S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?

09:01 / 27.12.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 
 
1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Müsəlman şöbəsi yaradılanda ilk növbədə burada dərs deyəcək tələbələrə elmli və təcrübəli müəllimlərin axtarışına başlandı.
Seminariyada müsəlman tələbələrinə 2 şəriət və ana dili müəlliminin axtarışına başlandı. Bu məqsədlə müsabiqə elan olundu. Sünni məzhəb tələbələrə dərs demək üçün müsabiqədə təkcə bir müəllim iştirak edirdi -Molla Hüseyn Qayıbov. O, uzun müddət Zaqafqaziya Əhli Təsənni İdarəsində katib işləmiş, İdarənin nəzdindəki məktəbdə şagirdlərə ana dili və şəriətdən dərs demişdir. Dövrünün ensiklopedik təfəkkür sahiblərindən biri olan H.Qayıov- M.F.Axundovun xahişi ilə Azərbaycan şairlərinin bir neçəsini əsərlərini toplayıb, çap olunmaqdan ötrü M.F.Axundova vermişdir. Toplanmış bu əsərləri milliyyətcə ata tərəfdən fransız, ana tərəfdən alman olan rus şərqşünası Adolf Petroviç Berje (1828-1896) Almaniyada çap etdirmişdir. Çox güman ki, H.Qayıbovun seminariya müəllimliyinə asanlıqla qəbul olunması A.P.Berjenin cəmiyyətin yüksək təbəqəsi ilə yaxşı münasibət qurmaq çalışmalarının bir nümunəsi idi.
Müsabiqədə seminariyanın şiəməzhəb uşaqlarına ana dili və şəriətdən dərs demək iddiasında olan iki müəllim var idi. Onlardan biri əslən Salyandan olan Ə.Axundzadə ( 1843-1907) idi.
O, Zaqafqaziya Şiə İdarəsini üzvü, bu idarənin nəzdindəki Əli məktəbinin müəllimi kimi tanınan qələm sahiblərindən biri idi.
Ə.Axundzadə həm dərslik müəllifi, həm də praktik müəllim kimi yaxşı tanınırdı.
Müsabiqədə Ə.Axundzadənin rəqibi Şamaxılı şair,Azərbaycan milli mətbuatının ilk jurnalistlərindən biri S.Ə.Şirvani idi. S.Ə.Şirvani o vaxtlar Şamaxıda iki məktəbdə müəllim işləyirdi. Bu məktəblərdən biri 1874-cü ildə görkəmi maarifçi və din xadimi,Şamaxı qazisi Səid Əfəndi Ünsizadənin (1825,Şamaxı,-1905,İstanbul) yaratdığı Məclis Məktəbi idi. Onun işlədiyi ikinci məktəb isə şəhərin rusdilli məktəbi idi.Yeri gəlmişkən qeyd edək ki, sonralar Bakı Real Gimnaziyası yaradılnda  bu məktəbdə işləyənlərin çoxu oraya göndərilmişdi. 
S.Ə.Şirvani müsabiqəyə dəvət olunanda ölkənin adlı-sanlı nüfuz sahiblərindən biri idi.O,işlədiyi məktəblərdə dediyi dərslər əsasında hazırladığı dərsliyi çap etdirmək üçün müvafiq sənədlərin tərtibi ilə məşğul idi.
 
S.Ə.Şirvani Tiflisə müsabiqəyə yola düşəndə qalib gələcəyinə arxayın idi.Lakin S.Ə.Şirvani bir neçə gündən sonra kor-peşman öz doğma şəhərinə qayıtdı.Bu səfərdən Seyid Əzimə qalan dahi Azərbaycan şairi Nizaminin qəbrinin üstündə oxuduğu dərdləşmə, rübai(həsbi-hal) oldu:
 
Ey Şeyx Nizami,ey nizamı dağılan,
Ey Gəncədə izzü ehtişamı dağılan,
Olmuşmu səninlə mən kimi aləmdə
Beyti,evi,məktəbi,kəlamı dağılan?..
 
S.Ə.Şirvani Şamaıya qayıdanda əvvəlki işlərində maarifçilik fəaliyyətini davam etdirdi,yazdı,yaratdı,bacardığını söylədi,gücü çatmayan məsələləri ezop dili ilə, rəmzlərlə dilə gətirdi.Çuxasını döşünə taxmağa himayəsində yaşadığı dövlətdən orden , medal ala bilməsə də, lentlə boynundan asmağa bir gümüş medal ala bildi.Buna da min şükür:onun müəllimliyinə nəhayət ki qiymət verildi...
S.Ə.Şirvaninin seminariya rəqibi Ə.Axundzadə də təhsilimizin inkişafı yolunda böyük uğurlar qazandı,Sinəsinə taxdığı orden və medalların, boynundan asdıığı qızıllı ,gümüşlü medalların sayı artdı. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının 1890-cı il məzunu N.Nərimanov sonralar öz ana dili və şəriət müəllimininin-Əbdüssəlam Axundzadənin pedaqoji ustalığından həvəslə söz açmışdır.
Ə.Axundzadə Qoridə 16 illik müəllimlik fəaliyyətindən sonra -1895-ci ildən 1907-ci il noyabrın
18-dək Zaqafqaziya şeyxülislamı vəzifəsində işləmişdir.
 
Bu yerdə ağlıma bir sual düşdü:
 
"Görəsən,S.Ə.Şirvani Qoridə müəllimliyə qəbul olunsaydı, o da sonralar şeyxülislam ola bilərdimi ?"
 
 
P.S.
 
ZMS-in ilk müəllimlərindən biri də Hüseyn Əfəndi Qayıbov (1830-1917) idi. O, bir neçə illik pedaqoji
 
fəaliyyətdən sonra-1884-cü ildən Zaqafqaziya Əhli -Təsənni İdarəsinin sədri və Zaqafqaziya müftisi
 
seçilmiş,ömrünün sonunadək -1917-ci ilədək bu vəzifədə çalışmşdır.
 
Bu illərdə onun ən böyük işi 4 cilddən ibarət olan
 
"Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlandırdığı təzkirədir.
 
 
Bu iş bütöv bir elmi-tədqiqat institutunun bir ildə gördüyü işlə müqayisə oluna bilər.
 
Təəssüf ki, 4 cildlik məcmuənin 1986-cı ildən bəri ancaq 2 cildi çap edilərək oxuculara çatdırılmışdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM