Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...

08:23 / 01.03.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

    Türk dostumun  təhsil nazirimizə  göndərdiyi bir məktub 
                                                                və yaxud 
elmi, pedaqoji, ədəbi və mədəni əlaqələr tariximizin öyrənilməsini təqdir edən təşəkkürnamə 



  Bu  təşəkkür məktubunun tezliklə 6 yaşı tamam olacaqdır. 21 Haziran 2012-ci il (iyun-N.N.)
 saat 13:34-də Ankaradan ölkənin ovaxtkı təhsil naziri Misir Mərdanov cənablarına  ([email protected] - elektron ünvanına) göndərilmişdir.Müəllifi türk eqitim tarixində maraqlı araşdırmalarlı ilə tanınan Haldun Cezayirlioğludur.
 
Məktubun bir surəti də mənə ünvanlamışdı ki, Azərbaycan Respublikası Prezidentinin    Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi kimi   mənim də adım pedaqogika tariximizə düşsün.


  Haldun Cezayirlioğlu ilə çoxdan tanışıq.Bayramlarda, ad günlərmizdə bir-birimizi təbrik edir, Azərbaycanı və Türkiyənin milli və peşə bayramlarını, tarixi günlərini qarşılıqlı şəkildə səmimiyyətlə təbrik edirik. Bunlar adi tədbirləri sevinci yox, bir millət, iki dövlətin uğurlarına sevinən iki  ziyalının  təhsilimizin inkişafına, Azərbaycanın və Türkiyənin qardaşlığına istiqamətlənən  səmimi  hissləri və duygulardır.
  Mən  təhsil,pedaqoji əlaqələr, dərslik tariximizin Türkiyə ilə bağlı  
məsələləri haqqında arxiv sənədlərinə əsaslanan   yazılarımı   Haldun Cezayirlioğluna - onun türk dilində yayımlanan  "KOLLEKSİYON"una  Azərbaycan dilində yazıram. Türk oxucuları məni başa düşür və təqdir edirlər.Çox sağ olsunlar.Doğrudur, bəzi yazılarımın sərlövhəsi türk dili orfoqrafiyasına uyğunlaşdırılır.Lakin burada redaktor yanaşması yetərli olur. İndyədək Haldun Cezayirlioğlunun  "KOLEKSİYON"unda  33 yazım, müxtəlif yazılara aid xeyli şərhim yayımlanmışdır. Başqa sözlə, mən  özümü bu nəşrin Azərbaycan təmsilçisi hesab edir, əməkdaşlığımızı yeni-yeni yazılarımla zənginləşdirmək istəyirəm.
 
Türk oxucuları  Rəşid bəy Əfəndizadənin 1898 -ci ildə Konstantinopolda Azərbaycan dilində çap edilən  "Uşaq bağçası " dərsliyi haqqında yazımı ilk dəfə  "KOLEKSİYON"da oxumuşlar.
  Onu da qeyd edim ki,Rəşid bəy Əfəndizadənin  Türkiyədə ikinci dərsliyi 1907-ci ildə çap olunmuşdur.Bu, müsəvvər, yəni şəkilli dərslikdir.Dərslikdəki şəkillərin müəllifi görkəmli rus rəssamı, jurnalisti , ədibi,rus  atalar sözlərinin liiüstrasiyalarla təbliği yolunda əhəmiyyətli işlər görən Vladimir Amosoviç Taburindir.V.A.Taburinin dərslikdəki şəkilləri  Sankt-Peterburqdakı Nücəba Qızlar İnstitutunun məzunu Lidiya Çarskayanın  XX əsrin əvvəllərində oxuma reytinqinə görə heç də A.S.Puşkinin əsərlərindən geri qalmayan povestlərindəki şəkillərindən seçilmişdir.

  Türk oxucuları KOLEKSİYONdakı yazılarıma görə XIX əsrin maarifçisi Səid Ünsizadənin (1825-1905)  dərslikləri və onun rəhbərlik etdiyi  "
Ziya"("Ziyayi Qafqasiyyə")  (1879-1884)   qəzetləri haqqında ilk mükəmməl məlumatları mənim yazılarımdan oxumuşlar. Türk oxucuları 1883-cü ilin yanvarında Tiflisdə Azərbaycan dilində  Səid Ünsizadənin kiçik qardaşı  Cəlal Ünsizadənin  nəşrə başlayan  "Kəşkül "jurnalı haqqında materiallarla  məhz  Haldun Cezayirlioğlunun   qayğı və sayğısı ilə  tanış olmuşlar.

   Mən həmişə fəxr edirəm ki, Azərbaycan Dövlət Universitetində  Ağamusa Axundov, Fərhad Zeynalov, Samət Əlizadə,Tofiq Hacıyev,Yusif Seyidov, Musa Adilov,Ağaməli Həsənov kimi türkoloqlardan dərs almışam .
Müəllimlərimin elmi yaradıcılıqların Türkiyə  oxucularına çatdırılmasında  da   Haldun Cezayirlioğlunun  rəhbərlik  etdiyi  KOLEKSİYON əhəmiyyətli roloynamışdır. 

  Haldun Cezayirlioğlunun KOLEKSİYONu mənim Türkiyə pasportumdur.Buradakı "NAZİM NASREDDİOV YAZILARI"  rubrikası Azərbaycan -Türkiyə əlaqələrinin bütün oxuculara maraqlı görünə bilən  səhifələridir.

  Görkəmli türk egitimçisi , Almaniyada psixologiya üzrə təhsil alan Halil Fikrət (1892-1974) üç il Azərbaycam Ali Pedaqoji İnstitunda  və onun məktəblərində  1923-1926-cı illərdə  babalarımıza və nənələrimizə pedaqogika tarixindən və psixologiyada dərs deyib. Onun 600 səhifəlik "Tərbiyə və tədris tarixi" monoqrafiyası 1926-cı ildə Bakıda hökumət mətbəəsində böyük tirajla çap edilmişdir.  Azərbaycan Ali Pedaqoji İnstitutunun 1926-cı il məzunları    akademik Mehdi Mehdizadə, kimya üzrə görkəmli alim Yusif Məmmədəliyev, şair və tərcüməçi Mikayıl Rzaquluzadə, istiqlal şairi  Əhməd Cavad(Axundzadə)  və başqaları həyat dərsini, mütaliə mədəniyyətini,araşdıtmaçılıq işini   məhz 
Halil Fikrət kimi
sevimli müəllimlərindən   öyrənmişlər.

 Mən bütün bunlar haqqında  Avropa Azərbaycan Məktədində kafedra müdiri və müəllim   işləyərkən 
Azərbaycan-Türkiyə elmi,pedaqoji, təhsil əlaqələri haqqında yazdığım yazılarımı, apardığım   tədqiqatlarımı Azərbaycanın , Türkiyənin, Gürcüstanın,Rusiyanın elmi  və dövri mətbuatı vasitsilə oxuculara çatdırmışam.
   Bu yazının imkanlarından istifadə edərək, mən bütün qələm dostlarıma-Milli 
Azərbaycan Tarix Muzeyinin elmi katibi tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarova, "Təhsil Problemləri qəzeti"nin baş redaktoru Malik Rəcəbliyə, Mahaçqalada kumık dilində  nəşr edilən  "ELDAŞ" ("YOLDAŞ" -N.N.) qəzetin redaktoru, tarix elmləri namizədi  Kamil Əliyevə, "Strategiya.az", "Modern.az", "Davam.az" saytlarının, eləcə də " Kredo", "Olaylar" ,"Ziya"  qəzetlərinin rəhbərliyinə və yaradıcı heyətinə   minnətdarlığımı bildirirəm.

   Halil Fikrətin  1923-1926-cı illərdə Azərbaycan eimi jurnallarında və dövri mətbuatında,  Bakı və Şəki mətbuatında  Halil Fikrətin onlarla yazısı çap olunmuşdur. Maraqlıdır ki,Halil Fikrət Türkiyəyə qayıdandan sonra bu yazılardakı fikirlərə  dönə - dönə qayıtmışdır.  Halil Fikrətin Azərbaycanda çap olunan yazıları pedaqoji və filoloji elmimizin zənginləşdirilməsində   böyük  rol oynayan dərin və  əhəmiyyətli elmi təfəkkür məhsullarıdır.

 Haldun Cezayirlioğlunun  dost kimi, maarifi , ləyaqətli təhsili qiymətləndirən ziyalı kimi  mənim yazdıqlarımdan,pedaqoji fəaliyyətimdən xəbəri var idi. O, Azərbaycan Respublikasının ƏN YAXŞI MÜƏLLİMİ müsabiqəsində 4-cü dəfə  israrla iştirak etdiyimi də bilirdi. Odur ki, dördüncü cəhddə  qalib gəlməyimə sevinirdi.Əslində  onun hörmətli nazirə ünvanladığı  təşəkkür məktubu  həm mənim, həm də Respublika Prezidentinin Sərəncamı ilə  keçirilən   müsabiqənin münsiflər heyətinin ünvanına  yönələn  
rzaməndlik ( razılıq və məmnunluq) məktubu idi.

 
 Təəssüf ki, təhsili qiymətləndirməyi bacaran Haldun Cezayirlioğlunun  bu məktubu  Təhsil Nazirliyinin bəzi əməkdaşları  tərəfindən etinasızlıqla qarşılaтdı.

  
 Abdulla Şaiq  sözləri ilə desək,  məktub  o vaxt, təəssüf ki, ünvanına yetişmədi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM