Avtomobil. Bir qohumumuzun diliylə desək, bu nə kartoşkadır, nə də soğan. Ki, alasan xarab çıxa, atasan zibilliyə, gedib yenə də alasan. Ona görə də Azərbaycanda maşın almaq istəyən hər bir şəxs pul düzəldən kimi, özünü yüz verə vurur, soruşur, öyrənir, saytları ələk-fələk edir. Nəhayət qərar verir. Mən də onlardan biri. Yollarımızı və rahatlığı nəzərə alaraq mən hündür maşına üstünlük verirəm. Rəsmi desək klirensi hündür olan, loru dildə söyləsək CİP maşınlara. Atamdan miras qalan maşınım isə “Nissan-X-Trail” idi. “Nurgün-Motors”dan almışdıq. Üç il sürmüşdüm. Bir dəfə də ruhum inciməmişdi. Söhbət servis xidmətindən gedir. Bu baxımdan “Nurgün-Motors” yekdir. Amma nədənsə bu dəfə “Mitsubishi Pajero” almağa qərar verdim. Bu markanı tərifləməyə, texniki göstəricilərini bir daha sadalamağa ehtiyac yoxdur. Nissan da yaponundur, Mitsubişi də. Yapon maşını PAJERO dünyada ad çıxarıb. Yazımda söhbət bu maşınların Azərbaycandakı rəsmi dilerindən gedəcək – “DİAMOND-MOTORS”dan.
Başladım şəhəri gəzməyə. Əldə, yəni Dubaydan fiziki şəxslərin gətirdiyi bu maşınların qiymətini öyrəndim. 2008-ci il idi. Sonra isə getdim Papanin mostunun yanındakı satış mərkəzinə. Burda qiymət nə az, nə çox 5000 dollar yüksək idi. “Niyə?” – deyə soruşdum.
- Bilirsinizmi, biz avtomobillərə beş il, yaxud da 100 min kilometr zəmanət veririk, küçədə isə bir il zəmanət verirlər.
- Elə bu?
- Xeyr. Bizim həm də yüksək ixtisaslı ustalarımız, servisimiz var.
- Sonra?
- Ehtiyat hissələri saxta deyil, birbaşa Yaponiyadan gətirilir.
- Axı, Dubay variantı deyilənlər sizinkindən ucuzdur. Üstəlik motorunun gücü də artıq olur.
- Xeyr, siz nə danışırsınız. O maşınlar Dubayın istisinə hesablanıb. Bəs Azərbaycanın qışında neyləyəcəksiniz? İndi ağıllı, mədəni adamsınız. Özünüz müqayisə edin də...
Nə isə bütün bunlara inanıb, maşını salondan aldım. 2008-ci il martın 18-də. Yalnız beş il sonra - satanda baş düşdüm ki, mənə 2008-ci ilin martında 2007-ci il istehsalı olan maşın veriblər. Loru dildə piştaxtada yatıb qalan, köhnələn, iylənən. Amma küçədə “ qaqa, 2008-ci il modelidir” deyəndə başa düşməmişəm ki, bu nə demək imiş. Rəsmi dilerin satıcıları bu avamlığımdan ustalıqla istifadə etmişdilər.
Beş il sürdüm. İnsafən bircə dəfə də xarab olmadı. Zəmanət hüququndan istifadə də etmədim. Ancaq yağını dəyişdim. Bir də texniki baxışdan keçirdim. O da əlbəttə ki, qıraqdakından baha qiymətə. Üstə də gəl 18 faiz ƏDV.
Üstündən beş il də keçdi. Maşını yenə də dəyişmək qərarına gəldim. Bu dəfə ağılla tərpənəcəyimi, uduzmayacağıma söz verdim. Adi maşın salonlarından soraqlaşdım. 3,5 mühərrik gücü, hər cür, yüksək səviyyədə təchiz olunmuş maşını mənə 40 min dollara dedilər. Hətta qeydiyyatın, nömrə pulunu da boyunlarına götürdülər. Bu da hardasa 500 manat edir.
Fərqi öyrənmək üçün yenə üz tutdum Mitsubishinin Bakı-Sumqayıt şossesindəki rəsmi satış mərkəzinə. Burada 3,0 mühərrik güclü, ful salon avtomobil 32 900 manata idi. Yəni ki, 41 800 dollar.3,8 motor isə 36 900 manata, yəni ki, 47000 dollara. Üstə də gəl nömrə-zad xərcləri. Yenə də həmin sualları verdim, eyni cavabları da aldım. Öz-özümə fikirləşdim. Nə olsun birinci maşında heç bir problem çıxmadı, birdən indi çıxar. Axı köhnə müsəlmanam. Televizoru almamışdan, aparıb evə çıxarmamışdan, qutusundan çıxarıb cərəyana qoşmamışdan sualımız hazırdır: birdən xarab olsa ustası, zapçastı var? Nə isə. Aldım. Təhvil-təslimdə:
- Bəs bunun “oqnetuşitel”i hanı. 2008-ci ildə alanda var idi axı?
- İndi gəlmir.
- Bəs apteçkası?
- O da gəlmir.
- Maşın xarab olub yolda qalanda üçbucaq nişanı? Arxasına qoyursan e...
- O da gəlmir.
- Təkərlərin təzyiqini ölcən?
- O da yoxdur.
Dinmədim. Gedib maşın bazarından alıb qoydum yerinə. Özlüyümdə fikirləşdim ki, yəni yaponlar yəni bu qədər cındırlaşıblar ki, adi aksessuarları da ixtisara salıblar? Sürdüm uğultu hiss elədim. Üç gündən sonra məcbur olub qayıtdım geri. Sürdülər, yoxladılar. Dedilər ki, hər şey qaydasındadır. Nə mostunda, nə də korobkasında heç nə yoxdur. Bəs onda uğultu nə uğultudur? Bilmədilər. Təsadüfən servisdə bir köhnə tanışımla rastlaşdım. Yaxşı ki rastlaşdım da. Dedi ki, Mahir zavoddan maşın təkərlərinin yeli artıq gəlir. Yəqin ondandır. O dediyi kimi də oldu. Demə maşını satanda təkərlərin yelinə baxmayıblar.
Sizi çox intizarda qoymayım. Ona görə də birinci sualıma cavab verim. Ay alıcılar, Mitsubişi Pajero yapon maşınıdır. Yaponlar da onu adlarına layiq buraxırlar. İstər Dubaya göndərsinlər, istərsə də Azərbaycana. Ona görə rəsmi diler “Diamond Motors”un şirin dilinə, bu yapon keyfiyyətindən sui-istifadə etməsinə aldanmayın. Salonlarına üz tutmayın. Pulunuzu artıq yerə ona verməyin.
Bakının istənilən satış mərkəzindən alın. Lap gedib Dubaydan özünüz gətirin. Həm ziyarət olsun, həm də ticarət. Həm 5000-6000 qabaq düşün, həm içərisində yüksək səviyyəli komplektasiyası olsun. Əlinizdə qalan pulu isə sürdüyünüz illər ərzində yağına, suyuna, texniki baxışına xərcləyin. Yarısı da qalsın cibinizdə. Bax, məndən deməkdir. Sonra deməyin ki, Mahir demədi a...
İndi deyəcəksiniz ki, o boyda nümayəndəlikdə bir yaxşı şey yoxdur ki? Var. İşçiləri mədənidir, ustaları da yaxşı. İldə də üç-dörd dəfə bir qız zəng edir ki,”xidmətimizdən razısınızmı, ya yox?” Mən də hər dəfə “18 faiz vergini ümumi xidmət qiymətinin üstünə niyə gəlisiniz?” sualını verirəm. O da hər dəfə deyir ki, öyrənib deyərəm. Altı ildir ki, cavab axtarır, hələ ki, tapmır.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM