Azərbaycan Respublikasının Əməkdar müəllimi
hansı cəhənnəmə çıxıb getmişik,
dağlar arxamızca pərişan qalıb....
Mənim fikrimcə, hər bir şeirdə fikrin dərinliyi,sözün təsir qüvvəsi,deyilmə tərzi,
poetizmlər və poetik sintaksisin çevikliyi əsasdır.Bunlar varsa, poetik sözün kamilliyindən,
oxucuda yaratdığı ovqatdan danışmaq olar.
Azərbayan şairi Nazim Əhmədlinin şeirləri oxuyanda həmişə məhz bu meyarlarları xatırlayıram.
Adaşımın şeirlərini ürəyimdə, səssiz oxuya bilmirəm.Bu şeirləri pıçıldaya-pıçıldaya öz sözüm,öz
söz oyunum kimi oxuyuram.
Bu şeirlərdə bugünkü nəslin unutduğu ata-baba sözləri var, nənələrin bayatısı,anaların laylası var.
Bu şeirlərdəki sözlər su bulaqdan qaynaya-qaynaya çıxan kimi nəğmə melodiyası ilə ürəkdən gəlir:
payızın yağışları,
yuyur yor-yoxuşları;
göy üzünün quşları,
buludda bostan əkir;
hərə bir dərd hayında,
mələklər bal ayında;
tanrı öz sarayında,
ağlayır hönkür-hönkür.
Nazim qardaşımın şeirləri öz şeirləridir,burada köçürmə, qonşu payı yoxdur.Bu şeirlər səs-küylü
pıçıltılardır:
hara üz tutursan, axır qəm gəlir,
göydə buluddan da yağır, qəm gəlir;
bu zalım bəşərin ağlı kəm gəlir,
dünya sona gedir, zülümün üstə;
gözümüm qorunu sıxacam bir gün,
ağlımı başıma yığacam bir gün;
qaçıb yer üzünnən çıxacam bir gün,
məni öldürəllər dilimin üstə;
Nazimin poeziyasında HÜKTƏ-incə mətləb,söz içində gizlənən söz var,deməli, od da var,
köz də var, amma yazı qaydalarında,yazı orfoqrafiyasında NÖQTƏ ( ТОЧКА) yoxdur.
Nazim höqtə əvəzinə nöqtəli vergüldən ( ; ) istifadə edir.Dilçilər onu qınaya bilərlər.Yox,qınamasınlar.
Dilçilikdə nöqtəli vergül əvvəlki cümədən sonrakı həmcins üzvlərlə,sadalanacaq fikirlərin
qəlibinə,ölçüsünə,həmcins cümlələrə işarədir:
yenə gələr tozanağı,
süpürər dağdan aşağı;
payızın dəli sazağı
yenə məni gic eliyər;
göy üzü hərdən deyinər,
qara buludlar öyünər:
yenə ürəyim döyünər,
yenə həsrət beçəliyər;
durum hansı yana baxım,
yenə qaynıyır günahım;
heç bilmirəm dəli ruhum,
haralarda gecəliyər
Nazim sözünün də, nöqtəsinin də yerini bilən, böyük bir imperiyanın baş şəhərində ali poetika təhsili alan
türkdilli poeziya əsgəridir.Bu şərəfli əsgərin birinci vəzifəsi poetik meyarları qorumaq, türk dilinin
zənginliyini bütün türk dünyasına bəyan etməkdir.
Nazimin poetik sözləri də,adi informasiyaya xidmət edən
adi sözləri də əslində adi deyil,oxucunu düşündürən,daşındıran sözlədrdir:
əllərimi üzünə tut,
ürəyimi sözünə tut;
göy suları gözümə tut,
göy sular eynəyim olsun;
ocaq yandırım, köz tutum,
elə söz qovum, söz tutum;
sən gələn yola üz tutum,
həsrətin göynəyim olsun;
yaşıl yarpaq düymə-düymə,
şeh üstündən düşər, əymə;
bircə, xətirimə dəymə,
göy üzü köməyin olsun.
Nazimin poeziyası bəlkə də elə onun adının mənasından gəlrir. "Nazim" sözü ərəb mənşəlidir,
"nəzm yazan deməkdır" desək, fikrimizi başqa şəkildə çözələyən mütləq tapılacaq.O qədər dostlarımız
var ki, işi-gücü hərfculuqdur,başqasının yazısında balaca bir nöqsan tapıb,onu şişirtməkdir.
Yadınızda "NAZİM" sözünün "əsl şair" mənasını saxlayın və adaşım Nazimin poeziyasını
pıçıldaya -pçıldaya oxuyun və feyzyab olun.
gecənin yaxasını,
bir bəyaz ulduz sökür;
bir səhər də açılır,
elə buna da şükür;
buludlar lələk-lələk,
göy üzündə bir mələk;
dodağında çiyələk,
məni çarmıxa çəkir;
mən nə bilim suçumu,
üzüm-gözüm acımı;
payız qara saçımı,
ağca yarpağa bükür;
bilmirəm, nədi bu səs,
içim boşca bir qəfəs;
min ildi nəfəs-nəfəs,
canımı bir dərd sökür;
göyün düz qırağında,
tanrının çırağında;
bir kağız varağında,
fələyin evi çökür;
payızın yağışları,
yuyur yor-yoxuşları;
göy üzünün quşları,
buludda bostan əkir;
yazım qışımın üstə,
üzüm daşımın üstə;
süzür başımın üstən,
ruhum hayana səkir;
hərə bir dərd hayında,
mələklər bal ayında;
tanrı öz sarayında,
ağlayır hönkür-hönkür.
Könül çox da ah eyləmə
könül çox da ah eyləmə,
o buludun qarı keçər;
ürəyimə səda düşər,
gəlib ahu-zarı keçər;
gedər ağıl-huş adlıyar,
gözümüzdən yaş adlıyar;
payız gedər, qış adlıyar,
dolanar baharı keçər;
yaman yuxaldır ney məni,
didərgin ruhum eymənir;
gətir, saplıyım iynəni,
ilduzundan darı keçər;
ötən günlər nə saydadı,
dərdim o tay, bu taydadı;
dünya bir gözüm boydadı,
ortasından barı keçər;
çıxdım daşın arasından,
göznən qaşın arasından;
yaynan qışın arasından,
bir dəlisov sarı keçər;
nədi dünyadan itiyim,
hansı cığırda itdiyim;
bir ömür yoldu, getdiyim,
yarı qalar, yarı keçər.
Baxıram gündüzün qürub çağına
baxıram gündüzün qürub çağına,
Günəş aşırımda yarıcan qalıb;
qırmızıya çalır sarı buludlar,
yarı ilik qalıb, yarı qan qalıb;
ötən yaddaşımı dərib göy üzü,
ruhumu üstünə sərib göy üzü;
o uzaq göy üzü, qərib göy üzü,
yarı gecə qalıb, yarı dan qalıb;
dərdi sıxcalasan suyu da çıxmaz,
çağır, Məlikməmməd quyudan çıxmaz;
dünyanın qışı da, yayı da çıxmaz,
ömür yarı gedib, yarı can qalıb;
nə tez payız gəldi, nə tez qış oldu,
illər qanadlanıb nə tez quş oldu;
bütün sevgilərin kökü yaşıldı,
bütün ayrılıqlar sarıdan qalıb;
yağıb sellənib də axıb getmişik,
dərdi, intizarı yığıb getmişik;
hansı cəhənnəmə çıxıb getmişik,
dağlar arxamızca pərişan qalıb.
Bulud gəldi yağmadı heç
bulud gəldi yağmadı heç
qalxım buludu əliyim;
başımda bulud papağım,
əlimdə gümüş çəliyim;
çağırma üzüm səyriyir,
külək ələyimi əyir;
qanadıma nəsə dəyir,
qopub tökülür lələyim;
and olsun axşam çağına,
bir səs gəlir qulağıma;
düşüm yolların ağına,
üzü dağlara ləliyim;
yol tuturam, duman gəlir,
ağlıma min güman gəlir;
deyirlər qış yaman gəlir,
canımda donur iliyim;
elə bumu, alın yazım,
kür ruhumu hardan asım;
göy üzünə dua yazım,
bircə ağız da məliyim;
nə var, nə var səndən doğma,
dərd çeynədim loxma-loxma;
gəl, üzümə soyuq baxma,
yenə tutar dəliliyim.
Eşqin dərgahına qul olan könül
eşqin dərgahına qul olan könül,
bir gün yıxılarsan qul ağrısından;
açılar butalar, çəkilər duman,
düşər çiyinlərin yol ağrısından;
ruhuma bir dəli nağıl pıçılda,
başıma azacıq ağıl pıçılda;
məni səhralardan çağır, pıçılda,
canımı qurtarım çöl ağrısından;
nədi bu qovğalar, axı, nə bilim,
üzümə kim necə baxır, nə bilim;
hərdən topuq çalır, karıxır dilim,
sözüm acı dadır dil ağrısından;
bu dərdi nə qədər oyum içimdə,
ölümün, itimin, toyun içində;
dünya çalxalanır suyun içində,
dağlar əyilibdi sel ağrısından;
daha nə qalıbdı, bu gələn yaza,
saçımda ağ duman, əlimdə əsa;
bu yol çəkib gedir üzü payıza,
atlar yorulubdu nal ağrısından;
hanı, qul olduğum eşqin dərgahı,
azıb itən yurdda anamın ahı;
tökmüsən üstümə min-bir günahı,
ağla, ağrısından, gül, ağrısından
Etüdlər
aylar nə tez ötdü, illər dəyişdi,
bir qara qalmadı telimin üstə;
elə əlləşirəm sözün içində,
söz də ki, ceyranın belinin üstə;
gün batır, buluda sarı qarışıb,
yarı ağca qalıb, yarı qarışıb;
baxıram, bir ovuc arı darışıb,
dağların bir ağca gülünün üstə;
həsrətim, qubarım uzaq bir ada,
inanma, uzanan yollarım çata;
məni gözlərində atmısan oda
gəlib ağlıyarsan külümün üstə;
tökülür saçımdan qara yağışıar,
axır günahımı kimsə bağışlar;
yüz ildi solmuyub incə naxışlar,
nənəm toxuduğu kilimin üstə;
payızda meşələr çənə yazılıb,
həsrəti, qubarı mənə yazılıb;
ömrümüz beç-onca günə yazılıb,
o da ki, fələyin felinin üstə.
hara üz tutursan, axır qəm gəlir,
göydə buluddan da yağır, qəm gəlir;
bu zalım bəşərin ağlı kəm gəlir,
dünya sona gedir, zülümün üstə;
gözümüm qorunu sıxacam bir gün,
ağlımı başıma yığacam bir gün;
qaçıb yer üzünnən çıxacam bir gün,
məni öldürəllər dilimin üstə;
Hər dəfə uzaq bir dəniz
hər dəfə ürəyimi,
çıxart, sinəmdən çıxart;
apar uzaq bir yerə;
bir uzaq dənizə at;
hər dəfə məni çağır,
qar yağsın, narın-narın;
mən də uzaq dənizdə,
ürəyimi axtarım;
üzüm yuxuna girsin,
hər dəfə sən yatanda;
əlini uzat mənə,
mən dənizdə batanda;
orda uzaq bir dəniz,
dalğalar mənə çatır;
daha məni çağırma
orda ürəyim batır...
Könül qapılarım açıq qalıbdı
könül qapılarım açıq qalıbdı,
hara çınqı düşür, qoru mənimdi;
qapını kəsdirən qara qışın da,
çovğunu, boranı, qarı mənimdi;
necə gedim itən yurda, bilmirəm,
dərd yükü ağırdı, darta bilmirəm;
ruhum veyillənir harda, bilmirəm,
həsrətin, qubarın barı mənimdi;
bilmirəm nədəndi dərdim, azarım,
harda tüstülənir qara məzarım;
elə hey payıza düşür güzarıım,
payız bağlarının sarı mənimdi;
bir az ərköyünəm, bir az da bədəm,
bir qaynar ürəyəm, bir cılız bədən;
hər sözün- söhbətin bilmirəm nədən
zəhirmarı mənim, çoru mənimdi;
min illər öncəki günah yadımda,
yanıb əriyirəm bir ah odunda;
dünyada nə varsa günah adında,
yarı fələyindi, yarı mənimdi.
25 yaşımın şeiri
hər gün yolum üstən bir gözəl keçər,
könlüm o gözəlin nazını tutar;
uzaqdan baxanda alışıb yanar,
yanımnan ötəndə gözünü tutar;
üzündə gözüm var, üzü şirindi,
baxışı şirindi, gözü şirindi;
canıma od qoyan közü şirindi,
həsrəti könlümün gözünü tutar;
küsüb inciməyi bircə hovursa,
bir azdan güləcək, gözün ovursa;
qara saçlarını göyə sovursa,
Ayın, Günəşin də üzünü tutar;
buludu əliyib yağış eliyim,
sözümə bal qatım, naxış eliyim;
ona dilim gəlməz qarğış eliyim,
qarğış eləsəm də özümü tutar;
yamanca şirindi dili o qızın,
dişləsin qurbağa, zəli o qızı;
hamıdan üzülər əli, o qızın,
axırda qayıdıb Nazimi tutar.
Bircə xətrimə dəymə
istədim əyim buludu,
söz qoşum, öyüm buludu;
dağlara düyüm buludu,
cığırlar ilməyim olsun;
dara, saçlarımın ağın,
kimdi mənə sənnən yaxın;
ağ buluddan köynək toxu,
bir bulud köynəyim olsun;
əllərimi üzünə tut,
ürəyimi sözünə tut;
göy suları gözümə tut,
göy sular eynəyim olsun;
ocaq yandırım, köz tutum,
elə söz qovum, söz tutum;
sən gələn yola üz tutum,
həsrətin göynəyim olsun;
yaşıl yarpaq düymə-düymə,
şeh üstündən düşər, əymə;
bircə, xətirimə dəymə,
göy üzü köməyin olsun.
yenə yay gedər payıza
yenə yay gedər payıza,
yenə quşlar köç eliyər;
yenə yazın yaratdığın
payız gəlib heç eliyər;
yenə nəsə olmalıdı,
yenə ürəyim doludu;
yenə o payız buludu
göy üzündə kəkəliyər;
yenə gələr tozanağı,
süpürər dağdan aşağı;
payızın dəli sazağı
yenə məni gic eliyər;
göy üzü hərdən deyinər,
qara buludlar öyünər:
yenə ürəyim döyünər,
yenə həsrət beçəliyər;
durum hansı yana baxım,
yenə qaynıyır günahım;
heç bilmirəm dəli ruhum,
haralarda gecəliyər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM