130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi

09:23 / 30.01.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 Sizə maraqlı həyat yolu keçmiş bir ziyalı haqqında söz açmaq istəyirəm. O, 1887-ci ildə Şamaxıda anadan olub. Atası o vaxtlar Şamaxıda yerləşən Bakı Əhli-Təsənni İdarəsində kargüzar işləyirdi- Adil bəy Cəbrayılbəyov. Adil bəy Cəbrayılbəyov Zaqafqaziya Əhli-Təsənni İdarəsinin müftisi şamaxılı Hacı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə ilə əqidə və məslək dostu idi. Əbdülhəmid Əfəndi 1872-ci ildə, Şamaxı qaziliyindən Tiflisə təyinat alandan sonra onun Şamaxıdakı vəzifəsinə Səid Əfəndi Ünsizadəni təyin edirlər. Şərq dillərini, eləcə də dövrünün məcburi dili olan rus dilini ana dili kimi  bilən Adil bəy yenə kargüzarlığında qalır, şəhərin və quberniyanın ictimai - siyasi və ədəbi həyatında fəal iştirak edir. O, övladlarını yaxşı oxutdurmaq üçün əlindən gələni edir. XIX əsrin ensiklopedik nəşrlərindən biri olan "Кавказский календарь"ın hər nəşrində ünvanlar bölməsində Adil bəyin adı təkrar olunmuşdur. 

Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 291 nömrəli fondunda Adil bəy Cəbrayılbəyov haqqında çoxlu arxiv sənədləri vardır. Fondun 848 nömrəli saxlama vahidindəki materiallardan məlum olur ki, 1887-ci ilin dekabrında Adil bəyin yerinə -kargüzar vəzifəsinə Sultan Murad bəy Əfəndiyev təyin olunmuşdur. Fikrimizcə, bu, Bakı Əhli - Təsənni İdarəsi tərəfindən aparılan açması uzun vaxt tələb edən qərəzli yoxlama ilə ilgilidir. Sözün qısası budur ki, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin Adolf Berje tərəfindən vəzifəyə gətirilən, müdafiə olunan, dəstəklənən başçısı Hüseyn Əfəndi Qayıbov 1883-cü ilin dekabrında Tiflisdən Şamaxıya qazı vəzifəsinə göndərilən Səid Əfəndi Ünsizadə ilə yersiz ədavətini davam etdirir, onun tərəfdarlarını sıradan çıxarırdı. 

Səid Əfəndi ilə Molla Hüseyn Qayıbov 1879-cu ilin sentyabrına qədər bir yerdə -Zaqafqazya Əhli Təsənni İdarəsində işləmişlər. Müddətdən sonra-1889-cu il fevral ayının 20-də Səid Ünsizadə də vəzifəsindən uzaqlaşdırılır. Molla Hüseyn Qayıbov idarədə katib, Səid Əfəndi isə idarə heyətinin üzvü vəzifəsində işləyirdi. Molla Hüseyn Qayıbov 1879-cu ilin sentyabrında Zaqafqaziya Əhli-Təsənni İdarəsindəki vəzifəsindən Qoriyə Zaqafqaziya Müəllimlər Seminariyasına müəllim vəzifəsinə göndərilir. 1881-ci ilin dekabrında Zaqafqaziya müftisi beyninə qan sızması nəticəsində vəfat edəndən sonra  müftilik vəzifəsi uğrunda aşıq və gizli mübarizə gedir.Bu vəzifəyə ən layiqli namizəd kimi Səid Əfəndi Ünsizadənin adı çəkilir. İki il müfti vəzifəsini idarənin üzvü  şəkili Əhməd Əfəndi icra edir. 1883-cü ilin dekabrında heç kəsin gözləmədiyi halda, ZMS-nın müəllimini Tiflisə müfti vəzifəsinə dəvət olunur. Onun Səid Əfəndi Ünsizadə ilə bir yerdə işəyə bilməyəcəyini nəzərə alan ölkə rəhbərliyi Səid Ünsizadəni Tiflisdən uzaqlaşdırır. O, Şamaxıdakı Əhli Təsənni İdarəsinə müdir və quberniya qazısı vəzifəəsinə təyin edilir.

 S.Ünsizadə Şamaxıya qayıdandan sonra  burada  da geniş maarifçilik fəaliyyətini davam etdirir, əqidə və məslək dostlarını ətrafına toplayır. Bu, onun Tiflisdəki rəqibləri və bədxahları narahat edir, onlar Səid Əfəndinin Şamaxıda gördüyü işlərə mane olurlar. Bədxahları nə yolla olursa olsun, Səid Əfəndin hökumətin nəzərindən salmaq istəyirlər; onun əleyhinə müvafiq təşkilatlara imzalı və imzasız məktublar göndərir, böhtançılıqla məşğul olurlar. Lakin hökumət dairələrində  bu böhtanlara inanmır, hər dəfə S.Ünsizadənin mövqeyini müdafiə edirlər.

Çətin şəraitdə işləməyin çətin olduğunu görən S.Ünsizadə öz ərizəsi ilə tutduğu vəzifədən uzaqlaşır.  

O, Şamaxıda yaşaya bilmədiyindən neft və milyonlar şəhəri kimi formalaşan Bakıya gəlir, burada 1884-cü ildə Tiflisdə nəşri dayandırılan "Ziyayi-Qafqasiyyə" qəzetinin nəşrinin davam etdirilməsinə hökumətdən icazə istəyir. Lakin müxtəlif bəhanələrlə onun xahişinə müsbət cavab verilmir.

 

Səid Ünsizadə böyük maarifçilik işlərini davam etdirmək üçün  İstanbula üz tutur və burada, çox güman ki, hələ Tiflisdən-"Ziya" qəzetində işlədiyi vaxtdan qiyabi tanıdığı Münif Paşanın köməyi ilə  maarif və  təhsil sahəsindəki fəaliyyətini  davam etdirir. Bir müddətdən sonra onun ortancıl qardaşı  Cəlaləddin Əfəndi də Tiflisdən  İstanbula köçür. Kiçik qardaş Kamal Ünsizadə isə  Bakıda qalır, burada,əsasən, nəşriyyat işləri ilə məşğul olur, müəyyən gecikmələrlə  "Məzhər" adlə qəzet çap etdirir.

   Bu uzun gedişlərdən  sonra yenidən  Səid Ünsizadənin  əqidə dostlarından biri olan Adil bəy Cəbrayılbıyov haqqındakı söhbətimizi davam etdiririk. Adil bəylə ilgili son arxiv sənədlərəri 60 vərəqdən ibarət olmuşdur.  Təəssüf ki, bu sənədlər hansı səbəbdənsə makulaturaya verilmiş,tarixi istifadədən uzaqlaşdırılmışdır.  Saxlama vahidinin adından məlum olur ki,buradakı sənədlər 1891-ci il fevralın 27-dən aprelin 29-na qədərki dövrü əhatə edirmiş.   Bu sənədlər Adil  bəy Cəbrayılbəyovun dörd yaşlı oğlu Cəmo bəyin yaş kağızı ilə igilidir.
  
   Bir məsələ hələ də qaranlıq qalır: görəsən, Adil bəy  oğlu Cəmo bəyə yaş kağızı (metrika-N.N.) alddımı?

   Bu barədə təqqiqatçılar hələ heç nə deyə biməyivlər. Cəmo bəydən yazırlar,söhbət açırlar, amma ortalıqda hələ, demək olar ki,  tutarlı  ilkin  elmi- bioqrafik məlumat  yoxdur. Yeganə mənbə kimi Cəmo bəyin ölümündən bir il sonra nəşr olunan Cəmo bəy Cəbrayılbəylinin "Xatilərim" adı ilə nəşr olunan  əsərdir.
    Cəmo bəy Cəbrayılbəylinin ömür payına   iki əsrdən  78 il düşüb: 1887-1965. Atasının ölüm tarixi bilinmir (Hər halda adını cəkdiyimiz arxiv sənədlərinə görə 1891-ci ilin iyun  ayı da daxil olmaqla hələ sağ imiş). Adil bəyin böyük qızı şamaxılı  şair  Ağali bəy Nasehin həyat yoldaşı idi.  Ağali bəy Naseh   Şamaxıda dövlət idarəsində dilmanc işləyirdi. O, M.Ə.Sabir, A.Səhhət,M.Mahmudbəyov   kimi   ziyalıların ən yaxın, səmimi  dostlarından idi. 
   Cəmo bəy Şamaxı şəhər məktəbində oxuyub. Həsən bəy Zərdabi də bu məktəbdə oxuyub. 
  Bu məktəbdə Cəmo bəyin ana dili  və şəriət müəllimi Seyid Əzim Şirvaninin oğlu  Mir Cəfər idi.  Bir sıra tədqiqatçılar  Cəmo bəyin  dövlət hesabına oxumasında Mir Cəfərin xidmətlərini  yüksək qiymətləndirirlər. 
  Şamaxı şəhər məktəbi  təlimi rus dilində olan təhsil oşağı idi.Burada Avropa təhsilli  rus və Avropa təhsilli,  universitet bitirmiş müəllimlər dərs deyirdi.

Şamaxı  Şəhər  Məktəbi şagirdləri ali məktəbə daxil  olmağa  hazırlayan   təhsil ocağı idi.  Tədqiqatçıların yazdığına görə,  Cəmo bəy burada  1896-1901-ci illərdə oxumuşdur.  1908-ci ildə  xüsusi komissiya  üzvlərinə imtahan verərək müəllimlik attestatı  almış,1919-cu ilədək Şamaxıda müəllimlik etmişdir. Sonralar Bakıya köçmüş, bir sıra məktəblərdə müəllimlik etmişdir. Cəmo bəyin müəllimlik   fəaliyyətində S.M.Qənizadənin  ona göstərdiyi  qayğı  xüsusi qeyd edilməlidir.  Qori şəhərində yaradılan Zaqafqaziya Müəllimlər Seminaruiyasına 1905-ci il avqust ayının 3-də   inspektor təyin edilən  S.M.Qənizadə  3 ildən sonra əmrlə  işdən çıxarılır. Bu əmr  direktor M.Miropiyev ilə  S.M.Qənizadənin   aralarında tədris layihəsi ilə əlaqədar  olan   fikir müxtəlifliyi  bağlı  idi.   S.M.Qənizadə  Qafqaz Təhsil Dairəsinin popeçiteli  N.Rudolfa müraciət edərək,günahkar olmadığını sübut edir və  ona Qoridəki vəzifəsindən daha üstün olan  vəzifə verilir. O, Bakı-Dağıstan  Xalq Məktəbləri İdarəsinin inspektoru vəzifəsinə təyin olunur. Cəmo bəyin Bakı məktəblərindəki  nümunəvi  müəllimlik fəaliyyəti məhz  bu dövrün başlanğıcı ilə əlaqədardır.  Cəmo bəy Cəbrayılbəyli   Xalq Maarif Komissarlığının xətti ilə bir  sıra irimiqyaslı tədbir və layihələrdə  fəal iştirak edir, uşaq pedaqoji mətbuatının  formalaşmasında  S.M.Qənizadə ,Ə.Cəfərzadə, A.İsrafilbəyli, A.Talıbzadə,Q.Mirzəzadə, K.İsmayılov,  F.Ağayev və başqaları ilə birlikdə  nümunəvi işlər görür; layihələrlə çıxış edir,  rus   və Avropa ədəbiyyatından etdiyi tərcümə və tədilləri ilə məktəblilərin  mütaliə mədəniyyətinin yüksəldilməsinə çalışır. Onun  "Maarif","Qızıl yıldız","Qırmızı günəş" və sair uşaq mətbuatındakı müxtəlif imzalarla çap etdirdiyi  təbiət hekayələri, şeir və marşları bu gün də maraqla oxunur. Cəmo bəyin bir sıra hekayələrinin qəhrəmanı geniş maraq dünyası olan  Adildir. 
   Cəmo bəy oğluna atasının adını vermişdir. Nəvə Adil Cəbrayılbəyli (1924-1991) Bakıda Bülbül prospektində yerləşən Respublika Dəri-Zöhrəvi  Xəstəxananın baş həkimi olmuşdur.
  Atam hər dəfə  Bakıya gələndə mütləq  qohum-əqrəbalarına, dostlarına baş çəkərdi;atasının xalası oğlu  professor Emin Əfəndiyev, müəllimləri Püstəxanım Yüzbaşinskaya, Cəmo bəy Cəbrayılbəyov, ADU-nun müəllimləri-Yusif Şirvan , Hidayət Əfəndiyev,bir də  Adil Cəbrayılbəyli.Mən onlardan  yalnız  üç nəfərini ziyarət etmişəm.Cəmo bəy Cəbrayılbəylinin "Xatirələrim" kitabını birnəfəsə oxuyandan sonra  doktor  Adil   Cəbrayılbəylinin  ziyarətinnə getmədiyimin indi peşmançılığını çəkirəm;fəhlə həyatından yazılar yazmaqdansa, 20-30-cu illərin ziyalıları haqqında nə qədər yazı yazmaq olarmış...Təəssüf, səd təəssüf...
   Yenə də, yaxşı ki,arxiv  və  bəzi kitabxanalarda  bu  dövrə aid   makulatura olmaqdan  qaça bilən materiallar  az da olsa qalmışdır.

     GoogLe.az-da  " Biologiya elmləri- Milli Elektron Kitabxana "

sözlərini yazmaqla  Cəmo  bəy Cəbrayılbəyliyə aid bir neçə kitab və proqramların adına rast gəldim. Burada xoşuma gəlməyən bircə o oldu ki, bu materialları  oxumaq üçün mütləq  M.F.Axundov  adına  Milli Kitabxanaya getməlisən. Mənə elə gəlir ki, Milli Məslisdə  elektron kitabların  distant oxusu haqqında müzakirələr aparılmalıdır. 


 Cəbrayılbəyli C. Akvarium və terrarium [Mətn] C.Cəbrayılbəyli.- B.: Azərnəşr 1930.- 69, [1] s.

 

 Cəbrayılbəyli C. Bitkilər fiziolojisi terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Dil və Ədəbiyyat Şöbəsi Terminoloji Komitəsi.- B.: Azərnəşr, 1931.- 16 s.; 21 sm. 

 Cəbrayılbəyli C. Fito-sosioloji terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Terminoloji şöbəsi.- Bakı: Azərnəşr, 1931.- 8 s. ; 23 sm.

 

  Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcə məsai məktəblərinə görə yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 102, [4] s.

 

 Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitabları] /C.Cəbrayılbəyli; red. Ə.Əbdürrəhimzadə.- B.: Azərnəşr, 1929.- 91, [1] s.

  

 Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcəli məktəblər üçün /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1928.- 100 s.

 

 Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır /C. Cəbrayılbəyli; məxəzlər: Troyanski, Vaqner, Traçevski, Kalugin, Harun ər-Rəşid.- B.: Azərnəşr, 1924.- 75, [2] s.

  Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır/C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1926.- 75 s.

 

 Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitablar] /C. Cəbrayılbəyli; red. Ə. Əbdürrəhimzadə.- B.: Azərnşr, 1929.- 64 s.

 

  Cəbrayılbəyli Cəmo. Təbiətə ilk addım [Mətn]: birinci dərəcə məktəblərin ikinci və üçüncü qruplarına görə yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 126, [4] s.
   

        Burada elə ilk baxışdan öyrənilməli nə qədər material var.
        Cəmo bəy Cəbrayılbəyli 1942-ci ildə -55 yaşında alimlik dərəcəsi alıb. Kataloqa baxın,akademiyanın müvafiq institutları biologiya elmləri namizədi C.Cəbrayılbəylinin hər kitabına aid  bir dissertasiya işini ortaya çıxara bilər. Bəlkə         də mən gecikmişəm ; kimsə Cəmo bəyin  elmi üslubuna aid məqalə yazıb. Amma hər halda mən də bu mövzuda sanballı bir yazı  hazırlayacağam.
Mətbuat tarixinə aid  layihə üzərində işləyərkən Cəmo Cəbrayılbəylinin  Azərbaycan Demokratik Cümhuriyyəti dövründə və 1920-ci illərdə  uşaq mətbuatı   səhifələrində   həm  pasportdakı adı  ilə,  həm də "CƏMO" ("CAMO" yox-N.N.) təxəllüsü ilə xeyli  bədii, elmi-bədii,elmi-publisistik  əsər,ən başlıcası siyasi nəğmə-marş   yazdığının  şahidi oluruq.  Hələ də bəzi alimlər  " Cəmo"  təxəllüsünün kimə aid olması  yəqinləşdirməkdə çətinlik çəkirlər: “Cəmo”nu  

 CAVAD AXUNDOV MƏMMƏDƏLİ  OĞLU

  kimi oxuyurlar. Bir az gülməli çıxır: görəsən ,  "axund" sözünü  incə saitlə oxuyan  varmı?

   ”Cəmo”nu  Camo Hacinski, Əhməd Cavad kimi  açıqlamaq istəyənlər  bilməlidirlər ki, rusdilli Hacinski heç vaxt nə rusca, nə də Azərbaycan dilində şeir yazmayıb,   Əhməd Cavad kimi nəğməkar şair  də  adını  düz yazanlardandır. 
 
                                                                             ***
Cəmo bəy Cərayılbəylinin 1930-cu illərdə pedqoji və uşaq mətbuatındakı fəaliyyəti haqqında ayrıca bir yazı hazırladığımız üçün bu  dövrün  materiallarının incələnməsini sonraya saxlayırıq. İndilikdə isə  "Yeni yıldız"ın  1922-ci ilə aid  2-ci nömrəsində Cəmo bəy Cəbrayılbəylinin  "Cəmo" təxəllüsü ilə yazdığı "Sənsən" şeirini oxuculara təqdim edirik. 
Yeri gəlmişkən onu da deyək ki, ayda bir dəfə nəşr olunan ədəbi, fənni, siyasi  məcmuə olan "Yeni yıldız"ın  bu nömrəsində Cəmo bəy Cəbrayılbəylinin  "İctimai  hifzi-səhhət” adlı maraqlı bir  elmi yazısı da çap olunmuşdur. Bu barədə sonrakı yazılarımızda ayrıca söz açmaq niyyətindəyik.


                                       
                                         Sənsən

   Ey dilbərim,ey güllərcəm, ey cahcəlalım,
   Sənsən  bana dirilik  gətirən, ey pəri , sənsən!
   Ey eşq səmasında gəzən  şanlı hilalım,   
   Şu cürmlərin  (günahların-N.N.)cümləsinin dilbəri sənsən!


   Bin dərdə ,bəla  atəşi sövq edən sənsən,
   Bin dürlü  səfa məninin  məzhəri sənsən.
   Qan ağlatub,aşiqlərə  baş gəzənsən
   Bir baq  yenə hər aşiqinin əzbəri sənsən!

   Ey nur saçan, gün kibi  afaqı işıqlat, 
   Ruh aləminin nur saçan əxtəri sənsən.
   Bu kəsələtdə (kefsizlikdə-N.N.) bənim ruhumi ilham ilə  anlat,
   Sənət yaratan    qüvvələrin  gövhəri sənsən!

    Bir şeiri- məlahətsən,aman  bəndən  uzaşma, 
   Əşara yaqın qalblərin rəhbəri sənsən,

   Aşiqin işini etsə yürəklərdə təcəlli.
   Həp anlar odum : xilqətin hər dəftəri sənsən!

   Cəmo

                                          ***

        Hər dəfə Şamaxıya gedəndə  "Yeddi günbəz"qəbirstanlığında  M.Ə.Sabiri də, onun qəbrinin ayaq tərəfində dəfn olunmuş babamın   atası Nəsrəddin İsmayılovu da, Yusif Şirvanı da,  eləcə də  Cəbrayılbəyovları  da  ziyarət edirəm. Bunlar  qohum-əqrəbalarımızın hər gün salam-kəlamı olan  şamaxılılardır, qohumlardır,dostlardır...
                                                   ***

...Şamaxıda M.Ə.Sabirin məqbərəsindən 20-25 metr aralıda üzü Bakıya tərəf bayramdan bayrama yada düşən 
 3 qəbir var:

 Cəmo Cəbrayılbəyli (1887-1965) 

       Şəfiqə Əliəşrəf qızı Cəbrayılbəyli (22.03.1900-10.05.1982)
       Adil Cəmo oğlu Cəbrayılbəyli (1924-1991)

 

Bunların hər üçü tariximizdə izi və sözü olan insanlardır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM