AMEA və universitet alimlərinin orta məktəb marafonları

09:39 / 05.02.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

  Mətbu orqanların birində AMEA  alimlərinin  Bakının 2 məktəbində dərs deyəcəkləri yenilik kimi oxuculara çatdırılmışdı. Əslində bu yeni ideya deyildi. Hələ 1988-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının bir qrup alimnin təşəbbüsü ilə Bakıdakı 178 №-li orta məktəbdə kimya elmləri namizədi Elxan Əmirbəyovun rəhbərliyi ilə təbiət elmləri fakültəsi yaradılmışdı. Təbiət elmlərinin tədrisinə üstünlük verilən yeni qurum FEN (факультет естественных наук) adlandırıldı.
   Elxan Əmirbəyov bir neçə gün ərzində təşkilati məsələləri həll etdi, elminə və pedaqoji ustalığına bələd olduğu və bacarığına inandığı ziyalıları məktəbə dərs deməyə dəvət etdi. Sonralar Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfiri olan akademik Ramiz Rizayev FEN-in fəxri dekanı seçildi. 
   Orta məktəbdə yaradılmış yeni quruma dəvət olanların çoxu AMEA-nın təhsil məsələlərindən xəbərdar olan əməkdaşları idi. FEN-in Azərbaycan və rus bölmələri var idi. Burada təhsil pulsuz idi. Şəhərin bir çox nüfuzlu məktəblərinin qabiliyyətli şagirdləri FEN-in şagirdi olmağa can atırdı.
 Tədris üsulunda bir çox yenilikləri olan bu fakültə Azərbaycanın təhsil sistemində yenilik idi.Bir məktəbdə 10-dan artıq nüfuzlu alim işləyirdi: biologiya elmləri namizədləri Tariyel Heybətov, Fuad Ağayev, kimya elmləri doktoru İltifat Lətifov, kimya elmləri namizədləri Elxan Əmirbəyov,Vəli Əliyev, fizika elmləri namizədi Sərhəd Bağırov , sənətşünaslıq elmləri namizədi Cəmilə Həsənova və başqaları. Qısa müddətdən sonra FEN əsasında ayrıca bir qurum yaradıldı: 291 №-li "Araz" Ekologiya Liseyi. 
  Nərimanov Rayon Təhsil Şöbəsinin və Təhsil Nazirliyi rəhbərliyinin  tövsiyəsi ilə E.Əmirbəyov liseyin direktoru təyin olundu. AMEA Nəsimi adına Dilçilik İnstitutunda aspirantura təhsili aldığıma görə mənə də burada-"Araz " Ekologiya Liseyində  nüfuzlu elm adamları ilə  yanaşı, tədris işləri üzrə direktor müavini işləmək təklif olundu.  Beləliklə, burada iki tədris ili ərzində tədris işləri üzrə direktor müavini işlədim.
    Liseydə tədris  işləri  dünya səviyyəli  elmi  işlərə  və qabaqcıl metodiki üsullara əsaslanırdı.   
   Proqramda bir sıra əhəmiyyətli dəyişikliklər etmişdik. Respublikada ilk dəfə orta məktəb proqramına nitq mədəniyyəti fənnini biz i daxil etdik. Nitq mədəniyyəti fənninin tədrisini filologiya elmləri doktoru İsmayıl Oruc oğlu Məmmədova tapşırdıq. Liseydə humanitar və iqtisadiyyat fakültələri yaratdıq.Akademiynın elmi institutları ilə yanaşı, "Araz" Ekologiya Liseyinə ali təhsil müəssisələrindən də bacarıqlı mütəxəssisləri işləməyə dəvət etdik.  Liseydə akademiklərlə,maraqlı həyat yolu keçmiş adamlarla,əmək və müharibə veteranları ilə maraqlı görüşlər keçirdik. Məktəbdə şagirdlərin mütaliə mədəniyyətini yüksəltmək üçün şagird və müəllimlərin hədiyyələri əsasında zəngin kitabxana yaratdıq.
 Liseyin ilk buraxılışında məzunlarımızın hamısı ölkəmizin,eləcə də Rusiya Federasiyasının nüfuzlu ali məktəblərə yüksək balla daxil oldular. 
  Lisey TQDK-nın təcrübə bazasına çevrilmişdi.  Dörd müəllimimiz TQDK-nın fənn komissiyalarının ilk rəhbərli seçildi. "Araz" Ekologiya Liseyinin müəllimlərindən   E.Əmirbəyov-fizika,V.Əliyev-kimya,T.Heybətov- biologiya,mən-Azərbaycan dili və ədəbiyyatı fənni seminarlarına rəhbərlik edirdik. Başqa sözlə, "Araz" Ekologiya Liseyi respublika səviyyəli metodiki mərkəzə çevrilmışdi. Respublikada testologiya elminin formalaşmasında və inkişafında məktəbimizin onlarla müəllimi iştirak edirdi.
  Sonralar liseyin rəhbərliyi dəyişdilrildi. Səbəbi bu gün də  bu təhsil ocağının yaradıcılarından heç birinə  hələ də  məlium deyil.
  Müəllimlərimiz Bakı Kompyuter Məktəbi əsasında yaradılmış Bakı Kompyuter Kollecinə keçməli oldu.Bu təhsil ocağı  həm orta ixisas təhsil müəssisəsi , həm də  onun nəzdində fəaliyyət göstərən orta məktəb  kimi düşünülmüşdü.  Müəllimlərimiz  təcrübəli mütəxəssislər kimi  hər iki şöbədə uğurla işləməyə başladılar. Burada da Elmlər Akademiyasının elmi potensialından istifadə etdik.
                                                                                         *** 
 Bu gün AMEA rəhbərliyi ölkəmizdə elmi işlərlə yanaşı, təhsil tariximizin maraqlı işlərinə də,dünya səviyyəli təcrübələrinə  də böyük rəvac verməlidir.

Doğrudur,  bu gün orta məktəblərdə  işləyən  alimlərin sayının xeyli artdığı hiss olunur.Amma onların çoxu məktəblərə öx şəxsi təşəbbüsləri ilə gələnlərdir. Bu işdə müəyyən sistem, pedaqoji yanaşma, ölçü və meyarlar olmalıdır.

Bakıdakı opta məktəblərin çoxu Azərbaycan Milli  Elmlər Akademiyasının  təcrübə bazası olmalıdır. Burada yaş senzinə baxmadan bacarıqlı, zəngin pedaqoji ustalığı olan müəllimlərin bilik və təcrübəsindən səmərəli istifadə edilməlidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM