Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...

10:10 / 21.03.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

və yaxud  

mənalı və şərəfli   yaradıcılıq həyatının cizgiləri

 

   Bu gün mən sizə 2016-cı il dekabrın 12 -də 68 yaşında dünyadan kçmüş bir dostum haqqında - Azərnbaycan Respub\likasının əməkdar rəssamı İsmayıl Əsəd oğlu Məmmədov  haqqında söz açmaq  istəyrəm. Vaxtilə Avropa Azərbaycan Mktəbində bir yerdə işləmişik.

 

İsmayıl Əsəd oğlu Məmmədov 1948-ci il martın 31-də Bakıda anadan olmuşdur. 1963-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur. Tələbəlik illərindən kitab qrafikası ilə məşğul olmağa başlamışdır. 1968-ci ildə rəssamlıq məktəbini bitirərək İ.Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul olmuş, burada SSRİ Xalq rəssamı, professor Yevsey Moiseenkonun sinfində rəssamlıq sənətinin sirlərinə yiyələnmişdir. 1974-cü ildə institutu bitirdikdən sonra, əvvəlcə Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işləmiş, daha sonra pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1976-cı ildən respublika və beynəlxalq rəsm sərgilərinin iştirakçısı idi.
   İsmayıl Məmmədov uzun illər teatr rəssamlığı sahəsində fəaliyyət göstərmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rəssam vəzifəsində çalışmışdır. 1998-2007-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində işləmişdir.
   İstedadlı rəssam Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş İlyas Əfəndiyevin "Hökmdar və qızı", Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" ("Göytürklər"), "Dar ağacı", Əli Əmirlinin "Köhnə ev", "Varlı qadın", Nazim Hikmətin "Kəllə", Ramiz Novruzun "Hələ "sevirəm" deməmişdilər...", Cəfər Cabbarlının "Ulduz, yaxud Ədirnə fəthi" dramlarının, Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", Rüfət Əhmədzadə və Emin Sabitoğlunun "Hələlik", İmre Kalmanın "Maritsa", "Qaraçı premer", Ferents Leqarın "Şən dul qadın", Qeybulla Rəsulov və Cavanşir Quliyevin "Məhəbbət oyunu", Tamara Vəliyeva və Emin Sabitoğlunun "Bankir adaxlı", Rauf Hacıyevin "Talelər qovuşanda", Qara Qarayevin "Coşğun Qaskonlu" operettalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında Nəbi Xəzrinin "Burla xatun" pyesinin tamaşalarına bədii tərtibat vermişdir. 
   İsmayıl Məmmədov kitab qrafikası və rəngkarlıq sahəsində də bir sıra yaddaqalan əsərlər yaratmışdır. Azərbaycan xalqının milli mənəvi dəyərlərinin, tarixi keçmişinin təbliği onun əsərlərinin başlıca mövzularından olmuşdur. Onun əsərləri Azərbaycanın muzeylərində və bir sıra şəxsi kolleksiyalarda saxlanılır. 
   İsmayıl Məmmədovun yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olmuş və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.
   

Azərbaycan Respublikasında öz peşə və sənətinin ustaları  ölkə Prezidenti tərəfindən    fəxri adla təltif olunur. Bu adı almaq hamıya nəsib olmur. 18 mart 2000-ci il ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı FƏRMANLA  mən də bu  xöşbəxtliyə çatmuşam. Bir neçə ilin sözüdür.

Avropa Azərbacan Məktəbində kafedramızın ən yaxın dostlarından biri bakılı İsmayil Məmmədov da  əməkdar rəssam  fəxri adını daşıyırdı.

İsmayıl  müəllim yaxşı müsahib idi. Onun hər bir söhbəti elə bil ki, gələcək axtarışları üçün bir bəhanə idi: o, hər kəsin adi gördüyü detalları mənalandıra bilir, dəyərləndirirdi.

 O vaxtlar məktəbin foyesini İsmayıl müəllimin şagirdlərinin 200-dən artıq müxtəlif üslublarda çəkdikləri rəsmlər bəzəyirdi.Aradan 6-7 il  keçib.  Bəlkə indi   daha çoxdur.. Avropa Azərbaycan Məktəbi Rəssamlıq Akademiyasına tələbə hazırlamır, amma mən əminəm ki,burada oxuyanların ən azı 10 nəfəri gələcəyin tanınmış rəssamı olacaqdır.Bu səmimi sözləri elə-belə, tərif üçün demirəm.İsmayıl müəllimin bu tərifə ehtiyacı da yox idi.Onun sorağı dünyanın bir çox ölkələrindən gəlir, onu Nyu-York da tanıyır, Moskva da, Peterburq da London da. İstanbulda və Ankarada da dostları çoxdur. Dünya ədəbiyyatçılarının əsərlərinə çəkdiyi illüstrasiyalar mütəxəssislər tərəfindən bu gün də yüksək qiymətləndirilir.

Mən İsmayıl müəlimin çoxlarına adi görünə bilən 2012-ci il stolüstü, ildə 12 dəfə  vərəqlənən maraqlı bir təqvimindən söz açmışdım.O vaxt İsmayıl müəllim bu yazını bəyənsə də,adi karandaşla mənim şəklimi çəkmədi. Bəlkə də o, məni portret janrında yox, tdris mühhitində göstərmək istəyirdi.Bu fikri bir dəfə ötəri söyləmişdi.

İsmayıl müəllimin 2012-ci il təqviminin  üz qabığında "KÖHNƏ BAKININ ƏNƏNƏLƏRİ" mövzusunu əks etdirən 12 rəsm əsəri və tarixi fotoşəkillər   verilmişdir. Maraqlı bir bədii əsərin süjetini xatırladan bu rəsmləri və  tarixi  fotoları  Bakının vizit kitabçası da adlandırmaq olar. Bu rəsmlərdə Azərbaycanın və onun baş kəndinin-paytaxtının düşündürücü, səfərbəredici etnoqrafik təsvirlərinə yaşıl işıq yandırılmışdır. Təqvimdə ilin hər ayına aid  2 rəsm  və fotoşəkil var.

Yanvar - "Uzaq yol qarşısında" rəsm əsəri ilə başlayır. Babalarımız dünyanı  araba ilə dolaşıblar:"İpək yolu" Azərbaycandan keçib. İndi bu yolun  qanadları çoxdur. Əcnəbilər kimi biz də göydə balonlarla süzürük. Kosmosun tədqiqində və kosmik texnikanın Yerdən və göydən idarə olunmasında azərbaycanlı alimlər  də rəhbərlik ediblər.

Yanvar vərəqindəki  "Abşeronda" rəsmində yuxa (lavaş) yayan abşeronlu qadının həyat eşqi aydın hiss olunur: təhnədə  8 kündə görünür, biri də yayılr, un torbasında hələ də un var, Abşeronun bağ evləri, külək fırfıraları qayğısız kənd həyatından xəbər verir.

Fevralın bir vərəqi  "İçəri şəhərdə bir həyət" adlandırılmışdır.İçəri şəhər köhnə Bakının köhnə məhəlləsidir,tarixə düşən,yadda qalan məhəllədir .İlin ən qısa ayının  ikinci vərəqi də çörək ətirlidir.Burada sadə bir əmək adamının-təndir düzəldən qadının, hələ heç bir dünya rəssamının yadına düşməyən  parlaq obrazı yaradılmışdır.

Mart  vərəqindəki "Çayxanada" fotosu köhnə Bakının  tarixi anlarını əks etdirir:çayxanadakılar tarixi anı yaşatmaq üçün diqqətini fotoararatın obyektivinə yönəltmişlər. Uzaqdan boylanan da var,razılıq və məmnunluqla sulu qəlyan çəkən də, heç kəs özünü dartmır, bütün tərzlər  və baxışlar  təbiidir.Asma lampalar da, Tula samovarı da, çayxanadakıların geyimləri də Bakı tarixinin  yaddaqalan lövhələrindəndir.

"Təndirçi". Mən dil mütəxəssiyəm, aspirantura təhsilimə görə türkoloqam. Hələ belə söz eşitməmişdim. Mən bu şəkildəki  çörəkbişirəni  öz adı ilə çağırardım. Görünür, İçəri şəhərdə bu peşə sahiblərinə təndirçi adını nahaq yerə, elə-belə verməyiblər. Çörək bişirilən yer də, burada yandırılan çırçırpı da  təmiz olmalıdır,halal olmalıdır. Nahaq yerə deməyiblər ki, çörəyi ver çörəkçiyə, üstəlik də bir çörək.

 

Təqvimdəki  "Küçə cızbızxanası", "Bazardan qayıdanlar", "Tacir Məşədi", "Güləşçilər",  "Tərəvəz dükanı", "Qalayçı", "Xalçasatan", "Məktub yazan mirzə", "Xalçaçı", "Yolda", "Su   satanlar", "Müqəddəs kitab oxucusu"  və sair rəsmlər,həyatın bir anıni tarixdə yaşadan tarixi fotoşəkillər milliliyinə, etnoqrafik təsvirlərin əyani izahına görə hamının diqqətini cəlb edir.

 

Qonaqlarımız bu təqvimi böyük  heyranlıqla    bəyənir və təqvimin sonunda ingilis dilində yazılmış "PICTURES BY ISMAYIL ASADOGLU MAMMADOV,THE HONORED ARTİST OF AZERBAICAN"  sözlərini oxuduqda  müəllifin sənətdə böyük əməyi, dərin düşüncə tərzi olan  MÜTƏXƏSSİS olduğunu  bilib, müəllifə  məmnunluqla baş əyib, təşəkür edirdilər.

Artıq bir neçə ildir ki,İsmayıl müəllim haqq dünyasındadır.  Bu il onun

 uzun ili- 366 günlü ili  olacaqdı.İli göstərən rəqəm qalıqsız 4-ə bölünəndə il 366 gün  uzunluğunda olur.

Amma amansız tale İsmayıl  müəllimə yaşamağa, yaratmağa imkanvermədi.

Hələ İsmayıl müəllim haqqında  xoş sözlər ,xoş xatirələr danışırlar.Mənə elə gəlir ki,İsmayıl müəllimin 2018-ci il təqvimi onun rəsmləri əsasında nəfis şəkildə tərtib olunub, kitab kimi,müəllifin növbəti kitabı kimi oxuculara, Azərbaycan incəsənətinə  könüldən bağlananlara hədiyyə edilməlidir.Həmin foto-dərslikdən dərs vəsaiti kimi də istifadə etmək olar.Bu nəşr İsmayıl Məmmədovun 70 illik  yubileyinə ən yaxşı hədiyyə ola bilər.

 

Bakı. 21.03.2018

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM