Azərbaycan Respublikasının Əməkdar müəllimi
«Ziya» qəzeti Türk Dünyasının tarixində şərəfli yer tutan, özünə və dediyi sözə, işarə etdiyi fikrə hörmət qazandıran, türk ellərini maarif ziyası ilə işıqlandıran və isindirən mətbu orqanlarından biridir. İlk sayı 1879-cu ilin yanvarında Tiflisdə Azərbaycan dilində işıq üzü görmüşdür. Qəzetin ilk iki sayı tapılmadığından ayın tarixini dəqiq yazmaqda çətinlik çəkirik. Bəzi tədqiqatçılar ilk sayın yanvarın 16-də çıxdığını yazsalar da, miladi tarix faktı olmadığına görə bu fikri qəti şəkildə söyləmək olmur. "Ziya"nın ilk nömrəsi haqqında qəzetin 19.11.1879-cu il tarixli 44-cü nömrəsindəki bir yazıdan məlum olur ki, "Ziya" islam tarixi ilə 1296-cı ilin SƏFƏR ayının 16-da işıq üzü görmüşdür ki, bu da bizim hesabımızla miladi tarixin 1879-cu il yanvarın 25-nə təsadüf edir. 1879-cu ildə islam təqvimi ilə yeni il dekabın əvvəlindən başlayır. Bununla əlaqədar olaraq, «Ziya» qəzetinin sayları yenilənir: dekabırın 6, 13, 20 və 27-də çıxan saylar yeni ilə uyğun olaraq, 1, 2, 3, 4 kimi sıralarnır. 1880-ci iln ilk sayı yanvarın 3-də 5-ci nömrə kimi təqdim olunur. Bu qayda ilə 1881-ci və 1882-ci ilin ilk nömrələri də miladi təqvimlə 5 yanvar 1881-ci il və 7 yanvar 1882-ci il kimi göstətilir.
Hicri-qəməri ilinin ayları
Ay | Azərbaycanca | İngiliscə | Ərəbcə | Gün | Müxtəsər |
Birinci ay | Məhərrəm | Muharram ul Haram | محرم | 30 | M |
İkinci ay | Səfər | Safar ul Muzaffar | صفر | 29 | S |
Üçüncü ay | Rəbiüləvvəl | Rabi' al-awwal | ربيع الأول | 30 | Ra |
Dördüncü ay | Rəbiülaxır | Rabi' al-thani | ربيع الثاني | 29 | R |
Beşinci ay | Cəmadiyələvvəl | Jumada al-awwal | جمادى الأولى | 30 | Ca |
Altıncı ay | Cəmadiyəlaxır | Jumada al-thani | جمادى الثانية | 29 | C |
Yeddinci ay | Rəcəb | Rajab | رجب | 30 | B |
Səkkizinci ay | Şaban | Sha'aban | شعبان | 29 | Ş |
Doqquzuncu ay | Ramazan | Ramadan | رمضان | 30 | N |
Onuncu ay | Şəvval | Shawwal | شوال | 29 | L |
Onbirinci ay | Zilqədə | Dhū al-Qaʿda | ذو القعدة | 30 | Za |
Onikinci ay | Zilhiccə | Dhū al-Hijjah | ذو الحجة | 29 ya da 30 | Z |
Ay | Azərbaycanca | İngiliscə | Ərəbcə | Gün | Müxtəsər |
Birinci ay | Məhərrəm | Muharram ul Haram | محرم | 30 | M |
İkinci ay | Səfər | Safar ul Muzaffar | صفر | 29 | S |
Üçüncü ay | Rəbiüləvvəl | Rabi' al-awwal | ربيع الأول | 30 | Ra |
Dördüncü ay | Rəbiülaxır | Rabi' al-thani | ربيع الثاني | 29 | R |
Beşinci ay | Cəmadiyələvvəl | Jumada al-awwal | جمادى الأولى | 30 | Ca |
Altıncı ay | Cəmadiyəlaxır | Jumada al-thani | جمادى الثانية | 29 | C |
Yeddinci ay | Rəcəb | Rajab | رجب | 30 | B |
Səkkizinci ay | Şaban | Sha'aban | شعبان | 29 | Ş |
Doqquzuncu ay | Ramazan | Ramadan | رمضان | 30 | N |
Onuncu ay | Şəvval | Shawwal | شوال | 29 | L |
Onbirinci ay | Zilqədə | Dhū al-Qaʿda | ذو القعدة | 30 | Za |
Onikinci ay | Zilhiccə | Dhū al-Hijjah | ذو الحجة | 29 ya da 30 | Z |
«Ziya»nın sayları illər üzrə belə görünür:
1879-cu ildə «Ziyanın 48 sayı çap olunmuşdur.
N 1 — (25.01.1879-cu il) — N 46 (29 .11.1879-cu il);
İslam təqvimi ilə dekabrda qəzetin sayları yenilənmişdir. 1296-cı mahi-məhərrəmdə «Ziyanın 4 nömrəsi çıxmışdır. Bu tarix qəzetdə miladi təqvimlə belə göstərilmişdir.
N1 (06.12.1879)
N2 (13.12.1879)
N3 (20.12.1879)
N4 (27.12.1879)
1880-ci ilin ilk sayı dekabrdakı sayların davamı kimi başlayır.
N 5 (03.01.1880)
N 6 (10.01.1880)….
N 30 (26.06.1880)
6 aylıq mətbəə hazırlığı ilə əlaqədar olaraq bir neçə ay «Ziya» oxucuların görüşünə gəlməyib. «Ziya» 6 aydan sonra «Ziyayi-Qafqasiyyə» adı ilə — təzə qiyafədə meydana çıxır. 09 dekabr 1880-ci ildə «Ziyayi-Qafqasiyyə»nin birinci sayı çıxır. 2-ci sayı 13 günlük fasilədən sonra — dekabrın 22-də nəşr olunur.
1881-ci ildə «Ziyayi-Qafqasiyyə»nin 33 nömrəsi çıxmışdır.
N 3 (5 yanvar 1881-ci il)- N 31 (21oktyabr 1881-ci il);
Hicri-qəməri ilinin gəlişi ilə əlaqədar olaraq, 6 noyabr 1881-ci ildə saylar yenilənmişdir:
N1 (26.noyabr 1881-ci il) — N 4 (24 dekabr 1881-ci il).
1881-ci il dekabrın 10-da beyninə qan sızması nəticəsində dünyasını dəyişən Zaqafqaziya müftisi Hacı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadənin matəm mərasimi ilə əlaqədar olaraq, «Ziya» qəzeti bir həftə ləngimə ilə çıxmışdır. «Ziyayi-Qafqasiyyə»nin («Ziya»nın) 1882-ci ildəki ilk sayı 5-ci say işarəsi ilə yanvarın 7-də çap edilmişdir.
N 5- (7 yanvar 1882- ci il ) — N 31 — (16 dekabr 1882-ci il).
«Ziyayi-Qafqasiyyə»nin1883-cü ildə 31 sayı çıxmışdır :
N 1- (03.01.1883-cü il- N 31 — (22 dekabr 1883-cü il )
«Ziyayi-Qafqasiyyə»nin («Ziya»nın)1884-cü ildə cəmi 11 sayı çıxmışdır.
N 1 (15 yanvar 1884-cü il) — N 11 (26 iyun 1884-cü il).
Bəzi tədqiqatçılar «Ziya»nın son 11 sayının Şamaxı şəhərində — Səid Ünsizadənin xidməti işi ilə əlaqədar olaraq köçdüyü ata yurduna çap olunduğunu yazırlar. Bu, faktlara əsaslanmayan fikirdir. Elmi fikir faktlarla təsdiq olunanda inandırıcı olur . Qəzetin son 11 sayının hamısının 4-cü -sonuncu səhifəsində onun (qəzetin) senzuradan keçən gün «Ziya»mətbəəsində çap olunduğu rus və Azərbaycan dillərində açıq-aydın göstərilmişdir. Məsələn: » ДОЗВОЛЕНО ЦЕНЗУРОЮ ТиФЛИСЪ 26 İюня 1884 года. (Çapına 26 iyun 1884-cü ildə Tiflisdə senzura tərəfindən icazə verilmişdir-N.N.). Daha sonra ərəb əlifbası ilə «Ziyayi (Ziyayi -Qafqasiyyə-N.N.) mətbəəsində təb olunmuşdur» sözləri yazılmışdır. Qəzetin birinci səhifəsində də çap olunma tarixi kimi senzuranın icazə tarixi göstərilmişdir.
Altı il ( 25.01.1879 -cu il- 26.VI.1884-cü il ) ərzində Tiflisdə nəşr olunan «Ziya» qəzetinin (09.12.1880-ci ildən» Ziyayi-Qafqasiyyə — N.N.) 187 sayı çap olunmuşdur. Qəzet əvvəllər Səid Əfəndi Ünsizadənin öz şəxsi basmaxanasında (litoqrafiyasında) basılmış, sonralar isə «Ziya» mətbəəsində təb edilmişdir.
***
«Ziya» qəzetinin yaradıcısı əslən Şamaxı şəhərindən olan Səid Əfəndi Əbdürrəhman oğlu Ünsizadə (1825-1905) XIX əsrin II yarısında və XX əsrin ilk illərində maarifçilik hərəkatında işıqlı əməllərinə görə yaxşı tanınan ziyalılardan biridir. İlk təhsilini Azərbaycanın o vaxtkı mədəni mərkəzlərindən olan Şamaxıda almış, sonralar Şərqin tanınmış ali dini təhsil ocaqlarında oxumuşdur. Bir neçə Şərq dilini şeir yazmaq dərəcəsində öyrənmişdir. Şərq ölkələrində təhsilini başa vurandan sonra Şamaxıya qayıtmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bakı qubernatoru D.S.Staroselskinin (15.05.1832-11.03.1884) əmri ilə mərkəzi idarəsi 1859-cu il zəlzələsindən sonra hələ də Şamaxıda yerləşən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə — sünni məzhəb əhalinin ruhani idarəsinə qazi təyin olunur. Yeri gəlmişkən qeyd edək ki, D.S.Staroselski 1872-ci ildə Terek vilayət rəisi müavinliyindən Bakı quberniyasına qubernator təyin olunur. Bakıda qubernator işləyərkən quberniyada bir çox islahatlar aparır. «Ziyayi-Qafqasiyyə» qəzetinin yazdığına görə, Qafqaz və bəlkə Rusiya nisbətən əvvəlimci islam qəzetəsi «Əkinçi» onun (D.S .Staroselskinin — N.N.) müvafiqəti (razılıq verməsi — N.N.) ilə ehdas (meydana gətirmə, təsis — N.N.) olundu. Məzkur qəzetənin sahibi Məlikzadə Həsən bəy cənabları onun icazəsi ilə İSTANBULDAN islam hürufatı gətirdi və Baküyə bir islam mətbəəsi verdi» ( N 5,1884-cü il).
S.Ünsizadənin Şamaxıdan Tiflisə — o vaxtın iri inzibati mərkəzi olan bir şəhərə köçüb getməsi də, çox güman ki, D.S.Staroselski ilə razılaşdırılmışdır. Belə ki, D.S.Staroselski Bakı qubernatoru olanda Şamaxıda bir çox layihələrin reallaşdırılmasında Səid Ünsizadəyə köməklik və qayğı göstərmişdir. Bu sırada birinci yerdə S.Ünsizadənin rəhbərliyi, ruhani məclislərinin yardımı ilə 1874-cü ildə Şamaxıda yaradılan «Məclis məktəbi»dir.Bu məktəb Azərbaycanın təhsil sistemində yenilik idi. Sonralar Tiflisdə Azərbaycan dilində mətbu orqan — «Kəşkül» adlı jurnal (31 yanvar 1883-cü ildə — N.N.) yaradılan Cəlal Ünsizadənin (S.Ünsizadənin ortancı qardaşı — N.N.) geniş müəllimlik fəaliyyəti «Məclis məktəbi»ndə formalaşmışdır. Azərbaycanda Füzuli şeir məktəbinin layiqli davamçısı, filoloq-alim səviyyəli təzkirə tərtibçisi, məşhur türk şairi Güvahi ədəbi yaradıcılığının müntəzəm təbliğçisi S.Ə.Şirvani də bu məktəbdə işləmiş, keçdiyi dərslərin konspekti əsasında «Rəbiül-ətfal» adlı dərslik-müntəxəbat hazırlamışdır.
«Ziya» qəzeti də məhz D.S.Staroselskinin qayğısı ilə meydana çıxmışdı. D.S.Staroselski 1876- cı ildə Qafqaz Canişinliyi Baş İdarəsinə departament müdiri təyin olunur. Bir ildən sonra onun vəzifəsi daha da böyüdülür: eks-qubernator Qafqaz Canişinliyinin Baş divanxanasına rəis təyin olunur.
D.S.Staroselski Bakı quberniyasında birgə iş məqamından yaxşı tanıdığı , qələminə, elm və mərifətinə inandığı və güvəndiyi bir sıra ziyalıları Qafqazın baş şəhərinə -Tiflisə işləməyə dəvət edir. Belə dəvəti alanlardan biri də S.Ünsizadə olur. S.Ünsizadə əvvəlcə Zaqafqaziya Dini İdarələrini təftiş edən komissiyada işləməyə ezam olunur. Dəfələrlə ezamiyyə müddəti artırılır. Bir neçə ildən sonra o, sərıştəli mütəxəssis kimi Zaqafqaziya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə Ruhani İdarəsində məktəb və maarif məsələlərinə aid işlərin qüvvətləndirilməsinə çalışırdı. O, bu məqsədlə müntəzəm olaraq yerlərə ezam olunurdu. S.Ünsizadə 12 oktyabr 1878-ci ildə — hələ ezamiyyətdə olanda Qafqaz Canişinliyinin Baş dəftərxanasına müraciət edərək, Tiflisdə Azərbaycan dilində «Ziya» adlı qəzet çıxarmaq barədə icazə istəyir.
Cəmi bir aydan sonra onun xahişinə icazə verilir. O, yaxın qohum-əqrabalarını-ortancı qardaşı Cəlalı, oğulları Əbdürrəman və Ağanı, bacısı oğulları — Rəhim və Seyfullanı da mühərrirlik və ixtisaslı mətbəə fəhləliyi işlərinə cəlb edir. İşin çətini mətbəə kadrları hazırlığı olduğuna görə gəncləri İstanbula oxumağa göndərir. Onların İstanbulun Bab-Ali caddəsindəki bir müəssisədə təlim keçdikləri ağlabatan görünür. Belə ki, keçən əsrin sonlarında mətbuat işığı axtaran azərbaycanlılar bu məkana üz tuturdular. S.Ünsizadəni hələ Zaqafqaziya Müəllimlər Seminariyasında oxuyarkən tanıyan Rəşid bəy Əfəndizadə «Uşaq bağçası» dərsliyini 1898-ci ildə İstanbulda çap etdirmişdir. Maraqlıdır ki, Bab-Ali caddəsində çap edilən bu dərsliyin redaktoru da, korrektoru da R.Əfəndizadənin özü olmuşdur.
1879-cu ilin yanvarında «Ziya» nömrəsi çap olunur. «Əkinci» qəzeti öz işini dayandırmağa məcbur olandan bəri mətbu sözə tamarzı olan türkdilli oxucular «Ziya»nı razılıqla qarşıladılar. Qəzet öz ətrafına onlarla müxbir toplaya bildi. Moskvadan Nəcəf bəy Vəzirov, Əlisəfa, Əlizadə (Əliyev), İstanbuldan Şirniçioğlu, Münif Əfəndi, Bağçasaray Şəhər Məclisindən İsmayıl Mirza (Qasprinski), Spasskdan Mirzə Həsən Əlqədari, Şuşadan Ağamirzadə (M.M.Nəvvab), Şamaxıdan Seyid Əzim Şirvani, Bixud, Müşfiq Xakisar ibn Məşhədi Məhəmməd, Bakıdan və Zərdabdan Həsən bəy Məlikzadə, Göyçaydan İsmayıl bəy Nazirzadə, Nuxadan İsmi Sədrəddinbəyov, Naxçıvandan Molla Abdulla, Salyandan Yəqub Əlizadə, Tiflisdən Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə, Əhməd Hüseynzadə, Məhəmmədağa Şahtaxtinski, Adolf Petpoviç Berje, Yanovski, Qoridən A.O.Çernyayevski, S.Vəlivəyov, Ə.Axundzadə, Dərbənddən Məhbus Dərbəndi (Qumri), Semipalatinskdən «C», Yaltadan «H. C» «Ziya» qəzetinə maraqlı yazılar göndərir, mətbu sözdən rupor kimi istifadə edərək, xalqın maariflənməsi yolunda büyük işlər görürdülər. Qəzetdə risalə, məqalə, əhvalat, xülasə, teleqraf xəbərləri, felyeton, nekroloq, yol qeydləri, reklam, silsilə elmi risalələr, rəsmi sənədlərin tərcüməsi, lətaiflər, qəzəl, qəsidə, məktub, məzhəkə, atalar sözü və məsəllər, öyüd və nəsihətlər, zərifələr, təmsillər, hikmətli sözlər bə s. janrlardan istifadə olunurdu. «Ziya» qəzetindəki janr rəngarəngliyi və müxtəlifliyi burada nitqin ən mükəmməl forması olan ədəbi dilin müxtəlif üslublarından danışmağa imkan verir.
«Ziya» qəzeti tərcümə sənətimizi öyrənmək baxımından da maraqlı görünür. Qəzetdə Azərbaycan dilinin zəngin frazeoloji vahidlərindən, sözlərin məna qruplarına daxil olan dil vahidlərindən — sinonim, antonim və omonimlərdən yerində və səmərəli şəkildə istifadə edilmişdir. Rus dili və rus dili vasitəsilə dilimizə daxil olan sözlərin izahında «yəni» aydınlaşdırma bağlayıcısına müracətə daha geniş yer verilmişdir. Oxunması çətinlik törədə biləcək bəzi sözlər həm ərəb, həm də rus qrafikası ilə verilmişdir ki,bu da sözün orfoqrafik və orfoepik variantını müəyyənləşdirmək üçün maraqlı yanaşma üsulu kimi yaxşı görünür.
«Ziya» qəzetinin lüğət tərkibində alınma leksika əsas yer tutsa da aparıcı, dominant söz və ifadələr əsl Azərbaycan sözləridir.
«Ziya» qəzetində söz içində söz demək, üstü örtülü danışmaq, ezop dilindən istifadə əsas üslubi xüsusiyyətlərdən biri kimi diqqəti cəlb edir. Bu xüsusiyyətlərə S.Ə.Şirvanin qəzetdə çap olunan şeirlərində və müxbir məktublarında , tərcümə materiallarında daha çox təsadüf olunur.
«Ziya»nın əsas mövzusu maarifçilikdir. Qəzet elə ilk saylarından təhsilin faydasından söz açır, uşaqların mütaliə mədəniyyəti barədə oxucuları polemikaya dəvət edir. Qəzetin səhifələrində özünə, əsasən baş məqalə mövqeyində yer tapan «Oxumaq və yazmaq barəsində» (N3,08.02.1879), «Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində» (N 4, 15.02.1879) ; «Təklifati-mədəniyyət» (N5, 22 mart 1879); «Yanpolski Şamaxıda» ( N38,11 oktyabr 1879), «Padşahlıq mədrəsələri» (N 40,41,42, 1979) kimi yazılar onun məram və məqsədinin xoş niyyətli olmasından söz açır.
«Ziya»dakı materialların çoxu S.Ünsizadənin dərslik və müntəxəbatları, oxu kitabları üçün baza rolunu oynayırdı. S.Ünsizadənin nəzmlə yazdığı «Məktəb uşaqlarımız üçün əqaid və nəsayih»(Tiflis, 1882) nəsrlə yazdığı «Təlimül-ətfal,təhzibül -əxlaq » (Tiflis,1883) dərsliklərdən uzun müddət türk dili anlaşılan yerlərdə oxu kitabı kimi istifadə olunmuşdur.
Bəzi tədqiqatlarda S.Ünsizadənin «Hümayunnamə» adlı kitabından da söz açırlar. Bu, Şərq ədəbiyyatında çöx geniş yayılmış «Kəlilə və Dimnə «əsərinin tərcüməsidir. Bu kitaba daxil olması güman edilən 3 təmsil 1884-cü ildə «Ziyayi-Qafqasiyyə» qəzetində dərc olunmuşdur.
S.Ünsizadənin imtiyaz sahibi olduğu «Ziya» qəzeti 1884-cü il iyunun 26-da öz nəşrini dayandırmışdır. Bunun əsas səbəbi Alibekov soyadlı bir nəfərin yazısının tərcüməsindəki hökumət üçün qorxulu olan bir cümlə olmuşdur:«Səid Ünsizadənin dər-öhdə aldığı əmr ( iş-N.N.) və niyyət mətbuat vasuitəsilə rus müsəlmanlarını yuxudan oyatmaqdır».
Beləliklə, «Ziya » bağlanır.
S.Ünsizadənin 1890-cı ildə «Ziya»nı yenidən çap etmək arzusu biganəliklə qarşılanır. Odur ki, İstanbula mühacirət edir. İstanbulda Münif Əfəndinin köməyi ilə maarif sahəsində çalışır.
Türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə 1905-ci ilin iyun ayında ömrünün 80 sinnində İstanbulda vəfat edir. Bu acı xəbəri Bakıya çatdıran Səid Ünsizadəni yaxşı tanıyan S.Atamalıbəyov idi.
(Bakı. "Həyat" qəzeti, 05.07.1905, N 27)
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM