Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər

10:39 / 03.03.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Söhbət  görkəmli Azərbaycan maarifçisi, Zaqafqaziya Əhli-Təsənni İdarəsini üzvü  Hacı Səid Əfəndi  Ünsizadənin 1882-ci il yanvarın  6-da yazıb tamamladığı "Təlimül-ətfal,tənzibül-əxlaq"  adlı risalədən ( 128 səhifəlik kitabdan) gedir. Məsələ burasındadır ki, S.Ünsizadə Azərbaycan dilində- sadə türki dilimizdə yazdığı bu kitabı cəm və tərtib edib,
qurtaranda  Qafqazın yeni təyin olunmuş baş rəisi öz məmurluq fəaliyyətini yerinə yetirməkdən ötrü Tiflisə gəlir.  Yeri gəlmişkən qeyd edək ki, baş rəis Tiflisdə  onunla işləməyə məcbur olan məmurlar tərəfindən çox təmtəraqla qarşılanmışdır. 
Bu barədə Zaqafqaziyanın bütün qəzetləri, o cümlədən Tiflisdə Azərbaycan dilində 1879-cu il yanvarın 25-də nəşrə başlayan  "Ziya" qəzeti də fərqlənmiş, qəzetdə   maraqlı reportaj verilmişdir.
 
 
 Qəzetin redaktoru və imtiyaz sahibi,  zəmanəsinin görkəmli maarifçisi və din xadimi  Hacı Səid Əfəndi Ünsizadə (1825,Şamaxı-1905,İstanbul)  bu qarşılanma mərasimində Zaqafqaziya müsəlmanları üçün  xeyirli ola biləcək  işlər görmək fikrinə düşür. O, yenicə yazıb qurtardığı dərsliyini-risaləsinin  maddeyi-tarixini 06.01.1882-ci il tarixinə uyğunlaşdırır:
 

həmin risalnin təb' və təhriratının təmam olmağı Qafqaz Baş Rəisi qnyaz Donduqov-Qarsaqofun öz məhli-məmuratı olan Tiflis şəhərinə təşrifi-fərma olan günə təsadüf elədiyindən...qəbul  olunmuş adəti -qədimiyyəmiz üzrə  ovzatı-məalı  sifatə bir yadigar qalmaq niyyəilə bir vəcə ziyl məmnuniyyətlə məmduhəni (tərif edilən əsəri-N.N.) tərtib elədik:  
 
 "(MADDEYİ-TARİX)
 
Qafqaz (288)
 
 
Baş (303)  Rəisi (281)   QNYAZ (168 )
 
DONDUQOVFA (255 ) - QARSAQOFA  (553 )
 
HƏDİYYƏ (34)
 
Rəqəmləri topladıqda  (288+303+281+168+255+553+34= 1882) ədədlərin cəmi 1882-ci ilə uyğun gəlir ki,  bu da dərsliyin  yazılma tarixidir. Kitab 1882-ci il yanvarın 6-da yazılıb qurtarsa da  senzuradan   həmin il martın 15- də keçib. Görünür, senzorlar  Səid Ünsizadənin dərsliyində söz içində söz axtarışlarına çıxıblarmış. "Söz içində söz" demişkən, dərsliyin  123-127-ci səhifələrindəki  "Bir parə nəsihətlər" başlığı altında verilmiş öyüd və pəndnamələri diqqətinizə çatdırırıq.

 
Söyləməyi BİZDƏN, çözələməyi,incələməyi SİZLƏRDƏN...
 
*Quran başdan ayağa Allahtəalanın kəlamlarıdır. Heç kəs bacarmaz ki, onun üstə bir şey artıra və ya əksildə. Həmişə onu müqəddəs və möhtərəm saxlayub, həqqində itaət və ehtiram əmələ gətirmək cümləmizə fərzdir.
 
*Sənin övladın sənin ilə nə qism ilə rəftar etmək lazım isə, sən də gərək öz valideynin  ilə o gunə rəftar edəsən.
*Həqq sözü və doğru mətləbiislah təriqi ilə deməkdən həya etmə.
* Nə çox tünd və təlx (acı-NN.)  və çox mülayim olma.Hər birini üslubi-həkimanə öz yerinə istemal elə.
*Səninilə sitizəlik(sırtıqlıq-N.N.) edənlərə sitizəlik göstərmə.Mümkün olan miqdari  həmvarlıq ilə rəftar elə.
*Qeyrilərinin eybini açma  və xəlq arasında məqbul və pəsəndidə (bəyənilmiş-N.N) olmayan sözü danışma.
*Bir işə əqdəm edəndə süst və kahil (tənbəl-N.N.) olma və fürsət vəqtlərini fövt eləmə.
*Çox bil, az danış və sözü yersiz danışma.
* Söz asan olsa, danış və... sakit ol.
*Asta sevin ki, xəlq sənin yaxşılığını  zikr eləsin.Xəlqə bədgu ( iftiraçı, pis sözlər danışan-N.N.)  və bədxah olma.
*Mümkün olan miqdari and içmə və and  içməyi özünə  adət eləmə.
*Öz nəfsinə rəva görmədiyin şeyləri  qeyrisinə rəva görmə.
*Heç bir kəsə düşmənlik izhar eləmə.
*Nadanlara və axmaqlara və cahillərə yoldaş olma.Onların xasiyyəti sənə sirayət edər   Kibrli  (lovğa-N.N.)  olma,xalq səndən uzaq qaçar.
*Bədhəqq olan kəslər ilə  müamilə eləmə və axırında ədavətə çəkən işlərdən pərhiz (pəhriz-N.N.)elə.
*Zirdəstində ( sənin əlinin  altında-N.N.) olanları rəncidə eləmə və mümkün olan miqdari onları  xoşnud  eləməyə səy elə.  *Mümkün olan miqdari  küdurət gətirən işlərdən pərhiz elə.
*Özgəyə kağız yazanda elə yaz ki,sənə höccət (mübahisə-N.N.) olmasın.
*Qiymətini kəsməmiş heç bir şey alma. Muzdur və nökər saxlayanda  qiymət məlum olmamış qəbul eləmə.
*Nökəri və xidmətkarı və əcnəbi olan kəsləri  külfət (ailə-N.N.)  içinə daxil olmağa  izn vermə.Ələlxüsus,
 onların fasiq (pis işlr görən-NN.) olanlarından pərhiz elə.

* Mümkün olan miqdari əfv elə və ianət (kömək-N.N.) ilə rəftar eləməgi  özünə xasiyyət elə.



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM