Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?

10:09 / 05.03.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Əvvəlki yazılarımızda oxuculara 1911-1912-ci illərdə Bakıda türk dilində nəşr omunan "İşıq" qəzeti haqqında ətraflı məlumat vermiş, onu Kırım tatarlarının "Aləmi-nisvan" qəzetinin kiçik bacısı adlandırmışdıq. Diqqətli araşdırmalar aparılsa, bu iki mətbu orqan arasında çox dəyərli paralellər aparmaq olar. Belə araşdırmalar türk dünyasının bu günü üçün maraqlı məlumat və bilgilərə yol açan qaranlıqları və alatoranlıqları işıqlandırılan uzaqdan görünən mayaq kimi diqqətəsayanola bilər.

"İşığ"ın redaktoru Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü milliyyətcə tatar olan Sübhanqulovun qızı Xədicə xanım idi. O,Tiflisdəki Olqa Qadınlar İnstitutunun tibb fakültəsinin məzunu kimi qadınların sağlamlığının qorunmasında və mühafizəsində Bakıda dəyərli həkimlik fəaliyyəti göstərmişdir. Xədicə xanımın əri şəkili Mustafa bəy  ali məktəb qurtarmasa da, Bakıda dövlət işlərində  öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən milli ziyalı kimi həm xalqın, həm də dövlət məmurlarının rəğbətini qazanmışdı. Mustafa bəy bacarıqlı natiq və tərcüməçi kimi diqqəti daha çox cəlb edir, həm Azərbaycan, həm də rus dillərində maraqlı elmi və elmi-publisistik yazılar yazırdı.  

Əlibəyovlar 1911-ci ilin yanvarında xalqa çatdırmaq istədikləri öz ürək sözlərini mətbuat vasitəsilə reallaşdıra bildilər. Bakıda "İşıq" adlı qəzetin nəşrinə başladılar. İki il ərzində "İşığ"ın oxucularla 68 görüşü oldu. "İşıq" Bakıda şuşalı müəllim Haşım bəy Vəzirovun mətbəəsində oxunaqlı xətlə, gözəl tərtibatla çıxırdı. Qəzetin birinci səhifəsində yeni mətbuat orqanı özünü belə təqdim edirdi: 

"İndilikdə  həftədə bir dəfə şənbə günü nəşr olacaq, TƏRBİYEYİ-ƏTFALA (uşaqların tərbiyəsinə-N.N.), ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir".

Bu sözlərdən sonra rus qrafikası ilə xüsusi məqsəd daşıyan bir başlıq da verilmişdir:.

ЕЖЕНЕДЕЛЬНАЯ ГАЗЕТА.

Maraqlıdır ki tədqiqatların çoxunda, tarix kitablarında, hətta orta məktəb dərsliklərində rusdilli bu söz birləşməsini görməyənlər "İşığ"i elmi ictimaiyyətə jurnal kimi təqdim etmişlər."İşıq" öz proqramına uyğun olaraq çıxır, burada tərbiyə, ədəbiyyat, təbabət və evdarlığa aid maraqlı yazılar dərc olunurdu.

Qəzetdə qadınlarla yanaşı, zükür (erkək) qələm sahibləri də həvəslə iştirak edirdilər. Bunlardan Məhəmməd Hadini, Hüseyn Cavidi, Yusif Vəzirovu və başqalarını xüsusilə qeyd etmək gərəkli görünür.

Məncə, bu gün türk dünyasının bütün tibb məktəblərində "İşıq"dakı tibbə dair yazılar əsasında xüsusi seminarlar keçirilə bilər. Ədəbiyyat əsgərləri "İşıq"dakı bədii yazılardan faydalana bilərlər. Uşaqlarına düzgün tərbiyə vermək istəyənlər də "İşığ"a müraciət edə bilərlər. Bu yazıların əsas müəllifi turk dilinin Qafqazda daha çox işlənən qolundan- Azərbaycan dilindən yazı dili kimi istifadə edən Xədicə xanım Əlibəyovadır.

"İşığ"ın bəzi yazıları rus dilində çap olunurdu. Belə yazıların müəllifi, adı göstərilməsə də, söz yox ki, Mustafa bəy Əlibəyovdur.

"İşıq"da həm qəzet, həm də müxtəlif ədəbi janrlardan istifadə olunurdu. Bu cəhətdən "İşıq"dakı yol qeydləri, dərindən tanıtma reklam xarakterli yazılar, "Tərcüman" qəzetində tez-tez təsadüf etdiyimiz rəylər və təqrizlər, iqtibaslar, məqsədli tərcümələr, yeni kitab və mətbuat orqanları haqqında məlumatlar  çox maraqlı görünür.

"İşıq" qəzetindəki portret oçerkləri ən maraqla oxunan materiallardandır. Bu yazıların müəllifinin  o zamanlar Zaqafqaziya müftisi olan H.Ə.Qayıbovun olması daha çox dəstəklənə bilər. Belə ki, H.Ə.Qayıbov yazılarının birində türk dünyasının qeyrətdə də, şücaətdə də zükurlardan geri qalmayan qadınlar haqqında yazılar yazdığını xəbər verirdi."İşıq" qəzetində bu silsilədən bir neçə yazıya rast gəlirik.

Belə yazılardan biri Bakıda həkim işləyən Batırşina Amina xanım haqqındadır. "İşığ"ın  22.10.1911-ci il tarixli 30-cu nömrəsinin 3-cü səhifəsində bəzəkli çərçivə içərisində Amina xanımın başında qalpaq olan fotoşəkli verilmiş, haqqında bir sütunda tərcümeyi- halının bir sıra maraqlı məqamları göstərilmişdir.

        "Amina xanımın tərcümeyi-halı

Xanımın başındakı  zinət Kırımdakı müsalman xanımların rəsmən başlarına qoyduqları qalpaqdır(bu söz indi türrk dilli ölkələrin çoxunda tibb işçilərinin istifadə etdikləri baş geyimidir-N.N.),yəni  məklayiçədir(Bu sözü lüğətlərdə tapa bilmədik,onu  çox çətinliklə oxuduq.Bəlkə də tatarların əksəriyyətinin məişət dilində işlətdiyi sözdür.Materialı diqqətlə oxuyun,bəlkə də aydınlaşdıra bildiniz.Məklayiçə-hər halda qalpağın sinonimi sayıla bilər-N.N.).

Amina xanımın qız familiyası Yeniquyova(bəlkə  də başqa cür oxunmalıdır-N.N.),ər familiyası Bahadır Batrışindir.

Bu xanım Saratov bəyzadələrinin qızıdır ki,18 sinnində (yaşında-N.N.)Taşkənd gimnaziyasını qızıl medalla qurtarmışdır.Hərçənd o vəqtdə istəyirdi ki, getsin Peterburqdakı Nikolayevski Təbabət darülfünununa,lakin darülfünun səltənət tərəfindən  bağlandığına görə  gedə bilməmişdi.

  Amina xanım  iyirmi yeddi sinnində Daşkənddə təbib Məhəmməd Hənifəyə ərə getmişdir ki,hal-hazırda "Statski sovetnik",yəni yaranal mənsəbində  Daşkənddə güzəran ediyor.Ərə gedəndən on il sonra Gimnaziyada dübarə imtahahan verib,ərinin razılığı və xeyir-duası ilə Peterburqda övrətlərin Tibiblik Darülfünuna qəbul olunur.Tamam beş il orada  oxuduğuna əvvəlinci dərəcə"attestad",yəni  şəhadətnamə alıb,sonra iki il tamam Peterburq və Moskva şəhərlərinin  klinikalarında  xidmət edibdir.Klinika darülfünunlarin  yanında bina olunan  böyük mərizxanadır. ki,orada  professorlar azarrlılara müalicə ediyorlar.

Qafqaziyyədə övrətlərdən əvvəlinci təbibə Aminə  xanımdır ki, 6 ildir Bakıda  həkimlik   edib. Hal-hazırda neçə ildən bəridir ki, Bakı şəhərinin   üçüncü mərizxanəsinin   təbibəsidir. Fəqət indilikdə şəhər tərəfindən göndərilibdir ki,gedib böyük şəhərlərin  klinikalarında  neçə azarlılaraın müalicəsini  həll eləsin.

Bu təbibə Bakı mərizxanəsində hər gün əllidən  yetmişə kimi  övrətlərə müalicə edəndən sonra  evində də əlac etməgə talib bir xudapərəst və millətin sevən xanımdır.

Bu xanımın həmşirəzadələri  "Statskiy sovetnik" Ahmed Muxtar bəyin qızları Hənifə  xanım və Zinət xanım Naqay  bəyin  zadələri- Daşkənd  gimnaziyasını tamam edib, hal-hazırda Pererburqda  darülfünunlarda  elm təhsil ediyorlar.Hənifə xanım diş həkiməlgi şöbəsində, Zinət xanım isə  Psixonevroloji  İnstitutda tibbiyyəni öyrənir".

Batrişina Amina haqqında 1913-cü ilə aid  bir soraq kitabçasında- ("Баку и его район" 1913 года - справочный ежегодник. Изд. М. С. Шапсович) maraqlı qeydlərə rast gəlirik. Burada Bakıdakı qadın həkimlərinin cərgəsində Amina xanımın adı birinci verilmişdir. İllik soraq kitabçasından məlum olur ki, Amina xanım xəstələri  "İşıq" qəzetinin redaksiyasınln yaxınlığındakı ünvanda- (Церковная, уг. Спасской, 51) qəbul edirmiş. Onun qəbul saatları gündə iki saat çəkirmiş-səhər saat səkkizdən  oqquza qədər və günorta saat birdən ikiyədək. 

 
Отдел II. Женщины-врачи
  • Батршина Амина-Ханум, - женск. и акуш. Приемн. часы: 8 – 9 и 1 - 2. Церковная, уг. Спасской, 51
  • Глазер Г.Л. - Приемн. часы: 8 – 10 и 3 – 6. Воронцовская 21
  • Горюшкина – Тер-Мкртычянц Н.Г.
  • Гукасова В.Ф., - детск. Бол. Приемн. часы: 11 – 1 и 4 – 7. Уг. Карантинной и Б.-Морской, д. Дадашева, тлф. 18 – 51
  • Дыхно-Лейбзон Розалия Альбертовная - женск. болезни и акушерство. Приемн.часы:9–11 и 4–6. Воронцовская 29, тлф. 3 – 61
  • Каган М.Ф. - жен. и акуш. Приемн. часы: 11 – 1 и 4 - 6. Колюбакинская, уг. Мариинской, тлф. 8
  • Корона Вера Моис. - Ул. Гоголя, д. Асадуллаева, тлф. 9 – 84
  • Крутикова Елена Павл.
  • Левенсон К.И. - Приемн. часы: 10 – 12 и 5 – 6. Воронцовская 61, тлф. 3 – 16
  • Матинян - женск. и акуш. Приемн. часы: 9 – 10 и 5 – 7. Балаханская 35, тлф. 21 – 57
  • Мекленбурцева Н.М., - завед. город. воспитат. домом на Шемахинке
  • Пахлавуни- Мелкумянц Азат Овакимовна, - жен. и акуш.Приемн.часы: 8–9 и 4–7. Ст.-Полицейская 21,
  • Рабинович С.А., - женск. и внутр. Приемн. часы: 2 – 6 ч. дня. Белый гор., д. «Электрич. Силы»,
  • Сарумова Елизавета Абрамовн. - вн., детск. и женск.Приемн. часы: 8 – 9 и 4 – 6. М.-Морская 2,
  • Сегаль Валент. Савельев. - женск. и акуш.Приемн. часы: 4 – 6. Докторский пер. 3, тел. 28 – 69
  • Тер-Григорова Соф. Мих. - Меркурьевская, д. Дадашева
  • Фейнберг-Орбант М.Б. - Ст.-Полицейская 22, тлф. 14 - 36


"Баку и его район" 1913 года - справочный ежегодник. Изд. М. С. Шапсович

  


Ədəbiyyat siyahısı

1  Batrişina Amina xanum.."İşıq" qəzeti.N30,22.10.1911,.səh.3.

 

2. Salman Mümtaz..Azərbaycan ədəbiyyatının qaynaqları.Bakı,Yazıçı,1986.səh.385-394)

( Bu  məqalə ilk dəfə 1936-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilmişdir.

  Bax:Yüz il bundan əvvəl Azərbaycan nasiri( Hekayənin əldə edilmək tarixçəsi.

"Ədəbiyyat qəzeti,1936,24 -03.1936.; səh 11.

;Ədəbiyyat qəzeti,  N 5,1936..səh. 3-4 

Ədəbiyyat qəzeti,.1936.; N6,səh..3.)


3.Ежегодник Баку 1913.  и его район 1913..

Отдел 2-Женщины-врачи(.Изд. М .Шансович)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM