Azərbaycan Respublikasının Əməkdar müəllimi
"Üsuli-cədid" məktəbləri təlimi yeni üsularla aparılan məktəblərdir.Belə məktəblərdən biri İsmayıl bəy ibn Mustafanın əqidə və məslək dostu
Hacı Səid Əfəndi Ünsizadə (1825,Şamaxı--1905,İstanbul) tərəfindən
1874-cü ildə Şamaxıda yaradılmışdır. Yaradılan ilk illərdə məktəbə Şamaxıdakı sünni və şiə məclisləri maddi kömək göstərirdilər.
1859-cu il səlzələsindən sonraquberniya mərkəzi Şamaxıdan Bakıya köçürülsə də, bir sıra idarələr,o cümlədən Quberniya Əhli-Təsənni İdarəsi Şamaxıda saxlanılmışdı. İdarənin başçısı, quberniya qazısı Hacı Səid Əfəndi Abdurrahman oğlu Ünsizadə idi.Onun yeni üsullu məktəb açmaq ideyasına Bakı qubernatoru D.Staroselski icazə vermişdi.Bu,hər nəsnədən əvvəl S.Ünsizadənin tapşırılan dövlət işinə ləyaqətli münasibəti ilə ilgilidir. Dini məclislərin maddi köməyini nəzərə alaraq, Şamaxının yeni təhsil ocağını -yeni üsullu ibtidai təhsil ocağını "MƏCLİS MƏKTƏBİ" adlandırmışdılar. Burada dərslər yeni təlim üsulları ilə keçirilir,şagirdlər mollaxana məktəblərindən fərqli olaraq, quru yerdə yox, şəhərdəki rusdilli qəza məktəbində olduğu kimi, partada əyləşir,
yazı və qrammatik tapşırıq işlərində, lövhə və tabaşirdən istifadə edirdilər. Məktəbdə əsas əsas fənləri şəhərin rusdilli qəza məktəbinin müəllimləri- S.Ə.Şirvani və C.A.Ünsizadə deyirdilər. Sası dinli E.Pirbudaqov bir müddət bu məktəbdə rus dilini tədris etsə də, sonralar türkdilli məktəbdə müdir olmaq xəyalına düşür.Lakin onun məkrli arzusu baş tutmur, o, rusdilli mətbuatda iştirak etmək niyyətilə Tiflisə köçür. Səid Ünsizadə və onun ortancıl qardaşı,şəhər rus məktəbinin məzunu, məzunluqdan sonralar Məclis Məktəbində işləməklə ynaşı,elə qəza məktəbində Avropadan dəvət olunmuş pedaqoqlarla bir yerdə müəllim işləyən Cəlaləddin Ünsizadə, 1870-ci illərin axılarında daha böyük maarifçilik işləri görmək üçün Zaqafqaziyanın inzibati mərkəzinə -Tiflisə gedirlər. Məclis Məktəbinin bütün ağırlığı burada müəllim işləyəngörkəmli şair, dərslik müəllifi, təzkirəçi Azərbaycan mətbuatının ilk müxbirlərindən biri Seyid Əzim Şirvaninin (Məmmədzadənin ) öhdəsinə düşür. Məktəbə kömək edən bir neçə maarifpərvərsərmayə sahibinin Şamaxıda köçmələri də Məclis Məktəbin maddi vəziyyətini çətinləşdirir. Məktəbə əvvəllər göstərilən yardım getdikcə azalır, müəllim çatışmazlığı tədrisin səviyyəsini
hiss olunacaq dərəcədə aşağı salır. Məclis Məktəbinin ağır günlərində bu yeni təhsil ocağına kömək üçün türkdilli ziyalılara müraciət edilir. Lakin müraciət şəhərin bəzi pul və sərmayə sahibləri tərəfindən soyuqqanlılıqla qarşılanır. S.Ə.Şirvani "Əkinçi" qəzetinin redaktoru H.Məlikova (Zərdabiyə) və sonralar "Ziya" qəzetinin imtiyaz sahibinə-Məclis Məktəbinin yaradıcısı Səid Əfəndiyə də dəfələrlə öz müxbir məktublarıvasitəsilə dəfələrlə müraciət edir. Təəssüf ki nə Zərdabi, nə də Səid Ünsizadə uzaqlardan Şamaxıda yaratdılan ibtidai təhsil
ocağına kömək edə bilmirlər. Məclis Məktəbinin düşdüyü çətinlikləri ürək ağrısı ilə qələmə alan S.Ə.Şirvaninin Bakıya-"Əkinçi" qəzetinin redaktoru,Moskva Universitetinin məzunu H.Zərdabiyə müraciəti Məclis Məktəbinin tarixini öyrənmək baxımından böyük maraq doğurur. S.Ə.Şirvaninin sonralar orta məktəblərdə şagirdlərə "Qafqaz müsəlmanlarına xitab" adı ilə təqdim edilən məsnəvisi türk dünyasının XIX əsrdəki ən məşhur ibtidai məktəblərdən birinə - Şamaxı Məslis Məktəbininə göstərilən seyrçi münasibət çox ciddi şəkildə,təəssüflə pislənilir. S.Ə.Şirvani H.Zərdabidən məsələnin həlli üçün özünün əqidə və məslək dostu Həsən bəy Məlikovdan (Zərdabidən) xahiş edir ki, o , yəni səlahiyyətli və böyük məclislərdə sözü eşidilən Həsən bəy Məlikov - Məclis Məktəbinin düşdüyü çətinlikləri Zaqafqaziya şeyxülislamının və müftisinin diqqətinə çatdırsın. Yeri gəmişlən qeyd edək ki, o vaxtlar Zaqafqaziyanın müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə (15.04.1812, Şamaxı-10.12.1881,Tiflis ) idi. O, müftilik vəzifəsinə təyin olunana kimi Şamaxının Əhli-Təsnni İdaəsinin sədri, quberniya qazısı idi. Mükəmməl dini təhsili var idi. O, Şamaxı Mədrəsəsində işləyərkən bu şəhərdə müəllimlik edən Avropalı əcnəbi pedaqoqlardan rus və fransız dillərini qibtəediləcək dərəcədə yaxşı öyrənmişdi. Ə.Əfəndizadə ömrünün son 7 ilini rusca -türkcə tərcümə lüğətinin tərtibinə həsr etsə də,vaxtsız ölüm bu işi başa çatdırmağa imkan verməmişdi.
O vaxtlar Zaqafqaziyanın şeyxülislamı əslən Salyandan olan,klassik Şəraq ədəbiyyatını, ana dili ilə yanaşı, ərəb və fars dillərini mükəmməl bilən Əhməd Hüseynzadə (1812,Salyan-1887,Tiflis) idi.
Ə.Hüseynzadə də dini vəzidfə çərçivəsində maarifçilik məsələlərinin təbliğində yorulmadan çalışan ziyalılardan idi. Onun fars dilində yazdığı "Dilguşə" adlı dərsliyi uzun müddət Azərbaycan və Türkiyə məktəblərində şagirdlərin istifadəsinə yönəldilmişdir. Əhməd Hüseynzadə (1812,Salyan-1887,Tiflis) Əli bəy Hüseynzadənin ana babasıdır. Deməli, S.Ə.Şirvani Məclis Məktəbinin tərəqqisinə kimlərin daha çox xeyir verə biləcəyini yaxçı başa düşürdü.
Təəssüf ki,bu iki din xadiminin S.Ə.Şirvaninin MƏSNƏVİsinə münasibəti haqqında məlumatımız yoxdur. Amma bu,danılmaz faktdır ki, 1884-cü ilin yanvarında Səid Ünsizadə yenidən Tiflisdən Şamaxıya Əhli -Təsənni İdarəsinə sədr təyin olunduqdan sonra Məclis Məktəbinin işində əsaslı dönüş yaranmış, məktəb ilk illərindəki şöhrəti maarifçilik tariximizdə yenidən bərpa olunmuşdur. Mənfəətdən xali olmadığı üçünS.Ə.Şirvaninin MƏSNƏVİnin son beytlərini orta məktəb dərsliyindəkindən fərqli olaraq, ixtisar etmədən oxucuların diqqətinə çatdırırıq.
...İndi Şirvanda açmışıq məktəb,
Dərsimiz rusü türkü farsü ərəb.
Zəhmətim çoxdu, hiç nəfim yox,
Leyk həqqə ümidvarəm çox- .
Kim, bu zəhmətlər olmaya zaye,
Bəlkə bu macəra ola şaye.
Şeyxül-islamü müftiyi-islam
İkisi bir olub, edə əncam.
Çünki bunlar rəisi-millətdir,
Mədəni-lütfii kani-qeyrətdir.
Necə kim, ol müəllimi-əvvəl,
Ona Tiflisdir məqami-məhəl,
"Qafqazski uçebni"nin miri,
Hikmətin canı, elmin iksiri,
Mahi-fevralda ol səfaxanə,
Mənə yazmışdı bir rizanamə.
Sizi tari, bir eyləyin insaf,
Gövhəri-mətləbə olun sərraf!
Gör necə xeyirxah kəslər var, (I;səh.120)
Eyləyin qeyrət, ey ülül-əbsar!
Bavücudi ki, rusdur o cənab,
Şad olur elm kəsb edə tüllab.
Ol bu əmrə görün, olur dilşad—
Ki, müsəlmanlar olsun əhli-səvad.
Seyyida, bəsdi, nəzmi qıl kutah,
Xatirin cəm qıl ki, inşallah,
Şeyxül-islamü müftiyi-xoşnam
Uşqola əmrinə edər əncam!(I;səh.121)
Bu gün həmin məktəbin-Məslis Məktəbinin işini ŞAMAXI AVROPA LİSEYİ
davam erdirir.(Liseyin direktoru təhsil tariximizi qiymətləndirməyi bacaran ixtisasca tarixçi olan Məzahir Məmmədovdur). 2014-cü ilin dekabrında MƏCLİS MƏKTƏBİnin 140 illik yubileyi rayon səviyyəsində
böyük təntənə ilə keçirilmişdir.
Təəssüf ki,məktəbin 140 illik yubileyini respublika səviyyəsində təntənə ilə keçirmək hələ də unudulur,bir sıra ytədqiaqtlarda Məclis Məktəbinin yaradıcısı kimi məşhur şairimiz S.Ə.Şirvaninin adı çəkilir.
Halbuki S.Ə.Şirvani "Ziya"qəzetinə göndərdiyi müxbir məktublarındabu təhsil ocağının yaradıcısı kimi dostu Səid Ünsizadəynin adını "Siz Şamaxıda olarkən binagüzarlıq etdiyiniz məktəb" sözləri ilə hörmət və fəxarətlə səsləndirir.
Ədəbiyyat.
1.S.Ə.Şirvani.Seçilmiş əsərləri, 3cilddə. 2-ci cild.səh 117-121
Bakı,2005, "Avrasiya PRESS"nəşriyyatı.
2.NəsrəddinovN. Müfti Əbdülhəmid Əfəndi və yamaarifə həsr olunmuş həyat."Azərbaycan müəllimi" qəzeti,04.10.1991. N 75(7213)
3..Əliyev S.H., Abbaslı B.B.Ədəbiyyat.8-ci sinif üçün ƏDƏVİYYATdərsliyi.
Bakı, "Təhsil" nəşriyyatı, 2000-ci il. səh.52-63.
4. Ziyayi-Qafqasiyyə qəzeti.N 4, 1881-ci il,24 dekabr.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM