Azərbaycan Respublikasının Əməkdar müəllimi
Dünyanın bir çox ölkələrində oğrətmən egitiminde, təlim və tədris prosesində araşdırmalar daima diqqət mərkəzinde olmusdur. Bu da təbiidir. Keçilən mövzu llə ilgili materiallar araşdıcılıq yolu ilə gündəmə gətirilməli , şagirdlərin diqqətinə yönəldilməlidir.Təcrübə göstərir ki, ən yaxşı müəllimlər elmi yaradıcılıqla məşğul olan , dərslərini elmi axtarışlar əsasında quran müəllimlərdir. Bu fikrin təsdiqi kimi Azərbaycanın və Türkiyənin bir neçə müəlliminin yaradıcı işindən söz açmaq istərdim.
Görkəmli Azərbaycan şairi S.Ə.Şirvani (1835-1888) XIX əsrin ortalarında ali dini təhsil almış müəllimlərdəndir.Aldığı dini təhsilə görə o, dini vəzifələrdə işləyə bilərdi. Lakin S.Ə.Şirvani doğma şəhərində - Bakıdan əvvəl Azərbaycanın paytaxtı - baş şəhəri olan Şamaxıda müəllimlik etmək qərarına gəlir: əvvəlcə məhələ məktəbində, sonra isə dini idarələrin açdığı, Azərbaycanın eğitim tarixində "Məclis məktəbi" kimi tanınan, 1874-cü ildə şəhərin Şıxzərli məhəlləsində açılan məktəbdə ana dili və şəriətdən dərs deyir.
1877-ci ildə Seyid Əzim Şirvanini yaxşı müəllim kimi Şamaxıdakı dövlət məktəbinə də işləməyə dəvət edirlər. Bu illərdə S.Ə.Şirvaninin şöhrəti yaşadığı şəhərdən uzaqlara yayılmışdı. O, 300-dən artıq şairin əsərlərindən ibarət olan nümunəvi bir təzkirə yaratmışdı, Bakıda Azərbaycan dilində nəşr olunan "Əkinçi" (1875-1877) adlı qəzetin əsas müxbirlərindən biri idi, Şirvanın tarixinə aid elmi məqalə yazmışdı. (1). Ən yaxşı müəllimlərə xas olan maraqlı cəhət bu idi ki, S.Ə.Şirvani dediyi dərslərin materialları əsasında "Rəbiül-ətfal" (Uşaqların baharı) adlı mükəmməl bir dərslik hazırlamışdı. Heç də təsadii deyil ki, S.Ə.Şirvaninin müəllimlik fəaliyyəti dövlət səviyyəsində qiymətləndirilmişdi: o, tədris sahəsindəki fəaliyyətinə görə "Za yserdiye" (Fəallığına görə) gümüş medal ilə təltif olunmuşdu (2 ,səh 3-25).
S.Ə.Şirvani türk ədəbiyatını yaxşı bilən şairlərdən idi, ərəb və fars dillərini şeir yazmaq dərəcəsində bilirdi. Onun farsca şeirlər divanı türk şeirlər divanından heç də geri qalmırdı. S.Ə.Şirvani maarifçılık mövzusunda yazdığı şeirlərində də, satirik ruhlu mənzumələrində də, Şərq ədəbiyyatında nəsihətçilik təriqli şeirləri ilə daha çox tanınan, məşhur olan türk şairi Güvahidən faydalanmışdır. Seyid Əzim Şirvani Azərbaycan şairləri cərgəsində ən yaxşı qəzəl, nəsihətnamə və öyüdnamə yazanların birincisi idi, doğru yol göstərəni idi.
S.Ə.Şirvanini həm şair, həm də müəllim kimi tanıdan , tarixdə yaşadan onun araşdırıcılığı,elmi tədqiqatı başlıca meyar hesab etməsi idi.
Azərbaycan eğitim tarixində elmi və metodiki axtarışları ilə məşhur olan müəllimlərdən biri də Rəşid bəy Əfəndizadədir. Rəşid bəy Əfəndizadə (1863-1942) dünyaya göz açandan evdə kitab-dəftər görən ziyalılardan biridir. O, yaxşı müəllimlərdən yaxşı təhsil almışdı. R.Əfəndizadənin söz ustası və müəllim kimi pərvazlanmasında atası - Nuxa (Şəki) şəhərinin qazisi İsmayıl Əfəndi Hacı Çələbi Əfəndizadə , babası-"Nafe" təxəllüsü ilə şeirlər yazan məşhur müdərris Hacı Mahmud Əfəndi , dayısı İmam Cümə Əfəndi Həsən Əfəndi oğlu , Azərbaycan ədəbiyyatında dramatik növün, povest janrının əsasını qoyan filosof M.F.Axundzadə (1812-1878) mühüm rol oynamışlar.
Rəşid bəy Əfəndizadə Gürcüstanın Qori şəhərində açılmış Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından biridir. O, müəllimlik fəaliyyətinə 1882-ci il avqustun 1-də başlamışdır(1,6).
R.Əfəndizadə "Şaki" təxəllüsü ilə şeirlər yazmış, dövri mətbuatda maraqlı yazılarla,risalələrlə çıxış etmiş,qadınların yaxşı təhsil almaları üçün geniş və səmərəli fəaliyyət göstərmişdir.(7). O, uzun müddət türkdilli yerlərdəki məktəblərdə tədris olunan bir neçə dərsliyin müəllifidir.
R.Əfəndizadənin iki dərsliyi Türkiyədə çap olunmuşdur.Bu işdə ona müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Əfəndinin qayğı göstərməsi güman edilir.
Münif Əfəndi Azərbaycan ziyalıları ilə sıxı əlaqələr saxlayan böyük türklərdəndir.O, 1882-ci ildə "Ziyayi- Qafqasiyyə" qəzetində bu mətbu orqanın redaktoru və naşiri Səid Əfəndi Ünsizadənin ezop manerası ilə açdığı "Ey bülbül" adlı şeir müsabiqəsinin təşkilatçılarından biridir. Münif Əfəndi M.F.Axundzadə , Zaqafqaziya müftisi Şamaxılı Əbdülhəmid Əfəndizadə və Həsən bəy Zərdabinin də yaxından tanıdıqları məslək və əqidə dostlarından biri idi.(8 ,N 15,)
R.Əfəndizadənin dərsliyinin Türkiyədə çap edilməsi ideyası da buradan gəlir. R.Əfəndizadə öz dərsliklərini Ruhani İdarəsində katib işlədiyi Tiflis şəhərində də çap etdirə bilərdi.O vaxtlar Tiflisdə Ünsizadə qardaşlarının Azərbaycan dilli mükəmməl mətbəələri var idi. Buradakı mətbəə avadanlıqlarının çoxu, yazı şiriftləri Türkiyədən gətirilmişdi. Lakin R.Əfəndizadə başqa variantı seçir: o, İstanbula-mətbələri ilə məşhur olan Babəli caddəsinə üz tutmağı qərara alır.
Tiflisdə Əhli-Təsənni Ruhani İdarəsində katib işləyərkən R.Əfəndizadə İdarənin nəzdindəki məktəbdə müxtəlif fənlərdən dərs deyir, məktəb işindən uzaqlaşmır. İki yerdə işləməsinin, əlbəttə,əsas səbəbi ailəsinin maddi vəziyyəti ilə əlaqədar idi. Bu cəhətdən R.Əfəndizadənin 1898-ci il aprelin 4-də müfti Molla Hüseyn Əfəndi Qayıbova yazdığı ərizə maraq doğurur. Ərizəçi ayda 34 manat
29 qəpik əmək haqqı aldığını, 6 nəfərlik ailəsini güclə dolandırdığını ürək ağrısı il bildirir, vacib həyati şəraitini yaxşılaşdırmaqdan ötrü müftidən qayğı umur.Ərizədə R.Əfəndizadənin ilk dərsliyinin tarixi məqamları haqqında maraqlı məlumatlar vardır.
R.Əfəndizadə yazırdı:
" Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ Xalq Maarif sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını nəşr etmək qərarına gəlmişəm...10 il müddətində müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq nəticələr qazanmışam. Senzor Komitəsinin icazəsi ilə bu əsəri ("Uşaq bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) ərəb əlifbasının kolleqrafiya qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol şəhərinə göndərmişəm .İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam olmadığından tipoqrafiyanın rəhbərləri dərsliyin düzgün korrektə olunacağına zəmanət vermir. Odur ki, dərsliyi korrektə etmək üçün Konstantinopola getmək istəyirəm" .
R.Əfəndizadə ərizəsinin sonunda səfərlə əlaqədar olaraq,ona iki aylıq maaşı ödənilməklə məzuniyyət verilməsini xahiş edir. (4, vərəq 3-9)
Zaqafqaziya müftisi M.H.Qayıbovun 18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən, R.Əfəndizadəyə Konstantinopola getmək üçün iki aylıq məzuniyyət pulu və xarici pasport verilir.
R.Əfəndizadənin "Uşaq bağçası" dərsliyi 1898-ci ildə (1316 -cı sənəyi-islamiyyə) İVANAKİ PƏNAYOTİDİSİN İstambulun(dərslikdə İSTAMBUL yazılıb- N.N.) BABƏLİ caddəsindəki 38 nömrəli mətbəəsində çap edilmişdir.
Yeri gəlmişkən qeyd edək ki,"Uşaq bağçasının çapına hələ 29 fevral 1896-cı ildə Tiflisdə Senzor Komitısi tərəfindən icazə verilmişdi. (5,vərəq 3-13)
Dərsliyin təlim sistemindəki rolunu vurğulayan müəllif "Savadsız adam bir ayda oxuyur və yazır" sözlərini yazmaqla şagirdləri maarifləndirməyə səfərbər edir. Arxiv sənədlərindəki variantından ( soyadının " Rəşid bəy Əfəndiyev "kimi yazılmasından -N.N.) fəfrqli olaraq, dərslikdə müəllifin soyadı Rəşid bəy Əfəndizadə kimi göstərilir (5).
Dərslikdəki qeydlərdən öyrənirik ki, Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov və Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam Axundzadə (onların hər ikisi Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının ilk müəllimləri olmuşdur) bu dərsliyin ibtidai məktəblərdə istifadə olunmasını faydalı hesab etmişlər (9).
Dərsliyin tərtibindən hiss olunur ki, R.Əfəndizadə proqram materiallarına yaradıcı şəkildə yanaşmış,dərsliyin materiallarını nəzəri və elmi-metodik cəhətdən düzgün əlaqələndirə bilmişdir.Müəllif dərsliyin materiallarını 27 dərs saatı ərzində öyrənməyi lazım bilmişdir.
Dərsliyin şagirdlərin mütaliə dairəsini genişləndirməyə xidmət edən hissəsindəki materiallar 70 başlıq altında yerləşdirilmişdir. Bu materialların cərgəsində dünyanı dolaşan təmsillər və sərgərdan mövzularda olan seirlər, islam dininin və peyğəmbərlərin tərifi, fəsillər haqqında düşündürücü yazılar və bədii təfəkkür nümunələri əsas yer tutmuşdur.
Dərsliyin üçüncü fəqərəsindəki 16 yarımbaşlıq altında verilən materialların çoxu nəzmlə yazılmışdır. "Tülkü və Qaraquş", "Çaqqal", "Kor kişi", "Qardaş və bacı", "Sədaqət", "Məktəbə dəvət" (bu şeir görkəmli rus pedaqoqu L.Modzalevskinin yazdığı mənzuməyə nəzirədir-N.N.), "Vəsfi-məktəb" dərsliyi dəyərləndirən materiallardandır.
R.Əfəndizadənin "Uşaq bağçası" bir neçə dəfə nəşr olunmuş, sonrakı dərsliklərin baza məktəbinə çevrilmişdir.(7).
R.Əfəndizadə 1901-ci ildə "Bəsirətül-ətfal" adlandırdığı ikinci dərsliyini Bakı Quberniya İdarəsinin mətbəəsində çap etdirir.
206 səhifəlik bu əsər də müəllim və şagirdlərin elmi bə bədii zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır. Dərslikdəki materialların çoxu müəllifin özünün yazdığı bədii nümunələrdir. Dərslikdəki rus ədəbiyyatından tərcümə olunmuş bədii nümunələr də R.Əfəndizadəyə aiddir.
R.Əfəndizadənin İstanbulda 1907-ci ildə çap olunan ikinci kitabı da "Bəsirətül-ətfal" adlanır. Bakıda 1901-ci ildə çap olunmuş "Bəsirətül-ətfal" dan fərqli olaraq, bu dərslik müsəvvərdir(şəkillidir). Dərslikdə məşhur rus rəssamı V.A.Taburinin illüstrasiyalarından istifadə olunmuşdur. Bu illüstrasiyalar ilk dəfə rus yazıçısı və aktyoru L.A.Çarskayanın 1902-ci ildə Peterburqda nəşr etdirdiyi "Tələbə qızın gündəliyi" əsərində işıq üzü görmüşdür. Dərsliyin üz qabığındakı şəkildə zəmanəsinin tanınmış riyaziyyat müəllimi Qriqori Porden (tələbə qızlar onu özlərinə yaxın bilib " Qri-Qri dayı " adlandırırdılar) dərs dediyi tələbə qızların əhatəsində verilmişdir. Müəllim - şagird münasibətlərini öyrənmək baxımından bu şəkil maraqlı görünür.
R.Əfəndiyevin İstanbul "Bəsirətül-ətfal"ı İstanbulun Babəli caddəsində 72 nömrəli binada yerləşən Mahmud bəy mətbəəsində çap olunmuşdur. Həcmi 128 səhifədir. Rəşid bəy Əfəndizadənin bundan əvvəlki iki dərsliyi kimi bu tədris kitabı da kitab nəşri tariximizdə layiqli yer tutur.
XIX əsrin II yarısından başlayaraq Azərbaycan-Türkiyə arasında ədəbi, elmi və eğitim əlaqələrinin genişlənməsində müxtəlif növ məktəblərdə çalışan digər müəlimlər--Bakı Real Məktəbinin müəllimi, "Əkinçi" qəzetinin redaktoru Həsən vəy Məlikov (Zərdabi),"Ziya" qəzetinin redaktoru, əvvəllər Şamaxıda müəllim və qazı işləyən Səid Əfəndi Ünsizadə, "Şərqi-Rus" qəetinin redaktoru Məhəmməd ağa Şahtaxtinski, İstanbul Universitetinin məzunu Cavid Əfəndi Rasizadə (Hüseyn Cavid), "Molla Nəsrəddin" jurnalının əməkdaşlarından - M.Ə.Sabir, Ə.Haqverdiyev və başqaları misilsiz xidmətlər göstərmişlər. Onların yaradıcı fəaliyyəti bugünkü müəllimlərə gözəl nümunədir.
Ölkəmizin tarixi, adət -ənənələri , etnoqrafiyası, ədəbi dili, pedaqoji mətbuatı və egitim siyasəti ilə ilgili olan digər məsələlərinin həlli yolunda hələ görülməyən işlərimiz çoxdur. Bu məsələlərin həllində müəllimləri qüvvəsi səfərbər olunmalı, onların yaradıcılıq axtarışlarına qayğı və sayğı daha da artırılmalıdır.
Açar sözlər- araşdırma, öğrətmen, yaradıcılıq, məktəb, fənlərarası əlaqə
Xülasə
Məqalədə öğretmen egitimində araşdırmaların rolu, bu istiqamətdə bu gün üçün önəmli məsələlərdən söz açılır, yaradıcı müəllimlərin diqqəti Azərbaycan - Türkiyə arasında eğitim siyasəti, pedaqoji mətbuat, dərslik siyasəti kimi vacib olan proqram xarakterli işlərin görülməsinə cəlb edilir.
Resume
The article is about the importance of investigation in teaching and the role of Azerbaijan teachers in this project.
Qaynaqlar (İstifadə olunmuş ədəbiyat )
1.S.Ə.Şirvani.Seçilmiş əsərləri, Bakı,1967, səh.16-19.
2.Rəşid bəy Əfəndizadə.Uşaq bağçası, Konstantinopol,1898.
3.Rəşid bəy Əfəndiyev,"Bəsirətül-ətfal",Bakı,1901.
4.Rəşid bəy Əfəndiye." Bəsirətül-ətfal.,İstanbul,1907.
5. Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, səh.3.
6.Həmid Məmmədzadə. Mirzə Fətəli Axundov və Şərq.Bakı,1971, səh.124.
7. ARDTA - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. Fond 291,siyahı 5,saxlamavahidi 2497, vərəq1-7
8. ARDTA. Fond 291,siyahı,4, saxlama vahidi 2293, vərəq 3-9.
9.ARDTA. Fond 291, siyahı 45, saxlama vahidi 2884, vərəq 3-13.
10. "Ziyayi-Qafqasiyyə" qəzeti, N 15 ,5 may 1882--ci il.
11. "İşıq" qəzeti , 1912-ci il , N 9
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM