Azərbaycan Respublikasının Əməkdar müəllimi
Seyid Əzim Şirvani bu qəzəli əqidə və məslək dostu "Ziya" qəzetinin naşiri və baş yazarı Hacı Səid Əfəndi Ünsizadənin sifarişilə yazmışdır.
"Ziya" qəzeti 25 yanvar 1879-cu ildə nəşrə başlayandan abunə çətinlikləri ilə üzləşmişdir. Qəzetin cəmiyyətdəki rolunu qiymətləndirən milli ziyalılardan başqa, ona kömək edən, demək olar ki, yox idi. Heç bir sənəddə göstərilməsə də, qəzetin abunə çətinliklərinə hökumət tərəfindən qayğı göstərilirdi. Bir məsələdə Səid Ünsizadəyə vaxtilə Bakı qubernaoru olmuş D.Staroselskinin rolu danılmazdır.
Səid Ünsizadə bunu bir neçə yazısında söz içində qeyd etmişdir.
Hökumət məmurlarıyerlərdəki pristavlar yuxarıların göstərişi ilə abunə çətinliklərin dəf olunmasına çalışır, tabe olduqları qurumlar qarşısında pis vəziyyətdə qalmaq istəmirdilər. Onlara bəzi kənd xudaları da köməklik göstərməyə məcbur idilər. Bunu "Ziya"ya göndərilən məktublar da təsdiq edə bilər. Hökumətin tapşırığını yerinə yetirən məmurlar müntəzəm olaraq, yerlərdə abunənin gedişatı haqqında Səid Ünsizadəyə məlumat veirdilər. Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olan Səid Ünsizadə də bu hesabatları başçılıq etdiyi "Ziya" qəzeti vasitəsilə işıqlandırırdı.
Maraqlı bir fakt da var ki, abunə yazılan bəzi mollalar, abunə pulunu versələr də, qəzeti başqa adamın ünvanına göndərməyi Səid Ünsizadədən və onun "Ziya"da işləyən qardaşı Cəlaldan xahiş edirdilər.
Yerlərdə qəzetə qayğı göstərənlərin adları da "Ziya"nın sütunlarını bəzəyirdi."Ziya"ya maddi kömək edənlərdən biri İrəvandan Abbas Razi Məmmədzadə idi. O, qəzetə kömək məqsədilə Tiflisə Qafqaz Canişinliyinin İdarəsinə 50 manat pul və fars dilində bir məktub göndərmişdir. Səid Ünsizadə bu məlumatı qəzetində işıqlandırmış, başqalarına görk olmaqdan ötrü dostu S.Ə.Şirvaninin Abbas ağaya ünvanladığı 19 beytlik şeirini -qəsidəsini "Ziya" qəzetinin 11.10.1879-cu il tarixli 39-cu nömrəsində dərc etmişdir.
Şeir belə başlayır:
"Mərhəba ,ey İrəvanın xaki zibamənzəri-Kim gəlib səndənvücudə əhli-məna sərvəri".
S.Ə.Şirvaninin özü də qəzetin və mətbu sözün tərifinə aid bir neçə şeirini "Ziya"da çap etdirmişdir.
Qəzetə yardım edənlərdən biri Türkiyə sədr-əzəmi Fuad paşanın müşaviri Şəkili Ömər bəyin bacısı oğlu Şahin Əfəndi idi.
M.F.Axundzadə 1863-cü ildə ƏLİFBA LAHİYYƏSİ ilə əlaqədar İstanbula gedəndə, Şahin əfəndinin səmimi münasibətindən sonralar fərəhlə söz açmışdır.
Türkiyə tarixində müxtəlif vaxtlarda maarif naziri olan Münif paşa da "Ziya"nın Türkiyədəki qayğıkeşlərindən və fəal oxucularından biri idi.
Münif Paşa M.F.Axundzadəyə də Sultanın yaxın əməkdaşlarından biri kimi kömək etmişdir. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd "Ş.M. Xiyabani" kitabında yazdığı kimi, Münif Paşa M.F.Axundzadənin layihəsini başçılıq etdiyi elmi qurunmun jurnalında dərc etmişdir.
Münif Paşanı "Ziya"ya göstərdiyi ən böyük qayğı 1882-cidə "Ziya"ya müsabiqə adı ilə göndərdiyi "Ey bülbül" qəzəlidir. Münif paşanın "Ey bülbül" qəzəli "Ziya"da çap ediləndən sonra Qafqazın 3 böyük şairi- Şəkili Nakam ( İsmi Sədrəddinbəyov. O,əslən Şamaxılıdır-N.N.), Şuxi və S.Ə.Şirvani Tiflisə-"müsabiqə"yə öz nəzirələrini göndərirlər.
Bu şeirlər 1881-ci ildə Türkiyədə "Ey bülbül " rədifi ilə başlanan müsabiqənin davamı kimi qəbul oluna bilər.
Münif paşa Türkiydəki müsabiqədə qalib gəlməsə də, "Ziya"da mətbu sözü Ezop maneralı qəzəli ilə qiymətləndirə bildi.
Filologiya elmlər doktoru, piofessor dostumuz X.Məmmədov "Ziya"dakı "Ey bülbül" qəzəllərini sovet dövründə yazdığı monoqrafiyasında epiqonçu şeir kimi izah etsə də, sonralar öz fikrini dəqiqlşdirmk üçün yeni elmi axtarışlara başlamışdı.
Təəssüf ki,amansız ölüm ona bu işi yerinə yetirməyə imkan vermədi.
Görünür, Münif paşa S.Ünsizadə və onun dostlarrı ilə bu "MÜSABİQƏ"yə ciddi hazırlaşıbmış. Müsabiqənin nəticəsi məlum deyil. Məlum olan budur ki, Səid Ünsizadə "Ziya"ya kömək etmək üçün ziyalıları bu vazcib məsələnin həllinə yönəldə bilmişdi.
Səid Ünsizadənin və Münif paşanın bu birgə layihəsi ciddi öyrənilməlidir.Hələlik oxuculara S.Ə.Şirvanini Münif paşaya minnətdarlıq məktubu ilə ünvanlanan EY BÜLBÜL qəzəlini ərməğanedirik.Bu qəzəl S.Ə.Şrvaninin 1967-ci il nəşrində verilsə də,şairin latın qrafikalı 3 cildliyinə,nədənsə daxil edilməmişdir.
Məlumat üçün onu da bildiririk ki,S.Ə.Şirvaninin ikinci bir "EY BÜLBÜL"ü "Kəşkül" jurnalının problemləri ilə əlaqdardır.
Burada da Bülbül və Gül metaforik obrazlardır. "Ziya"dakı bülbülər- Səid Ünsizadəni,
güllər isə -"ZİYA" qəzetini təmsil edir. Bu şeirdəki nüktələr incələnməli,rəmzlər açılmalı,türk dilli mətbuatda çoxlarının diqqətindən yayınmış Ezop üslubu, Ezop manerası bütün incəlikləri ilə incələnməli və elmi filoloji təhlilə cəlb olunmalıdır.
Davamlı və daha ciddi araşdırmalar S.Ə.Şirvaninin BÜLBÜLNAMƏ və GÜLNAMƏlərindəki analoji şeirlərin yeni nümunlərini ortalığa şıxara bilər.
S.Ə.Şirvaninin "Ey Bülbül" rədifli qəzəli
Açıbdır çöhrə güli-gülüstanın,ey bülbül!
Nə vəchdən tutulur bəs lisanın, ey bülbül!
Gəhi dilin tutulur, gəh fəğan edirsən sən,
Nədir, bəyan eylə dərdi-nihanın, ey bülbül!
Xəzan qəmilə məgər xatirin hirasandır,(bu söz Əsərlərdə pərişandır şəklindədir-N.N.)
Bahari-vəsldə artır fəğanın, ey bülbül!
Baharım oldu fəğan, qoy mən eyləyim nalə,
Sənin ki, döndi baharə xəzanın,ey bülbül!
Bücudeyi-Məryəmi-gülbəndə gəldi iyisi-gül,
Yəqindi tazələnir şimdi canın, ey bülbül!
Sənin zəbanələrin yandırır zəmanələri,
Əcəb ki,ol odə yanmaz zəbanın, ey bülbül!
Həzar mərtəbə şirindir nöqlü-şəkkərdən,
O Xosrovani əda dastanın, ey bülbül!
Zəman-zəman fərəhin var təbəssümi-güldən,
Xoşa bu gunə keçə hər zəmmanın, ey bülbül!
Sənin təranələrin şeirin nəzirəsidir,
Münifü xoşsüxənü-nüktədanın ,ey bülbül!
Həvayi-xar ilə sən tutmazsan qərarü şəkib,
Qızıl qəfəs ola gər aşiyanın , ey bülbül!
Qədəm gül üstünə qoymaq nədir, səzadır əgər,
Tökülsə xənçəri-xar ilə qanın, ey bülbül!
(səh.346)
Gərək ola qədəmi-yarda səri-aşiq,
Həsən degil bu rəviş dasitanın, ey bülbül!
Kitabi-güldən oxursan Rəsul mədhini sən,
Rəvadır Seyyid ola mədhxanın , ey bülbül!
***
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq
Ədəbiyyat siyahısı
1"Ziyayi-Qafqasiyyə" qəzeti, 28.05.1882, N 18.
2.S.Ə.Şirvani.Əsərləri , 3 cilddə.
I cild. Azərbaycan SSR EA Nəşriyyatı,
B., 1967.səh 346-347.
3.Xeyrulla Məmmədov.XIX əsrin sonu,XXəsrin əvvəllərində
Azərbaycan maarifçi realist ədəbiyyatı(xüsusi kurs).Bakı,1978.
4.Vüqar Əhmədov.Xiyabani.Bakı, 2010.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM