"Ziya"nın biblioqrafiyası

14:39 / 15.06.2014

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

"Ziyayi-Qafqasiyyə" qəzetinin  bir nömrəsinin  geniş, izahlı  biblioqrafiyası - SƏNEYİ-MƏSİHİYYƏ 3 yanvar 1883-cü il, № 32 ;  (fi  6 mah rəbiüləvvəl səneyi islamiyyə-1300)

 1879-cu ilin yanvarında Tiflisdə nəşrə başlayan,   hər nömrəsi  dörd səhifə olan "Ziya" qəzetində (sonralar  "Ziyayi-Qafqasiyyə" adı  ilə çıxmışdır-N.N)   ictimai fikir tariximiz üçün çox əhəmiyyətli olan o qədər nəsnələr var ki,  yazdıqca qurtarmaz.  Qəzetin hər nömrəsinin materiallarını incələdikcə,  qaldırılan məsələləri fəhm etdikcə elə nəsnələrlə qarşılaşırsan ki, bu istiqamətdə görülən işlərin azlığından məyus və pəcmürdə olursan.
"Ziya"( "Ziyayi-Qafqasiyyə" ) qəzeti   diqqətlə öyrənilməlidir.        
"Ziya" qəzetinin milli adət və ənənələrimiz, ədəbiyyat,dil,maarif və mədəniyyətimiz, tarix və coğrafiyamızla  ilgili yazıları hələ  geniş və hərtərəfli  işıqlandırılmamışdır.   Qəzetdə qaldırılan problemli məsələlərin incələnməsi və çözələnməsi yeni yanaşma meyarları ilə  ölçülməlidir. Mən əminəm ki, "Ziya" ("Ziyayi-Qafqasiyyə" ) qəzetinin  tədqiqatçıları   bu çağırışa  mətbuat tariximizi öyrənməyə gərəkli olan  məsələ kimi yanaşacaqlar.
 Mənə elə gəlir ki, türk dünyasında, onun milli mətbuat tarixində əhəmiyyətli rol oynayan "Əkinçi", "Tərcüman", "Füyüzat", "Molla Nəsrəddin" kimi mətbu orqanların kitab şəklində təqdimi "Ziya" qəzetinə də şamil edilməlidir.Özü də bu iş peşəkarlara tapşırılmalıdır.  "Ziya" qəzetinin izahlı  biblioqrafiyası da hazırlanmalı, qəzetdəki materiallar  türkdilli  tədqiqatçıların diqqətinə yönəldilməlidir.
 "Ziyayi-Qafqasiyyə" qəzetinin  bir nömrəsinin geniş izahlı biblioqrafiyasını hazırlamaqla  biz bu fəaliyyətə başlayırıq.Tədqiqat  obyekti kimi üçün qəzetin 1883-cü il yanvarın 3-də çıxan 32-ci nömrəsinə müraciət edirik. Qəzetin adı çəkilən nömrəsində səhv yoxdur. "Ziya"islam qəzeti kimi nəzərdə tutulduğuna görə  sıralanmada  həm miladi, həm də islami təqvimə əsaslanır .                                                                                    

                                                                                              ***
   
  Birinci səhifəsində dənizdən tülu edən günəşin ətrafında qəzetin imtiyaz sahibinin  və mühərririnin adı və soyadı,mətbu orqanın adı  göstərilir. Qəzetəmizin  mətbəə və məhəl-idarəxanəsi FOMİNA küçəsində(11) nömrəli  məxsusi xanəmizdədir....Sahibi imtiyaz Səid Ünsizadə. Tiflisdə türki-Azərbaycan dilində  həftədə bir dəfə nəşr olunub hər növ həvadisatdan  (hadisələrdən-N.N.) bəhs edən qəzetədir.
Qəzetə və elanatın qiyməti.Müdiri- mühərriri  - Cəlal Ünsizadə (Səid Ünsizadənin kiçik qardaşı-N.N)
                                                                                     Nömrə 32;
  Sonra dörd sütunun  birincisinin başlanğıcında nömrədəki  materialların bəzilərinin mündəricatı  sadalanır.
                                    Mündəricat. 

Təb və nəşrinə rüxsət aldığımız "KƏŞKÜL" nam tazə cəridənin elanı.(Tarixçılər tatix kitablarında "Kəşkül"ün ilk nömrəsini səhvən 1880-ci ildən hesablayırlar və orta məktəblərdə şagirdlərə də belə öyrədirlər).

   (Göründüyü kimi, bu səhv tarixi səhvdir-N.N.).Rus qəzetələrindən bir neçə  fəqərə. "İran" qəzetəsi haqqında  bir neçə söz. Etibar kəsəgəni.

                                                   ***
 
  Maraqlıdır ki, nömrənin ilk ən böyük materialının  adı yazının üstündə göstərilməyib. Burada mətbuat tariximiz və onun təzə açılan yolu haqqında maraqlı məlumat verilir. Əslində bu, yanvarın sonunda nəşrə başlayacaq "Kəşkül" cəridəsinin proqramıdır. Onun baş məqalə yerində  yerləşdirilməsi  və  etinasız   təqdimi   senzuranı çaşdırmaq üçündür. Bu nömrədə qəzetin baş  mühərriri  hələ  Cəlal Ünsizadə idi. Məqalə ilk baxışdan üslub və yazı manerasına  görə Səid  Ünsizadənin yazılarını xatırladır.  Bu yazı    Cəlal Ünsizadənin "Ziya" qəzetindəki mühərrirlik fəaliyyətinin  beş illik hesabatı kimi də başa düşülə bilər.  (Cəlal Ünsizadə 1883-cü il yanvar ayının ortalarında "Ziya" qəzetini tərk edərək, "Kəşkül" adlı  jurnalın çıxarmaqla məşğul olur).  
 "Kəşkül"- Ünsizadə qardaşlarının birgə layihəsi idi. Ünsizadə qardaşları  ana dilində  mətbu sözə  daha geniş meydan aşçmaq üçün  iki adla birgə mətbu  iş görürdülər.Bunu nömrənin mühdəricatındakı başlıq da açıq-aşkar hiss etdirir:  "Təb və nəşrinə icazə aldığımız  (bizim aldığımız-N.N.)"Kəşkül" nam tazə cəridənin (jurnalın-N.N.) elanı".
  "Kəşkül"ün manifesti kimi səslənən baş  məqalənin oxusuna və  çözələnməsinə qayıdırıq: "Məmləkətimiz Qafqasiyyədə sükunət edən  müxtəlif millətlərdən ruslar  və ğeyri millətlər  məxsusi mətbəələr açmaqda ğəzetə və kitablar nəşr etməkdə gündən-günə təqdim  və tərəqqi etməkləri  bizim müsəlmanları dəxi o yoldan  millət  və vətənə xidmət eləmək  şövqünə gətürdi.
   Bir neçə il bundan əvvəl bizim müsəlmanların iş bilənləri  vəqt və zəmanə tələb edən  qədərdə millətin  elm və maarif işlərinə əldən gələn cüzvi bir kömək vermək niyyətilə o arzuya düşdülər ki söyləyüb  işlətdigimiz türki Azərbeycan  dilində bir ğəzetə bina olunsun. Bu gözəl niyyəti əvvəl dəfə  qüvvədən felə gətürüb, meydana çıxardan (Zərdablı Məlikzadə  Həsən bəy) cənabları oldu.Mumileyh (haqqında danışılan-N.N) hicrətin 1292-ci tarixində  Bakı ğimnaziya məktəbində müəllim   olduğu vəqtlərdə  məzkur şəhərdə "Əkinçi" ismilə  iki həftəlik bir ğəzetə  ehdas( meydana çıxarma ) elədisə  də, amma o qədər  çəkmədi ki,(1294-də) mucəb təəssüfi- ümumi olunmaqla daha artıq çıxmadı."Əkinçi"nin münqəte (kəsilmiş,üzülmüş-N.N) olmağı başlanan niyyətin  mümtəd   olmağına mane olmayıb  bir müddət sonra  (1294-də ) Tiflisdə "Ziyayi-Qafqasiyyə" namilə həftəlik başqa bir ğəzetə möhtərəm qardaşımız (Ünsizadə Hacı Səid Əfəndi) tərəfindən təsis olundu".  
    Yazı müəllifi daha sonra təzə nəşrin vəzifələrindən danışır: "Nəşr elədigimiz  cəridə Qafqasiyyə müsəlmanları  söyləyib danışdığı dildə yazılub farsixan olan  bu tərəf iranlılarından ötrü  gah-gah farsi məqaləti  havi olacaqdır(əhatə edəcəkdir).Ümum təhrirat  və ədəbiyyatlarını ərəbcə istemal etməkdə olan Tağıstan müsəlmanları oqumaq üçün  arada bir məqaləti-ərəbiyyədən dəxi  xali qalmayacaqdır.
  "Maraqlıdır ki,"Kəşküül" ilk nömrəsindən başlayaraq  cəridənin işinə  çoxlu qələm sahibini toplamağı planlaşdırmışdı:"Kəşkül"ün daireyi-qələmiyyəsi bu tərəflrdə, yəni  Qafqasiyyə qitəsindən  müxtəlif mövqelərdə
 -Rusiyanın içərilərində,məmalik əcnəbiyyədən islam padşahları məmalikində (məmləkətlərində-N.N.) - İran və Osmanlı və  Misir səmtlərində məxsusi müxbirləri olacaqdır. Bundan qət nəzər   aşağıda  hami-kəramiləri məstur olan qələm sahibləri asarindən "Kəşkül" faidə almaqə   ümidvardır".
"Kəşkül"ün inandığı və qələminə güvəndiyi  müxbirlər bunlardır:



   1.Şeyxülislam Axund Əhməd Hüseynzadə

   2.İranın Tiflisdəki konsulu Məhəmmədəli xan

   3.Mirzə Rza xan

   4.Səid Ünsizadə

   5.Zərdabi Məlikzadə Həsən bəy

   6.Şair Seyyid Əzim Şirvani

  7.Bağçasaraydan İsmayıl bəy Ğasprini cənabları

 8."Yuridiçeskoe obozreniye"- A.V.Stepanov 

 9. Maarif Məclisi rəisi olmuş  Purseladze

10.Qoridən şamaxılı Çernyayevcki

11.Firəngistan  və Rusiyada təhsil almış gənclərdən tiflisli Rəşid bəy Axundov və Gülməhəmməd bəy Kəngərlinski.

 Yazıda cəridənin proqramının işıqlandırılmasına da  geniş yer ayrılmışdır.
 Yazının sonundakı imza belədir:""Kəşkül"ün  mühərrir və naşiri Ünsizadə Cəlaləddin".
  "Ziyayi-Qafqasiyyə" qəzetinin   32-ci nömrəsinin digər materialları da maraqlı bə cəlbedicidir. Hər şeydən əvvəl tərcümə materiallarının sərlövhəsi və tərcümə dili maraqlı görünür:

 Səh.3."Altı yüz cana bir can qurban olsun".

(Sərnişinləri yanğından xilas edən maşinistin qəhrəmanlığından danışılır).

 Səh.3. "Etibar kəsəgəni"(Oxucunu  xeyirxahlığa  dəvət  edir). 


   "Ziyayi-Qafqasiyyə"nin  3 yanvar 1883-cü il tarixli bu  nömrəsində  "Odesskiy listok","Peterburqskiy vestnik", "Peterburqskie  vedemosti ","Russkiy invalid","İran",Russkiy kuryer" kimi mətbu orqanlardan seçılərək  tərcümə edilən materiallar həm tərcümə sənətkarlığı baxımından, həm də  gərəkli informasiyalar verdiyinə görə  bəyəniləndir. Bu tərcümələr vasitəsilə dilimizə  termin səciyyəli bir  neçə söz daxil olmuşdur.Bunların bir neçəsinin izahı mötərizədə, bəziləri "yəni"sözünün  köməyi ilə izah olunmuşdur. Bəzi sözlərin başa düşülməsi oxucunun öhdəsinə buraxılmışldır:
"Onun tikiş  malları satılan məxsusi mağazasında drap və   mahut əla cinsi ğayət gözəl və ğayət qış paltarları və kişi çəkmələri (polusapoşkalar) ucuz və münasib qiymətlə satılmaqdadır".
Bu nömrədəki "fabrikəçi","mühit pəraxodu", "at dəmir yolu","şakalat"(çukulat),"məxsusi acent"(ticarət vəkili), məxsusi otaqlar"( nomerlər) və s.  tərcümə və  kalka yolu ilə   yaranan terminlərdir. 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM