Ağasəlim Abdullayev, bağışla!

10:38 / 16.08.2014

12 ilin sözü olar. Atam, anam, mən, həyat yoldaşım və iki qızım “Volqa” maşınımızda Yardımlıya gedirdik. Cümləm çox uzun oldu, eləmi? Yazsaydım ki, “ailəlikcə gedirdik” – bəs etməzdimi? Amma məqsədim var. Ona görə hamını qeyd etdim.

Maşını mən sürürdüm. Salyana çatmamış 100-cü kilometrdə yol ayrıcı var. Burda həm də çayxana-kafelər də fəaliyyət göztərir. Mən də  maşını qaydasında sürürdüm. Ümumiyyətlə lap düz yolda da sürəti  80-dən yuxarı qaldırmazdım. Bu yerə çatanda birdən kafedən pişik çıxıb yola doğru qaçmağa başladı. Arxada maşın, qarşı tərəfdən də maşın. Əyləci bassaydım arxadan vuracaqdılar. Bəlkə də zəncirvari qəza  yarana bilərdi. Sol tərəfə qaçırsaydım üzbəüz gələn avtomobilə çırpılacaqdım. Başqa əlacım qalmadı. Pişiyi basdım. Bir xırçıltı səsi gəldi. İndi də qulağımdadır. Bir az gedib maşını saxladım. Üzümə su vurdum. Atam yaşına görə sürücülükdən imtina etməsəydi bəlkə də ona verərdim sükanı. Bir az özümə gəldim. Amma düz Yardımlıyacan 50-dən yuxarı qalxa bilmədim. O xırçıltı səsi qulağımdan getmirdi. Rayon mərkəzlərinin içindən keçəndə piyadalar öz yerində, gözüm hey pişik axtarırdı. Qorxurdum. Mənəvi zərbə almışdım. Birdən pişik olmayaydı, adam olaydı – bəs onda nə edəcəkdim. Əyləci basıb maşını saxlaya biləcəkdimmi? Çox ölçdüm-biçdim. Gördüm ki, yox. Şükür elədim. Amma pişik də canlı idi. Məni polisə, müstəntiqə, məhkəməyə çəkmədilər, cəza da vermədilər. Amma ki, cəzamı daxilim də bu gün də çəkirəm. Bakının dar küçələrindən keçdikdə hər hansı bir dalandan, qapıdan yola uşaq çıxacağından ehtiyatlanıram.  Pişik gəlib durur gözümün önündə.

 

SÜRÜCÜ

Sürücü sənət deyil. Amma çox məsuliyyətli bir işdir. Bu əhvalatı oxumusunuz. Amma təkrar etsəm yerinə düşər.

“Atam təzə “QAZ 24-10” maşını almışdı. Qarajdan çıxarıb silirdim. Bu dəm Bəxtiyar əmi (Bəxtiyar Vahabzadə) blokdan çıxdı.

- Salam, Bəxtiyar əmi.

- Salam, ay bala.  Əlini (sürücüsü) görməmisən?

- Yox.

- Mən də tələsirəm. Harda qaldı bu?

- Bəxtiyar əmi, mən apara bilərəm.

- Yox, ay bala, yolda bir qəza-zad törədərsən... Sonra gəl Qabilə cavab ver.

Güldüm. Evli, bir uşaq atası olan mənə bu sözü deməyindən özü də... Nə isə, balkonda dayanan Dilarə xalaya - Əliyə deyərsən gələr universitetə. Mən tələsirəm, Mahirlə getdim- deyib əyləşdi maşına.

- Bəxtiyar əmi, həmişə sizin də, atamın da maşını olub. Amma atam maşını özü sürür, Siz isə sürücü saxlayırsınız. Niyə?

- Ay bala, sürücü olmaq çox məsuliyyətli işdir. Birinci özünə cavabdehsən, ikinci maşına, üçüncü də maşında oturanlara. Mən bu boyda məsuliyyəti boynuma götürə bilmərəm”.

Bəxtiyar əmi bunu elə-belə demirdi. Özü maşın sürəndə nəsə olmuşdu ki, bu qənaətə gəlmişdi. Ona görə sürücülərin başqa adı da var: Potensial cani.

BƏSTƏKAR, QONŞU SÜLEYMAN ƏLƏSGƏROV

 Altı nəfərdən ibarət İmamverdiyevlər  ailəsi tətilə gedirdik. Mən 4-cü mərtəbədən şey-şüyü daşıyır, baqaja yerləşdirirdim. Atamsa həyətdə var-gəl edirdi. Nəhayət  dəmir qapını da bağlayıb anam, həyat yoldaşım, iki qızım həyətə düşdük. Gördüm ki, atam qonşumuz, bəstəkar Süleyman Ələskərovla söhbət edir. Yəqin ona demişdi ki, rayona tətilə gedirik. Sağollaşanda birdən Süleyman əmi atama:

-Qabil, bütün ailəni bir maşına otuzdurursan?

-  Hə.  Mahir təkdir, başqa uşaq yox, nəvələr balaca. Çox olsaydılar iki maşın tutardım.

- Yox e... belə təhlükəlidir. Mən həmişə rayona gedəndə ailəni ayrı-ayrı maşınlara otuzdururam. Allah eləməmiş bir şey olsa kimsə sağ qalsın.

 

 YEDDİ SANİYƏ

Atamın xalası oğlu vardı – Əsəd xalaoğlu. Yeyib-içən kişi idi.  Köhnənin də professional şoferi idi. Amma içəndən sonra  sükan arxasına oturanda sanki ayılırdı. Bir dəfə mənə də öyüd-nəsihət kimi bir söz dedi:

-Mahir, yadında saxla, heç vaxt içib maşın sürmə.

- Niyə? Atam da içir, siz də. Sonra oturursunuz rula.

-Sən bizə baxma. Biz çətin düzələy. Amma bir şeyi başa düş ki, içki hər hansı situasiyada reaksiyanı 5-7 saniyə azaldır. Alə, bilirsən ki, 5 -7 saniyə nədir? Maşın sürəndə iki saniyə də bəs edər ki, kimisi görməyib basıb keçəsən. Bir də ki, qəza zamanı taqsır lap səndə olmasın. İçkilisənsə taqsırkar səni çıxardacaqlar.  

Düzdür, buna riayət etmirdim. Atam öləndən sonra başladım əməl eləməyə. Çünki bir qələt eləsəydim dalımca polisə gələn olmayacaqdı. İndi-indi başa düşmüşəm ki, istər arxan olsun, olmasın adam içkili vəziyyətdə sükan arxasına oturmaz.   48 yaşım var – deyəsən gec başa düşmüşəm, amma axır ki, başa düşmüşəm. Cavan uşaqlar da mənim yaşıma çatanda  başa düşəcəklər.

 

QAN BAHASI

Hərə bu sözü bir cürə başa düşür. Çoxu bunu kimsə kimsəni bilməyərəkdən öldürən vaxt, xüsusilə də yol-qəza hadisələrində, taqsırkar tərəfin dəfn xərclərini, dəymiş ziyanı ödəməsini, hətta ortaya nəğd pul qoyub bağışlanmasını diləməsini qan bahası kimi başa düşür. Bəzən bir nəfərin ölməsi bütün ailənin dirçəlməsinə, xoşbəxtliyinə, hətta qohum olmağına səbəb olur. Burda zərər çəkənlə zərər vuranın ailələrinin intellektual səviyyəsini qeyd etmək yerinə düşərdi.   Amma atam danışdığı bir əhvalatla qan bahasının tamam başqa bir şey olduğunu mənə anlatdı:

“Qədim Bakıda, qoçuların pistoletlə gəzdiyi, bir sözə görə insanların  hamının  gözü qabağında bir-birini öldürdüyü vaxtda yaşlı ər-arvad küçəylə gedirmişlər. Birdən avaranın biri bunlara yanaşır. Arvada söz atır. Kişinin əli silaha gedir. Amma birdən dayanır. Avara da gülə-gülə qadına satşmağında davam edir. Kişi səbr edərək, əlini cibinə salır. Bir qızıl çıxararaq avaraya verir. O da qızılı alır, ağzını yumur, sevinə-sevinə onlardan aralanır. Arvadı soruşur:

-Ay kişi sən nə edirsən? Öldürmədin öldürmədin. Heç olmasa bir şapalaq çəkəydin, uzanaydı yerə. Sən isə çıxarıb pul verirsən. Özü də qızıl.

-Arvad, bir səbrin olsun.                                                                                                 

Beləcə ər-arvad yollarına davam edirlər. Səfil də pulu əlində oynada-oynada qabaqdan kişiylə gələn  arvad-uşağa yaxınlaşıb onlara da sataşır. Kişi də hirslənib, qəməsini çıxararaq soxur bu avaranın qarnına. O da sərələnib yerə ölür.

-Arvad, gördün? Mən ona pul verəndə o bədbəxt elə başa düşdü ki, mən sataşmağını qiymətləndirdim. Həvəslənib gedib qabaqdakılara da sataşdı ki, bəlkə o da pul verə. Nəticədə qanına qəltan elədilər. Əslində isə o bir qızıl onun qan bahası idi. Qanı məndən uzaq oldu .”

Düzdür, bu əhvalat inandırıcı görsənməsə də öz ailəsinin qanını pulla qiymətləndirməyi – qan bahası deyib pul götürməyi şəxsən mən düzgün hesab etmirəm.  Və bu cür insanlara  pis baxıram. Bağışlayırsansa bağışla. Heç bir qan bahası olmadan. Buna deyərəm böyüklük, kişilik, müdriklik. Sonrası başqa söhbətdir. Qan bahası deyil. Mərdliyə layiqli qarşılıq  verməkdir.

 

ŞAMAXI

Sovet vaxtı QAZ-24-ü olanları barmaqla göstərirdilər. Toylarda da Volqayla maşın gətirmək prestij sayılırdı. Şamaxıda bir ailə  vardı. Müəllim ailəsiydi. Oğlu ali məktəbin üçüncü kursunda oxuyurdu. Atasının QAZ-24-ü vardı. Tətilə gələndən gələnə maşını o da sürürdü. Bu cür tətillərin birində dostunun toyu olur. O da bir dost kimi maşınıyla birlikdə olur dostunun əmrinə müntəzir. Volqanı bəzəyirlər, kapotuna gəlincik bərkidirlər. Şamaxıda dəbdir. Balaca uşaqlar gəlin maşınının qabağını kəsərlər. Kəndə yaxınlaşanda uşaqlar nəinki yolu kəsirlər, hətta üzüm plantasiyalarından artıq qalan dəmir tellərlə yolu bağlayıb dururlar. Maşın onlara yaxınlaşır. Xələt alandan sonra uşaqlar teli yoldan çıxarıb boşaldırlar. Sürücü də yerindən tərpənir. Beş metr aralanmamış birdən qəribə xırçıltı, qışqırıq səsləri gəlir. Maşından düşüb görür ki, balaca bir uşaq təkərin altında can verir. Sonradan aydın oldu ki, demə teli yığışdırarkən bir ucu maşına ilişib, o biri ucu isə onu yığışdıran uşaqlardan birinin balağına. Maşın hərəkətə başlayanda dartıb salıb təkərin altına.

Düzdür bu hadisədir. Heç kim istəməzdi ki, belə olsun.  Uşağın valideynləri, qohumları da, hüquq-mühafizə orqanları da buna anlaşıqlı yanaşmışdılar. Amma bu mənzərəni görən sürücü heç cürə özünü bağışlaya bilmədi. Məhkəməni məcbur elədi ki, onu həbs etsinlər, türməyə salsınlar. Baxmayaraq ki, ali məktəbdən də qovulacaqdı. Həbsə getdi, dörd il yatdı, çıxdı və bununla da yüngüllük tapdı. Yenidən instituta girdi, evləndi. Həyat davam elədi.

 

MƏDƏTOVLAR AİLƏSİ

Mən bu ailəni yaxşı tanıyıram. Daha dəqiq desək atamın xalası qızı Fəridə indi həbsdə yatan Xalid Mədətovun anasıdır. Mübariz də yaxşı adamdır. Atam öləndən sonra əlaqələr kəsilib. Mən bunu “O atlı, mənsə piyada” misalındakı kimi qiymətləndirirəm. Yəqin ki, vəzifəli, imkanlı olmaq onun da xasiyyətinə mənfi təsir edib.  Eynən başqaları kimi. Bəlkə də  “Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı” misalı daha çox yerinə düşər.

  Yəqin ki, indi vəzifədə olsaydı mən heç bu yazını yazmazdım da. Hadisə olandan sonra bir qohum kimi Mübarizin  .....0138 nömrəli telefonuna zəng etdim. Başqa bir adam götürdü, calaşdırmadı da... Evlərini isə tanımıram. Təzə yerə köçüblər. Heç bir köməyim çatmasa da  adi sözlə də olsa nəsə bir dayaq olmaq istəyirdim. Ona görə yox ki, oğlu türməyə salınmışdı. Ona görə yox ki, Mübarizi vəzifədən çıxartmışdılar. Bunlar öz yerində...bunlar xırda şeydir. Ən başlıcası iki günahsız insanın qanı bu ailənin adına yazılmışdı. Sizcə onların oğlu Xalid bu hadisəni bilərəkdənmi törətmişdi? Hansı axmaq özü-özünün hökmünə qol çəkər, özü də belə ağır ittihamla. Oğul da nə vaxtsa türmədən çıxacaq,  ailə də acından ölməyəcək, amma Xalidin baiskar olduğu qanı yumaq mümkün olmayacaq. Deyirlər qanı suyla yuyarlar. Bu qan isə o qandan deyil. Bu səhlənkarlığın səbəb olduğu qandır. Burda qəsdi-qərəz yoxdur. Bu cür qana sükan arxasında oturan hər birimiz bata bilərik.

 Ağasəlim müəllim isə onları yaxına buraxmır. Söysə, vursa, döysə bəlkə də yüngülləşərlər. Amma Ağasəlim müəllim köhnə kişilərdəndir. Xalidin günahı var. Bunu biz deyirik. Amma rəsmi olaraq bunu məhkəmə hökmüylə bunu təsdiq etməlidir. Bəlkə də ən çox  bu hökmü Xalid özü gözləyir. Cəzası nə qədər ağır olsa, günahlarının da bir o qədər çox yuyulacağına inanır. Çünki psixoloji zərbə alıb.

Gəlin  onu da etiraf edək ki,  İl ərzində bu cür yüzlərlə hadisə baş verir. Hökm də çıxarılır, ailələr də barışır. Atalar demişkən torpağın üzü soyuq olar. Məncə bu hadisədə Xalidin ən böyük günahı Xalidin vəzifəli oğlu olması, sürdüyü maşının qiyməti və markası, cəmiyyətdə isə bu cür insanlara qarşı xüsusi bir ikrah hissinin mövcudluğudur. Yuxarıda verdiyim kimi: “Onlar atlı, biz piyada”.  Amma nədənsə hamımız atlanmağa yox, həmişə atlını atdan yıxıb onu piyadaya çevirməyə can atmışıq. Ağasəlim Abdullayev öz yaşıdı Mübariz Mədətovla  bir stol arxasında oturub sadəcə onun başsağlığını qəbul etmək istəsə  belə hökmən ictimai qınaq gəlib dayanacaq gözünün qabağında. Halbuki zərbə yalnız onun ailəsinə  dəyib. Vəziyyətin sahibi təkcə özüdür. Bunun bizə nə istisi, nə də soyuğu var. Hamımız böyük Sabirin nəvələriyik:

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur-olsun, nə işim var?!

 

AĞASƏLİM ABDULLAYEV KİMDİR

Ağasəlim Abdullayevi şəxsən tanımasam da onu bir sənətkar kimi yüksək qiymətləndirirəm. Gözümü açıb gördüyüm qocaman tarzənlər Əhsən Dadaşov, Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov kimi ifaçıların layiqli davamçısı kimi dəyərləndirirəm. Bu sənətin notla deyil, yaddaşla nəsildən nəslə ötürüldüyünü nəzərə alsaq Ağasəlim Abdullayev Azərbaycan musiqisinin beyin mərkəzi, həm də donoru sayılır. Bunları mən bilirdim, bilirəm. Amma hər dəfə hansısa sənətkar, tanınmış şəxs haqqında nəsə yazanda internetdə Vikipediya bölümünə girib bilgilərimi artırıram. Bu dəfə də elə etdim. Təvəllüdü və xalq artistliyindən savayı, yalnız bir məlumata rast gəldim. Maşın qəzası xronikasına. Ağasəlim Abdullayevin vikipediyadakı  “Həyatı” bölümü məhz bundan ibarətdir.

 

SƏN AĞASƏLİMİN YERİNDƏ OLSAYDIN

Axır cümləmi əvvəldə deyirəm: mən Ağasəlim müəllimin yerində olsaydım Xalidi  anasının-atasının  xətrinə  bağışlayardım. Bu sadəcə yol-qəza hadisəsidir. O hadisədə Xalid də həlak ola bilərdi. Onda kimin yaxasından yapışacaqdıq? Yaxud taqsırkar VAZ-21011-də, atası da fəhlə baba olsaydı Xalidi, ailəsini ictimai qınaq obyektinə çevirəcəkdikmi? Əsla.  Bu yaxınlarda Xəzər sahillərində çimən iki ailənin beş az yaşlı uşağının boğulub ölməsinə görə  Xəzər dənizini, onun arxasında duran dənizlər Allahı Paseydonu niyə qınaq obyektinə çevirmirik? Çünki hadisədir. Amma o uşaqlar gəmidə boğulsaydılar, çoxdan gəmi kapitanını, yiyəsini barmaqlıqlar arxasına saldırmışdıq.

 İndi deyəcəksiniz ki, o ailəyə dəyən sənə dəysəydi bir əlində qələm, bir əlində qılınc aləmi qatmışdın bir-birinə. Düz deyirsiniz, axı mən də insanam.

 

  Amma bunu deməmişdən qabaq bir soruşun ki, hadisədən aylar keçdikdən sonra niyə mən bu yazını yazmağa qərar verdim. Niyə səssizcə-kirimişcə gedib Ağasəlim müəllimə bu yazdıqlarımı üzbəüz deyib xalanəvəsinin bağışlanmasını xahiş etmədim. O da mənə “dur rədd ol burdan. Bir də qapıma bu xahişlə gəlməyin. Hamınızı qovacağam iti qovan kimi” demədi. Çünki artıq məhkəmə prosesi sona yaxınlaşır. Hər şey aydındır. Yazını yazmağa isə məni Ağasəlim müəllimin sayta verdiyi bir açıqlaması oldu: “Ailə üzvlərimi qətlə yetirən məmur oğlu təqsirini etiraf etdi”. Qətlə yetirən hüquqi cəhətdən düzgün ifadə olmasa da – mənən düzgün ifadədir. Yuxarıda qeyd etdiyim kimi, bütün sürücülər potensial canidirlər.  Bu hadisə hamının, hər bir ailənin  başına gələ bilər. İstəyirsən cındır  VAZ- 011 sür, istəyirsən Bentli. Məhkəmə zalında  Xalid hamının qabağında törətdiyi əməldən peşman olduğunu etiraf etdi. Amma içkili olmadığını dedi. Buna mən də inanıram.

Gəlin Ağasəlim müəllimin sözünə bir dəyişiklik eək. Təsəvvür edin ki, Xalid kasıb, şofer babanın oğludur. Ağasəlim müəllim də mətbuata açıqlama verir: “Ailə üzvlərimi qətlə yetirən samasval şoferinin oğlu təqsirini ifadə etdi”. Gülünc səslənir, elə deyilmi? Əgər bu gülünc səslənirsə, “məmur oğlu” ifadəsi də Ağasəlim müəllimin səviyyəsindən çox aşağıdır. Çünki o xalq artistidir, hamının tanıdığı sənətkardır,  cəmiyyətimizin qaymağıdır. Xalid isə sadəcə məmur oğlu. Qabartmağa heç bir ehtiyac yoxdur.

 

Ağasəlim müəllim, dərdiniz böyükdür. Üçqat, dörd qat böyükdür: Həm həyat yoldaşınızı, həm də nəvənizi itirmisiniz. Oğlunuz və gəlininizin ürəyinə bala dağı çəkilib. Bir də ki, övladınız ona ən əziz olan adamı – anasını itirib. Prezidentimiz Mübariz Mədətovu həmən vəzifəsindən uzaqlaşdırdı. Xalid Mədətov həbs edildi. Neçə aylardır ki, təcridxanadadır. Danışığa getmirsiniz. Bağışlamaqdan söhbət gedə bilməz. Lap bağışlasaydınız, gedib yalvarsaydınız da ki, buraxın Xalidi,  heç bir məhkəmə, prokurorluq, polis buna qol qoymayacaqdı. Ortada ölüm var. Özü də iki ölüm. Amma o da güm kimi aydındır ki, qəsd yoxdur. Heç kim belə olmasını istəməzdi, Allah heç kimin ailəsinə ölüm qismət eləməsin.

 

Xalid hansı cəzanı alacaq bilmirəm. İstəyir 1 ay olsun, istəyir 15 il. Türmə elə bir yerdir ki, ən qatı cinayətkarın ağlı o saat yerinə gəlir. O ki qalsın ailə tərbiyəsi görən, ömründə başına bu cür iş gəlməyən Xalidin.

 

Ağasəlim müəllim, can verən yaşlı qadını, balaca uşağı, üzü-gözü qan içində olan insanları görən Xalidin sizcə psixoloji durumu hansı vəziyyətdədir? Onun bağışlanmasını xahiş etməsi  ağlasığandırmı? Gücü yalnız etirafa çatdı. Bunu da etdi.  Sizə də, ictimaiyyətə də, Xalidin özünə də, ata-anasına, qohumlarına  gün kimi aydın olan bir hadisənin etirafı. Yəqin ki bu etirafdan az da yüngüllük tapdınız – bir faizin yüzdə biri qədər- elə deyilmi?  Siz də ürəyinizdə olmasa belə, sözdə bağışlayın. Deyin ki “Xalid, səni atana, anana  bağışladım, Allah bağışlasın. Bir də belə qələtlər eləmə”.  Sizi də aylar boyu saran bu gərginliyə bir faizin yüzdə biri qədər su səpin. Bu sizin böyüklüyünüzdən xəbər verər. Çünki həyat davam edir.

Siz lap dildə desəniz də, bilirəm ki, ürəyiniz heç vaxt Xalidi bağışlamayacaq. Nəinki siz -  bütün nəsliniz. Hər şey də başa catacaq. Yaralarınız qaysaqlanacaq. Hərdən sızlayacaq, ağrıdacaq. Xalid də cəzasını çəkib azadlığa çıxacaq. Sadəcə atasıyla, anasına yazığım gəlir. Onlar təkcə oğullarının yox, onların ailəsinin adına yazılan bu qana görə ölənəcən xəcalət çəkəcəklər. Bəlkə “bağışlayıram” kəlməsi dilinizə gəlsə, onlar da yüngüllük tapalar.

 Bilmirəm sizə necə təqdim ediblər, ya yox?  Yaxşı ailədir.  Çox  gözəl və sadə insanlardırlar. Kaş ki onları mənim kimi lap çoxdan, çoxdan tanısaydınız. Onda keçirdiyiniz  bütün dəhşətləri alın yazısı, hamının başına gələ biləcək hadisə kimi  qiymətləndirib köks ötürərdiniz.

Ağasəlim müəllim, açıq demək istəmirəm. Həyatınzda uşaqlarıyla sınağa çəkilən, vurulan, əzilən, sındırılan nə qədər ata görmüsünüz? Hələ bala dağını bir tərəfə qoyuram. Xəlil Rza kimi adamı KQB-nin Lefortovo zindanı sındırmadı, amma oğlu Təbrizin ölümü sındırdı – şəhidlik zirvəsinə ucalsa belə.

Sadəcə istərdim ki, hər şeyin sizin istədiyiniz kimi başa çatan bu son raundda məhkəmədə çıxıb “Xalid mən səni bağışladım, Allah bağışlasın” deyəsiniz. Ürəyinizdə bağışlamasanız da. Xalidin atasının, anasının, mənim kimi qohumlarının xətrinə.   Çünki cinayətin sonuna artıq çıxdınız, heç bir danışığa, qan bahasına getmədən. Düz də elədiniz.  Hamı – prezidentimiz də, ictimaiyyət də, mətbuat da sizin arxanızda oldu, ürək dirək verdi. Bu, az da olsa sizə, ailənizə toxtaqlıq gətirdi. Haqq sizin tərəfinizdədir. Ailənizin böyüyü, ağsaqqalı, kişisi kimi ittihamçı sizsinizsə, demək bu fani dünyada  bağışlamaq da sizin əlinizdədir.

Artıq proses yekunlaşır, hökmü geri oxumaq da mümkün deyil. Çünki saatın əqrəbləri irəli gedir, geriyə qaytarmağa nəinki sizin, heç kimin gücü çatmaz. Həyatın yeni, bilmədiyiniz, ağlınıza da gətirə bilmədiyiniz  sınaqlarına – acısna, şirininə hazır olmaq üçün özünüzü, ailənizi səfərbər etməlisiniz. Qəza hadisəsini vikipediyadakı “Ağasəlim Abdullayevin həyatı” bölümündən silməlisiniz.

 

 Sözdə də olsa bağışlayın.

Müdrik adamsınız. Müdriklik göstərin. Çünki keçmişinə, itmişinə, ölmüşünə heyfslənməyən insanlara müdrik deyirlər.

 

PS. Yazdığım bu yazıdan nə Mədətovlar ailəsinin, nə də qohumlarımın xəbəri var. Sadəcə bunu yazmağı özümə qohumluq, insanlıq borcu bildim.

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM