Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?

09:32 / 16.02.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi



         

 Respublikamızın  orta məktəblərində buraxılış imtahanlarının  aparılması orta məktəblərin, lisey və gimnaziyaların özlərinə tapşırılmalıdır. Bu,pedaqoji kollektivin nüfuzuna ciddi təsir edə bilən amillərdən biridir.İl boyu əla qiymətlərlə oxuyanlar  buraxılış imtahanlarından qeydsiz,şərtsiz azad olunmalıdırlar. 
  Ali təhsil müəssisələrinə qəbul imtahanları barədə də hərtərəfli fikirləşmək lazımdır.

Dünyanın bir sıra ölkələrində ali məktəblərə qəbul imtahansız aparılır.Başqa sözlə, ali məktəb orta məktəbə inanır,qəbulu onun buraxılış imtahanlarının nəticələri əsasında aparır.

Əvvəllər Azərbaycanda bu istiqamətdə müəyyən tədbirlər görülürdü; orta mətəbi qızıl və ya gümüş medalla qurtaranlar kiçik müsahibə aparmaqla tələbə adına layiq görülürdülər.

Keçən əsrin 60-cı illərində bu qaydada müəyyən dəyişiklik edildi; orta məktəbi qızıl və ya gümüş medalla qurtaranlar qəbul imtahanlarının birincisindən əla qiymət aldıqları təqdirdə, onlar digər imtahanlarından azad edilirdilər. İlk qəbul imtahanından  əla qiymət almayanlar isə sonrakı imtahanlarda da iştirak edir,qəbul ümumi qaydalar əsasında aparılırdı.
 İndi orta mətəb şagirdlərinin qızıl bə ya gümüş medalı yalnız prestij üçündür. Başqa sözlə, medalın var, çox yaxşı,imtahan ver, sübut et ki,dilin də var, dilçəyin də...
Ali məktəblərə qəbul hələ ki, test imtahanları ilə aparılır. Yəqin ki,yaxın gələcəkdə orta məktəbin son sinfindən birbaşa ali məktəbə keçid imkanları yaranacaqdır.
  Hələ ki test imtahanları qüvvədədir,qəbul imtahanları üçün yararlı hesab etdiyim "BUNKER MÜƏLLİMİNİN VƏZİFƏLƏRİ" layihəsi şərti adı ilə öz fikirlərimi oxucularla, o cümlədən qəbul imtahanı  təşkilatçıları ilə bölüşmək istəyirəm.

  Yeri gəlmişkən,"bunker müəllimi"  söz birləşməsinə öz fikrimi bildirmək istəyirəm.

TQDK-da belə bir vəzifə yoxdur.TQDK-nın xətti ilə  qəbul imtahanlarına çağırılanların bəziləri özlərini cəmiyyətə belə tanıtmaq istəyirlər.Guya onlar test bankından istənilən testi seçmək iqtidarındadırlar,qəbulla ilgili hər bir nəsnə onlardan asılıdır.

Bu,yanlış fikirdir, bunkerin deyilməsi yasaq olmayan qanunları var.

 

TQDK elmi gücünə,metodiki hazırlığına,cəmiyyətdə qazandığı nüfuza görə (başqa meyarlar da ola bilər) hər fənn üzrə 2-3 müəllimi qəbul imtahanlarında iştirak etməyə dəvət edir.Onlar qəbul imtahanlarının təlimatı ilə tanış olandan sonra hər müəllimdən ikirəqəmli bir sayın adını çəkmək  təklif olunur (məsələn,13,27,94 və sair). İmtahan rəbəri  məhz bu nömrələrlə işarə olunmuş test bloklarını müəllimlərə təqdim edir.  İmtahan testləri  də məhz bu  variantlardan seçilir. Deməli , bunkerdəə dəvət olunmuş müəllimin vəzifəsi  əsasən bundan ibarət olur.  

Mən TQDK-nın  formalaşmasında az-çox  zəhməti olan  mütəxəssislərdənəm.1994-cü ildən TQDK ilə əməkdaşlıq edirəm.1994-1995-ci illərdə TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının rəhbəri olmuşam. Dəfələrlə bunkerə dəvət olunsam da,heç vaxt  özümü  bunker müəllimi kimi tanıtmazdan qaçmışam. İmtahandan sonra "Spaes" televiziya kanalı ilə yayımlanan verlişə də getməyi lazım bilməmişəm.


  TQDK-nın tarixi 1992-ci ildən başlayır.   1994-cü il isə burada   fənn seminarların formalaşdığı ildir.  1994-cü ildə TQDK-da  yaradılan fənn komissiyalarının  dördünə o vaxtlar direktor müavini işlədiyim Araz Ekologiya Liseyini  4 əməkdaşı rəhbərlik edirdi.Başqa sözlə,Ekologiya Liseyi bir növ TQDK-nın baza müəssisəsinə çevrilmişdi. Müəllimlərimizdən kimya elmləri namizədi Elxan Əmirbəyov - TQDK-nın fizika,biologiya elmləri namizədi Tariyel Heybətov-biologiya,kimya elmləri namizədi Vəli Əliyev-kimya  fənni üzrə  
seminara rəhbərlik edirdi. TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının  ilk rəhbəri isə mən idim. Seminarlarda test testologiyalarının  geniş imkanlarından səmərəli istifadə edərək,qəbul imtahanları üçün lazım bilinən bütün fənlər üzrə mükəmməl test bankının yaranmasının tarixi o vaxtlardan başlayır. Tarixin yaddaşı  üçün bu gün Azərbaycan dili və ədəbiyyatı fənni üzrə hazırlanan test bankının formalaşmasında   semihar iştirakçılarının adını çəkmək istəyirəm:Bilal Həsənli,Soltan Əliyev,İsmayıl Əhmədov, İsmayıl Məmmədov, Bayram Əhmədov,  Sara Zeyniyeva,  Səlminaz Hüseynova  və başqaları... 
  Məndən sonra TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarına bir neçə il  BDU-nun dosenti  İsmayıl Əhmədov rəhbərlik etmişdir. İsmayıl Əhmədovun vəfatından sonra bu iş AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanova tapşırılmışdır. 
  Hal-hazırda  Azərbaycan dili və ədəbiyyatı  məsələlərinə   TQDK-nın ayrı- ayrılıqda  fəaliyyət göstərən  iki seminarında  baxılır.Azərbaycan dili seminarına BDU-nun professoru, filologiya elmləri doktoru  Tofiq Müzəffər oğlu Hacıyev rəhbırlik edir. 

  Bu gün TQDK böyük və yüksək səlahiyyətli elmi-metodiki quruma çevrilmişdir. TQDK-nın   qəbul imtahanı  testləri test texnologiyasına uyğun  olaraq,Təhsil Nazirliyinin xətti ilə tərtib və təsdiq olunan proqramlar əsasında hazırlanır.Qəbul imtahanlarına aid testlər  TQDK-nın bunkerində əvvəlcədən müəyyənləşdirilmiş  mövzular üzrə seçilir.


 Mövzulara aid testlər,yazının əvvəlində dediyim kimi, şərti rəqəmlər əsasında cəmlənmiş test bloklarından seçilir. Burada tam məxfilik və şəffaflıq var. Bunkerə dəvət olunmuş müəllimlərin bu testləri,demək olar ki, birinci dəfə görürlər. Bunkerə dəvət olunmuş  eksper müəllimlər  bəzi testlərin  test bankına qəbulunda iştirak etdikləri üçün onların 1-2 testlə  məlumatlı olma ehtimalları var. Bundan başqa,  yeni test tapşırıqları ilə yanaşı, hər qəbul imtahanında əvvəlki illərin qəbul imtahanlarında istifadə olunması faktı da  diqqətdən yayınmamalıdır.Mənə elə gəlir ki, əvvəlki illərin testlərindən tədricən imtina olunmalıdır.

 TQDK-nın xətti ilə bütün fənlər üzrə test topluları  çap edilərək,abituriyent və müəllimlərə çatdırılmışdır.Bu testlərdən V-X sinif şagirdləri də mötəbər mənbə kimi istifadə edirlər. Məncə, TQDK-nın testlərindən  mötəbər və elmi-metodiki mənbə kimi  hər bir təhsil ocağında dərslərdə  olunmalıdır.  Qəbul imtahanlarında bu testlərdən istifadə etmək abituriyentlərinqəbul imtahanlarına hazırlaşmaları üçün  geniş imkanlar yaradır.  Yaxşı olar ki,  qəbul imtahanı testləri  TQDK-nın test bunkerdə hazırlansın. Başqa sözlə,imtahanda hazır testlərdən istifadə olunmasın.  Səhv etmirəmsə, 1992-ci ildə TQDK- da  ali məktəblərə qəbul imtahanlarında bu üsuldan istifadə olunmuşdur. 1995-ci ildə isə bunkerdə  bəzi testlərə müdaxilə olundığu üçün TQDK bir neçə testi abituriyentlərin xeyrinə  ləğv etmişdi.
 
  Testlərin bunkerdə yazılması   sahəsində  Respublika Təhsil Nazirliyinin vaxtilə yaxşı  bir təcrübəsi var idi. 1995-cı ildə eksternat imtahanları üçün maraqlı  bir layihə həyata keçirildi; müxtəlif fənlər üzrə 10-15 müəllimi səhərin alaqaranlığında o vaxtkı təhsil naziri Lidiya Xudat qızı  Rəsulovanın kabinetinə dəvət etmişdilər. Nazir eksternat imtahanları haqqında qısa məlumat verib,  məsələnin mahiyyətini və ilk layihə kimi əhəmiyyyətini  vurğulayandan sonra ümumi nəzarəti  nazirliyin əməkdaşlarından  birinə  tapşırıb,  nazirliyi tərk etdi.

  Hökumət evinin 9-cu mərtəbəsində yerləşən nazirliyin  nazir kabineti  yerüstü bunkerə -qapalı mühitə çevrildi,ətraf aləmlə bütün rabitə əlaqələri  kəsildi.Biz bir neçə saat ərzində proqram əsasında  test sualları hazırladıq. Eksternatlar -sonrakı sinifdə oxumamaq şərti ilə bir sinifdən- 9-cu sinifdən  11-ci  sinfə  keçmək istəyənər nazirin kabinetində hazırlanan testlər əsasında elə həmin gün  şəhərdəki orta məktəblərin birində ( bəlkə də bir neçəsində) 8 fəndən imtahan verdilər. İmtahanda  respublikanın 160 nəfərdən çox IX sinif şagirdi  öz bilik və bacarıqlarını göstərməli idi.

İmtahan günü yaradılan  eksternat bunkerində nazirin kreslosunda oturan mətbuat katıbi Bayram Hüseynovun  ciddi nəzarəti altında hazırlanan test sualları  elmiliyinə,proqrama uyğunluğuna, metodiki  baxımdan  düzgünlüyünə görə mübahisə doğurmadı. (Eksternat bunkerinə işləmək üçün dəvət olunan bir  neçə müəllimin  adını tarixdə qalmaq üçün sadalamaq istəyirəm-Araz Ekologiya Liseyinin müəllimləri - biologiya müəllimi,biologiya elmləri namizədi  Fərhad Ağayev,  kimya   müəllimi, kimya elmləri namizədi  Vəli Əliyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazim Nəsrəddinov ...).
Testlər bir neçə saat ərzində  hazırlandı, imtahan keçiriləcək məktəblərə(bəlkə də cəmi bir məktəbə) göndərildi.

    
 Bizi nazirin bunkerindən imtahan qurtarandan sonra azad etdilər.

Maraqlıdır ki, aşkarlıq şəraitində keçən eksternat imtahanından heç kəs 8 fənnə aid testlərin hamısına lazım olan balı toplaya bilmədi. Cəmi iki şagird 6 fənnə aid test suallarından keçid üçün lazım olan balı toplaya bilmişdi.Onlardan biri 82 nömrəli məktəbin  təlimi Azərbaycan dilində olan şöbəsinin şagirdi Səbuhi Əhmədov, digəri isə Ekologiya liseyinin rus bölməsinin  Bağırov soyadlı şagirdi idi. (İndi onların hər ikisi respublikada  yaxşı mütəxəssis kimi tanınır). Onlar eksternat imtahanlarında  hamıdan cox bal toplasalar da, növbəti dərs ilində - 10-cu sinfində  ancaq 6 fənnin məşğələlərində iştirak etməkdən azad olundular. Deməli,layihə özünü doğrultmadı,tələsənlər  təndirə düşməsələr də, sinif yoldaşları ilə bir ildə ali məktəbə daxil olmaq məcburiyyətinə qaldılar. (Mən  qaliblərin hər ikisinin adını və soyadını imtahandan sonra təsadüfən öyrəndim.  Eksternatların  ikisi də TQDK ilə  əməkdaşlıq edən elmlər namizədlərinin övladları idi.  Bu şagirdlərə növbəti dərs ilində - XI sinifdə ancaq kəsildikləri fənlərə aid məşğələlərə getməyə icazə verildi).Deməli,eksperiment özünü doğrultmasa da,bunkerdə test yazmağın  yüksək əhəmiyyət kəsb etməsi  yadda qaldı.
 Maraqlıdır ki,o vaxt  məşhur aşıqlardan biri nə qədər cəhd etsə də, qızının məktəbi tez qurtmasına yol tapa bilmədi. 

  1995-ci ildən sonra  "9-cu sinifdən birbaşa 11-ci sinfə" layihəsi  üzrə eksternat imtahanları keçirilmədi.
  Mənə elə gəlir ki, yaxşı niyyətli bu layihəyə yenidən yaşıl işıq yandırılmalıdır.  Axı vunderkindləri də başa düşmək lazımdır.  Belə ki,  möcüzə-uşaqlara  ömürlərinin bir ilini   maraqslız  işlərə sərf etmək  çox cansıxıcı və darıxdırıcı olur.

   Sözün canı.Ali məktəblərə qəbul imtahanı testlərinin də imtahandan bir gün əvvəl bunkerdə yazılması  daha məqsədəuyğundur.Bu işi  görmək üçün  TQDK-nın elmi-metodiki seminarlarında öz peşə ustalıqları ilə fərqlənən, eləcə də bölgələrdə test texnologiyasından xəbərdar olan yüzlərlə müəllim var.Bu,qəbul imtahanlarında şəffaflığın ən yaxşı nümunəsi ola bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM