Qurultay gününün pedaqoji xatirələri

09:53 / 28.11.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Bu gün Bakıda Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı öz işinə başlayır. Qurultay müəllimlərin ölkə qarşısında hesabatıdır. Bu hesabat günündə mən ilk növbədə ilk müəllimimi xatırlayıram. Mən təhsildə qazandığım bütün az-çox uğurlarıma görə orta və ali məktəbdə, Azərbaycan Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında mənə dərs demiş müəllimlərimin hamısına minnətdaram. İlk müəllimim indiki Qəbələnin Vəndam kənd məktəbində mənə birinci sinifdə dərs demiş Zərxanım müəllimə idi. Onda 1953-cü il idi. Biz Vəndamda yaşayırdıq. Bİz kənd uşaqları o vaxt müəllimlərin ancaq adını bilirdik. Evdə də sözümüz -səhbətimiz  ən çox məktələ bağlı olurdu. Mən Zərxanım müəllimədən cəmi bir il dərs almışam.
İkinci sinfi babamgildə oxumuşam. Amma heç vaxt Zərxanım müəllimənin əxlaq dərslərini unutmamışam.
Zərxanım müəllimənin tərcümeyi halını sonralar öyrənmişəm. QƏRİBOVA ZƏRXANIM-1925-ci ildə Vəndamda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Göyçay Pedaqoji Texnikumuna daxil olmuşdur.
1945-ci ildə bu texnikum Bakı şəhərinə köçürüldüyü üçün təhsilini orada davam etdirmişdir. 1948-ci ildə Texnikumu bitirmiş, pedaqoji fəaliyyətə indiki Qəbələnin Seyidqışlaq kənd məktəbində başlamışdır. Bir ildən sonra isə pedaqoji fəaliyyətini Vəndamorta məktəbində davam etdirmişdir. Zərxanım müəllimə 1997-ci ilə qədər, Qarabağ müharibəsində Vəndamın şəhidlərindən biri olmuş Mehdiyev Eldənizin adını daşıyan Vəndamın
1 nömrəli məktəbində işləmişdir. O, altı övlad böyüdərək ali təhsil vermişdir. Zərxanım müəllimə 2006-cı ildə dünyasını dəyişmişdir. Allah rəhmət eləsin qəbri nurla dolsun.

...Bugünkü qurultay günündə Vəndam məktəbi haqqında bir çox xatirələr yada düşür. Bu məktəb XIX əsrin 80-ci illərində yaradılmışdır. Məktəbin maraqlı pedaqoji ənənələri var.İ ndi bu məktəbin məzunlarının sorağı dünyanın bir neçə ölkəsindən də gəlir. Bir neçə ay bundan qabaq Vəndam kənd məktbi haqqında maraqlı bir
televiziya verilişinə baxmışam. Verilişdən məlum oldu ki, Vəndam məktəbinin onlarla məzunu Azərbaycanda və onun sərhədlərindən uzaqlarda alim kimi fəaliyyət göstərir.


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli bir material üzərində işləyəndə arxivdən maraqlı bir fakt tapmışdım; Zaqafqaziya Müəllimlər Seminariyasının 1899-cu il məzunlarından biri olan Mustafa Hacı Musa oğlu Mahmudovun təyinatını Vəndam kənd məktəbinə veriblərmiş. Əlbətə bu, Vəndam məktəbi kimi öz dövrünün məşhur məktəblərindən birində işləmək ilk təhsilini 1881-ci lin fevralında Kürdəmirdə dövlət tərəfindən açılmış
kənd məktəbində alan seminariya məzunu üçün böyük şərəf və etimad idi. Təəssüf ki, vəndamlılar Mustafa Mahmudovdan dərs ala bilmirlər. Belə ki, o, Bakıda işləməyi, daha böyük dairələrdə çalışmağı üstün tutur.
Bəlkə də o, təhsilimiz üçün Vəndmda daha böyük işlər görə bilərdi. M.Mahmudov Bakıda H.Zərdabinin, Ə.Topçubaşovun hüzurunda imtahan verdikdən sonra münsiflər onun Bakıdakı 1 nömrəli rus-tatar məktəbində
işləməsi barədə qərar çıxarırlar. Vəndama işləmək üçün başqa müəllim gəndərilir. Mən bu faktı bir neçə il bundan qabaq "Azərbaycan məktəbi" jurnalında  məsul katib işləyəndə Vəndam kənd orta məktəbinin o vaxtkı direktoru hörmətli dostumuz Teymur Qarayevə demişdim. Amma biz söhbəti axıra çatdırmamışdıq. Mənə elə gəlir ki cümhuriyyət ilində bu fakt Vəndam məktəblilərinə və müəllimlərinə çatdırılmalıdır. Sonralar M.Mahmudov II Dövlət Dumasının üzvü seçilir, Zaqafqaziya Seyminin və AXC-nin deputatı kimi geniş ictimai-siyas və pedaqoji fəaliyyət  göstərir. O, 1937-ci ildə repressiya qurbanı kimi dünyasını dəyişir. Mən Teymur müəllimlə söhbət zamanı Azərbaycanın qocaman müəllimlərindən biri olan Ənvər müəllimi tanıdım. Onu maraqlı müsahivb kimi yadımda saxladım. Ənvər müəllim bir neşə kitabın müəllifidir. Bu kitablarda Vəndam və məşhur Vəndamlılar haqqında maraqlı materiallar var.  Bu materiallar ölkəşünaslıq mövzularını öyrənmək  işində müəllimlərə və dərslik yazan qələm əhlinə yardımçı ola bilər. Xeyli vaxtdır ki, Ənvər müəllimdən xəbərim yoxdur. Onunla ünsiyyət vaxtı  hiss etdim ki, qocaman təqaüdçü müəllim pedaqoji fəaliyyətinə özünün  istədiyi qayğını umur.
Təhsil rəhbərləri yerlərdə, məncə, bu qayğılarla ciddi maraqlanmalıdırlar.


***
Bu gün qurultay günüdür. Təəssüf ki, Azərbaycan təhsilinin inkişafında əzəmətli işlər görmüş Respublika Təhsil Şurasının təsisçisi və fəxri sədri professor Əjdər Ağayev bu günü gözləyə bilmədi. O,noyabrın 27-də-dünən
haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin. Əjdər Ağayelə mən eyni gündə -2000-ci li martın 18-də Respublika  Prezidentinin FƏRMANI ilə fəxri ada -Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülmüşəm. Sonralar məlum oldu ki, Vəndam kənd məktəbinin kimya müəllimi Əhməd Mirzaliyev də bizim cərgəmizdə imiş. Mən Əhməd müəllimi qiyabi tanıyıram. Lakin onun səmərəli pedaqoji  fəaliyyətindən xəbərdaram və bu fikirdəyəm ki, hər ikimiz aldığımız təhsilə görə ilk növbədə Vəndam kənd məktəbininin bizə dərs deyən müəllimlərinə həmişə minnətdar olmalıyıq.



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM