XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır

10:41 / 12.02.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

1970-ci illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun  aspiranturasında  oxuduğum illərdə o vaxtkı ölkənin müxtəlif şəhərlərindəki arxiv və kitabxanalarında Azərbaycanın məktəb və maarifçilik tarixinə aid çoxlu sənəd və elmi  dəyərli materiallarla rastlaşmışdım.

Bunların çoxu tədqiqat mövzumla -“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzetinin (1879-1884-cü illər) dili” ilə əlaqəli olduğundan məktəb və maarifçilik məsələlərindən  bəhs edən  onlarla  məqalədə fikir və düşüncələrimi elmi ictimaiyyətin diqqətinə çatdırmışdım. “Məclis məktəbini kim yaratmışdır?”, “Sabirin oxuduğu məclis məktəbi”, ”Maarifə həsr olunmuş ömür”, “Ziya”nın  işığı“, “Tərcüman”ın təcrübə məktəbi”, “Ziya”nın fransız müxbiri”, ”Siz kimsiniz, müsyö Berje?“, “Unudulmuş Səid Ünsizadə” və s. bu qəbildəndir.

   Kürdəmirin ilk dövlət məktəbi haqqında yazdığım yazılar da bu silsilədəndir. Kürdəmirin təhsil tarixi Rus imperiyasının burada açdığı məktəblə başlamır. Kürdəmirin ilk məktəb və mədrəsələrinin tarixi qədim əsrlərə gedib çıxır. Zəngin biliyi, yüksək intellektual səviyyəsi  olan kürdəmirli  müəllimlərin adına orta əsr  mənbələrində rast gəlinir. Bu da təbiidir. Kürdəmirdə  dövlətçilik ənənələrinin nişanəlləri çoxdur. Qədim şəhər  yaşayış  abidələrin qalıqları, islam dinini yayan ərəblərin burada məskunlaşması, yeni qohumluq  əlaqələrinin yaranması, ərəblərin adı ilə bağlı yaşayış məntəqələrinin salınması, Şərq ölkələri ilə ticarət əlaqələrinin güclənməsi bunun tutarlı sübutudur. Kürdəmir  bir vaxtlar Kaspi vilayətinin, 1846-cı illən–2  dekabr 1859-cu ulədək  Şamaxı quberniyasının tərkibində olmuşdur. Zəlzələdən sonra  paytaxt Bakıya köçürüldüyünə görə quberniyanın adı dəyişdirimiş, əvvəllər Şamaxıya aid olan bütün qəryələr (kəndlər) yeni inzibati -ərazı qurumuna  daxil edilmişdir. Kürdəmirin  Bakı quberniyasının tərkibində olması bu torpağın məktəbçilik tatixində müəyyən yaddaqalan izlər buraxmışdır.

    Kürdəmirdə dövlət tərfindən məktəb  açılacağı haqqında türk dünyasına ilk xəbəri “Ziya” qəzetinin Şamaxı  müxbiri  S.Ə.Şirvani vermişdir. Onun  müxbir  məktubu Tiflisdə Azərbaycan  dilində nəşr olunan “Ziya” qəzetinin 29 may 1880-ci il tatixli  26-cı nömrəsində çap olunmuşdur.Məktubda müxtəlif məsələləri özünəməxsus şəkildə, ezop manerası ilə oxucuların diqqətinə çatdıran müxbir may ayının 15-də Dağıstan ( əslində Bakı- Dağıstan olmalıdır- N.N.) Vilayəti Xalq Məktəbləri  İdarəsinin direktoru S.İ. Rıjovun müavini Bekler Martıniç Stepanovun Şamaxıya gəlişindən də söz açır.

   Dövlət məmuru ilə şəxsən tanış olan Şamaxı şəhərindəki rus məktəbinin və məşhur “Məclis məktəbi”nin  müəllimi   (müdiri yox-N.N.)  müxbir  S.Ə.Şirvani–  B.M.Stepanovun sözlərinə əsaslanaraq yazır :

“Dövlət bu fikirdədir  ki, bir parə qəryələrdə (kəndlərdə ) xəlaiqin təlim və tərbiyəsindən ötəri (ötrü-N.N.) məktəbxanələr açsın…

Bu il Şamaxının qəryələrindən iki qəryədə uşkola güşad olacaq: biri qəryeyi-Kürdəmirdə, biri də  qəryeyi-Kərkəncdə”.

   S.Ə.Şirvani  məktubunun sonunda  Kürdəmirdə açılacaq məktəblə əlaqədar, Bekler Martıniçin oraya- Kürdəmirə gedəcəyini yazır,  məktəbin xərc və məsarifindən  ötrü əhalini əlbirliyə çağırır.

 Tiflsdə rus dilində çap olunan “Qafqaz” qəzetinin 11 mart 1881-ci  il tarixli 55-ci nömrəsində verilən xəbərə  görə Kürdəmirdə dövlət tərəfindən ilk məktəb 1881-ci il fevralın 9-da açılmışdır.Qəzet ilk dərs günü burada 18 şagirdin oxuduğunu xəbər verirdi.

   Kürdəmirin ilk dövləti  məktəbi haqqında  1977-ci il  fevralın 2-də “İrəli ” qəzetində çap  olunmuş  “Kürdəmir haqqında qeydlər” adlı yazım Kürdəmirin öz torpagının və maarifçilik tarixinin təəssübünü çəkən ziyalılarının  marağına səbəb oldu. “İrəli” qəzetində müzakirə təriqi ilə bir neçə yazı dərc olundu.

Ən çox qabardılan məsələ ilk məktəbin Kürdəmirin hansı kəndində açılması barədə idi. Müzakirədə iştirak edənlərin bir neçəsi məktəbin indi Köhnəbazar adlanan kənddə açıldığıını  israr edirdi. Bu fikir tarixi faktlarla sübut olunur. Belə ki Bakı-Tiflis dəmir yolu  çəkilənədək Kürdəmir adlanan  qəryə-yaşayış məntəqəsi dəmir yolundan bir neçə kilometr aralıda – Şamaxıya doğru uzanan yolun kənarında idi.

  ” Qafqaz” qəzetinin 28 avqust 1882-ci il tarixli 227-ci nömrəsindəki bir xəbərdən məlum olur ki, Kürdəmirin həftə bazarı buradan (Kürdəmir kəndindən -N.N.) Bakı -Tiflis dəmir yoluna  köçürülür”. Deməli, dəmir yolu stansiyası yerləşən məkan inzibati ərazi mərkəzi  seçilir.

  Kürdəmir məktəbinin  tarixini öyrənmək üçün “Ziya” qəzetinin  1 fevral 1881-ci il tarixli 5-ci nömrəsində dərc edilmiş maraqlı bir yazı-yol qeydləri  diqqəti cəlb edir.

Qəzetin  iki  səhifəsində  “M.B.”  imzası ilə  yerləşdirilmiş  bu məqalənin dili,  ələlxüsus maarifçilik terminləri ilə zəngin olan leksikası, çevik sintaksisi “Ziya ” qəzetinin sahibi-imtiyazı, XIX əsr Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi Səid Əfəndi  Ünsizadənin ( 1825, Şamaxı-1905, İstanbul ) yazı üslubunu xatırladır. Məqalənin  rus dilindən o dövrün özünəməxsus ənənələri əsasında Azərbaycan dilinə tərcümə olunduğu hiss olunur. Yazının məzmunundan məlum olur ki,  “M.B.”  əslən  avropalıdır, Şərq dillərini, o cümlədən ərəb dilini  gözəl bilir, bu dildə yazılmış ədəbi əsərlər haqqında müsahibini inandıra  biləcək dərəcədə fikirlər söyləməyə qadirdir.

Yazıdan hiss olunur ki,“M.B.” məktəb və  mədrəsələrin  işinə nəzarət  edən, qayğı göstərən səlahiyət   və  vəzifə sahibidir.

Uzun müddət “M.B.”-nin kimliyi haqqında heç nə  demək  mümkün olmasa  da,  sonralar,  onun  Tiflisdə  mühüm dövlət işində çalışan Adolf Petroviç Berje (Qafqazda onu “Müsjö Berje” kimi daha çox tanıyırdılar) olduğunu müəyyənləşdirdik.

A.P.Berje milliyyətcə fransızdır. Onun atası Pyotr Berje 1805-ci ildə Fransadan Rusiyaya köçmüş, Peterburqda kübar ailələrdən olan uşaqlara  dərs demişdir. Professor Pyotr Berje 1820-ci ildə əsli Meklenburqdan olan varlı bir alman qızlı  ilə evlənmiş, onun bu izdivacdan dörd oğlu və bir qızı dünyaya gəlmişdir. Gərgin zehni əmək, böyük bir ailənin qayğıları P.Berjenin  sağlamlığına ciddi fəsadlar yaratmış və o,  dörd övladını xeyirxah adamların ümidinə buraxaraq, 1838-ci ildə ruhi xəstəliklər  xəstəxanasında dünyasını dəyişmişdir.

Adolf- Berjelər ailəsinin ikinci oğludur.O, 1828-ci il iyul ayının 28-də  Peterburqda

anadan olmuş , əvvəlcə pansionatda, sonra isə reformat məktəbində   oxumuşdur. Ata Berje vəfat edəndən sonra qardaşlar  Fransanın  Rusiyadakı səfirinin xanımı Barantın köməyi ilə Peterburq yaxınlığındakı Qatçina Yetimlər İnstitutuna daxil olmuşlar.

A.Berje 1847-ci ildə Sankt- Peterburq Universitetinin şərq dilləri fakültəsinə  daxil olmuş,  burada  – universitetdə Azərbaycanlı  Mirzə Cəfər Topçubaşovdan dərs almış , dilimizin ilk elmi qrammatikasımın müəllifi  Mirzə   Kazım bəyin  rus, fars , türk  və s. dillərdə yazdığı  əsərlərini mükəmməl öyrənmişdir.Rusiya Dövlət  Şurasının üzvü  C.C.Lanski A.P.Berjenin Şərqi Asiya ölkələrinin birində işləmək  arzusunu  universitet məzunlarının işlə təminatına  ciddi nəzarət edən çar  I  Nikolaya çatdıranda   çar çox soyuqqanlıqla demişdir: “Xaricə – Şərqə getmək A.P.Berjenin nəyinə lazımdır? Rusiyanın öz Şərqi var. Bura, Qafqazdır. Qoy elə  ora  yola düşsün”.

  A.P.Berje 1851-ci il dekabrın 24-də Tiflisə gəlir. O, Qafqaz canişinliyində   müxtəlif      vəzifələrdə çalışır, bir müddətdən sonra Təbriz, Qəzvin və Tehrana gedir, İranı öyrənməyə başlayır, qafqazşünas alim kimi geniş fəaliyyət göstərir. A.P.Berje  məşhur tarixçi Mirzə Camal Cavanşirin  “Qarabağnamə” əsərini fars dilindən rus dilinə tərcümə edərək çap etdirir.O, Tiflis Mərkəzi Kitabxanasının və Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz  şöbəsinin müdiri vəzifələrində çalışır, elmi ekspedisiyalar zamanı topladığı dil, folklor  və ölkəşünaslıq materiallarını rus və xarici dillərdə çap etdirirdi.

Hərtərəfli biliyə,ensiklopedik savada malik olan A.P.Berje 1864-cü  ildə Qafqaz Arxeologiya Komissiyasının sədri  vəzifəsinə təyin olunur.

 Qafqazın öyrənilməsində çox qiymətli məşhur elmi mənbə olan “Qafqaz Arxeologiya    Komissiyasının  Aktları”nın  10 cildi A.Berjenin  rəhbərliyi altında çap edilmişdir.Ona bu əzəmətli yaradıcılıq fəaliyyətində  qələminə və savadına  inandığı və güvəndiyi əqidə dostları-tarixçi  N.Q.Berzenov,  görkəmli  filosof  və dramaturq  M.F.Axundov , canişinliyin məmuru Nırkov  daha çox kömək edirdilər . Təkcə bu faktı xatırladaq ki,“Aktlar”ın ilk beş cildi üçün hazırlanan materialların  700 səhifəyə qədərini  A.P.Berjenin  köməyi ilə müxtəlif Şərq dillərindən  rus  dilinə  M.F.Axundov  tərcümə etmişdir. A.P.Berje tutduğu  vəzifə  çərçivəsində Zaqafqaziya dini idarələrinə və müsəlman məktəblərinə himayədarlıq edirdi.  Zaqafqaziyada  məktəb və maarifçilik işlərinin tərəqqisi,  Azərbaycan  ədəbiyyatının Avropada  yayılması, Qori  şəhərində Müəllimlər Seminariyasının açılması, Azərbaycan mətbuatının  təşəkkülü və inkişafı  yolunda A.P.Berjenin  xidmətləri xüsusi tədqiqat tələb edir.

Zaqafqaziyanın nüfuzlu fikir  adamları– şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə, görkəmli  söz ustası Mirzə  Fətəli Axundov, cəfakeş  maarif  xadimi Səid  Ünsizadə ilə A.P.Berjenin  işgüzar  münasibətlərini əks etdirən arxiv materiallarının  hərtərəfli  öyrənilməsi  XIX əsr  ictimai-siyasi fikir tariximizin bir çox  qaranlıq səhifələrini işıqlandıra  bilər.

A.P.Berje həmişə səfərdə idi. İran,  Zaqafqaziya, Dağıstan , Şimali Qafqaz  onun dövlət məmuru kimi gəzib-dolaşdığı, geniş elmi tədqiqatlar üçüm material topladığı  regionlar idi.          

A.P.Berjenin Kürdəmirə  gəlişi  də  bu məqsədlə  əlaqədar  idi. “Ziya” qəzetinin 1   fevral  1881-ci  il  tarixli 5-ci nömrəindəki yol qeydlərindən məlum olur  ki, o , burada yanvarın 15-də olmuşdur.

Kürdəmirin  adlı - sanlı, mötəbər adamlarından biri olan X…əfəndinin (çox güman ki, bu, Xəlil əfəndidir-N.N.) qonağı  olan  A.P.Berje bu yerlərin  təbiəti,  əhalisi və onların məşğuliyyəti, qonaqpərvərliyi  haqqında oxuculara maraqlı  məlumatlar verir.

Yol qeydləri belə  başlaır:

“15 yanvar.(Şamaxı uyezdində). Kürdəmir qəryəsindən (kəndindən-N.N.) . (Təhrirati-“Ziya”). Bu  ayın əvvəllərində Kürdəmirə  müvasilət elədik (qovuşduq -N.N. ) . Şamaxıdan məzkur qəryəyə 70 verst məsafə edir. Küdrü düzünün aran zəmin yer olduğu aşkardır.Amma bu gözəl  və vəsi  (geniş-N.N.) səhrada  məkaniyyətə və abadanlığa müstəid bir nöqtə var isə, o da  Kürdəmir  dedikləri qəryə olacaqdır.Ərazisi  münbit  və məhsulavər olmağını hər kəs nəql etməkdədir…Tut və üzüm  bağçalarını ki   burada gördüm , cümləsi şəhadət edir ki, kürdəmirlilər əbrişim  və ənkur (üzüm) məhsulatından dəxi məhrum qalmayurlar. Əhalinin  saf  bə  təndürüstlüyü (sağlam vücudlu olması- N.N.)  burada təravə və etidal ( mülayim-N.N. ) hava olmağına ümdə dəlil  tutula  bilər”.

 

Müəllif daha sonra yerli əhalinin  mehribanlığından və qonaqpərvərliyindən söz açır :

“Hər bir daxma və xanə əcnəbidən ötrü  bəlaqeyd (bəlasız),  biacir

(icarəsiz, havayı ),  bikirayə  mehmanxaneyi- ümumi kibidir ki,  kim  mehman   gəlirsə, özü və məpkəbi ( minik heyvanı ) hər xüsusda rahət və asudə  tutulmağını mehmanı olduğum X… əfəndi nəql  və təsdiq edir”.

Yazıda X… əfəndi  öz elinin, yurdunun təəssübünü çəkən , igidliyi və qoçaqlığı qiymətləndirməyi  bacaran kənd ağsaqqalı kimi tənqim  olunur.Onun fikrincə, canında hərəkət və cünbüş (qımıldanma,tərpəniş ) olmayan qövmdən bir ac qövm yaxşıraqdır. Əfəndi   əcnəbi qonağa bu torpağın zehinli  və  zəkavətli adamlarından  söz açsa da,  hiss olunur ki, qonaq  daha çox onu qiymətləndirir. Əcnəbi qonaq  Kürdəmirdə   olduğu bir neçə gündə ev sahibinin  alimliyindən, nəsrlə və nəzmlə yazdığı mühərriratından, ruhani  və təsəvvüfdən (sufilik məsləki təriqətindən -N.N.) etdiyi söhbətlərdən çox məmnun  qalır:

” Mən onun danişmənd və hünərvərliginə  təəccüb  etməkdə ikən o dəxi bənim əlsəneyi-şərqiyyəyə, xüsusən ərəb lisanına aşina olmağımdan heyrətdə qalmışdı. Avropalı(nın) əlsəneyi-şərqiyyəyə (şərq dillərinə -N.N.) hərif ( həmməslək ) olmağı əfəndiyə görə qəraibdən imiş”.

 

Əcnəbi qonaq  kürdəmirli  əfəndinin   ərəb ədəbiyyatına  bələdliyini, ərəb dilini şeir yazmaq  səviyyəsində bildiyini vurğulamaq üçün onun  oxuduğu  şeirin bir beytini  məmurə dəftərinə yazır.

 “M.B.” Kürdəmir bazarını izdiham və qələbəliyinə görə ” Tiflisin “Soldat  bazarı” adı ilə tanınan gürcü bazarı ilə müqayisə edir: 

“Bu növ təcəmmö (toplanma, cəmləşmə -N.N.) və ticarət burada həftədə bir dəfə olduğu üçün buna “Kürdəmir bazarı” və ya “Həftə bazarı” adı veriblər…Müskiratdan (spirtli içkilərdən) başqa, hər növ zərurəti burada satırlar”.

  “M.B.” yazısının sonunda təəssüf edir ki, “min evdən ibarət olan  bu  kibi  böyük qəryədə ki əhalisi cümlən sahibi – ovza və baistedaddır (savadlıdır-N.N.), nə millət və nə dövlət tərəfindən bir mübtədi (ibtidai-N.N.)  məktəbi olsa da açılmayıbdır”.

“M.B.”- nin  Kürdəmirə gəlişindən cəmi  bir ay sonra- 1881-ci il fevralin 9-da- burada– Şamaxıya gedən yolun üstündə  qədim Şirvanın ilk dövləti ibtidai məktəbi  açılır. Bundan bir neçə gün sonra isə Şamaxının Kərkənc kəndində ibtidai məktəbin açılışı olur.

    Görünür, ölkəni səyahət edəndən sonra Tiflisə qayıdan  “M.B.” (A.P.Berje)  öz hesabatı ilə  Zaqafqaziya  rəhbərliyinə  mərkəzdən uzaq yaşayış yerlərində kənd ibtidai təhsil    məktəblərinin  açılmasnın vacibliyini  inandıra bilmişdir.

    1883-cü ildə Bakı – Tiflis dəmir yolu istifadə veriləndən sonra Kürdəmir kəndi ərazi mərkəzi rolunu  və mövqeyini  itirir. Şamaxı uyezd  məhkəməsinin kənddəki şöbəsi və bir neçə inzibati  idarə stansiya ətrafına köçürülür, məktəb isə öz yerində–sonralar   Köhnəbazar adı ilə tanınan inzibati ərazidə qalır.

     XIX əsr  Azərbaycan məktəblərinin ən yaxşı tədqiqatçılarından biri professor   Hüseyn Əhmədov özünün ən sanballı tədqiqat əsərində–” XIX əsr Azərbaycan məktəbi” monoqrafiyasında  Şamaxı qəzasında açılan, yazıda adı çəkilən kənd məktəblərinin xronoloji cədvəlində  Kürdəmir məktəbinin tarixi “1885 -ci il”  kimi göstərir  Sonrakı araşdırmalar  bu  tarixi dəqiqləşdiməyə ,  Kürdəmir  məktəbinin  tarixini  9 fevral 1881-ci  ildən  hesablamağa imkan vermişdir.

     Kürdəmir  məktəbinin ilk müəllimi -rus dili müəllimi Nəcəf  bəy  Nəzərov , şəriət müəllimi isə  əvvəllər Cəbrayıl  Əfəndi Hacı Əbdürrəhim Əfəndi oğlu olmuşdur. Bir neçə ildən sonra şəriət müəllimli vəzifəsinə Molla Xəlil Əfəndi Hacı Əhməd  Əfəndi oğlu təyin   olunmuşdur. Onlar  haqqında  arxivlərdən heç bir məlumat toplaya bilmədik. Kürdəmirin zəngin ailə arxivi olan ziyalılarına müraciətimiz  də heç bir nəticə vermədi.Amma  Nəcəf bəy Nəzərov , Cəbrayıl Əfəndi Hacı Əbdürrəhim Əfəndi oflu və Molla Xəlil  Əfəndi Əhməd Əfəndi  oğlu haqqında sənəd və foto -şəkillərin tapılacağına inanırıq.

    Kürdəmir məktəbinin  ilk müəllimlərinin sırasında Əsədulla bəy Muradxanov, B.İ.Çixvalidze, Aleksandr  İvanoviç  Durkin, Ağaəli  Cavad  oğlu  Qasımov  və başqalarının adı çəkilir.

    1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Kürdəmirdə yaşayan qohumlarının yanına köçməyə məcbur olan 23 yaşlı  Məhəmməd  Hadi də bir müddət burada dərs demişdir.

Məhəmməd  Hadinin  Kürdəmirdə işləməsini eşidən  Q.Doluxanov  soyadlı bir müəllif  “Molodeжь  Aзербайджана”  qəzetinin  15 mart   1980-ci  il tarixli   33-cü  nömrəsində “Kürd Əmir və yaxud  2 №-li  fərziyyə” adlı məqaləsində 1879-cu ildə anadan olan  Məhəmməd  Hadinin 1881-ci ildə ( iki yaşında ikən–?) Kürdəmirdə məktəb açmasından şövqlə danışır.

Jürnalist Rəşid Fərəcov “İrəli” qəzetinin  16 oktyabr 1991-ci il tarixli  79-cu nömrəsindəki “Kürdəmirdə ilk məktəb” adlı məqaləsində  bir sıra maraqlı faktları sadalayır, sovet dövrünün ilk illərində burada dərs deyən qabaqcıl müəllimlərin adını çəkir.  Müəllif indi  Köhnəbazar kənd məktəbi kimi tanınan məktəbin məşhur  məzunlarını da  oxuculara  tanıdır:

coğrafiya elmləri doktoru   Osman Osmanov, biologiya elmləri doktoru Qara Mustafayev, filologiya elmləri doktoru  Fəxrəddin Veysəlov, texnika elmləri  namizədi  Ağaməhəmməd  Kərimov, kimya  elmləri  namizədi Abdulla  Abdullayev,  iqtisad  elmləri  namizədi Akif  Məmmədov, filologiya elmləri   namizədi  Vaqif  Verdiyev  və başqaları.

  Müəllif  nədənsə  bu  məktəbin məzunlarından  biri olan Mustafa Hacı Musa oğlu Mahmudovun adını çəkmir. M.Mahmudov (1878-1937)  Zaqafqaziya  Müəllimlər  Seminariyasının məzunudur. Seminariyanı qurtarandan sonra Vəndam kənd məktəbinə təyinat alsa  da,  pedaqoji fəaliyyətinə  Bakıdakı  3 nömrəli  rus-tatar  məktəbində  başlamış,  ibtidai  siniflərdə müəllim vəzifəsində işləmişdir.  Zaqafqaziya  Müəllimlər  Seminariyasının  bütün  məzunları  kimi,  kənd  məktəbində işləməli olan M.Mahmudova  şəhər  məktəbində işləmək üçün Bakı Şəhər Dumasının üzvləri-Həsən bəy Məlikzadə (Zərdabi )  və Əlimərdan bəy Topçubaşov  zəmanət vermişlər. M.Mahmudov  sonralar  1 nömrəli   rus-tatar  məktəbinin  müdiri  vəzifəsinə təyin olunmuş, 1907-ci  ilin   fevralında  II  Dövlət  Dumasına   deputat   seçilmişdir. O, Zaqafqaziya  Seyminin və ADR  parlamentinin  üzvü  seçilmiş,    1920-ci il hadisələrindən  sonra, repressiyaya  məruz  qalana qədər,   Bakıdakı 132 nömrəli  orta məktəbdə müəllim işləmişdir.

Zəngin  məktəbçilik  ənənələri, şərəfli tarixi,  nadir istedadlı yetirmələri olan Kürdəmir  məktəbinin  yaranmasından düz  137 il  keçir.

Qocaman məktəbin şərəfli  yubileyini keçirmək pedaqoji fikir tariximizə göstərilən qayğı  kimi  dəyərləndirilə bilər.

 

                             İstifadə olunmuş ədəbiyyat

 1. Hacı Seyyid Əzim Şirvani. Şamaxıdan məktub- “Ziya qəzeti-“29may,1880 -ci il 2.” M.B.”. 15 yanvar. (Şamaxı uyezdində) Kürdəmir qəryəsindən-”Ziya” qəzeti, N 26, 1  fevral 1881-ci il,  N  5.                      

3. “Qafqaz” qəzeti,  11 mart 1881-ci il,N 55.

4. Hüseyn Əhmədov.  XIX əsr  Azərbaycan məktəbi- Bakı,1985        

5. Nazim  Nəsrəddinov.     Kürdəmir haqqında qeydlər- “İrəli” qəzeti,3 fevral 1977-ci il.

6. Nazim  Nəsrəddinov. Xalq müəllimi,   millət vəkili-“Xalq” qəzeti,18 dekabr 1992-ci  il.

7 . Nazim Nəsrəddinov.     Siz kimsiniz, Müsyö Berje?-“Ana sözü ” jurnalı,1995- ci il ,  N  1-6, səhifə 47-48.

8. Rəşid Fərəcov.      Kürdəmirdə ilk məktəb- “İrəli” qəzeti,16 oktyabr 1991-ci il .

9. Nazim Nəsrəddinov.     Bir daha Kürdəmir məktəbi haqqında- “İrəli” qəzeti , 

10. Məhəmməd Məhəmmədcəlil,Fariz Xəlilli.   Mövlanə İsmayıl Siracəddin Şirvani -Bakı, 2003.           

 11. Nazim  Nəsrəddinov.   Qədim Şirvanın iki məktəbi haqqında- “Təhsil problemləpi”  qəzeti, 21-31 mart 2009-cu il, N  17-18.    

12.Назим  Насреддинов.   Почему забыт Мустафа Махмудов? Отзовитесь родственники  друга и  соратника     М .Э. Расулзаде.-

Газетa  «Ваку» oт 6 апреля  1993 г.

13. Назим Насреддинов. Гриф«Совершенно секретно»снят.(О М.Махмудове )- Газета «Баку» от 26 июня 1993 г. 30 oktyabr 1991-ci il.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM