Hər hansı yazı-pozu adamı masa arxasına oturub qələmi əlinə alanda, beynində çapdan sonrakı proseslər çiçək açmağa başlayır. Hərə bir şey fikirləşir. Əksəriyyət təmənnalıdır – nəsə umur, bəzisi quru “sağ ol”a möhtacdır. Kimsəni alacağı qonorar maraqlandırır, bəzilərini isə reket ruzusu. Kimisi qorxur – qorxur ki, məhkəməyə verərlər Ciblərini sapla bərk-bərk tikənlər də tapılır. Bir sözlə yazı-pozu aləmi çox böyük bir dünyadır – cılızları da var, dahiləri də. Acından ölüb dahi olanlar da var, bəy kimi yaşayıb cılızlaşanlar da.
Bu yazımın başlığını qoyanda mən də bir anlıq fikrə getdim. Özümlə, cinayət törətməyə getməmişdən qabaq cinayət məcəlləsini varaqlayaraq, ilişəcəyi təqdirdə nə qədər iş alacağını göz önünə gətirən cinayətkarlar arasında paralellər aparmağa başladım.Yerli, yaxud yersiz olsa da... Sadəcə, son nöqtəsinə hələ çox qalan bu yazımı bitirib ictimailəşdirəndən sonra mənə olunacaq zəng və bildiriləcək fikirlərə verəcəyim cavabı dəqiqləşdirdim: “Borcumdur” ifadəsini. Amma deyəsən bu cavabım səhv idi. Daha doğrusu çox...
İyulun 9-u Təzə Pir məscidində böyük alim, professor Əkbər Bayramovla vidalaşdıq. Sonra isə son mənzilə yola saldıq. Onun ölüm xəbərini saytdan oxuyan kimi uşaqlıq illərim gəldi keçdi göz önümdən. Bir şirin xatirə yadıma düşdü. Daha doğrusu, “Sandıq”da qalan bir-iki əhvalatı üzə çıxarmağa qərar verdim.
Əkbər Bayaramov qapıbir qonşumuz, Xalq yazıçısı Bayram Bayramovun kiçik qardaşı idi. Üzdən çox oxşayırdılar Hərdən onlara gələrdi. Pilləkanlarda və ya həyətdə görəndə çaşıb qalırdım ki, görəsən Bayram əmiyə nə oldu ki, bu gün belə arıqlayıb?! Uşaq idim də.
Bilirdim ki, alimdir, ali məktəb müəllimidir. Onu da atam demişdi. Çox ciddi adam idi. Salam verirdim. Amma “salam”dan başqa bir kəlmə də başqa söz eşitmirdim. Yəni ki, “ay oğul necəsən? Atan necədir? Neçədə oxuyursan? Neçə qiymət alırsan? Atanı çox istəyirsən, yoxsa ananı?..”
Vaxt keçdi. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul oldum. İkinci kursda isə Psixologiya fənnini tədris etməyə başladılar. Dərsliyimiz isə Əkbər Bayramovun “Psixologiya” kitabı. Qardaşı oğlu, professor Qurban Bayramovun təbirincə desək – neçə nəslə bu elmi öyrədən “Psixologiya” dərsliyi. Boynuma alım ki, qorxurdum Əkbər müəllimdən. Mühazirələrində cınqırımı da çıxartmırdım. Yox, bu hörmət əlaməti deyildi. Dar məqamda qonşum Bayram əmiyə, atam Qabilə arxalanacağım da ikinci plana keçmişdi. Sadəcə, qorxurdum. Çünki yuxarı kurslarda oxuyanlar bizi xəbərdar etmişdilər ki, bəs Əkbər müəllim mühazirə zamanı müxtəlif psixoloji testlər də həyata keçirir. Bilmirdim ki, doğrudur, ya yox. Mən də bu testlərdən hansınasa tuş gələcəyimə və ağzımdan hansısa sözün çıxacağına qorxurdum. Ona görə də hər ehtimala qarşı özümü maksimum ehtiyatlı aparırdım. Sonda bir qulağımın atamın, o biri qulağımın isə Bayram əminin əlində qalmaması üçün.
HAŞİYƏ: Ay uşaqlar, Əkbər müəllim imtahanda bilirsiniz neyləyir? Bax girirsən imtahana. Bilet çəkirsən. Hazırlaşırsan. Sonra çıxıb cavab verirsən. Suallara da cavab verirsən. Özü də ki, əla cavab verirsən. O da beş yazmaq əvəzinə tələbəyə dönüb deyir ki, “çıx, “qeyri-kafi” alırsan. Sabah gələrsən kafedraya”. Səhəri gün gəlirsən kafedraya. Soruşur ki, “ay bala niyə gəlmisən?” Sən də qorxa-qorxa cavab verirsən ki, bəs dünən “iki” almışam – təkrar imtahana. O da cavab verir ki, bəs sən iki yox, beş almısan, zaçot kitabçan da assisentdə.
Demə, Əkbər müəllim tələbəni yoxlayırmış ki, görüm bu halda o cavab qaytaracaq və ya reaksiyası necə olacaq? (SON)
O vaxt Psixologiya bir elm sahəsi kimi çox da dəbdə deyildi. (Elə indi də... Psixiatrlar psixoloqları yavaş-yavaş üstələyirlər.) İndi anlayıram ki, bu kitabı açıb, oxuyub və dərindən başa düşmədən qapatmağımla nə qədər uduzmuşam. Bir müddətdən sonra həm də kafedra müdiri olan Əkbər müəllimi mühazirələrdə Rövşən müəllim – Rövşən Cavadov əvəz elədi. Amma bilirdik ki, sonda imtahanı özü götürəcək. Amma...
1985-ci ilin mayında 2-ci kursdan əsgəri xidmətə getməliydim. Qanunla da sessiya imtahanlarını vaxtından əvvəl verməyə ixtiyarım var idi. Bununla bağlı tədris işləri üzrə prorektora ərizəylə müraciət etdim. O da razılıq dərkənarı qoydu. Ərizəni dekanlığa təqdim etdim. Müəllimlərin yazığı gəlsin deyə başımı tez keçəl qırxdırdım. Axı onlar da valideyndirlər. Əsgər atası, anası olublar, ya da ki, nəvaxtsa olacaqdılar. Psixologiyanın bu sahəsini bir köhnə azərbaycanlı kimi yaxşı bilirdim. Beləcə boynuma düşən beş zaçotu və dörd imtahandan üçünü şıppıltıyla verdim. İki dənə “beş”, bir dənə “dörd” aldım. Çünki iki ildən sonra əsgərlikdən qayıdanda zərbəçi kimi 45 rubl stipendiya almağımı indidən təmin etməliydim. Qaldı bircə Psixologiyadan imtahan. Kafedraya girməyə cürət etmədim.
HAŞİYƏ: Əsgərliyə gedən tələbələrdən vaxtsız imtahan götürən müəllimlərdən daşürəkliləri də tapılırdı. Əlbəttə ki, başqa fakültələrdə. Yazığı gəlib, hətta quruca “üç” yazmağın əvəzinə, “iki il boş vaxtın olacaq. Əsgərlikdə öyrənib, qayıdanda imtahan verərsən” deyirdilər. Biz nə biləydik ki, universitetdə evlənməyən kişilər və ya “staraya deva”lar da işləyirmiş. (SON)
Axı, Əkbər müəllimdən qorxurdum. Bayram Bayramov, Qabil kimi “dayday”larım olduğu halda. Vaxt isə gedirdi. Beləcəri toplanış məntəqəsinə yollanmağıma az qalırdı. Qərara aldım ki, Bayram əmiyə yaxınlaşım. Səhər-səhər qapılarını döydüm. Zümrüd xala açdı qapını. Bayram əmini səslədi. O da demə evdən çıxırmış. Biryerdə pilləkənləri düşdük. Elə düşə-düşə də sözümü dedim. O da “gedərsən Əkbərə deyərsən ki, sən mənim qonşumsan” dedi. Başqa heç nə demədi. Mən də gözləyirdim ki, telefonla zəng edər və ya xırda bir “zapiska” yazar. Heç nə demədim. Yol boyu ürəyimdə deyinə-deyinə gəldim universitetə. Başladım fikirləşməyə ki, bəs tutaq ki, girdin kafedraya, yaxınlaşdın Əkbər müəllimə. O biri müəllimlərin yanında da dedin ki, bəs “mən Bayram əminin qonşusuyam”. Guya Əkbər müəllim bilmir ki, mən Bayram Bayramovun qonşusuyam? Həm də çox hörmət bəslədiyi Qabilin oğluyam? Birdən ağır cavab versə... Məsəlçün, desə ki, “gözüm aydın” və ya “slujba slujba, drujba drujba”.
Xülasə, özümdə güc tapıb, girdim kafedraya. Bəxtimdən ikisi idi kafedrada – Əkbər Bayramov və Rövşən Cavadov. Əlimdəki göndərişi Əkbər müəllimə uzatdım. “Əsgərliyə gedirəm” deyə izahını verdim. Sonra da “Bayram əmi dedi ki...” “tapşırığ”ını yavaş-yavaş söylədim. Üzündə ani təbəssüm yarandı. Sonra yenə ciddi görkəm aldı. Göndərişi Rövşən müəllimə uzatdı. Heç nə demədi. Monoloqumu Rövşən müəllim də eşitmişdi. O da kağızı imzalayıb özümə qaytardı. Sağollaşıb çıxdım. “Psixologiya – yaxşı” sözlərini oxuyanda həm sevindim, həm də xəcalət çəkdim. Üçüncü kursa keçməyimə sevindim, imtahansız yox (çünki imtahan biletləri iyunda olacaqdı), sorğu-sualsız qiymət almağıma isə xəcalət çəkdim. Bu “4” qiymət Əkbər müəllimin böyük qardaşına, o cümlədən Qabilə ehtiramının nəticəsi idi.
HAŞİYƏ: 1981-ci il. Axşam vaxtı idi. Qapı döyüldü. Bayram əmi idi. Çox əsəbi görünürdü.
– Ay Bayram, nə olub?
– Yaman əsəbləşdiriblər məni, Qabil. Bu gün böyük yığıncaq idi. Bir nəfər çıxıb tribunaya dedi ki, bəs bu fəxri ad, medal alanların heç biri layiq deyil. Nədi-nədi buna heç nə çatmayıb. Heç olmasa “bəzi” sözünü işlətsəydi məni yandırmazdı. Axı, bizim Əkbərə də “Əməkdar elm xadimi” fəxri adı veriblər. Sən də, mən də bilirik ki, layiqdir.
– Deyib deyib də day niyə əsəbləşirsən ki? Öz qanmazlığını göstərib də... – deyə atam Bayram əmini sakitləşdirməyə çalışdı.
– Yox e... məni yandıran o deyil. İclasdan sonra dəhlizdə mənə yaxınlaşıb nə desə yaxşıdır? Deyir ki, “Bayram müəllim, təbrik edirəm. Qardaşınıza fəxri ad veriblər. Layiqdir”.
– Bəs sən nə cavab verdin?
– Heç nə. Dedim ki, “eşşəy özünsən”. (SON)
Əsgərliyimi çəkdim, qayıdıb Universiteti də bitirdim. Sonralar rastlaşmadıq Əkbər müəllimlə. Bir də 1992-ci ildə qəzetdə adına rast gəldim. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 tanınmış ziyalının arasında professor Əkbər Bayramovun da adı vardı. Daha sonra həmin şəxslər Yeni Azərbaycan Partiyasının “Qızıl Fondu” elan olundular. Prezident Heydər Əliyevin 2002-ci ildə dediyi “91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına böyük hörmət və ehtiram bəsləmişəm” qiymətindən siyasətçi Əkbər Bayramova da xüsusi pay düşürdü.
Bu qiymət və ehtiram 2000-ci ildə, Ümummilli liderimizin sərəncamıyla bir daha təsdiqini tapdı. Əkbər müəllim “Şöhrət” ordeniylə təltif olundu. 1976-cı ildə təltif edildiyi “Şərəf nişanı” ordeni, 1977-ci ildə layiq görüldüyü “SSRİ Maarif əlaçısı”, 1981-ci ildə aldığı “Əməkdar elm xadimi” kimi təltiflərin siyahısına daha bir QİYMƏT də əlavə olundu.
Hə... Yazımı bitirdim. Əvvəldə yarımçıq bir fikrim qalmışdı. Onu tamamlamaq istəyirəm. İndi bu yazını oxuyub mənə zəng etsəniz və xoş sözlər söyləsəniz “Borcumdur” cavabı verməyim çox bəsit görsənər. Çünki mənim yazdıqlarımın çoxu ödəmək istədiyim mənəvi borclardır. Düzdür. Bir cızma-qarayla bu mümkün deyil. Bəlkə də buna qədirbilənlik kimi qiymət verəcəksiniz. Bəlkə də mən bunları yazıb, borcumu qaytarmış kimi təsəlli tapdığımı zənn edirəm. Çünki “Professor Əkbər Bayramova vida sözü” yazısını yazmaq mənim onqat borcumdur.
Borcumdur ona görə ki, Əkbər Bayaramov mənim qonşum Bayram əminin qardaşıdır.
Borcumdur ona görə ki, Əkbər Bayramov mənim müəllimim olub.
Borcumdur ona görə ki, Əkbər müəllimin atam Qabilə böyük ehtiramı olub.
Borcumdur ona görə ki, Əkbər Bayramov “91-lər”-in siyahısında öndə gedənlərdən olub.
Borcumdur ona görə ki, Əkbər Bayramov xalqımın böyük alim övladlarındandır. O alimlərdəndir ki, onun “mürəkkəbi şəhid qanından ağırdır”.
Borcumdur ona görə ki...
SON
Yasamal qəbiristanlığındayıq. Əkbər müəllimi torpağa tapşırdıq. Molla dua oxudu. Sonda isə orda olanlara üzünü tutub “Halal edin” söylədi. Hamı da dəfələrlə “halal” söylədi. Mən də qeyri iradi söylədim – hamı kimi. Sonra isə dodağımı dişlədim. Gör e... halallığı mən almaqdan... Amma gecikmişdim. Gec də olsa dilləndim: “Əkbər müəllim, 1985-ci ildə verdiyiniz, layiq olmadığım “4” qiymətini halal edin”.
Allah rəhmət eləsin.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM