Azərbaycan Respublikasının Əməkdar müəllimi
Bakı,1916-cı il
Pedaqogika tarixçilərinin yazdığına görə, dünyada uşaq bağçalarının tarixi 1837-ci ildən başlayır. Alman pedaqogika tarixində uşaqların erkən yaşlarından sistemli şəkildə tərbiyə edilməsinin tərəfdarı və ideoloqu kimi çıxış edən Fridrix Vilhelm Frebel (1782-1852) həmin ilin əvvəllərində Bad-Blakenburqda ilk uşaq bağçası- kundrqarten açır.
Fridrix Frebel çoxuşaqlı ailədə böyümüşdü. Kiçik yaşlarından anadan yetim qalan Frebel uşaq psixologiyasına bələd idi. Onun sonralar zərbi-məsələ çevrilən aşağıdakı fikirlərini xatırlayaq: "Uşaqlar güllər kimi qulluq tələb edir; onlara tərəf əyildikcə,onların nazı ilə oynadıqca, onlar böyüyür və pərvazlanırlar".
1837-ci il mayın 17-də Rusiyada da A.N.Demidov tərəfindən ilk uşaq bağçası açılır. Bu bağçada birinci il 6 qız, 12 oğlan tərbiyə alır. Sonrakı il burada artıq 112uşaq tərbiyə alırdı.
1859-cu ildə o vaxtlar Rusiya İmreriyasına daxil olan Finlandiyanın Qelsinfors şəhərində, 1862-ci ildə Sankt-Peterburqda da uşaq bağçaları da açılır.
Rusiyada ilk məccani (pulsuz, ödənişsiz) uşaq bağçası 1872 -ci ildə Tula şəhərində Yelizavetta Simidobiç tərəfindən açılmışdır.
Azərbaycanda uşaq bağcası anlayışının tarixini 1890-cı illərin ortalarından hesablamaq olar. Belə ki 1898-ci ildə artıq pedaqoji aləmdə bacarıqlı müəllim, tərcüməçi, şair və nasir kimi tanınan Rəşid bəy Əfəndiyev (bəzi sənədlərdə Əfəndizadə kimi yazılır- N.N.) Tükiyənin baş şəhərində-Konstantinopol şəhərində "Uşaq bağçası" adlı dərsliyini çap etdirir. Bu kitabdan türk dili başa düşülən yerlərin çoxunda mübtədi (ibtidai-N.N.) məktəblərdə uzun illər boyu dərslik kimi istifadə olunmuşdur. Sonralar ibtidai sinif dərsliklərinin hazırlanması prosesində R.Əfəndiyevin bu dərsliyinin bəzi materiallarına uşaq dünyasını əks etdirən didaktik materiallar kimi dəfələrlə müraciət olunmuşdur.
Dünya dərslik mədəniyyətinin ənənələri əsasında yazılmış "Uşaq bağçası" dərsliyi müəllimlərin stolüstü kitabı kimi tanınmışdır. Alman dilindəki "kunderqarten" sözünün qarşılığı kimi "uşaq bağçası" maarifçilik termini kimi türk dünyasında geniş şəkildə işlənməyə başlanmışdır.
Azərbaycanda məkani tərbiyə və təhsil ocağı olan ilk uşaq bağçalarının tarixi XX əsrin əvvəllərindən başlanır.
1916-cı ildə Bakı Real Məktəbinin müəllimi, ibtidai siniflərdə 15 illik pedaqoji iş təcrübəsi olan, İranın Məşhəd şəhərində yaxşı müəllimlərdən yaxşı təhsil alıb Bakıya üz tutan Abdulla Talıbzadə (sonralar Abdulla Şaiq, Mirzə Abdulla Talıbzadə kimi tanınan məşhur söz ustası-N.N.) Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin direktoruna Bakıda uşaq bağçası açmaq üçün ərizə ilə müraciət edir.
Bizim fikrimizcə, bu, görkəmli xeyriyyəçi H.Z.Tağıyevlə razılaşdırılmış maarifçilik tədbiri idi.
H.Z.Tağıyevin Talıbzadələr ailəsi ilə yaxın dostluğu var idi.Müəllim Abdulla Talıbzadənin atası Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olarkən onların- H.Z.Tağıyevin və M.Talıbzadənin- maarifçilik yolunda birgə fəaliyyətləri tarixi fakt kimi danılmazdır. H.Z.Tağıyev Yaxından tanıdığı və dostluq etdiyi Axund Molla Mustafanın vəfatından (1903-cü il) sonra da onun övladlarına atalıq qayğısı və sayğıları ilə yanaşmışdır. Təsadüfi deyil ki, H.Z.Tağıyev müsəlmanların müqəddəs kitabı olan Quranın Bakı tərcüməsini Türkiyə sultanı Əbdülhəmidə məhz Axund Molla Mustafa Talıbzadənin böyük oğlu Axund Molla Yusiflə göndərmişdi.
H.Z.Tağıyevin Bakı Lifli Materiallar Fabriki var idi. XX əsrin əvvəllərində H.Z.Tağıyev bu fabrikin fəhlələrinin uşaqları üçün Əhmədli kəndində ibtidai məktəb açmaq qərarına gəlir. O, bu məqsədlə 1903-cü il iyulun 24-də Qafqaz Təhsil Dairəsinin popeçitelinə-himayədarına müraciət edərək öz məram və məqsədini bildirir. Məktəbdə işləyəcək müəllimlərin siyahısında Abdulla Talıbzadənin də adı var idi. Lakin məktəbin açılışı ləngidiyinə görə A.Talıbzadə Sabunçu kənd ibtidai məktəbinə işə düzəldiyindən bu təklif reallaşmamış, yeni məktəb üçün başqa bacarıqlı müəllimlərin axtarışına başlanmışdır.
Abdulla Talıbzadə çətin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə bacardığı bütün işlərin qulpundan yapışmağı özünə rəva bilir, gecə-gündüz yazı-pozu ilə məşğul olur, dərslik yazır, bədii yaradıcılığını təkmilləşdirirdi.O, 1916-cı ildə daha bir fəaliyyət sahəsində çalışmaq qərarına gəlir; Bakı Real Məktəbində işləməklə yanaşı, Bakıda uşaq bağçası yaratmaq fikrinə düşür. Hökumətin "Uşaq bağçaları haqqında 1 iyul 1914-cü il tarixli Qanunu"ndan istifadə edərək, Bakıda uşaq bağçası açmaq üçün Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblər İdarəsinin direktoruna 28 sentyabr 1916-cı ildə ərizə ilə müraciət edir.
A.Talıbzadə ərizəsində uşaq bağçasında ödənişin ildə 140 rubl olacaşını, bütün işləri öz nəzarətində saxlayacağını direktorun diqqətinə çatdırırdı. Ərizədə uşaq bağçasının ünvanı da göstərilirdi: Verxnıy Priyut küçəsi, N 80.
Qafqaz Təhsil Dairəsi popeçitelinin 2256 nömrəli 11 oktyabr 1916-cı il tarixli icazə məktubu cəmi iki gündən sonra Abdulla Şaiqə çatdırılır.
Abdulla Talıbzadə 15 oktyabr 1916-cı ildən başqa titullarla yanaşı, " uşaq bağçasının müdiri " titulunu da daşıyır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM