Azərbaycan Respublikasının Əməkdar müəllimi
Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq, əsərlərini “tərbiyə doktoru Halil Fikret” kimi imzalayan Halil Fıikret (1892-1974 ) və onun yaradıcılığı haqqında elmi araşdırmalar apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla, dəyərli materiallarla rastlaşanda onları elmi ictimaiyyətlə tələsirəm.
1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir kitabın üz qabığında dünyanın ən məşhur pedaqoqlqrından biri, alman afrikanşünası və şərqşünası Hans Stumme (1864-1936) ilə yanaşı, Halil Fikrət adlı bir türkün də adını gördükdə çox sevindim.Tez fikir söyləməyə nədənsə tələsmədim, faktları diqqətlə araşdırmağa başladım.
Yox, səhv etməmişdim. Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının professoru ilə birgə elmi əməkdaşlıq etmişdir.
Bəri başdan deyim ki, əsər 1915- ci ilin sonlarında tamamlanmış, 1916-cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən latın qrafikası ilə dünyanın türkdilli oxucularına çatdırılmışdır.
Bu,o vaxtlar idi ki, türkdilli ölkələrdə, o cümlədən Türkiyədə də, Azərbaycanda da ərəb qrafikalı yazıdan istifadə olunurdu. Doğrudur, ayrı-ayrı ziyalılar 1878-ci ildə dünyasını dəyişən M. F. Axunzadənin latın qrafikalı əlifba çağırışını hələ də unuda bilmirdilər.
1296-cı hicri-qəməri ilində (miladi təqvimi ilə 1879-cu ildə) İstanbulda “Şirkəti-İraniyyə” mətbəəsində İranın Tiflisdəki konsulxanasında tərcüməçi işləyən Mirzə Rza xan Daniş latın və rus əlfbaları əsasında düzəltdiyi “Risaleyi-Rüşdiyyə” kitabçasını nəşr etdirir. Bu kitabça tanışlıq və rəy üçün işin içində olan bir sıra ziyalılara göndərilir. İstanbulda fars dilində nəşr olunan “Əxtər” qəzeti öz səhifələrində geniş müzakirə açır. Həmin müzakirə materialları operativ şəkildə “Ziya” qəzetində də çap edilir. Müzakirələrdə Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, atası fransız, anası alman olan rus şərqşünası Adolf Berje və başqaları fəal çıxış edirlər.
Əlifba qalmaqallarının səngimədiyi, gündəmdən düşmədiyi bir vaxtda-1916-cı ildə Almaniyanın Leipziq şəhərindəki iri mətbəələrinin birində – OTTO HARRASSOWİTZ-də latın qrafikası ilə
“Türkische Lesestoffe handschriftlich im Rуka- Charakter und umschrieben mit lateinischen Buchstaben,unter Beifügung einer einführenden Darstellu des türkischen Alphabets im Rукa-Charakter” adlı 31 səhifəlik bir kitab çap edilir.
..Mövzunun aydınlığı naminə deyilən bu qeydlərdən məlum olur ki, alman alimi Hans Stumme ilə yazdığı “Türkische Lesestoffe…” (“Türkiyə antologiyası ”) kitabı məşhur Leipziq Universitetinin tələbəsi Halil Fikretin ilk əsəri deyil. Halil Fikretin 1916-cı ildən sonra da Hans Stumme ilə əməkdaşlıq etməsi güman edilir. Onun 1927 -ci ilin əvvəllərində Bakıdan Almaniyaya qayıtması da bu fikrə rəvac verir.
Alman alimi Hans Stumme və türk aydını Halil Fikretin birgə yazdıqları “Türkische Lesestoffe” (“Türkiyə almanaxı”) kitabı haqqında o vaxtlarda bu sətirlərin müəllifi və Haldun Cezayirlioğlundan başqa, türkologiyada tutarlı bir söz deyilməmişdi.
Haqqında söz açılan bu kitabın məziyyətləri çoxdur.18 mart Çanakkqla zəfərinin 102-ci ildönümündə bu kitabdakı bir yazı haqqında vaxtilə yazdıqlarımızın ikisini müəyyən əlavələrlə yenidən gündəmə gətiririk.
Bunlardan biri kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər ” ümumi başlığı altında 1908-ci ildə yazılmış “Ordu marşı" şeiri, ikincisi “Çanak-kaladan bir türk askerinin mektubu”dur.
“Ordu marşı”nı müasir mətnlərlə müqayisə etmək üçün oxucu və tədqiqatçıların nəzərinə çatdırırıq.
Ordu marşı
1.Qrdumuz etdi yemin,
titredi hak ü zemin,
milleti etdi emin,
açıldl rah-i-nevin.
( Nakarat )
sancağımız,şanımız,
osmanlı ünvanımız,
vatan bizim canımız,
feda olsun kanımız!
2. terki-i-aram eylədik,
cahd ü ikdam eyledik,
neşr-i-meram eyledik,
haqle kiyam eyledik.
( Nakarat )
3. osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)
biz vatan evladıyız,
milletin efradıyız,
hürriyet eşhadıyız.
kokusu bana esse,-
ah, beyaz camilerinin
buhuru (ətri- N.N. ) bana gelse!
lakin buraya gelemez
senden ol şirin koku,
zira denizlere sürer
ruzgarların ordusu.
Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk askerinin mektubu”dur.
Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir.
Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur.
Burada müharibə səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır. Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan, ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan vətən əsgərinin düşmənlə barışmazlığı,ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan , dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.
Gənc türk əskəri Mustafanın harayı, bütün müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır. İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir:
“Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim içün hiç ğam yemeyiniz. Vatanımızı,milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ), ölmek sen da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da gözlerinden öperim, sevgili anacığım!
Oğlun Mustafa”.
Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.
İstifadə olunmuş ədəbiyyat:
1.Hans Stumme, Halil Fikret “Türkische Lesestoffe Handschrift im Ryka -Charakter…” Leipziq, OTTO Harrassowitz.1916.
2.Nazim Nasreddinov. Dr.Halil Fikret ten; Türkçe okuma Parçaları.04 aralık 2011. “Haldun Cezayirlioğlu Koleksyonu”.
3.Haldun Cezayirlioğlu. Türkçe, LatınHarfleriyle ilk kez 1916 Yılında mı yazıldı? 06 aralık 2011. “Haldun Cezayirlioğlu Koleksiyonu “.
4.Nazim Nasreddinov. Yenə də Halil Fikret,yene de Türkische Lesestoffe,yene de Hans Stumme. 07 aralık 2011. “Haldun Cezayirlioğlu Koleksiyonu”.
5.Nazim Nəsrəddinov. Kim kimdir? (Türk dünyasınınilk psixologiya doktoru Xəlil Fikrət və yaxud babalarımızın müəllimi).
“Strategiya. az” saytı, 20.11.2012.
6. “Ziya”(1879-1884) qəzeti .
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM