Qafur Rəşad Mirzəzadə fenomeni

20:58 / 25.04.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 
 

  AXC-nin   100 illiyi ərəfəsində   görkəmli maarif xadimlərinin səyləri ilə Azərbaycanda təhsil sahəsində böyük canlanma müşahidə olunurdu. Vətən övladlarının işıqlı gələcəyi naminə ziyalıların birgə fəaliyyətləri yeni məktəblərin, nəşriyyatların və dərsliklərin yaranması ilə nəticələnirdi. Ölkəmizdə maarifçilik işinin yüksəlişində böyük xidmətləri olmuş həmin ziyalılardan biri də Qafur Rəşad  Mirzəzadə idi.

Qafur Rəşad Ələkbər oğlu 1884-cü il may ayının 6-da  Şamaxıda   anadan olmuşdur.

Bəzi tədqiqatçılar onun Lahıcda anadan olduğunu yazırlar.

Qafurun   boyaqçı   babası  bəzən yazı-pozu   işı ilə məşğul olurdu. Boyaqçıllıqla  məşğul olan  bu nəsli   "Mirzəzadə" soyadı ilə   da məhz bu məşğulluq ilə ilgilidir.

Qafur ilk təhsilini mollaxanada almış, 1894-cü ildə isə  təhsil müddəti altı il olan Şamaxı Şəhər Məktəbinə daxil olmuşdur.Bu məktəbdə oxuyanlar 6-cı sinfi qurtarandan sonra  bir il  də real (rüşdiyyə) məktəbdə oxuyandan sonra ali təhsil müəssisələrinə daxil ola bilərdilər.

Şamaxıya ən yaxın ali təhsil müəssisəsi də o vaxtlar Tiflisdə idi.

Qafur 3 yaşında olanda Şamaxı Şəhər Məktəbinin 2 şagirdi Tiflisdəki Aleksandrovski  Müəllimlər İnstitutunu  bitirimişdi.  Onlardan  biri  kasıb ailədən olan Sultan Məcid Qənizadə,digəri isə varlı ailədən olan Həbib bəy Mahmudbəyov idi.

Sultan Məcidin  və Həbib bəyin indiki Öğuzdan  olan Süleyman adlı varlı dostları da var idi. Bu üç dost haqlı olaraq, Azərbaycanın  Avropalı ilk ali təhsilli pedaqoqları  hesab olunur.Çox təəssüf ki,1887-ci il iyunun 20-də Tiflisdə Aleksandrovski  Müəllillər İnstitunda keçiriləm  təntənəli buraxılış tədbirində azərbaycanlı bu üç tələbəyə müəllim işləmək üçün təyinat verilməmişdir.

Filalogiya elmləri doktoru,professor X.Məmmədovun  yazdığına görə   bu, hökumətin 06.10.1885-ci il tarixli təliqəsinə əsalanırdı.Bu təliqəyə görə islam dininə mənsub olanlar   ali  tipli xalq məktəblərinə  ən zəruri hallarda buraxılırdılar. (4, səh.58).

 Ailənin maddi vəziyyətinin  ağırlığı ucbatından  ali təhsil almaqdan ötrü real məktəblərdən birinin 7-ci sinfinə   daxil olmaq imkan  olmadığı üçün  Q.R.Mirzəzadə məzunlar üçün yaradılan qaydalardan istigadə edərək, ibtidai məktəbdə müəllim işləmək qərarına gəlir.  O,bu məqsədlə 1901-ci ildə Bakı Klassik Gimnaziyasının nəzdində olan imtahan komissiyasına imtahan verir və böyük müsabiqənin yeganə qalibi olur. Onun sonrakı təhsili 1922-1922-ci illərdə oxuduğu  iki illik Ali Pedaqoji kurs, bir də 1923-1927-ci illərdə oxuduğu  Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsidir.

Q.R.Mirzəzadə 17 yaşına qədər Şamaxıda,24 yaşına qədər Lahıcda,ömrünün qalan 35 ilini isə Bakıda yaşamışdır.O,1943-cü ildə,müharibənin qızğın vaxtında təblığatçı kimi  Şamaxıya göndərilir, burada xətələndiyi üçün Bakıya gətirilir və noyabrın 26-da  dünyasını dəyişir.

***

Qafur Rəşad Mirzəzadə haqqında müəyyən tədqiqat işləri aparılsa da,arxivlərdə hələ də vərəqlənməyən toz basmış materiallar çoxdur.

Q.R.Mirzəzadə hər nəsnədən əvvəl elmi biliklərin təbliğatçısı idi.O,ömrü boyu bu təbliğatla,həyat eşqi ilə yaşamışdır.Mənə elə gəlir ki,bu məsələ Şamaxıda rus dilində aldığı məktəb təhsili ilə bağlıdır.Bu məktəbdə işləyənlərin böyük əksəriyyəti Avropada təhsil almış xarici müəllimlər idi.

 Q.R.Mirzəzadənin  şəxsi nümunəsindən belə qənaətə gəlmək olur ki, məktəbin yaxşı kitabxanası,bu kitabxananı sevdirməyi bacaran müəllimi  varsa,,təhsil tərbiyə ilə həmahəngdirsə,o məktəbin uğurları çox olacaqdır.

Q.R.Mirzəzadə 1907-ci ildə Bakıya köçür və “Nəşri-maarif” cəmiyyətinin müəllim hazırlığı kursunda müəllimlik edir. Sonra “Rus-tatar” məktəbinə dəyişilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918) Xalq məktəbləri direktorunun əmri ilə milli fənləri tədris etmək üçün  Bakının 2-ci realnı məktəbinə təyinat alır. Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU), Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Sənaye Akademiyasında, Sənaye İnstitutunda, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda çalışır.
Qafur Rəşad dövri mətbuatda da müxtəlif sosial problemlərə dair publisistik  məqalələrlə çıxış edir.

Onun 1908-ci ildə işıq üzü görən “Ayineyi-millət” kitabında mütilik tənqid edilir, milli dirçəlişə çağırış və maarifçilik əsarətdən qurtuluşun əsas vasitəsi kimi diqqətə çatdırılır.


Q.Rəşad Azərbaycan məktəblərinin dərsliklərlə təminatı məsələsində səyini əsirgəmirdi. “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “İbtidai coğrafiya”, “Coğrafiya terminləri lüğəti”, “SSRİ-nin iqtisadi coğrafiyası”, “Xəritə üzərində əməli iş” kimi ümumilikdə 18 dərslik və dərs vəsaiti nəşr etdirir. Onun Məmmədsadıq Axundov və Əbdürrəhman Əfəndizadə ilə birgə hazırladığı “Rəhbəri-sərf”, “Rəhbəri-hesab” dərslikləri uzun illər məktəblərdə tədris olunub.
Milli uşaq ədəbiyyatının inkişafında da Q.Rəşadın xidmətləri olub. O, Ə.Əfəndizadə ilə birgə Azərbaycanda “Məktəb” adlı ikinci (ilk uşaq nəşri 1906-cı ildə çıxan “Dəbistan” jurnalı idi) uşaq jurnalının (1911-1920) və eyniadlı mətbəənin təsisçisi olub. Jurnal Xalq Cümhuriyyəti dövründə uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynayıb.

Q.R.Mirzəzadə uşaq pedaqoji mətbuatımızın əsas yaradıcılarından biridir.Onun "Məktəbi"  jurnalını (1911-1920)   böyüklər də həmişə böyük məhəbbətlə  qarşılayırdılar

Q.Rəşad kasıb və kimsəsiz uşaqları milli dövlət məktəblərinə, eləcə də özünün xüsusi məktəbinə cəlb etmək məqsədilə dövri mətbuatda tez-tez çıxışlar edir. Q.Rəşad, görkəmli maarif xadimləri S.S.Axundov və Ə.Əfəndizadə uşaq ədəbiyyatının yaradılmasında folklor nümunələrindən geniş şəkildə istifadə edir, xalq hikmətlərinin yaşadılması və gələcək nəsillərin təlim-tərbiyə olunmasını diqqətdə saxlayırdılar. 
Tanınmış maarifçi tərcümə sahəsində də özünü sınayıb, L.N.Tolstoyun “İnsana çoxmu torpaq lazımdır?”, “Baha oturur”, “Barmaq boyda uşaq”, “Dövlətli sərçə və dişli siçan”, “Bir-birinə məhəbbət ediniz” və P.N.Polevoyun “İki yol, iki yoldaş” əsərlərini dilimizə tərcümə edərək Azərbaycan oxucusunun ixtiyarına verib. 
Qafur Rəşad 26 noyabr 1943-cü ildə vəfat edib.

 Azərbaycanda Q.R. Mirzəzadəni (1884-1943) — pedaqoji irsində onun coğrafiya haqqında elmi və elmi pedaqji əsərlər mühüm yer tutur.

O,1923-1927-ci illərdə Bakı Ali Pedaqoji İnstitutunda oxumuşdur.Burada  işləmək üçün Türkiyədən tərbiyə və  tədris işinə  bir neçə professor  və  müəllim dəvət ounmuşdu.Onlardan biri də Türkiyəli tərbiyə doktoru Xəlil Fikrət idi.  Xəlil Fikrət 1926-cı ilin sonlarında Almaniyaya,oradan da Türkiyəyə gedərrkən,öz tələbəsinin kitabların da dost hədiyyəsi kimi aparmışdı.Halil FikrətinTürkiyədə nəşr etdirdiyi COĞRAFİYA  aid kitabıbdakı mövzulardan Qafur Rəşadın qələminin səsi gəlir.

Belə bir fakt da maraqlıdır ki,Tüekiyəli tərbiyə doktoru Bakıda işləyərkən onun tələbəsi Q.R.Mirzəzadənin cöğrafiyaya aid 9 dərsliyi şap olunmuşdu.

Milli məktəblərin dərsliklərlə təmin olunması sahəsində Qafur Rəşadın xidmətləri böyükdür.

Q.R.Mirzəzadənin  dərslikləri fənnin tədrisindən başqa, ədəbi  dilimizin formalaşmaslnda nümunə idi.

"Rəhbəri-sərf" (Məmmədsadıq Axundovla birgə, 1910),"Rəhbəri-hesab" (Əbdürrəhman Əfəndizadə ilə birgə, 1910)dərslikləri uzun illər məktəblərdə tədris olunmuşdur.

Bununla yanaşı, dərsliklər vasitəsilə  milli uşaq ədəbiyyatının inkişafında da Qafur Rəşadın xidmətləri böyükdür.

O, Azərbaycanda "Məktəb" adlı sayca ikinci uşaq jurnalının (1911- 1920) və   uşaqlara məxsus ədəbiyyat nəşr edən eyniadlı birinci mətbəənin təsisçisidir.

Q.R.Mirzəzadəyə "Məktəb"  jurnalınım nəşrinin ən böyük müttəfiqi Əbdürrəhman Əfəndizadə olmuşdur.Onların birgə fəaliyyəti 1918-i ilədək- Əbdürrəhman Əfəndizadənin vəfatınadək  davam etmişdir.

Sonralar "Məktəb"in   bütün  ağırlığı Q.Mirzəzadənin üstünə düşmüşdür.

 Bir neçə nömrəsi Cümhuriyyət dövründə nəşr olunmuş "Məktəb" jurnalı uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynamışdır.

 İki həftədə bir dəfə nəşr olunan "Məktəb" jurnlının ilk nömrəsi 1911-ci il noyabrın 29-da çıxmışdır.

Jurnalın 1911-ci ildə 3,

1912-ci ildə  19,

1913-cü ildə 22, 

1914-cü ildə 20,

1915-ci ildə 15,

1916-cı ildə 11,

1917-ci iıdə  2 ,

1918-ci ildə  3,

1920-ci ildə  3 nömrəsi çap olunmuşdur.

"Məktəb"in bu adla sonuncu nömrəsi  1920 -ci il martın 21-də çıxmışdır.

"Məktəb" 1925-ci ilə "Məktəb məcmuəsi" adı ilə nəşr olunmuşdur.Bu nömrədəki bəzi materialların növbəti nömrədə veriləcəyi qeyd olunsa da,  "Məktəb"in  növbəti nömrəsi oxucuların görüşünə  gəlməmidir.Çox güman ki,bunun əsas   səbəbi jurnalın redaktoru, Xalq Maarif Komissarlığının şöbə müdiri, Azərbaycan Ali Pedaqoji İnstitutunun milliyyətcə başqırd olan rektoru Şərif MANATOVUN iş yerinin dəyişilməsi ilə əlaqədar olmuşdur.

Maraqlıdır ki, birinci nömrənin yarlmçıq qalan materialları da  Şərif Manatovun arxivində itib-batmışdır.

 

Coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşadın  "Qafqaz coğrafiyası" (1910)"İbtidai coğrafiya" (1922), "Xəritə üzərində əməli iş" (1943) dərslikləri   bu gün də türk dünyasının  ən uğurlu dərslikləri cərgəsindədir..

 

Q.R.Mirzəzadə bacarıına inandıı və güvəndiyi  pedaqoq-yazıçıları jurnalın ətrafına toplamış, orijinal şeir və hekayələrdən, müxtəlif dillərdən edilən tərcümələrdən, elmi-kütləvi məqalələrdən ibarət zəngin uşaq ədəbiyyatı xəzinəsi yaratmış, yeni yazıçı nəslinin yetişməsi işində böyük xidmət göstərmişdir.

AXC dönəmində eyni zamanda bir sıra yeni dərsliklər də hazırlandı ki, bu işdə görkəmli maarifçilərdənSəməd bəy Acalov, Mahmudbəy Mahmudbəyov, Fərhad Ağazadə, Cəmo bəy Cəbrayılbəyli,Ağa bəy İsrafilbəyov,Abdulla Şaiq,Abdulla bəy Əfəndizadə,Qafur Rəşad Mirzəzadə,Firidun bəy Köçərli başqalarının xidmətləri vardır.

Qafur Rəşad Mirzəzadə həm də naşir idi.Onun   milli təəssübkeşliyin iftixarı olan kitabları,nəşr etdiyi   və əməkdaşlıq etdiyi jurnallar  oxumaq, təhsilini artırmaq  istəyən  hər bir  türkün evinin bəzəyi idi.


Mirzəzadələrin Bakıdakı məşhur  "Məktəb" mağazası gənclərin ən şox ziyarət etdikləri pedaqoji məkan idi.Mağazanı  Qafur Rəşadın nəşriyyat işindən xəbərdar olan kişik qardaşı Ağa Kərim Mirzəzadə idarə edirdi. 

 Q.R.Mirzəzadənin  ədəbi dilin tələblərini yaxşı başa düşür, hər bir yazısını məhz bu tələblərə uyğunlaşdıra bilirdi. Onun hər bir əsərinin uğuru,sevilə-sevilə oxunmasının əsas sbəblərindən biri də məhz bununla ilgili idi. Bu gün Azərbaycan ədəbi dilində işlənən bir çox coğrafiya  terminlərinin çoxunun formalaşmasında,dildə sabitləşməsində  Q.R.Mirzəzadənin rolu danılmazdır. 

***

Q.R.Mirzəzadə kimi qüdrtэli bir müəllim,işıql ziyalı haqqında qeydlərimi yazıb qurtarandan sonra belə bir suala cavab axtardım:
 
"Gərəsən, hərtərəfli ensiklopedik biliyə malik olan bu insanın xatirəsini əbədiləşdirmək üçün  ziyarətgahımız varmı?"

Vaxtilə bu sualı  Qafur Rəşadın yaxşı tanıdığım oğlu  Ağa Şərifə-Bakı Dəmir Yolu Texnikumunun müəlliminə ünvanlamışdım,amma,təəssüf ki, cavab ala biməmişdim....
Sual hələ də açıq qalır...
 
 
 
Ədəbiyyat siyahlsı
 
1.Nazim Axundov. Azərbaycanda dövri mətbuat.(1832-1920).Biblioqrafiya.Bakı,1965 .
2.Rəmzi Yuzbaşov. Məşhur coğrafiyaşünas Qafur Rəşad Mirzəzadə.Bakı.1968.
3.Əbdül Əzizov. Uşaqların sevimlisi (XX əsr Azərbaycan uşaq mətbuatı tarixindən).Bakı,1978.
4.Xeyrulla Məmmədov. Sultan Məcid Qənizadə.Bakı,1883.
5.Nazim Nəsrəddinov. "Məktəb" jurnalının layiqli davamçısı-"Məktəb məcmuəsi "dərgisi
                      // "Azərbaycan məktəbi" jurnalı, Bakı,2009 ,N 4, səh.108-112.     
 
 
 
25.04.2018.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM