Milli musiqi alətlərimizdən olan qara zurna idman aləmində də məşhurdur. Qurşaq tutanlara, güləşənlərə bu musiqi alətinin sədaları böyük ruh verib. Toylarımızda da qara zurna dəbdədir. Bu musiqi alətinin ifaçısını xüsusi xələt verərək dəvət edirlər. Lap estrada ulduzları kimi. İndi siz özünüz deyin , qara zurna pis şey olsaydı onu ermənilər özəlləşdirərdilərmi? Yaxud da ingiliscə oxuyan yevrovijnçilərimiz onun səsini öz musiqilərinə calaq edərdilərmi? Yox. Nədənsə dünya futbol bayramı günlərində bu qara zurna yadıma düşdü.
Builki Dünya çempionatında çox komanda mübarizə aparır. Amma Azərbaycanın adı yenə də yoxdur. Xaricdə futbolçular oynayıb oyunlarıyla pul qazanırlar. Bizdə isə oliqarxlar pul qazanıb futbola tökürlər. Faydası da ki, yox. Görəsən niyə? Çıxış yolu yoxmu? Var. Amma xırda bir haşiyə çıxım. Təkrar olsa belə.
CAR-da keçirilən sonuncu dünya çempionatı yadınızdadır da.... Afrikanın "qara zurnası" sayılan vuvuzel həm futbolçuların, həm azarkeşlərin, həm də televiziya ilə bu çempionatı izləyənlərin başağrısına çevrilmişdi.
Hətta o günlərdə təcili ixtira da meydana çıxmışdı. Almaniyadan olan həvəskar-musiqiçi Tobias Xerre televizorda translyasiya zamanı vuvuzelin səsini xüsusi kompyuter proqramı ilə batırmağı icad eləmişdi. İxtira zurnanın səsini tutur və TV-dən gələn siqnalı ondan təmizləyirdi. Hətta internetdə Antivuvuzelafilter.com saytı da peyda olmuşdu. Futbola vuvuzelin səsi olmadan baxmaq istəyənlər təklif olunan proqramı yükləmək imkanı əldə etmişdilər. Bu onlara 2,95 avroya başa gəlirdi. Amma vuvuzelin səsini yalnız televiziyada batırmaq mümkün idi, stadionda isə yox.
Onu da qeyd edək ki, vuvuzellərin stadionlarda qadağan edilməsi məsələsinə o vaxt təşkilat komitəsində baxılsa da bu, müsbət həllini tapmamışdı. Bu aləti FİFA prezidenti də şəxsən dəstəkləmişdi.
Hətta Argentinalılar Cənubi Koreya oyununda buraxdıqları qola görə zurnanı təqsirləndirmişdilər. Müdafiəçi Martin Demikelis rəsmi olaraq bildirmişdi ki, Vuvuzelanın səsindən bir-birlərinin xəbərdarlıq səslərini eşidə bilməyiblər. Nəticədə də qol buraxıblar.
Onu da qeyd edək ki, FİFA bu musiqi alətini stadiona gətirilməsini ona görə qadağan etməmişdi ki, vuvuzelanın "sakit" versiyasının istehsalına başlanmışdı. Bu da adi alətdən 20 desibel az, yəni 107 desibel gücündədir. İndi özünüz də bir düşünün. Belə çıxır ki, qapıda kimin əlində vuvuzela görüb saxlayıblar və onun neçə decibel gücündə səs çıxarmasını yoxlayıblar? İnandırıcı çıxmır.
O vaxt Vuvuzeladan təkcə argentinalılar yox, fransızlar da narazı idilər. Açıq-aydın bildirirdilər ki, onlar oyundan sonra rahat yata bilmirlər. Akustikası olmayan şadlıq evlərində keçirilən toy mərasimlərindən sonra səs-küydən bir-təhər olanlar yəqin ki, futbolçuları yaxşı başa düşərlər.
Alimlərin hesablamalarına görə, 65 desibeldən yüksək olan səslər insanlarda infarkt riskini 20 faiz artırır. 85 desibeldən yuxarı səslər isə orqanizmdə ciddi və qarşısıalınmaz fəsadlara səbəb olur. İnsan uzun müddət 90 desibeldən yüksək səs-küyə məruz qalırsa, bu zaman qulaqdakı həssas hüceyrələr ölür və eşitmə qabiliyyəti azalır. 30-40 desibel arasında olan səs-küy isə gecələr narahatlıq və yuxusuzluq yaradır. Səs-küy nəticəsində insanın vegetativ sistemində, orqanizmdə maddələr mübadiləsində pozuntular baş verir, nevrozlar və ürək-damar xəstəlikləri yaranır.
Amma stadionlara gələn vuvuzelin səs şiddəti qadağan olunmuş normadan daha artıq -107 desibel gücündə idi. Bəs bizim milli zurnanın səs şiddəti nə qədərdir? Milli alimlərimiz bəlkə bu istiqamətdə tədqiqatlara başlasınlar? Bəlkə AFFA-nın tərkibində milli zurna elmi tədqiqat institutu yaradılsın və zurnanın futbolçularımıza bir köməyi olsun? Axı, Avropalıların zurnadan zəhlələri gedir. Bizim də rəqiblərimiz həmişə onlardır. Qoy zurna Avropalı futbolçuların qulaqlarını batırsın, necə ki bizdə zurnaçılar Salyan aşıqlarının sazının sədalarını üstələyir, batırır. Bilmirsən aşıq mahnısıdır, yoxsa zurna.
Niyə axı bizim futbolçular dünya çempionu olmamalıdırlar. Hə? Bizim futbolçuların nəyi çatışmır ki? Pulları var, yeməkləri var, yaşayışları var, xətir-hörmətləri də öz yerində. Bircə milli ruhları yoxdur. Necə deyim axı aydın olsun. Toya gəlirsən yeyib-içirsən. Mədən nə qədər tutur ki, vur-tut yarım kilo. Sonra musiqi olmadı, qara zurna yallı çalmadı, sən də yallı getmədin, day nə ləzzəti?
Ona görə də millimizin milli ruhunu qara zurnayla oyatmalıyıq. Beynəlxalq oyunlarda azərkeşlərə hökmən zurna paylanmalıdır. Fit vermək, söyüş söymək, semiçka çırtlamaq əvəzinə qoy zurna çalsınlar – qara zurna. Vacib deyil ki, hansısa mahnını ifa etməyi bacarsınlar. Sadəcə füləsinlər, lap özlərindən gedənəcən. Təki futbolçularımız oyansınlar, ruhlansınlar. Neçə ki, bu sədalar altında güləşçilərimiz ruhlanıb olimpiada da hər dəfə qızıl medal, gümüş, bürünc medallar götürürlər.
Futbolçularımız da yeyib-doyublar. Ruhları da doymuş məhluldur. Bəlkə qara zurna köməklərinə çatdı. Qoy qara zurna milli futbolumuza yar olsun. Bizimkilər qələbə qazansın, avropalıların qulaqları batsın. Amma siz allah, ermənilər xəbər tutmasın. Yoxsa musiqimizdən oğurladıqları kimi, qara zurnamızı AFFA-dan da oğurlayarlar. Onsuz da siyasətdə ad çıxaran köhnə zurnaçılardandırlar.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM