Azərbaycan Respublikasının Əməkdar müəllimi
Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı - professor Fərhad Ramazan oğlu Zeynalov (22 iyun 1929-16 oktyabr 1984)
Mən yaxşı müəllimlərimi həmışə yaxşı xatırlayıram.
Yaxşı xatırladığım müəllimlərimdən biri də Azərbaycan Dövlət Universitetində bizə türkologiyanın əsaslarını öyrədən filologiya elmləri doktoru Fərhad Zeynalov idi. Biz II kursda oxuyanda -1968-ci ildə Fərhad Zeynalova professor adı verdilər. O vaxtlar ali məktəblərdə professorlar az idi: bəlkə də onları barmaqla saymaq olardı.
Fərhad Zeynalov SSRİ və dünya miqyasında tanınan professorlardan idi. Hər dəfə xarici ölkələrdən elmi məzuniyyətlərdən, konfrans və simpoziumlardan qayıdanda bizə maraqlı elmi mülahizələrini söyləyir, fikirlərini bizimlə bölüşərdi. Bəlkə də həmin mülahizələr çoxları üçün qaranlıq idi, amma Fərhad müəllim elə ürəklə danışırdı ki, hamının diqqəti ona yönəlirdi.
Bir dəfə xarıci səfərlərin birindən qayıdandan sonra Fərhad müəllim sevinc və qürurla Nizaminin Azərbaycan dilində yazdığı şeirlərinin izinə düşdüyündən söz açdı. Fərhad müəllim tələbələrin suallarına cavab verməyə hazır idi, lakin heç kəs sual verməyə cəsarət etmədi. Deyəsən, yöndəmsiz danışan elə mən oldum. Nizaminin türkcə şeirlərinin orijinalı ilə maraqlandım. Fərhad müəllim şübhələrə son qoymaq üçün çoxlu misallar çəkdi, müqayisələr apardı və təbii ki, tapdığı və ya izinə düşdüyü arxiv materiallarını bizə göstərə bilmədi. Bəlkə də həmin materialları ilk dəfə geniş elmi yığıncaqların dinləyicilərinə təqdim etmək istəyirdi. (Sonralar məlum oldu ki, bu Nizami o Nizami deyilmiş). Hər halda biz, professorla debata hazırlaşmağa maraqlı idik.
Fərhad Zeynalov ilin ən uzun və ən işıqlı günündə - 22 iyun 1929-cü ildə Ordubadda dünyaya göz açmışdır. 18 yaşında Ordubad Mədəniyyət Evinə direktor təyin olunmuşdur. Bir ildən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1953-56-cı illərdə Moskvada aspirantura təhsili almış, gənc dilçi alim kimi Bakıya qayıtmışdır. Artıq 1966-cı ildə Fərhad Zeynalov filologiya elmləri doktoru idi. Onu türk dünyasının dilçiləri də, ədəbiyyatşünasları da tanıyırdılar.
F. Zeynalov siyasi əngəllərə sinə gərərək, Azərbaycanda türkologiya məktəbi yaratmışdır. O, elmi qabiliyyətinə və elm üçün zəruri olan inandırıcı düşüncə tərzinə güvəndiyi gənc alim və aspirantları kafedranın işinə cəlb edə bilmişdi.
F.Zeynalov əməkdaşları auditoriyalardan özü arayıb axtarırdı. Fərhad müəllim bu məqsədlə kurs işlərinə daha çox üstünlük verirdi. Bəzən tələbələr onun tələbkarlığından ehtiyat edərək, kurs işlərini səriştəli yazmaqdan ehtiyat edirdilər; birdən onlar elmi məsələlərə daha ciddi, daha tələbkar olan Fərhad müəllimin diplomantlarının siyahısına düşərlər.
Səhv etmirəmsə, "Abbas Səhhətin yaradıcılığında köməkçi nitq hissələrinə aid sözlərin üslubi xüsusiyyətləri" mövzusunda kurs işi yazırdım. Filologiya fakültəsində məndən bir kurs yuxarıda oxuyan gürcüstanlı Mədinəyev Ələddin kurs işimi oxuyanda dəhşətə gəldi:"Ayə, bu nədir yazmısan.Sən kimsən ki, 8 dəfə Fərhad Zeynalovun dediklərinə etiraz edirsən, hər dəfə də mötərizədə fikrin sənə aid olduğunu inisialınla- "N.N" ilə göstərirsən".Doğrusu, sonralar Ələddinin etirazını başa düşdüm: mən Fərhad müəllimlə nahaq yerə mübahısə edirəmmiş, Fərhad müəllim düz deyirmiş.
...Kurs işləri yoxlanılıb qurtarmışdı.Hamı narahatlıqla Fərhad müəllimin rəyini gözləyirdi. Fərhad müəllim dəftərlərin içindən 3-4-nü seçərək auditoriyaya diqqətlə nəzər saldı. Elə bildim məni axtarır ki, yazdığıma görə mənim dərsimi versin. İlk dəfə Lerikli Bayraməli Aslanovu soruşdu. O ayağa qalxdı.Fərhad müəllim onu təriflədi, kurs işinə elmi yanaşmasını xüsusilə vurğuladı. Sonra Cəlilabadlı Dilavər Əliyevin adını çəkdi.Onu da təriflədi. Bir az sükutdan sonra auditoriyaya xeyli göz gəzdirib, mənim adımı çəkdi. Ayağa durdum. Fərhad müəllim əlindəki dəftərlə məni hədələyirmiş kimi "hamıdan yaxşı sən yazmısan,-dedi, diplom işini məndən götürərsən".
Fərhad müəllimin mənə verdiyi diplom işinin mövzusu belə idi: "Müasir türk dillərində rus dili və rus dili vasitəsilə başqa dillərdən alınmış sözlərdən əmələ gələn fellər".
Fərhad müəllim evindən mənə diplom işini yazmağa gərəkli olan qalın-qalın kitablar gətirdi. Bunlardan ən maraqlısı qazax dilçisi V.İsenqaliyevanın "Тюркские глаголы с основами, заимствованными из русского языка. Алма-Ата ,1966" kitabı idi. Mən diplom işində əsasən bu kitaba istinad etməli idim. Maraqlıdır ki, Fərhad müəllim qazax dilçisindən fərqli olaraq, mövzunu təkcə rus dili ilə yox, Avropa dilləri ilə də əlaqələndirib təsdiq etdirmişdi. Mən 10-dan artıq türkdilli xalqların elmi və bədii əsərlərini varaqladım, mövzuya aid çoxlu nümunəlr tapdım.Diplom işi üçün lazım olan materialları arayıb axtarmaq məqsədilə Moskva və Leninqradın (indiki Sankt-Peterburq) arxiv və kitabxanalarında işlədim.Müdafiə uğurla keçdi: məni - filologiya fakültəsinin qiyabiçi tələbəsini-leytenant Şmidt adına neft maşınqayırma zavodunun tokarını Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçılik İnstitunun aspiranturasına oxumağa göndərdilər. İmtahan verıb qəbul olundum. Doğrudur, institutun direktoru, atamın məktəb yoldaşı əyani fakültədə boşluqda qalanlardan birini qiyabi şöbəyə-mənim yerimə qəbul etmək istədi. lakin insanlara qiymət verməyi bacaran dövlət adamları direktora da, akademiyanın rəhbərliyinə də qaydaları başa saldılar.İnstitutun rəhbərliyi sərt mövqeyini başqa şəkildə bildirdi; mən ərəb əlifbalı "Ziya" və "Ziyayi-Qafqasiyyə"qəzetlərinin (1879-1884) dilini tədqiq etməli idim. Sağ olsunlar, akademiya mənə hər şeydən əvvək əski əlifbalı yazıları oxumağı öyrətdi.
Fərhad müəllim mövzunun adını eşidəndə bir az pərt oldu O bəlkə də məni universitetdə saxlaya bilmədiyinə təəssüf edirdi.
Fərhad müəlimin dilçılık görüşləri mənim dilçilik məsələlərinə ciddi yanaşma meyarımdır. Onun "Müasir türk dillərində köməkçi nitq hissələri"(1971), "Türk dillərinin müqayisəli qrammatikası"(1975),"Qədim türk yazılı abidələri"(1980),"Türkologiyanın əsasları"(1981) adlı monoqrafiya və dərslikləri, dünyanın nüfuzlu elmi jurnallarında çap olunmuş onlarla elmi məqaləsi dilçilik elmimizin uğurlarındandır.
Fərhad Zeynalov və Samət Əlizadənin birlikdə nəşrə hazırladıqları "Kitabi-Dədə Qorqud" kitabı dünya türkoloqlarının mükəmməl nəşr kimi müraciət etdikləri xalq eposlarından biridir. .
Fərhad Zeynalovu dünya türkoloqlarına yaxından tanıdan ilk əsəri 1957-ci ildə Bakıda nəşr olunan "Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü" monoqrafiyasıdır. Bu gün bu əsərin yenidən nəşr edilməsinə böyük ehtiyac vardır. Elmi qrammatikamızın və ona əsaslanmalı olan orta məktəb dərsliklərinin yazılmasında bu monoqrafiya əsaslı istinad nöqtəsi kimi qiymətləndirilməlidir. Biz bu gün sözlərin nitq hissələrinə ayrılmasında hansı prinsipdən istifadə etməkdə çətinlik çəkirik. "Yaxşı" sözü işlənmə məqamına görə həm sifət, həm zərf, həm də modal söz kimi izah edilir. Halbuki bir çox dilçilərin fikrinə görə bir söz ancaq bir nitq hissəsinə aid olmalıdır.
Fərhad Zeynalvun ad günündə dillçıliyimizin problemləri haqqında bu gün gur səslə danışa bilərik. Belə məqamda gur səslə danışmağı bizə Fərhad Zeynalov öyrətmişdir.Mən yazdığım məqalələrdən birinin adını diçiliyimizin Axilles dabanı" adlandırmıdım. Mən burada orfoepik qaydalarımızdakı boşluqlardan söz açmışdım. Sonradan məlum oldu ki, dilçiliyimizdə bir yox, bir neçə Axilles dabanımız vardır.
Mən burada bir çox məsələlərdən danışmaq istərdim. 2012-ci ildə Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə işgüzar əlaqələr yaratmağa cəhd etdim. İnstitutun ovaxtkı direktorunu və bir neçə elmi əməkdaşını məktəbə dəvət etdik. Geniş fikir mübadiləsi apardıq. Tədbirdə məktəbin ixtisas müəllimləri də, yuxarı sinif şagirdləri də fəal iştirak etdilər. Elmi, elmi-pedaqoji sahədə birgə müəyyən işlər görmək müəyyənləşdirildi. Sonralar institut rəhbərliyinin dəyişdirilməsi bu əməkdaşlığı bir az səngidi. Şagirdlərimizin ciddi hazırlaşmalarına baxmayaraq, Dilçilik İnstitutu ilə birgə Mirzə Kazım bəyin 1839-cu ildə nəşr edilən "Türk-tatar dillərinin qrammatikası (Грамматика турецко-татарского языка") kitabının 175 illik təntənəsini keçirmək tədbirimiz də baş tutmadı.
Yeri gəlmişkən bir məsələni xüsusilə vurğulamaq istəyirəm. AMEA-nın müvafiq institutları orta məktəb şagirdləri üçün hazırlanan dərsliklərə nəzarət edə bilmir.
Bu gün elmi qrammatikada hələ tam müəyyənləşməyən fikirlər orta məktəb dərsliklərinə yol tapır.Bu gün dərsliklərdə adlıq cümlə yersiz qalıb.Vasitəli və vasitəsiz nitqə aid məsələlərin izahında müəyyən sürüşkənlik var. Sintaktik əlaqələr məsələsi orta məktəb dərsliklərində yaxşı izah olunmayıb. III növ təyini söz birləşmələrinin arasına daxil olan sözün izahında ikilik var. "Mənim Şamaxıda evim var", "Mənim beş kitabım var" tipli cümlələrinin sintaktik təhlili orta məktəb dərsliklərində hələ də aydın izahını tapmayıb.
Azərbaycan dilində durğu işarələrindən istifadə qaydalarına aid elmi mənbə olmadığına görə hələ də yazımızda müəyyən dolaşıqlıqlar özünü göstərir. Opfoqrqfiya qaydalarına müzakirələrində orta məktəb müəllimləri seyrçi mövqe tuturlar.Orfoqrfya lüğətimizin geniş oxucu kütləsinə təqdimi ləngiyir. Mürəkkəb adların yazılışında problemlərimiz hələ də həll olunmayıb. Bu gün yazıda buraxılan səhvə görə heç kəs heç kəsdən üzr istəmir.
Orta məktəblərin X və XI siniflər üçün yazılmış Azərbaycan dili dərsliklərinin yeni nəşrinə diqqətlə yanaşılmalıdır.Bu dərsliklər vaxtilə TQDK-nın seminarlarında həftələrlə müzakirə edilmişdir. Lakin vaxt məhdudluğu ucbatından çox vaxt müzakirələrdə qaldırılmış məsələlər unudulur, dərsliklərin yeni nəşrlərində əsaslı düzəlişlər edilmir.
X sinfin Azərbaycan dili dərsliyində türk dillərinin ailə şəcərəsi nöqsanlı şəkildə təqdim olunmuşdur.
Burada dilimizin adı Konstitusiyamızdakı adından fərqlidir.
Türk dillərinin ailə şəcərəsindəki inkişaf yönü düzgün göstərilməmişdir.
Portret oçerklərində bir sıra yanlışlıqlar vardır. Bu, ən çox Mahmud Kaşğari portret oçerkinə aiddir.
Bu gün orta məktəblərdə dili qrammatikadan bir növ təcrid edərək öyrətmək məsləhət görülür.Halbuki,dünyada dil öyrətmə prosesində qrammatikadan imtina etmək bağışlanılmaz səhv sayılır.
Bəlkə də, aşağı siniflərdə qrammatikasız dərs keçmək olar.Amma dilçiliyin orta məktəb proqramına daxil edilmiş bölmələri, o cümlədən dilin morfoloji və sintaktik quruluşu şagirdlərə oyunlarla yox, mütləq elmi əsaslarla öyrənildilməlidir.
Yazının növlərinə aid materiallar yayğındır. Yazı növlərinə aid izahlarda fikir müxtəlifliyi vardır. Elmi fikir müxtəlifliyi dərslik üşün bağıçlanılmaz səhvdir.
Bu gün dünyanın elmi məclislərindən Fərhad Zeynalov kimi dilçilərimizin səsi, çox təəssüf ki, nadir hallarda eşidilir. Halbuki dilçilik elmimizin səsi çoxlarını yuxudan oyatmalıdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM