Azərbaycan Respublikasının Əməkdar müəllimi
XIX əsr Azərbaycan dilində nəşr olunan qəzet və jurnallarda,eləcə də rusdilli mətbuat səhifələrində məktəb və maarif məsələlərinə dair xeyli mareriallar vardır.Bu materiallar milli təfəkkür tərzimizin maraqlı səhifələri haqqında,qaranlıqda və alatoranlıqda qalan məsələlərin işıqlandırılmasında əvəzsiz mənbə kimi diqqəti cəlb edir. "Kəşkül" qəzetinin yüz otuz il bundan qabaq -27 yanvar 1888-ci il tarixli 62-ci nömrəsində dərc olunmuş "İRƏVANDAN BİZƏ YAZIRLAR " sərlövhəli məktub bu qəbildəndir.
"Bir müsəlman" imzalı həmin yazının müəllifi - üslubuna,başqa yazıları ilə müqayisəsinə,mövzu yaxınlığına görə, çox güman ki, o vaxt İrəvanda müəllim işləyən Firudin bəy Köçərlidir.
Məzkur yazını mənfətdən xali olmadığı üçün eynilə oxuculara təqdim edirəm.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üvü,
türkoloq.
***
İrəvandan bizə yazırlar(Bu,qəzetin rubrikasıdır-N.N.)
Bizim Qafqaz qitəsindəki şəhərlərdə müsəlman məktəblərinin qaidəsiz ,başsız-ayaqsız bir hal içində qaqldığı məlumdur.Və leykin bir-iki ildən bəridir ki,bəzi yerlərdə bu məktəbləri müqaidəli bir halə gətirməyə başlayırlar.
Belə təzə məktəblərdən ikisi də bizim İrəvan şəhərində vardır.Bu mətəblər nə şəhər əhli və nə də hökumət tərəfindən açılmayıb. Ancaq o məktəbləri qeyrətli və həmiyyətli olan məktəbdarlar bina eləmişdirlər.
Məktəbin şagirdləri xoşbəxt gürünürlər.Ondan ötrü ki,orda nə fələqqə var, və nə də qarmaqarışıq kitablar ilə çığırıb-bağırıb dərs öyrənmək vardır.
Əvvəllərdə bu məktəbdə köhnə palas və həsir parçaları üstündə toz-torpa içində...oturan şagirdlər indi təmiz otaqlar içində qoyulmuş taxta və skamyalar üstündə əli və ayağı təmiz otururlar.
Məktəbdəki şagirdlər yaşa və dərslərinə görə məxsusi siniflədə ayrı-ayrı oturub hər bir sinif özünə məxsus dərslərdən öyrənirlər. Belə ki, bir sinifdə yazı ilə məşğul olunur ikən,o biri sinifdə rəsm ilə təlim alırlar və birisində dərs öyrənirlər.
Məktəblərin birisində (Əsgərzadə Mirzə Kazım) və birisində (Hacı Həsənzadə Hacı Molla Ağa) şagirdlərə dərs öyrədirlər. Bu müəllimlərin dərs öyrətmələri tazə qaidə üzrədir ki, şagirdlər bir az müddətdə yazıb,oxuyurlar. Buna görə şəhər əhli gündən-günə o məktblərə artıq meyil və rəğbət edirlər.
(Mirzə Kazım məktəbi) çoxdan vardır.Bu məktəbin bir qüsuru budur ki,şagirdləri ancaq fars dilini öyrənirlər.Öz ana dillərindən orada bir şey öyrənməzlər.
(Molla Ağa Məktəbi) altı-yeddi ay oldu ki, açılmışdır.Bu məktəbin gələcəyi çox faidəli görünür.
Molla Ağa hansı bir məktəbdə qaidəli və faidəli bir şey görür isə, onu məktəbinə almaqdan şəkinməz.
Bu halda onun məktəbindəki təlim kitabları bunlrdır:
1) Çernyayevskinin "Vətən dili"
2) Axund Əbdüssəlamın "Təlimül-əqaid"i
3) Şeyx Sədinin "Gülüstan"ı
4) Hesab
Məktəb üç sinfə təqsim olunub.
Əvvəlimci sinifdəki 52 şagirdlər "Vətən dili"ndən və bir bir tərəfdən dəxi əqaid dərsləri ilə elmi-hesabdan bir şey dəftərlərinə alıb öyrənirlər və hüsnxəttə alışmaq üçün hər gün bir səhifə qaralama eləyirlər. O biri sinifdəki 12 şagirdlər "Gülüstan"dan asan ibarələri tərcümə edirlər.Hesab və əqaiddən dəxi öyrənirlər.Bundan başqa, həftədə iki dəfə Qurani-şərifdən oxurlar.
Molla Ağa istəyir ki, vəqtilə məktəblərdə rus dilini dəxi şagirdlərə öyrətsin.
Məktəbdə skamya və taxtanı şəhərin Gimnaziya məktəbindən Molla Ağa bir vəqt ilə almışdır. İndi gimnaziyanın müdiri onları geri alacaq olur isə, o vəqt şagirdlər yenə quru yerə düşəcəklər. Ona görə şəhərimizin maarifpərvər olan qazisi ilə həmiyyətli və dövlətli ağa və bəylərin nəzər -diqqətlərini "Kəşkül" vasitəsilə bu faidəli işə cəlb eləməyi boynumda borc billmişəm.
Bir müsəlman.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM