Azərbaycan Respublikasının Əməkdar müəllimi
Respublikamızın orta məktəblərində buraxılış imtahanlarının aparılması orta məktəblərin, lisey və gimnaziyaların özlərinə tapşırılmalıdır. Bu, pedaqoji kollektivin nüfuzuna ciddi təsir edə bilən amillərdən biridir.İl boyu əla qiymətlərlə oxuyanlar buraxılış imtahanlarından qeydsiz,şərtsiz azad olunmalıdırlar.
Ali təhsil müəssisələrinə qəbul imtahanları barədə də hərtərəfli fikirləşmək lazımdır. Dünyanın bir sıra ölkələrində ali məktəblərə qəbul imtahansız aparılır.Başqa sözlə, ali məktəb orta məktəbə inanır,qəbulu onun buraxılış imtahanlarının nəticələri əsasında aparır. Əvvəllər Azərbaycanda bu istiqamətdə müəyyən tədbirlər görülürdü; orta mətəbi qızıl və ya gümüş medalla qurtaranlar kiçik müsahibə aparmaqla tələbə adına layiq görülürdülər.Keçən əsrin 60-cı illərində bu qaydada müəyyən dəyişiklik edildi; orta məktəbi qızıl və ya gümüş medalla qurtaranlar qəbul imtahanlarının birincisindən əla qiymət aldıqları təqdirdə, o nlar digər imtahanlarından azad edilirdilər. İlk qəbul imtahanından əla qiymət almayanlar isə sonrakı imtahanlarda da iştirak edir,qəbul ümumi qaydalar əsasında aparılırdı.
İndi orta mətəb şagirdlərinin qızıl bə ya gümüş medalı yalnız prestij üçündür. Başqa sözlə, medalın var, çox yaxşı,imtahan ver, sübut et ki, dilin də var, dilçəyin də...
Ali məktəblərə qəbul hələ ki, test imtahanları ilə aparılır. Yəqin ki, yaxın gələcəkdə orta məktəbin son sinfindən birbaşa ali məktəbə keçid imkanları yaranacaqdır.
Hələ ki test imtahanları qüvvədədir,qəbul imtahanları üçün yararlı hesab etdiyim "BUNKER MÜƏLLİMİNİN VƏZİFƏLƏRİ" layihəsi şərti adı ilə öz fikirlərimi oxucularla, o cümlədən qəbul imtahanı təşkilatçıları ilə bölüşmək istəyirəm.
Yeri gəlmişkən,"bunker müəllimi" söz birləşməsinə öz fikrimi bildirmək istəyirəm. TQDK-da belə bir vəzifə yox idi.TQDK-nın xələfi olan DİMdə də bunker müəllimi vəzifəsi anlayışı yoxdur. TQDK-nın (indiki DİM) xətti ilə qəbul imtahanlarına çağırılanların bəziləri özlərini cəmiyyətə belə tanıtmaq istəyirlər.Guya onlar test bankından istənilən testi seçmək iqtidarındadırlar,qəbulla ilgili hər bir nəsnə onlardan asılıdır.
Bu,yanlış fikirdir, bunkerin- deyilməsi yasaq olmayan qanunları var.DİM - elmi gücünə,metodiki hazırlığına,cəmiyyətdə qazandığı nüfuza görə (başqa meyarlar da ola bilər) hər fənn üzrə 2-3 müəllimi qəbul imtahanlarında iştirak etməyə dəvət edir.Onlar qəbul imtahanlarının təlimatı ilə tanış olandan sonra hər müəllimdən ikirəqəmli bir sayın adını çəkmək təklif olunur (məsələn,13,27,94 və sair). İmtahan rəhbəri məhz bu nömrələrlə işarə olunmuş test bloklarını müəllimlərə təqdim edir. İmtahan testləri də məhz bu variantlardan seçilir. Deməli, bunkerdəə dəvət olunmuş müəllimin vəzifəsi əsasən bundan ibarət olur.
Mən TQDK-nın formalaşmasında az-çox zəhməti olan mütəxəssislərdənəm.
1994-cü ildən TQDK ilə əməkdaşlıq edirəm.1994-1995-ci illərdə TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının rəhbəri olmuşam. Dəfələrlə bunkerə dəvət olunsam da,heç vaxt özümü bunker müəllimi kimi tanıtmazdan qaçmışam. İmtahandan sonra "Spaes" televiziya kanalı ilə yayımlanan verlişə də getməyi çox vaxt lazım bilməmişəm.
TQDK-nın tarixi 1992-ci ildən başlayır. 1994-cü il isə burada fənn seminarların formalaşdığı ildir. 1994-cü ildə TQDK-da yaradılan fənn komissiyalarının dördünə o vaxtlar direktor müavini işlədiyim Araz Ekologiya Liseyini 4 əməkdaşı rəhbərlik edirdi.Başqa sözlə,Ekologiya Liseyi bir növ TQDK-nın baza müəssisəsinə çevrilmişdi.
Müəllimlərimizdən kimya elmləri namizədi Elxan Əmirbəyov - TQDK-nın fizika,biologiya elmləri namizədi Tariyel Heybətov-biologiya,kimya elmləri namizədi Vəli Əliyev-kimya fənni üzrə seminara rəhbərlik edirdi. TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının ilk rəhbəri isə mən idim.
Seminarlarda test testologiyalarının geniş imkanlarından səmərəli istifadə edərək,qəbul imtahanları üçün lazım bilinən bütün fənlər üzrə mükəmməl test bankının yaranmasının tarixi o vaxtlardan başlayır. Tarixin yaddaşı üçün bu gün Azərbaycan dili və ədəbiyyatı fənni üzrə hazırlanan test bankının formalaşmasında semihar iştirakçılarının adını çəkmək istəyirəm:Bilal Həsənli,Soltan Əliyev,İsmayıl Əhmədov, İsmayıl Məmmədov, Bayram Əhmədov, Sara Zeyniyeva, Səlminaz Hüseynova və başqaları...
Məndən sonra TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarına bir neçə il BDU-nun dosenti İsmayıl Əhmədov rəhbərlik etmişdir. İsmayıl Əhmədovun vəfatından sonra bu iş AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanova tapşırılmışdır.
Hal-hazırda Azərbaycan dili və ədəbiyyatı məsələlərinə DİM-ın ayrı-ayrılıqda fəaliyyət göstərən iki seminarında baxılır. Azərbaycan dili seminarına BDU-nun professoru, filologiya elmləri doktoru Tofiq Müzəffər oğlu Hacıyev rəhbırlik edir.
Bu gün DİM böyük və yüksək səlahiyyətli elmi-metodiki quruma çevrilmişdir. DİM-ın qəbul imtahanı testləri test texnologiyasına uyğun olaraq, Təhsil Nazirliyinin xətti ilə tərtib və təsdiq olunan proqramlar əsasında hazırlanır.Qəbul imtahanlarına aid testlər DİM-ın bunkerində əvvəlcədən müəyyənləşdirilmiş mövzular üzrə seçilir.
Mövzulara aid testlər,yazının əvvəlində dediyim kimi, şərti rəqəmlər əsasında cəmlənmiş test bloklarından seçilir. Burada tam məxfilik və şəffaflıq var. Bunkerə dəvət olunmuş müəllimlərin bu testləri,demək olar ki, birinci dəfə görürlər. Bunkerə dəvət olunmuş eksper müəllimlər bəzi testlərin test bankına qəbulunda iştirak etdikləri üçün onların 1-2 testlə məlumatlı olma ehtimalları var. Bundan başqa, yeni test tapşırıqları ilə yanaşı, hər qəbul imtahanında əvvəlki illərin qəbul imtahanlarında istifadə olunması faktı da diqqətdən yayınmamalıdır.Mənə elə gəlir ki, əvvəlki illərin BƏZİ testlərindən tədricən imtina olunmalıdır.
DİM-ın xətti ilə bütün fənlər üzrə test topluları çap edilərək,abituriyent və müəllimlərə çatdırılmışdır.Bu testlərdən V-X sinif şagirdləri də mötəbər mənbə kimi istifadə edirlər. Məncə, DİM-ın testlərindən mötəbər və elmi-metodiki mənbə kimi hər bir təhsil ocağında dərslərdə olunmalıdır.
Qəbul imtahanlarında bu testlərdən istifadə etmək abituriyentlərin qəbul imtahanlarına hazırlaşmaları üçün geniş imkanlar yaradır. Yaxşı olar ki, qəbul imtahanı testləri DİM-ın test bunkerdə hazırlansın. Başqa sözlə,imtahanda hazır testlərdən istifadə olunmasın. Səhv etmirəmsə, 1992-ci ildə TQDK-da ali məktəblərə qəbul imtahanlarında bu üsuldan istifadə olunmuşdur. 1995-ci ildə isə bunkerdə bəzi testlərə müdaxilə olundığu üçün TQDK bir neçə testi abituriyentlərin xeyrinə ləğv etmişdi.
Testlərin bunkerdə yazılması sahəsində Respublika Təhsil Nazirliyinin vaxtilə yaxşı bir təcrübəsi var idi. 1995-cı ildə eksternat imtahanları üçün maraqlı bir layihə həyata keçirildi; müxtəlif fənlər üzrə 10-15 müəllimi səhərin alaqaranlığında o vaxtkı təhsil naziri Lidiya Xudat qızı Rəsulovanın kabinetinə dəvət etmişdilər.
Nazir eksternat imtahanları haqqında qısa məlumat verib, məsələnin mahiyyətini və ilk layihə kimi əhəmiyyyətini vurğulayandan sonra ümumi nəzarəti nazirliyin əməkdaşlarından birinə-Bayram Hüseynova tapşırıb, nazirliyi tərk etdi.
O vaxtlarda Hökumət Evinin 9-cu mərtəbəsində yerləşən nazirliyin nazir kabineti yerüstü bunkerə - qapalı mühitə çevrildi, ətraf aləmlə bütün rabitə əlaqələri kəsildi.
Biz bir neçə saat ərzində proqram əsasında test sualları hazırladıq. Eksternatlar -sonrakı sinifdə oxumamaq şərti ilə bir sinifdən - 9-cu sinifdən 11-ci sinfə keçmək istəyənər nazirin kabinetində hazırlanan testlər əsasında elə həmin gün şəhərdəki orta məktəblərin birində ( bəlkə də bir neçəsində) 8 fəndən imtahan verdilər. İmtahanda respublikanın 160 nəfərdən çox IX sinif şagirdi öz bilik və bacarıqlarını göstərməli idi.
İmtahan günü yaradılan eksternat bunkerində nazirin kreslosunda oturan mətbuat katıbi Bayram Hüseynovun ciddi nəzarəti altında hazırlanan test sualları elmiliyinə,proqrama uyğunluğuna, metodiki baxımdan düzgünlüyünə görə mübahisə doğurmadı. (Eksternat bunkerinə işləmək üçün dəvət olunan bir neçə müəllimin adını tarixdə qalmaq üçün sadalamaq istəyirəm-Araz Ekologiya Liseyinin müəllimləri - biologiya müəllimi,biologiya elmləri namizədi Fərhad Ağayev, , Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazim Nəsrəddinov ...).
Testlər bir neçə saat ərzində hazırlandı, imtahan keçiriləcək məktəblərə (bəlkə də cəmi bir məktəbə) göndərildi.
Bizi nazirin -Lidiya Rəsulovanın bunkerindən imtahan qurtarandan sonra azad etdilər.
Maraqlıdır ki, aşkarlıq şəraitində keçən eksternat imtahanından heç kəs 8 fənnə aid testlərin hamısına lazım olan balı toplaya bilmədi. Cəmi iki şagird 6 fənnə aid test suallarından keçid üçün lazım olan balı toplaya bilmişdi.Onlardan biri 82 nömrəli məktəbin təlimi Azərbaycan dilində olan şöbəsinin şagirdi Səbuhi Əhmədov, digəri isə Ekologiya liseyinin rus bölməsinin Bağırov soyadlı şagirdi idi. (İndi onların hər ikisi respublikada yaxşı mütəxəssis kimi tanınır). Onlar eksternat imtahanlarında hamıdan çox bal toplasalar da, növbəti dərs ilində - 10-cu sinfində ancaq 6 fənnin məşğələlərində iştirak etməkdən azad olundular. Deməli,layihə özünü doğrultmadı,tələsənlər təndirə düşməsələr də, sinif yoldaşları ilə bir ildə ali məktəbə daxil olmaq məcburiyyətinə qaldılar. (Mən qaliblərin hər ikisinin adını və soyadını imtahandan sonra təsadüfən öyrəndim. Eksternatların ikisi də TQDK ilə əməkdaşlıq edən elmlər namizədlərinin övladları idi. Bu şagirdlərə növbəti dərs ilində - XI sinifdə ancaq kəsildikləri fənlərə aid məşğələlərə getməyə icazə verildi). Deməli,eksperiment özünü doğrultmasa da, bunkerdə test yazmağın yüksək əhəmiyyət kəsb etməsi yadda qaldı.
Maraqlıdır ki,o vaxt məşhur ziyalılardan biri nə qədər cəhd etsə də, qızının məktəbi tez qurtmasına yol tapa bilmədi.
1995-ci ildən sonra "9-cu sinifdən birbaşa 11-ci sinfə" layihəsi üzrə eksternat imtahanları keçirilmədi.
Mənə elə gəlir ki, yaxşı niyyətli bu layihəyə yenidən yaşıl işıq yandırılmalıdır. Axı vunderkindləri də başa düşmək lazımdır. Belə ki, möcüzə-uşaqlara ömürlərinin bir ilini maraqslız işlərə sərf etmək çox cansıxıcı və darıxdırıcı olur.
Sözün canı. Ali məktəblərə qəbul imtahanı testlərinin də imtahandan bir gün əvvəl bunkerdə yazılması daha məqsədəuyğundur. Bu işi görmək üçün DİM-ın elmi-metodiki seminarlarında öz peşə ustalıqları ilə fərqlənən, eləcə də bölgələrdə test texnologiyasından xəbərdar olan yüzlərlə müəllim var.Bu,qəbul imtahanlarında şəffaflığın ən yaxşı nümunəsi ola bilər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM