Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan

17:05 / 24.03.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

"Ziya" qəzetinin  Azərbaycan dilli  müxbirlərindən biri:

 Bakı milyonçusu H.Z.Tağıyevin  maddi və mənəvi yardım göstərdiyi

 Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910)  və   Azərbaycan

"Əkinçi" qəzeti öz nəşrini dayandırmağa məcbur olandan (29.09.1877-ci il) bir il iki ay sonra-1879-cu il yanvar ayının 25-də  Tiflisdə Səid Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dilində 4 səhifəlik "Ziya" adlı həftəlik qəzetin nəşrinə başlanmışdır. Adından göründüyü kimi, "Ziya" işıqlı fikirlərin tərcümanı kimi düşünülmüşdü.
  ..."Əkinçi"dən sonrakı anadilli mətbuat boşluğu milli ziyalılarımızı  narahat edirdi. Mətbuat yaratmaq, xalqa onu maraqlandıran məsələlərdən söz açmaq günün vacib məsələsi kimi öz müsbət həllini gözləyirdi. Şamaxı qazısı Hacı Səid Əfəndi Ünsizadə inandığı və güvəndiyi milli ziyalıların köməyi ilə nəşriyyat və mətbuat vasitəsilə maarifçilik sahəsində böyük işlər görmək üçün vaxtilə Bakı qubernatoru olan D.S.Staroselskinin qayğı və mərhəmətindən istifadə edərək Tiflisdə əvvəlcə daş basmaxanası açır, burada "Ziya" adlı qəzetin nəşrinə başlayır. O, bir müddətdən sonra basmaxananın abadanlıqları və texnoloji imkanları əsasında mətbəə (tipoqrafiya) yaradır. Mətbəədə - Azərbaycan dilli ilk geniş profilli tipoqrafiyada "Ziya" qəzeti ilə yanaşı, kitab çapına da geniş rəvac verilir.
   "Ziya" həm qəzetin,həm də tipoqrafiyanıın adıdır. Sonralar qəzetin adında məqsədəyönlü şəkildə dəyişiklik edilmiş, Qəzet "Ziyayi-Qafqasiyyə" adı ilə çıxmışdır.. Bir sıra tədqiqatlarda qəzetin adını "Ziyayi-Qafqaziyyə" yazırlar. Bu,səhvdir. Qəzetin orfoqrafiyasındakı variant - "Ziyayi-Qafqasiyyə" dir. 
  "Ziya" qəzetinin üslubu zəngin və rəngarəngdir. Burada müəlliflərin üslubuna hörmətlə yanaşılmış, onların yazıları bir sıra mətbu orqanlardakı yazılardan fərqli olaraq, redaktor və naşirin istəyinə uğun şəkildə redaktə olunmamışdır. "Ziya"nın coğrafiyası geniş və əhatəli idi. "Ziya" Amerikadan da yazırdı, Afrikadan da. Avropa və Asiyada "Ziya"nın fəal müxbirləri var idi. "Ziya" nın Tambov müxbiri Mirzə Həsən Əfəndi Hacı Abdulla oğlu Əlqədari idi.
   M.H.Əlqədari 1834-cü il oktyabrın 15-də (hicri qəməri təqviminin 1250-ci ilinin cəmadiyülaxir ayının 11-də) Balakəndə anadan olmuş, 1910-cu il sentyabrın 12-də Əlqədarda vəfat etmişdir. Milliyyətcə ləzgidir. Əsli Kürə mahalının Əlqədar kəndindən olduğu üçün nisbəsi Əlqədaridir.
 Həsənin atası Abdulla Qurbanəli oğlu Dağıstanın məşhur təriqət başçılarından biri olan Məhəmməd əl-Yaraqinin şagirdi və kürəkəni olmuş, ondan bir sıra elmləri mükəmməl öyrənmişdir.
 Həsən ana dili ilə yanaşı, ərəb dilini də bu dildə şeir yazmaq dərəcəisndə mükəmməl öyrənmiş, "Məmnun" təxəllüsü ilə bir divanlıq şeir yazmışdır. Hələ kiçik yaşlarından Azərbaycan və fars dillərininin ədəbi dil qaydalarını bilməsi Həsənin layiqli vətəndaş kimi yetişməsində, həm Rusiyada, həm də türk dünyasında tanınmasında əhəmiyyətli rol oynamışdır.    
  Mirzə Həsən Əfəndi Əlqədarı "Əkinçi"nin ilk şairidir: "Əkinçi" də şeirlə çıxış edən ilk müxbir məhz Mirzə Həsən Əfəndi olmuşdur. Qəzetin 5 sentyabr 1875-ci tarixli 4-cü nömrəsində "Əkinçi" qəzetinin şükrnaməsi" başlığı altında Tabasarandan göndərdiyi, "Məmnun" təxəllüsi ilə yazdığı 7 beytlik bir qəzəli dərc olunmuşdur. Bu,"Əkinçi" qəzetində çap olunan ilk ədəbi nümunə, ilk şeir idi.
Qəzetdə şeirlərin yerləşdirilməsinin xronoloji baxımından S.Ə.Şirvani "Əkinçi"nin ikinci şairidir; onun 9 beytlik qəzəli Əlqədarinin qəzəlinin dərcindən 15 gün sonra-qəzetin 5-ci nömrəsində (20.09.1875-ci il) oxuculara təqdim olunmuşdur. Hər iki qəzəldə Həsən bəy Məlikzadənin - Zərdabinin milli mətbuatın yaranması yolundakı fəaliyyəti alqışlanır. 
   M.H.Əlqədarinin "Əkinçi"dəki ikinci yazısı qəzetin 04.11.1875-ci il tarixli 8-ci nömrəsində dərc olunmuşdur. Burada üç məsələdən söz açılır, hər mövzu ifadə olunan fikrin nəticəsi kimi şeirlə tamamlanır. Birinci xəbərdə Qasım kəndində  məktəb açmaq məsələsinin vaciliyindən danışılır. İkinci xəbərdə insanlara bəd əmələrdən uzaq olmaq məsləhət görülür. Üçüncü xəbərdə insanlara həyatda düzgün yol seçmələri tövsiyə olunur.
M.H.Əlqədarinin "Əkinçi"dəki üçüncü yazısı "Məmnun Əlqədari" imzası ilə qəzetin 11 iyun 1876-cı ildəki 11-ci nömrəsində  dərc olunmuşdur. Yazıda Əhsənül-Qəvaid ilə Şirvan şairlərinin mübahisələrinə münasibət bildirilir. Yazısının sonunda müəllif bu qənaətə gəlirki, dava-dalaş etsəniz, müvəffəqiyyətsizliyə uğrayıb, hörmətsiz olarsınız.  
 "Əkinçi" qəzeti bağlanadan sonra M.H.Əlqədari "Ziya" qəzetində çıxış etmişdir. Onun "Ziya"dakı ilk yazısı qəzetin 29 noyabr 1879-cu il tarixli 46-cı nömrəsində çap olunmuşdur. Bu yazı Mirzə Həsən Əfəndinin sürgün həyatı ilə ilgilidir.
  1865-ci ildə Cənubi Tabasarana naib tətin edilən M.H.Əlqədari 1877-ci ildə Dağıstanda baş verən üsyanda günahlı bilinərək, həbs edilir, 7 ay Dərbənd həbsxanasında dustaq saxlanılır. 1879-cu il aprelin 10-da M.H.Əlqədari qrup zabitlə birlikdə Tambov quberniyasının Spasski şəhərinə sürgün edilir. O, burada ailəsi ilə birlikdə dörd il sürgün həyatı yaşamalı olur. M.H.Əlqədari 1883-cü ilin may ayında Tambov quberniyasının Spassk taxta çıxan çar III Aleksandrın amnistiyasından sonra  ailəsi ilə birlkdə Əlqədara qayıdır və ömrünün sonunadək burada məktəbdarlıqla məşğul olur. Qeyd edək ki,Əlqədarinin 12 doğma övlladı var idi. Onlardan ikisi sürgündə yaşadıqları illərdə dünyasını dəyişmişdir.
  M.H.Əlqədarinin "Ziya"dakı ilk yazısı redaksiyanın yönəldici və düşündürücü  qeydləri lə başlayır: "Zeyldəki məktubun (aşağıda göstərilən-N.N.) mütaliəsi mətləbdən xali olmamağa görə bəeynə (eynilə, dəyişilmədən-N.N.) qəzetəmizdə dərc olunur ".  
 
   M.H.Əlqədari "mütaliəsi mənfəətdən xali olmayan"  məktubunu   "Katibi Mirzə Həsən" adı ilə imzalamışdır. M.H.Əlqədari   Hacı Səid Əfəndi Ünsizadəyə "Əfəndim həzrətləri " xitabı ilə başlanan məktubunda sürgünə düşməyinin səbəblərindən,əsrlər boyu  xalqı qəflətdə saxlayan  köhnə adət və ənənələrdən  söz açır və belə nəticəyə gəlir ki, bu qədər əziyyət və  zəhmətin ümdə baisi cəhalətdir.
  Məktubundakı açıq və üstüörtülü sözlərdən  hiss  olunur ki, M.H.Əlqədari hökumət dairələrinin  onlara qarşı yönələn hərəkətlərindən çox narazıdır. O, özünün " Pəs səbəb nə oldu ki,Rusiyanın içərilərinə düşüb, avareyi-vətən olmuşam?" sualına  özü belə cavab verir: "Bunun cavabında ərz olunmalı sözlərimiz çoxdur və leykin "Qurunun oduna yaş  da yanar "  misalı və Sədinin "Tülkü və Dəvə "hekayəsi ,əlbəttə,məlumunuzdur.
 Qeyd edək ki, Sədinin bu hekayəsində  aza qənaət edib,rəislik fikrindən  daşınmaq fikri  məsləhət görülür.   (Sədi."Gülüstan",Bakı,1987,səh.57).

 
  M.H.Əlqədarinin "Ziya"qəzetində dərc olunmuş ilk məktubu onun maarifçilik görüşlərini öyrənmək baxımından  çox maraqlıdır.Maraqlı həm də odur ki,Əlqədarinin bu  və  "Ziya"dakı digər  məktublarından  Rusiya Federasiyasının  M.H.Əlqədari haqqında dissertasiya yazan  Əlqədarişünas alimlərinin də xəbərləri yoxdur. Buna ancaq təəssüf edirik.
   Görünür, yazılan dissertasiyaları,elmi işləri qiymətləndirmək  üçün  yeni yanaşma üsullarından istifadə edilməli,  arxivlərdəki  elmi əhəmiyyətli  sənədlərin   diqqət və həssaslıqla araşdırmasına  qayğı artırılmalıdır.  
   M.N.Əlqədari "Ziya"dakı ilk məktubunda  qəzet vasitəsilə  xalqın tərəqqisinə, maarif və mədəniyyyətinin  yüksəlməsinə çalışan Səid Ünsizadənin fəaliyyətini  yüksək qiymətləndirir, dünyəvi elmlərə yiyələnməkdən  ötrü  xarici dillərin   yaxşı öyrənilməsini vacib və ümdə məsələ  hesab edirdi.
  M.H.Əlqədarinin "Ziya"dakı ikinci məktubu  qəzetin 1880-ci ildə çıxan 10,11 və 13-cü nömrələrində dərc olunmuşdur.Məktubdan məlum olur ki,M.H.Əlqədari  Spasskidə ciddi mütaliə edir,yerli xalqın adət və ənənəsinə aidyazacağı məqalə  üçün material toplayır, lakin Azərbaycan dilində  çıxan qəzetdə əməkdaşlıq xatirinə bu işi bir qədər  təxirə salır:"Spasskidə  təvəttün edən (yurd salan-N.N.) rusların zindəganlığını , yəni rəsm  (ərəb  mənşəli "rəsm" sözünün 10-dan çox mənası var. Bu sözün buradakı mənası  "adət" mənasındadır-N.N.) və adətlərini və ədəbiyyatı  maarifdə  nə dərəcə qane olmaqlarını və əxlaq və  ədəblərini bilməsi lazım gəlir.Əhvalatları hənuz kənara qoyub,indilik xahışım budur ki, bura müsəlmanları(Tambov  quberniyası müsəlmanları-N.N.) haqqında  bir neçə kəlmə  "Ziya" qazetinə məlumat verim".
(Ziya" qəzeti, 07.02.1880-ci il,№ 10).

  M.H.Əlqədarinin dünyagörüşünün müxtəlif   cəhətlərini öyrənmək baxımından  bu məqalə çox maraqlıdır.Müəllif Tambov quberniyasında yaşayan  müsəlmanların (tatarların-N.N.) məişəti, dili, təhsili və  s.haqqında türkdilli oxuculara  faydalı məlumat verir,rus dilinin tatar dilinə təsirindən  danışır, lakin bunu hər yerdə  məqbul hadisə kimi qiymətləndirmir,üstü örtülü şəkildə qatış-bulaş dilə, mənfi münasibətini bildirir: "Danışıqlıqlarında əksər istilah rus ləfzihdə  qarışdırıb, danışırlar.Yazıları  cığarayca  öz xətləidir.Üləmaları   ərəbi və farsi  lisandan müxtəlif bir dil ilə söyləyirlər.Böyükləri  və kiçikləri tamamən   rus  lisaninə  aşinə olub,təmiz bilirlər.Əhli-savad olanlardan əksəri  rusça yazmağı dəxi bilirlər.Rus xidmətində məmuriyyətdə olanları  çoxdur.Tatarların mollaları, qaziləri vətəmam ruhani qismi rus xəttini bilirlər".
  M.H.Əlqədari  bu  məqaləsində  tatarların məktəbləri haqqında ətraflı bəhs edir.Bu da təsadüfi deyil; o,müəllimliyə böyük  həvəs göstərirdi,həyatının gənclik illərində , eləcə də, sürgündən qayıtdıqdan sonra  Dağıstanda uzun müddət təbiət,coğrafiya,tarix,riyaziyyat və ədəbiyyatdan  dərs demişdir. O,öz dərslərində Əbül-üla Məari,Firdovsi,Nizami,Ömər Xəyyam,Sədi,Hafiz,Füzuli,Mirzə Şəfi Vazeh və başqa tanınmış  şairlərin  şeir və hikmətli sözlərini  şagirdlərinə həvəslə öyrətmişdir.
  Şagirdlərdən birinin  sonralar yazdığına  görə M.H.Əlqədari  onlara H.Məlikzadənin (Zərdabinin-N.N.),M.F.Axundovun,"Əkinçi" və digər qəzetlərin  maraqli,uşaqların təfəkkür tərzinə uyğun yazıları oxuyar,öz ciyərparələrini  ictimai-siyasi həyatın  vacib məsələləri ilə tanış edərmiş. Xatirədə "digər qəzetlər" cərgəsində  adı çəkilməsə də, "Ziya" nın yeri aydın görünür.
  Maraqlıdır ki,M.H.Əlqədarinin məktubundakı fikirlər ilə  "Ziya" qəzetinin  naşıri və əsas yazarlarından biri olan S.Ünsizadənin yeni tipli məktəb uğrunda  apardığı mübarizənin  uyğun və üstüstə düşən cəhətləri çoxdur.  Məktəb və maarif məsələləri,dərslik və tədris üsulu "Ziya" qəzeti nəşrə başlayandan onun aparıcı, istiqamətverici mövzuları olmuşdur. S.Ünsizadənin "Oxumaq və yazmaq barəsində" (08.02.1879,N3), "Uşaqlarımıza  təlim və təhsil vermək barəsində (13.02,1879,N4), "Təklifati--mədəniyyət"(2702.1879 və sair  proqram xarakterli yazılar dövrün maarifçi ziyalılarına ünvanlanmış yazılar kimi diqqəti cəlb edir.
 M.H.Əlqədarinin məktubundan hiss olunur ki, qürbətdə-doğma el-obasından uzaqlarda yaşamağa məcbur olan  müxbir "Ziya"da dərc olunan  yazıları
müntəzəm oxuyurmuş. O,çox güman ki ,S.Ünsizadənin  1880-ci ildə  "Ziya"nın bir neçə nömrəsində dərc olunan  "Mübtədi  məktəblər barəsində"  silsilə məqalələrini də oxumuş və bu yazılar onun dünyagörüşünün formalaşmasında  mühüm rol oynamışdır.
 "Zİya" qəzetində  sonrakı nömrələrində   M.H.Əlqədarinin imzalı və imzasız  digər yazılarına təsadüf edilmir.
 M.H.Əlqədarini Azərbaycan və Azərbaycan ziyalıları ilə bağlayan  əlaqələr çoxdur. Onun Azərvarca dilində  1890-1892-ci illərdə yazdığı "Asari-Dağıstan" əsəri 1903-cü ildə  Bakıda  nəşr olunmuşdur.
 
Dağıstanda nəşr olunan 101 yaşlı "Yoldaş" qəzetinin redaktoru Kamil Əliyev  başçılıq etdiyi mətbu orqanın  23.03.2018-ci il tarixli  nömrəsində dərc etdirdiyi   məqaləsində    H.Z.Tağıyev və Həsən Əlqədari  mövzusu haqqında maraqlı mülahizələr söyləmişdir. Məqalə göstərilir ki,
 
"XX əsrin sonlarında Dağıstan xalqlarının həyatında  maraqlı bir hadisə baş verdi. 1992-ci ildə  Bakı milyonçusu  H.Z.Tağıyev Mirzə Həsən Əlqədarinin "Asari-Dağıstan" əsərinin çapına 482 rubl göndərmişdir.M.H.Əlqədari məhz bu xeyriyyəçilik payından sonra "Asari -Dağıstan"  ( "Dağıstanın tarixi") kitabınının nəşrini sürətləndirmişdir. Azərbaycan dilində yazılan bu elmi əsər 1903-cü ildə Bakıda çap olundu.  Bu  kitabı təkcə Dağıstan tarixi yox, həm də Azərbaycan tarixi, İran tarixi ,Türkiyə tarixi, Ərəb  ölkələri tarixi, Rusiya tarixi kimi də qiymətləndirmək olar.
"Asari-Dağıstan"ın  rus dilinə tərcüməsi 1929-cu ildə Mahaçkalada çap olunmuşdur".

  F.Köçərli 1907-ci ildə qələmə aldığı yazısında  M.H.Əlqədarini çox yüksək qiymətləndirmişdir.
 M.H.Əlqədarinin  "Məmnun" təxəllüsü ilə Azərbaycan və ərəb dillərində yazdığı şeirlər  şairin ölümündən üç il sonra Teymurxan-Şurada çap olunmuşdur.
  2009-cu il sentyabrın 26-da Dağıstanin Süleyman Stalski rayonunun Əlqədar kəndində Mirzə Nəsən Əfəndinin muzeyi açılmışdır.
  Azərbaycanın orta məktəbləruində işıqlı fikir adamlarından biri olan M.H.Əfəndinin ədəbi irsinin öyrənilməsi  müvafiq təhsil qurumlarını ciddi düşündürməlidir.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM