Azərbaycan Respublikasının Əməkdar müəllimi
Samət Əlizadə (1938-2002) vaxtilə Azərbaycanda yeganə universitet olan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində bizim ən yaxşı müəllimərimizdən biri idi.Olduqca təvazökar və olduqca tələbkar müəllim idi.
Əslində tələbkarlığa bir hacət, ehtiyac da yox idi. Füzulidən xüsusi kurs aparırdı.Bu da o demək idi ki,ADU-da Məhəmməd Füzulini ən yaxşı bilən,anlayan və hamıya anlatmağı bacaran alim idi.
Samət müəllimin dərslərindən başa düşdük ki, Füzulini FÜZULİ edən Azərbaycan dilinin incəliyi,gözəlliyi,şirinliyi,söz içində söz demək ustalığı imiş.Füzuli üş dili şeir yazmaq dərəcəsində bilsə də, ona poetik vüsət,poetik rəngarənglik , poetik məzmun verən Azərbaycan dili imiş.
Deməli, Samət müəllim bizə Azərbaycan dilinin gözəlliyini öyrədirmiş.Amma biz hamımız-özündən razı olan tələbələr-studentlər özümüzdən yerdən göyə qədər razı idik.Elə bilirdik ki,Azərbaycanda Azərbaycan dilini bizdən başqa yaxşı bilən kimsə yoxdur.
Samət müəllimin elə birinci dərsində başa düşdük ki, Azərbaycanda dilin incəlikləri hamıdan yaxşı bilən bir nəfər varsa, o da Samət Əlizadənin özüdür.Bu dərsə qədər potokun-4 qrupun tələbələrinin çoxu xtisas kimi dili yox,ədəbiyyatı seçmişdi. Samət müəllimim ilk dərsindən sonra vəziyyət dəyişdi. Zarafatla bəzən döş cibinə qırmızı turp qoyub şəkil cəkdirən futurist şairlərimiz də ixtisas kimi dilçiliyi seçdilər. İndi hamı Samət Əlizadə olmaq istəyrdi.Amma, əlbəttə, dekan o yana,heç dekanlığın kargüarlıq padşahı Paplı xanım da buna icazə verməzdi.
Samət müəllim Füzulinin bir qəzəlini özünə məxss olan avazla, məlahəli səslə oxuyar, sonra beytləri düyünə düşmüş ipləri açan kimi açardı.Hər dəfə dəfə də bizləri köməyə çağırar,sanki özünə bir köməkçi axtarardı.Bizim canfəşanlığımız o dərəcəyə çatardı ki, misgər şagirdinə oxşayardıq. (Sözü bir az dəyişirəm ki,zarafatyana söz deməyəsijnz.).
Bu yarışmada,canfəşanlıqda həmişə biz uzuduzardıq. Lakin bunun əvəzində ixtisas vərdişinə yiyələnərdik.
Samət müəllim yaxşı mətnşünas idi. Xətti də yaxşı idi. O,klassik xəttatların qələtini düzəldə bilirdi.Bilirdi ki, ərəb mənşəli sözün hansı hərfindən sonra "SAD" hərfi gəlir,yoxsa "SİN" hərfi.
Biz "ZAD"ların da, "ZE" lərin də sözdəki yerini Samət müəllimdən öyrəndik.
O vaxtlar (Bizim universitet illərimiz 60-cı illərin II yarısına düşürdü) "Kitabi -Dədə Qorqud"dan hələ o qədər də geniş danışılmırdı.Amma sonralar başa düşdük ki,Samət müəllim mətnşünaslığa bəlkə də "Dədə Qorqud"dan başlayıbmış.
Samət müəllim bizə dərs deyəndə hələ dosent idi,professor deyildi. Bəzən paxıllıq edirdik ki, niyə Əhməd müəllim,Məmməd müəllim professordur,Samət müəllim isə yox.Sonralar bizim professor müəllimimiz də professor oldu.Özü də ən yaxşı professorlrdan biri.İlk dəfə onun professorluğunun tərifi ulu öndərimiz Heydər Əliyevin Dədə Qorqud tədbirlərindəki nitqində eşitik.
“Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd edildiyi dövrdə görkəmli dövlət xadimi Heydər Əliyev bu qəhrəmanlıq eposunun Azərbaycan xalqına çatdırılmasının əhəmiyyətindən bəhs edərkən demişdir:
“Biz onu da qiymətləndirməliyik ki, bir çox alimlərimiz, yazıçılarımız bu mövzuya xüsusi fikir vermiş, əsərlər yaratmışlar və “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanın həyatında, ədəbiyyatında yaşamış və inkişaf etmişdir. Bu nəşrlər içərisində “Kitabi-Dədə Qorqud”un 1988-ci ildə Fərhad Zeynalovun və Samət Əlizadənin rəhbərliyi altında həyata keçirilmiş samballı nəşrini xüsusi qeyd etmək olar”.
Samət Əlizadə 1987-cildə türk oğuznamələrindən birinə yeni həyat verdi. "Əmsali-tMəhəmmədəli " adı ilə kataloqlara düşən, hər səhifəsində 15 sətri olan 78 səhifəlik kitabı 223 səhifədə 28.000 tirajla "Oğuznamə "adı ilə Aaərbaycan dilində türk dunyasının oxucularına çatdırıldı.
Samət Əlizadə nəşrin əvvəlində kitabdakı əmsali-türkilərin ədəbi,mətni və qrammatik təhlilini vermişdir.
İndi də S.Əlizadənin 1972-ci ildə itirdiyim 2 səhifəlik əiyazmasına qayıdıram.
1972-ci ildə Azərbaycan Dövlət Universitetində müdafiə etdiyim diplom işimin mövzusu
" Müasir türk dillərində rus dili və rus dili vasitəsilə başqa dillərdən alınmış sözlərdən əmələ gələn feillər" idi. Diplom rəhbərim filologiya elmləri doktoru,professor,dunya şıhrətli tütkoloq Fərhad Zeynalov idi.
Fərhad Zeynalovun məsləhəti ilə 2 ay Moskva və Leninqrad arxiv və kitabxanalarında işləmişdim, müxtəlif türk dillərində 100-dən artiq elmi,bədii,publisistik əsəri oxuyub mövzuya uyğun yüzlərlə dil faktı,dil nümunəsi materialları toplamışdım.
İncəvara, yaxşı bir tələbə tədqiqatı əsəri ortalığa çıxmışdı. Diplom rəhbərimin hələ müdafiədən əvvəl söylədiyi təriflərdən yerə -göyə sığmırdım.
Diplom işinə opponentlik etmək dosent Samət Əlizadəyə tapşırıldı.Güman edirdim ki,o da diplom işimi dosenti olduğu kafedranın müdiri kimi tərifləyəcək.Amma Samət müəllim diplom işimi yazdığı rəylə birlikdə səhəri gün mənə qaytarnda iki səhifəlik rəyin, demək olar ki,tən yarısında mənə-diplomanta öz tənqidi fikirlərini yağdırmışdı.Yenə də sevindim .Əlimdə opponentin səliqə ilə yazılmış rəyi var idi. Rəyin sonundakı iki cümlə isə daha maraqı idi:
"Asanlıqla və qısa müddətdə aradan qaldırıla bilən bu nöqsanlar diplom işinin əhəmiyyətini azaltmır.
Nazim Nəsrəddinovun diplom işi ən yüksək qiymətlə müdafiəyə layiqdir.
27.051972. İmza (S.Əlizadə) ".
Mayın 31-də müdafiə günü Diplom Komissiyasını Sədri Bəkir Nəbiyevin və fakültə elmi şurasının qərarı ilə mənə-qiyqbiçi tələbəyə,leytenant Şmidt adına neft maşınqayırma zavodunun tokarına
Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranrurasında türk dilləri ixtisası üzrə oxumağa göndəriş verildi.
... Sağlığında xətrini şox istədiyim əməkdar elm xadimi, professor Samət Əlizadənin əlyazma şəklində olan, elmi üslubda yazılmış rəyini o vaxtdan itirmişdim. Bu yaxınlarda - alimin 80 yaşının təntənəli şəkildə keçirildiyi günlərində, səliqəsiz arxivimdən həmin iki səhifəlik rəyi tapdım və 46 il itmiş hesab etdiyım əlyazmanı və onun işığında yazdığım yazını sizlərlə bölüşməyi qərara aldım.
Bakı.
20.04.2018
P.S. Yazıya Samət Əlizadənin ən sevimli tələbələrindən,tədqiqatçılarından bə təəssübkeşlərindən biri-
Sona Xəyalın 2008-ci idə nəşr etdirdiyi "Samət Əlizadə-70"
kitabının üz qabığının şəklini də əlavə edirik.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM