Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi

08:27 / 11.03.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 Azərbaycanın dahi şairi M.Ə.Sabirin 1907-ci il mayın 12-də "İrşad" qəzetində (redaktoru o vaxtlar Ə.Ağayev idi -N.N.) çap olunmuş maraqlı bir mürəbbesi (dördlüyü) var. Cəmisi 6 bənddir. Ziyalıların başa düşdüyü, o dövrün ədəbi dil normalarına uyğun üslubda, daha çox milliləşən alınma sözlərlə tanınan maraqlı, ezop maneralı, simvolları ilə yadda qalan əsərlərdən biridr. II Dövlət Dumasının bağlanma ərəfəsində yazılmışdır. Mövzusu da elə bununla ilgilidir. Məlumat üçün deyək ki, II Dövlət Duması 1907-ci il fevral ayının 20-dən iyun ayının 2-dək fəaliyyət göstərmişdir. Dumaya seçilmiş azərbaycanlı deputatları da sadalayırıq - Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Mustafa Mahmudov, Zeynal Zeynalov. 
  Şeirin II Dövlət Dumasının Bakıdan seçilmiş 2 deputatından birinə -Zaqafqaziya Müəllimlər Seminariyasının 1899-cu il məzunlarından birinə-kürdəmirli Mustafa Mahmudova xitabən yazıldığı hiss olunur. Mustafa Mahmudov deputat seçkisindən əvvəl Bakıdaki I rus-tatar məktəbinin direktoru idi. Ölkənin həyatında böyük nüfuzu olan ziyalılardan idi. 
  Sözümün canı var; Mustafa Mahmudov  M.Ə.Sabirin xatırladığım şeirinin dərc olunduğu "İrşad"ın əsas yazarlarından biri idi.  O, qəzetdə  zəngin və maraqlı çıxışları ilə yadda qalırdı.Mustafa müəllimin  müxbir kimi yazılarının  əsas mövzusu təhsil və təhsilin gələcəyi yolunda aparılamn işlərəin gücləndirilməsi məsələlər  idi.
   M.Ə.Sabirin  yolu Şamaxıdan Bakıya düşəndə burada yaşayan Şirvan ziyalıları ilə görüşüb söhbət etməsi, müəyyən fikir mübadiləsində fəal iştirakı məlumdur. O vaxtlar  Bakıda  və Şamaxı mühitində yetişən  ziyalılar    Bakıda təhsil məsələlərinə aid tədbirlərdə  daha fəal iştirak edirdilər. Bunun da əsas səbəbi burada yaranan tarixi təhsil əlaqələri ilə izah oluna bilər. Şamaxıda yaşayan M.Ə.Sabirin bir sıra şeirləri məhz bu görüşlərin zəminində ekspromt olaraq yazılmışdır.

Mustafa Mahmudov deputat seçilməyi ilə qürrələnəndə Sabir onu gələcəyə açıq gözlə baxmağa,iddialı olmamağa  çağırırdı. Mustafa müəllim Azərbaycanda təhsilin  kənd mühitində böyümüşdü, əvvəlcə Kürdəmirdə, sonralar isə Göyçayda təhsil almışdı. Onun Qoriyə gedən yolu da buradan - Göyçaydan başlamışdı. ZMS-nı qurtaranda onun  təyinatını Qutqaşının (Qəbələ-N.N.) Vəndam kəndinə versələr də, M.Mahmudov H.Zərdabinin və Ə.Topçubaşovun köməkliyi ilə təyinatını Bakıya dəyişdirə bilmişdi.

Bakı böyük ictimai həyat üçün böyük məkan idi. M.Mahmudov bu məkandan istifadə edərək, II Dövlət Dumasına vəsiqə ala bilmişdi.O, Dumanın imkanları çərçivəsində xalqın maariflənməsində yulunda  böyük işlər görəcəyinə inanırdı. Lakin Dumanın işindəki  narahatçılıq,xalqa biganəlik  gənc müəllimin arzularını qanadlandıra bilmir.

M.Ə.Sabir  yazdığı məzkur (haqqında danışılan,zikr olunan)  şeirində yaxşı tanıdığı, yüksək əqli imkanlarına yaxşı bələd olduğu Şirvan ədəbi və ziyalı mühitinin gənc nümayəndəsinə  - M.Mahmudova  ad çəkmədən  belə xitab edirdi:

Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Tutmuş idi yeri, göyü nalələrin, nəvaların.
Yoxsa qanıb da eybini başlamısan ədaların?
Şimdi, hərif, söz haman mən deyən oldu, olmadı?

M.Ə.Sabirin sözü düz çıxdı, şeirin çapından bir neçə gün sonra II Dövlət Duması qapandı.Mustafa Mahmudovun təhsil və maarif məsələləri haqqındakı Dumadakı  uğurlu çıxışları ölkənin təhsilinə uğur gətirmədi.

 Nəhayət, gəlirik əsas məsələyə. İndi  Mustafa Mahmudov kimi müəllimlər də, adi vətəndaşlar da şagirdlərin məktəbdənsonrakı taleyini düşünür, hamı da nədənsə öz fikrinin doğruluğuna  inanır.


Azərbaycan təhsilinin tarixində  təhsilimizin  uğurlu gələcəyi, cəmiyyətin  işıqlı gələcəyinin təhsillə bağlı olduğunu deyən və bu yoldaa  böyük işlər görən ziyalılarımız çoxdur.Təhsil sistemi həmişə cəmiyyətin diqqət mərkəzində olmuşdur. Son  20-30 ildə bu istiqamətdə daha önəmli işlər görülmüş,məktəbləri tədris bazası daha da genişləndirilmiş, ölkədə yüzlərlə məktəb binası tikilmiş,burada qabaqcil təlim texnologiyalarl geniş yayılmışdır.Azərbaycan Respublikası Təhsi Nazirliyi,eləcə də  1992-ci ildə yaradılmış TQDK da  təhsil islahatlarının həyata keçirilməsində yadda qalan layihələrinin  reallaşdırılması üçün  əhəmiyyətli işlər görmüşlər.

Azərbaycan təhsilinin dünya təhsil sistemi ilə əlaqələri gündən-günə artır.Lakin görülməli işlər hələ çoxdur.Hələ də məktəblilər həyatla o qədər də birbaşa əlaqəsi olmayam proqram materiallarından  uzaqlaşa bilməyiblər. Hələ  Nəcəf bəy Vəzirovun  1876-ciı ildə  Moskvadan Bakıya- öz müəlliminə-Həsən bəy Zərdabiyə yazdığı kimi şagirdlərə Leyli və Məcnunun elədiyi qələtləri öyrədirik. Hələ də dərsliklərimizdə ayrı-ayrı müəlliflərin tərslikləri-sözü baş-ayaq demələrinə ,təəssüf ki,rast gəlirik. Dünya təhsil təcrüzəsini öyrənmək adı ilə  bəzən illərlə aparılan,sonradan isə yanlış olan layihələrə itirdiyimiz vaxta  görə  hələ də heç kəsə,demək olar ki,irad tutulmayıb.Bu gün Azərvaycan məktəblisinin xarici dillərin öyrənilməsində hələ də uzun illərin problemləri həll  olunmayıb.Hələ də məktəblilərimiz xarici dilləri şeir yazmaq səviyyəsində öyrənə bilmirlər.

Ali təhsil müəssisələrində də xarici dillərin öyrənilməsində müəyyən çətinliklər vardır.Doğrudur,bu istiqamətdə müəyyən işlər görülür, amma  dil öyrənmə vərdişlərinin bəyənilən metodikası,yanaşma üsulu hələ tələblərə cavab verəcək dərəcədə deyil.

!879-cu ildə Qoridə Zaqafqaziya Müəllimləri Seminariyasının  müsəlman şöbəsi yaradılanda  müəllimlər kəndbəkənd,şəhərbəşəhər gəzərək,dolaşaraq  yeni təhsil oşağına tələbə axtarışlarına çıxmışdılar.Çoxlu əziyyətlərə baxmayaraq, onlar Qoriyə ibtidai məktəb müəllimliyinə  sayı nəzərdə tutulan şagirdləri toplaya bildilər. 1881-ci ildə birinci buraxılışı cəmi 3 nəfər bitirdi.Onların üçünün də adı sonralar tarixə düşdü. Qoridəki seminariyanın XIX əsrdəki məzunlarından - gənc ibtidai məktəb müəllimlərindən Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov,Rəşid bəy Əfəndizadə,Nəriman Nərimanov, eləcə də sonralar II Dövlər  Dumasını üzvü, Zaqafqaziya Seyminin üzvü , AXC-nin parlamet üzvü  Mustafa Mahmudov ömrü boyu insanları elm və təhsil öyrənməyə, tarixi ənənələri olan məktəblərə  çağırdılar.


Mən - təhsildən az-çox məlumatı və  bu sahədə  dövlət tərəfindən təsdiq olunmuş xidmətləri olan təhsil işçisi kimi bu fikirdəyəm ki, orta məktəblərin rolu  əhəmiyyətli dərəcədə daha da  artırılmalıdır. Təhsil tərbiyədən başlanmalıdır. Orta məktəbdə yaxşı təhsil alan şagirdlər ali məktəblərə imtahansız qəbul edilməlidirlər. Ali məktəblərin birinci kursunun sonunda  təhsildə etimadı döğrultmayanlara başqa yol göstərilməlidir. 

Təhsilimizin uğurlu istiqaməti yolunda deyilən  hər sözə düzgün qiymət verilməli,yerində olan iradlara biganəlik göstərilməməlidir. Məsələn,mən proqrqm materiallarının yüngülləşdirilməsinin tərəfdarıyam.Şagirdin gündəlik iş rejimi mütləq müvafiq qurumlar və nazirlik tərəfindən nəzarətə  alınmalıdır. Dərsdən sonra daha 3-4 saat dərnək və məşğılılırə getmək qadağan olunmalıdır.Şagird proqram materiallarını elə sinifdəcə öyrənməlidir.Şagirdlərin  fiziki tərbiyəsinə mütləq ciddi yanaşma tədbirləri görülməlidir.Bugünkü məktəblilərin  yerişində,oturuşunda inqilabi dəyişiklik edilməlidir ki, onlar gələcəyin sağlam vətəndaşı, sağlam ailə bşçısı olsunlar.Məktəb hər bir şagirdin qibləgahı olmalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM