Azərbaycan Respublikasının Əməkdar müəllimi
M.Ə.Rəsulzadə və "Molla Nəsrəddin" jurnalı və yaxud "Molla Nəsrəddin"in Bakı vəkillərindən biri - Məhəmməd Əmin Rəsulzadə (29 02 1884 - 06.03.1955)
Neçə il yaşamasından asılı olmayaraq dünyada hərənin payına bir il düşür. O il ki insan dünyaya göz açır. Hamı dünyaya ağlaya-ağlaya gəlir. Mən hələ eşitməmişəm ki, desinlər filankəsin oğlu dünyaya gülə-gülə gəlib.
Bu ağlamaq məsələsi ki, var, çox qəliz məsələdir. Bəlkə də, dünyaya gələn uşaq ona görə ağlayır ki, başına nə gələcəyini bilmir. Hər halda ağlamaq ki var, insanlıq göstəricisidir. Əsas məsələ odur ki, ağlayan uşaq nəyə görə ağladığını bilsin. M.Ə.Rəsulzadə dünyaya DÜZ YÜZ OTUZ BEŞ il bundan əvvəl gəlib. Əlbəttə, ağlaya-ağlaya,həyatı dərk etməyə, həyatı yeniləşdirməyə gəlib. Tarixçilərin hazırladıqları sənədə görə M.Ə.Rəsulzadə 31 yanvar 1884- cü ildə dünyaya göz açıb. Doğru, dəqiq faktlara görə isə onun dünyaya gəlişi 1884-cü il fevralın 29-dan başlanmalıdır. Bu da ki, tarixi hesablamağın 1918-ci il üsulu ilə 12 mart 1884-cü ilə düşür.
Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan və həqiqəti təsdiq etməyə qadir olan sənədlərdə Məhəmməd Əmin Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan olduğu aydın- göstərilmişdir. (Mən bunu dəfələrlə müxtəlif yazılarımda göstərmişəm-N.N).
1884-cü il dördə kəsirsiz bölünən illərdəndir. Belə ilə ingilislər "LEAP YEAR", ruslar "ВИСОКОСНЫЙ ГОД" deyirlər. Hər halda uzun ilin adamı olmaq yaddaqalan xarakterik xasiyyətləri ilə tanınır. Bu cəhətdən M.Ə.Rəsulzadənin bəxti çox gətirib. Maraqlı və zəngin işləri ilə dolu həyat yolu var. Yaxşı müəllimlərdən yaxşı dərs alıb. Özü də öz həyat nümunsi, ictimai-siyasi fəallığı ilə nəsillərə dərs deyıb. Bugün-sabah yubiley təntənələrinin sön günləridir. Hamı bu yübiley günlərində Vətən qarşısında gördüyü işlər barədə hesabata hazır olmalıdır. Yubiley HESABATDIR. Görülən işin, hazırlanan və həyata keçirilən tədbirlərin hesabatı... Gəlin hesabatımızı yaxşı hazırlayaq.
M.Ə.Rəsulzadə - adı dövlətçilik tariximizdə özünə şərəfli yer tutan vətəndaşlarımızdandır. Onun doğum gününü hər il təntənəli şəkildə keçirmək lazımdır.
... M.Ə.Rəsulzadənin həyat və yaradıcılığının müəyyən mərhələləri haqqında mənim bir sıra yazılarım Azərbaycan, rus və ingilis dillərində dünya oxucularına çatdırılmışdır. İnanıram ki, yubiley tədbirlərində bu materiallardan da istifadə olunacaqdır.
Mən M.Ə.Rəsulzadənin ədəbi irsinə ilk dəfə 1997-ci ildə TQDK-nın xətti ilə bunkerdə olarkən müraciət etmişəm. Bu, mənə imtahandan əvvəl ehtiyatla irad tutulanda dediyim cavabı olduğu kimi indi sizlərə çatdırıram:
"Məhəmməd Əmin Rəsulzadə elə şəxsiyyətlərdəndir ki, onun heykəlini S.M.Kirovun heykəlinin yerində yapmaq olar".
Mənə irad tutan dövlət məmuru etiraz etməyi bacarmadı. İkinci dəfə Elçinin kitabından bir cümləni TQDK-nın qəbul imtahanı suallarına yerləşdirə bildim:
"Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur"cümləsini sintaktik təhlil edin.
Əlbəttə, söhbət sintaktik təhlildən daha çox M.Ə.Rəsulzadənin xatırlanmasının vacibliyini yada salırdı.
Başqa bir testdə M.Ə.Rəsulzadənin "Qaranlıqda işıqlar" dramı abituriyentlərin diqqətinə yönəldilirdi.
M.Ə.Rəsulzadənin "Molla Nəsrəddin" jurnalının "Bakı vəkili" olduğunu oxuculara ilk dəfə mən xəbər vermişəm.
Bu məlumatı "Molla Nəsrəddin" jurnalının 9 dekabr 1907-ci ilə aid 46-cı nömrəsindən oxumuşdum:
Bakıda məcmuəmizin vəkilləri "İrşad" idarəsində-"Nicat" cəmiyyətinin sədri cənab Məhəmməd Əmin Rəsulzadə və Parapetdə "Nadejda" kontorunda məzkur cəmiyyətin xəzinədarı cənab Əsədulla Axundovdur.
Gəncədə vəkilimiz şəhər məktəbinin türk dili müəllimi cənab Mirzə Hüseyn İsmayılzadədir".
Maraqlıdır ki, bu elan jurnalın sonrakı -- 16 dekabr 1907- ci il tarixli 47-ci nömrəsində də oxuculara çatdırılmışdır. Lakin əvvəlki nömrədəki soyadların təkrarlanması nədənsə məsləhət olmamışdır.
Yeri gəlmişkən qeyd edək ki, M.Ə.Rəsulzadənin də müəyyən illərdə rəhbər olduğu "Nicat" Xeyriyyə cəmiyyəti Bakı qubernatorunun 1906- cı il avqustun 22-də təsdiq etdiyi Nizamnamə əsasında fəaliyyətə başlamışdır. Cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işini gücləndirmək, ali,orta və ibtidai təhsil müəssisələrində oxuyan müsəlmanlara yardım göstərilməsi,ana dili və ədəbiyyatın inkişafı idi.Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr etmişdir.
Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasını "Nicat" Maarif Cəmiyyətinin dram heyəti hazırlamışdır."Leyli və Məcnun" operasının ilk tamaşası 1912-ci il yanvarın 12-də şənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur."Nicat"Cəmiyyətinin sədri kimiM.Ə.Rəsulzadənin də ilk tamaşada tamaşaçı kimi iştirakı şübhəsizdir. Yeri gəlmişkən onu da deyək ki, yarandığı gündən "Nicat" Cəmiyyətinə növbə ilə Məhəmmədəli bəy Səlimbəyov (1906-1907), Həsən bəy Ağayev (9 mart-12 noyabr 1907), M.Ə.Rəsulzadə (12.11.1907- 17 .12.1913), eyni zamanda Qasım Qasımov,İsa bəy Aşurbəyov və Əlimərdan bəy Topşçubaşov rəhbərlik etmişlər.
"Nicat " Cəmiyyətinin mətbu oraqanı "Nicat" qəzeti idi.Qəzetə İsa bəy Aşurbəyli başçılıq edirdi."Nicat" həftədə bir dəfə şənbə günü Azərbaycan və rus dillərində nəşr olunan siyasi, ədəbi və ictimai qəzet idi.
1910-1912-ci illərdə "Nicat" qəzetinin 86 nömrəsi çap olunmuşdur.
M.Ə.Rəsulzadə ilə ilgili qəzet və jurnal materiallarının diqqət və bələdliklə öyrənilməsi həmişə gündəmdə olmalıdır.
Mən fəxr edirəm ki, tariximizə sevgi və qayğı ilə bir neçə iri həcmli kitaba yerləşəcək qədər iş - xeyirxah yaradıcılıq işi görmüşəm. Bu sırada M.Ə.Rəsulzadə irsinə rəğbətim bir neçə yazımda öz əksini tapmışdır.
M.Ə.Rəsulzadənin "MƏR" imzası ilə "Həyat" qəzetində çap olunmuş "Mətbəələrimizə dair" məqaləsini 30.10.1992-ci ildə də oxuculara mən çatdırmışam.
(bax :"Novruz " qəzeti,30.10.1992).
Ən nəhayət, arxiv sənədlərinə əsasən, M.Ə.Rəsulzadənin 31 yanvar 1884-cü ildə yox, 29 fevral 1884- cü ildə anadan olması faktını da üzə çıxaran da mənəm:
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM