşdülər. Qohum-qonşu da qınayırdı ki, nə saxlamısınız maşını, ya sürün, ya da satın. Yiyəsinin ili çıxandan sonra anası, atası, bacı-qardaşı imtina elədilər maşından. İçinə dəri salon, təzə maqnitafon, ştorka, daha hansı bəzəklər vurmuşdu yiyəsi. Hamısı qaldı üstündə. Gözlərinin önündən uzaqlaşdırdılar. Dəyər-dəyməzinə satdılar.
Cəmi bir ilin gəlini idi. Əri yaxşı adam idi. Uşaqları da olmamışdı. Təki ondan bir yadigarı olaydı. Ərinin atası, anası, bacısı, qardaşı onun iyini alardılar uşaqdan. Bu da yox idi. Qara libasdan da çıxmırdı. Evdə ona elə baxırdılar ki, sanki o idi ərinin ölümündə günahkar. Artıq bir yükə çevrilmişdi. Ətrafdakılar da qınayırdı: “Ay bala, ölənlə ölməyəcəksən ki, ərə get, həyatını təzədən qur”. Sanki ərinin ilini çıxmağını gözləyirdilər. Ona qarşı münasibət 180 dərəcə dəyişdi.
Arif qız idi. Günlərin bir günü bezdi, atası evinə qayıtdı – cer-cehizi ilə birlikdə. Ordan uzaqlaşdı. Yiyə duran tapıldı. Lakin yenə də çaşıb təzə ərinə köhnə ərinin adını deyirdi.
KÖHNƏ “0” KİLOMETR VƏ YA QARIMIŞ QIZ
Artıq 15 ildir ki, alıb maşını. Salondan götürmüşdü. Xəsisin biri idi. Sürmürdü. Elə qarajdan çıxarırdı, yuyurdu, təzədən də yerinə salırdı. Qəşəng də bəzəmişdi. Göz oxşayırdı. Hamı da qınayırdı. Bezdirmişdilər onu. O gəlirdi ki, mənə sat, o gəlirdi ki, yox mənə sat. Çox pul verən də olurdu, az pul da. Bəziləri də gülürdülər ona: “Nə köhnəldirsən maşını, elə bilirsən təzə kimi sata biləcəksən? Nə olsun kilometrajı sıfırdır. Alan adam ilinə baxacaq. Axırda bezdi başladı sürməyə. Əzmədi, sürtmədi. Amma yenə də adı köhnə maşın qaldı.
Artıq ali məktəbi 15 il idi ki, bitirmişdi. Ərə getməmişdi. Yox istəyəni çox olmuşdu. Birinə keçəl demişdi, birinə kasıb, birinə karlik adı qoymuşdu, birinə uzundraz. Beləcə bəxtini bağlamışdı. Qohum-əqraba da baş-beynini aparırdı ki, bəs ərə get, qarıyıb qalacaqsan. Artıq 37 yaşına çatmışdı. Bir-iki dəfə “qarımış qız”, “staraya deva” kəlmələri də dəymişdi qulağına. Özünü sındırmamışdı. Bakirəliyini də, təmiz adını da qoruyub saxlamışdı. Qız idi, amma çifayda, 37 yaşı vardı. Namaz qılmağa da başlamışdı. Axır ki, bəxti açıldı. Ərə getdi. Amma adına yenə də “qarımış” deyirdilər.
“AVARİYNİ” MAŞIN, TƏRBİYƏSİZ QADIN
Vaxtilə salondan təzə götürmüşdülər avtomobili. Yiyəsi içən, narkomanın biri idi. Çox pis sürürdü maşını. Yağını, suyunu vaxtında dəyişmirdi. Yumurdu, polirovka elətdirmirdi. Necə var sürürdü. “Yama”ları sayırdı. Üç-dörd dəfə qəzaya da düşmüşdü. Maşında sağ yer yox idi. Taksi kimi də işlədirdi. O minirdi, bu minirdi. Sonda da yiyəsinin ehtiyacı elə bir səviyyəyə çatdı ki, maşını satdı. Təzə yiyəsi yaxşıdır. Yağını, suyunu vaxtında dəyişir. Yaxşı baxır. Amma köhnə zərbələr özünü göstərir. Adı da ki, üstündədir. Hamı qınayır. “Sənə lazım idi ki, avariyni maşın alasan?”
Ev qızı idi. Ərə verdilər. Sonra məlum oldu ki, oğlan narkomandı, alkaqolikdir. Evə gəlirdi. Dava salırdı. Yazıq qızı döyürdü. Yetim qız idi. Qalmışdı Allahın ümidinə. Bir tikə çörəyə möhtac idi. Heç kim də kömək etmirdi. Əksinə pis yola çəkənlər çıxırdı qabağına. Pul təklif edirdilər. O da məcbur idi... Gözəlliyini də itirirdi yavaş-yavaş. Bədəninin müqaviməti də azalırdı. Xəstəlikləri üzə çıxırdı. Satılırdı. Bir gün yetim evindən ilk məhəbbəti çıxdı qabağına. Ağuşuna aldı. Başa düşdü onu. Özünə arvad elədi. Tənələr, mənalı baxışlar başladı onu qarabaqara izləməyə. Ərinə deyilən sözləri də aydın eşidirdi: “Dünya doludur 16-17 yaşlı qızlarla, bu da getdi fahişəni özünə arvad elədi”.
SON
Uşaqlıqda eşitdiyim “Maşın saxlamaq, ikinci arvad saxlamaq kimidir” fikrini, kəlamını, axır ki, 47 yaşında mənasını tapdım. Arvadla ömür sürmürsən, yaşamırsan. Arvadı saxlamağı bacarmalısan. Yaxşı saxlasan ömrünün axırınadək sənin yanındadır. Pis olsan sonda səninki deyil. Başqa yiyəsi və ya yiyələri tapılır. Eynən maşın kimi – satılır, satılır, satılır...
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM