"Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr

09:23 / 28.11.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

  Mətbuat tariximiz-milli düşüncə tariximiz

              

     Azərbaycan uşaq ədəbiyyatının tarixi lap qədimlərə gedib çıxsa da,  uşaq mətbuatının tarixi 1906-cı il aprel ayının 16-dan başlayır. Həmin gün Bakıda "Dəbistan" adlı uşaq dərgisinin ilk nömrəsi çap edilərək oxuculara ünvanlanmışdır.  Üç il ərzində (1906-1908) dərginin 27 nömrəsi çap edilmişdir. 1907-ci ildə "Dəbistan"ın 8 nömrəsi  çıxmışdır. 1908-ci ildə cəmi bir nömrəsi çıxan "Dəbistan" - 1907-ci il noyabrın 28-də Bakıda vəfat etmiş görkəmli təbiətşünas alim, 1875-1877-ci illərdə "Əkinçi" adlı qəzetin redaktoru, "Dəbistan"ın fəal müxbiri Həsən bəy Zərdabinin xatirəsinə həsr edilmişdir. 
    "Dəbistan"ın naşir və redaktorları  Azərbaycanın məktəb tarixində özünəməxsus yeri olan ibtidai sinif müəllimləri  Əli İsgəndər Cəfərzadə (1875-1941) və  Məhəmmədhəsən Əfəndizadə (1886-1918) idi. Bir müddətdən  sonra naşir və redaktorluq  işini Ə.Cəfərzadə təkbaşına görmüşdür. "Dəbistan"ın ətrafına bir çox ziyalı adamların, məktəb  müəllimlərinin toplanması  bu mətbu orqanı aydınların tribunasına çevirmişdir.
    H.Zərdabi, S.M.Qənizadə, S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli işıqlı fikir adamlarının "Dəbistan"dakkı çıxışları dərginin əhəmiyyətini  xeyli artırmışdır. M.Ə.Sabir "Dəbistan"da çıxış etməsə də, onun  nəşrinin dayandırılmasından narahatlığını "Molla Nəsrəddin" jurnalının 29 iyul 1907-ci il tarixli 28-ci nömrəsində dərc etdirdiyi  "Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı" şeirində - 7 beytlik qəzəlində özünəməxsus  rümuzlarla  belə bildirmişdir:

                           "Meydani-rəqabətdə bizim himmətimizdən
                            Dəva qapanıb Rüstəmi-dastan da qapandı!
                                                                *
                            Ətfali -vətən qoy bağırıb ölsün acından
                            Yandı analar sinəsi, püstan da qapandı!
                                                                *
                           Qoy köhnələrin daş ürəyi gül tək açılsın,
                            Darüzzəfəri-tazəpərəstan da qapandı!
                                                                *
    Maraqlıdır ki, M.Ə.Sabir bu şeirin dərcindən təxminən bir ay yarım əvvəl - "Molla Nəsrəddin" jurnalının 8 iyun 1907-ci il  tarixli 25-ci nömrəsində "Ədəbiyyat" başlığı altında 10 beytlik  "...ölübə" rədifli qəzəlini  çap etdirmişdir. Məzmun, nüktə  və rümuzlarına görə bu şeirin də iyunun 4-dən sonra qapadılan "Dəbistan"a aid olmasını düşünmək olar.
    Cəlil Məmmədquluzadənin jurnalın elə bu nömrəsində yerləşdirdiyi "Dəbistan" felyetonu da bu ehtimalı gücləndirir. "Dedim-Dedin" şəklində yazılmış bu felyetondan bir hissəni oxucuların diqqətinə  çatdırırıq: 

    "Necədir, dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən?
    Bir il bundan qabaq sən başlayırdın "Dəbistan" jurnalı çıxartmağa və məndən  məsləhət soruşdun. Yadındadır, mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Qoy yadına salım:
    Mən sənə dedim "dəli olma". Sən dedin "yox, "Dəbistan" çıxardacağam". Mən sənə dedim "başına soyuq dəyib". Sən dedin, "yox,  çıxardacağam". Mən sənə dedim ki, "görükür ki,  çox pulun var". Sən dedin ki, "yox, çıxardacağam".
    Cəlil Məmməquluzadə redaktorun bu inadkarlığı xatırlatmaqla, onun düzgün yolda olduğunu oxuculara Ezop manerası ilə başa salmaq istəyirdi. "Qızım, sənə deyirəm, gəlinim, eşit"  deyimi  burada əsl həqiqəti üzə çıxarır: "Dəbistan" maarif və elm fədailərinin qaranlıq yollarını işıqlandırır. 

  "Dəbistan"  başlığı altında - onun  iki həftədə bir dəfə nəşr olunan, millətin tərəqqi və təkamülünə xidmət edən müsəvvər (şəkilli-N.N  )jurnal olduğu bəyan edilmişdir. Jurnalın idarəxanəsi Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında yerləşirdi. Jurnalın oxuculara ünvanlanan, ön söz sayıla bilən sütununda "göndərilən yazıların  sadə türkcə olmaları təmənna olunur". Bu xahiş və göstərişə  "Dəbistan"ın , demək olar ki,  bütün yazarları əməl etmişlər.
  
     Jurnalın üz qabığında üç rəsm əsəri kollaj edilmişdir. Rəsmlərin ikisində rəsm müəllifilərinin adına işarə vardır. Adını hələ aça bilmədiyimiz P.M. və V.S kriptoqramları şəkillərdə (burada ad və soyadlarının baş hərfi) aydın görünür. Bu rəssamlardan birinin çəkdiyi şəkillərin birində məscidin önündən keçərək nəvəsini məktəbə aparan nurani  bir qoca ilə qoltuğunda dəftəri olan nəvəni görürük.
   İkinci şəkildə yeni məktəbə aid atributlar göstərilir.  İki rəsmin ortasnda üfüqdən boylanan günəş və onun ərtafa saçdığı şüalar, bu şüaları örtməyə, qarşısını kəsməyə qüdrəti çatmayan buludların təəssürat yaratmağa xidmət edən gürüntüləri verilmişdir. 
  Jurnalın  nömrələrindəki səhifələrin sayı fərqlidir. Hər səhifə iki sütuna bölünmüş, hər sütunda 30 sətirlik material  yerləşdirilmişdir.
   "Dəbistan"ın hər nömrəsinin sonunda dərc olunan materiallarin içindəki çətin sözlərin lüğəti verilmişdir. Bu səhifənin müəllifi  jurnalın redaktoru Əliisgəndər Cəfərzadə idi. O, imza kimi adını təşkil edən sözlərin baş hərflərindən istifadə edirdi.
   "Dəbistan"ın hər ay  8 səhifəlik əlavəsi  çıxırdı. Əlavələrdə ayrı-ayrı siniflər üzrə müəllimlərə metodiki göstərişlər verilir, dərs cədvəllərinin tərtibi qaydaları izah olunurdu. Bu cəhətdən "Dəbistan"ın əlavələrdən biri- 15 sentyabr 1906-ci ilə aid  "Valideynə məxsus vərəqə"si  diqqəti cəlb edir.
    "Əlavə"dəki materiallardan  biri  1906-cil  avqust ayının  15-dən  ayın  axırınadək davam edən "Müəllimlər ictimaisi"ndə (Avqust müşavirələrində -N.N.) edadi ( orta məktəb-N.N.), rüşdiyyə (ibtidai məktəblə orta məktəb arasında olan məktəb ) və dörd illik  məktəblər üçün tərtib olunan məramnamələrin çap variantıdır. Siniflər üzrə tərtiç olunmuş məramnamələr valideyn-məktəb münasibətlərinin  əlaqələndirməsi  baxımından maraqlı görünür.
Oxucuların diqqətini "Türk dilinin məramnaməsi" başlıqlı  materiallara yönəldirik :

                                        Birinci sinif
 1) Dərsi-şifahiyyə
  (yəni ağızdan deyilən dərslər)  - bir aydan ay yarıma qədər
 2)Əlifba təlimi-  martın on beşinə qədər
 3) Asan və müxtəsər hekayə və mənzumələr

                                 Yazı   dərsləri
1)  əczayi-hüruf  yazısı ( indiki anlamda - hərflərin hissələr üzrə yazılma qaydaları -N.N.)
2) hərflər,kəlmələr və mətləblər yazısı
3) şəkil çəkmək
4) imla dərsi ( sövt  ilə səs, sədailə-N.N. )
5) kitab üzündən yazdırma
6) hüsnxətt
 
 Müasir dövrün müəllimləri  106  illik bu metodiki məlumatlardan çöx bəhrələnə bilərlər. Bu cəhətdən 3-cü sinif  üçün məsləhət  görülən "Yazı dərsləri"ni  nəzərdən keçirək.

                                   Yazı dərsləri
1)hifzdən yazdırmaq (oxudulmuş mənzumələrdən)
2)imla dərsləri
3)oxudulmuş nəqlli hekayələrin   məzmununu yazdırmaq(suallar vasitəsilə və yaxud sualsız )
4)müxtəlif məzmunlarda  məktublar inşa etmək
5)məşq  və şəkil dərsləri

"Dəbistan"ın  reklam xarakterli elanları da bugünkü uşaq mətbuatı orqanları üçün nümunə ola bilər.Burada müxtəlif annotasiyalara , yeni nəşrlərin reklamlarına səxavətləyer ayrılmışdır. Bu materiallar məktəb tarixi, dərsliklər vəlüğətlər haqqındamaraqlı xəbərlərlə ilgilidir. 
   "Rəhbər" -jurnalının reklamına diqqət yetirin: 

                                                                    " Rəhbər"-

    Qafqazın və tamam Rusiyanın  məişətindən bilümum ( ümumən -N.N.)Rusiya  müsəlmanlarının  məişətindən bilxüsus ( xüsusilə-N.N.)  ədəbiyyatından  və üsuli-təlim və  tərbiyədən  bəhs edən aylıq türk jurnalıdır, həmin sentyabr ayının 20-dən  etibarən  çıxmağa başlayacaqdır.   İl başınacan  (1907-ci ilin ibtidasınacan ) abunə qiyməti bir manat  50 qəpikdir.  Müştəri olmaq xahiş edənlər  " Dəbistan"jurnalının   idarəsinə rücuh etsinlər. 

    Sahibi-imtiyazı   və  müdir  --Mahmud bəy Mahmudbəyov".

                                                                  ***
 "Dəbistan"dakı digər bir elan   hesab dərsliyi  tarixini öyrənmək cəhətindən yadda saxlanılmalıdır.
    

                          ***Mütəəllimlərə (elm öyrənənlərə-N.N)  töhfə ****
 Mübtədi şagirdlərə türk lisanında elmi-hesabdan bir töhfəcik.  Biri beş şahı ( 25 qəpik ) pul əvəzinə,  poçta markası qəbul olunur.  Adres: Bakı, maqazin   "Hİdayət"-    Əliyev.
                                                                 ***
  "Dəbistan" jurnalında klassik ədəbiyyatımızın öyrənilməsinə  aid  bir çox materialların  işıqlandırılması  bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərir. Bu silsilə məqalələrin bir neçəsinin  müəllifi Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən  F.Köçərli  idi. İmzası imzalar içində yavaş-yavaş tanınmağa başlayan  M.Hadi də  "Dəbistan"nı  öz şeir və tərcümələri ilə  rövnəqləndirirdi.
   Jurnalda həyatının son illərini yaşayan Həsən bəy Zərdabinin təbiət mövzusunda yazdığı  elmi-populyar yazılardan bu günün biologiya və zoologiya müəllimlər çəkinmədən istifadə edə bilərlər. "Tarixi-təbii" başlıqlı bu yazılarda məktəb yaşlı uşaqların dünyagörüşünün daha mükəmməl şəkildə  formalaşdırılmasında istifadə etmək olar.
  "Dəbistan" fars sözüdür. Mənası  ibtidai məktəb, mədrəsə  deməkdir. Bu məktəb  mətbu söz vasitəsi ilə digər sahələrin, elm , sənət, mərifət, qanacaq öyrədən  təhsil və tərbiyə  ocaqlarının əsasını  qoydu.
  Bu  bünövrənin ikinci mərtəbəsi  - "Rəhbər" jurnalıdır. 
  Üçüncü mərtəbə özü bir məktəbdir -   "Məktəb"dərgisi.
  Bu mərtəbər-uşaq mətbuatımızin  mərtəbələri   haqqında sonrakı yazılarımızda məlumat  verəcəyik. 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM