Adını çəkmirəm, eldən ayıb deyil, amma əmması var...

09:26 / 04.02.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Bir rəhbər işçimiz var idi. Məni yaman qaralamışdı. Bir gün qayıtdı ki, mənim adımdan da bir yazı yaz, xeyir iş var. Sən demə, yüksək vəzifəyə getmək istəyirmiş.

Sonralar getdi də. Yəqin ki, ordan -burdan istifadə etdərək yazdığım bu yazının da ona xeyiri oldu. Amma  kollektiv onu yola salanda mən də artıq yola salınmışdım; həyətdə və həyatda DOMİNO oynayırdım....

"KİRPİ"nin Şamaxı Ensiklopediyasından tanıdığım rəssamı Nəcəfqulu İsmayılov

Azərbaycan rəssamlıq məktəbinin, təsviri sənətimizin görkəmli nümayəndələrindən biri də Nəcəfqulu İsmayılovdur. Onun müxtəlif janrlarda yaratdığı əsərlər, karikaturalar hər zaman böyük maraqla qarşılanıb və bu gün də belədir. Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov 1923-cü ildə Bakıda anadan olub. 1936-1940-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb və II Dünya müharibəsinin başlanması onun ali təhsilini davam etdirməyə imkan verməyib.

Lakin yarımçıq təhsil alsa da, Nəcəfqulu İsmayılov 60 illik yaradıcılıq dövründə yaratdığı bənzərsiz əsərlərlə öz sözünü deyə bilib.

Nəcəfqulu İsmayılov özünəməxsus və orijinal üslubu ilə təsviri sənətimizi yüksək mərhələyə qaldıran çox istedadlı bir rəssam kimi tanınıb. Nəcəfqulu İsmayılov xatirələrində yazırdı: “Deyirlər ki, mən anadan olanda ağlamaq əvəzinə gülmüşəm. Bundan təşvişə düşən valideynlərim xəstə olduğumu zənn edib həkim çağırıblar. O da mənə baxıb və deyib ki, gülüş sağlamlığın ilkin əlamətidir”. 

 
Nəcəfqulu İsmayılov Əzim Əzimzadə məktəbinin davamçılarından olmuş, məharətli qrafika ustası kimi tanınmışdır. O, 1952-ci ildə “Molla Nəsrəddin” jurnalının təsiri ilə nəşrə başlayan “Kirpi” jurnalının baş rəssamı olub və 1979-cu ilə qədər burada çalışıb. Otuz ilə yaxın jurnalın baş rəssamı kimi minlərlə güclü bədii təsir qüvvəsi olan maraqlı karikaturalar, şarjlar və başqa qrafik əsərlər yaradıb. O, bu jurnal üçün rəsm və karikaturalar, plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar böyük maraqla qarşılanmışdı. 
Təsadüfi deyil ki, Nəcəfqulu Ismayılovla uzun müddət bir redaksiyada çalışmış görkəmli yazıçı Seyfəddin Dağlı onun 50 illik yubileyi ilə bağlı təbrikdə yazırdı: “Güldürmək və eyni zamanda düşündürmək ikiqat istedad tələb edir. Belə bir istedada sahib sənətkarın həm də aydın müəllif mövqeyi olmalıdır. Həyatda rast gəldiyi eybəcərlikləri gülüş hədəfinə çevirən satirikin onlara nə məqsədlə atəş açdığı bilinməlidir. Saltıkov-Şedrinin bu barədə bir kəlamını xatırlamaq yerinə düşər: ”Satiranın həqiqətən satira olması və məqsədinə çatması üçün o, əvvəlcə öz yaradıcısının hansı idealdan çıxış etdiyini oxucuya hiss etdirməli, ikincisi - neştərinin hansı məsələyə qarşı yönəldiyini aydın başa düşməlidir". Bu mənada Nəcəfqulunun fırçası öz rənglər dünyasında mənəviyyata, əxlaqa zidd hərəkət sahiblərinin karikaturalarını çəkib".

Rəssamın görkəmli “portretlər”i

Nəcəfqulu Ismayılov dəzgah rəngkarlığı və qrafika sahəsində bir-birindən maraqlı əsərlər qalereyası yaradıb.ÿOnun  dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında çox uğurlu əsərləri mövcuddur. Rəssamın yaradıcılığında portret janrı xüsusi yer tutur. “Qubalı Fətəli xan”, “General H.Aslanov”, “Sara Aşurbəyli”, “Şair M.Ə.Möcüz”, “Yazıçı A.Şaiq”, “Ana”, “Yazıçı Cəlil Məmmədquluzadə”, “Şair S.Vurğun”, “Akademik M.Hüseynov”, “S.Bəhlulzadə”, “Ü.Hacıbəyli”, “Nəsirəddin Tusi” və digər portretləri buna misal ola bilər. 

Rəssamın Fətəli xanın portreti eyni zamanda tarixi önəm daşıyır. Onun kətan üzərində yaradılmış əzəmətli surəti tamaşaçıya xoş ovqat bəxş edir...

N.Ismayılovun yaratdığı Cəlil Məmmədquluzadənin portreti də çox maraqlı və düşündürücü bir əsərdir. Həmin əsərdə C.Məmmədquluzadənin azacıq yarım profildən sağ əlində məşhur “Molla Nəsrəddin” jurnalının nömrəsini tutmuş vəziyyətdə təsvir edilən surəti canlandırılıb. Rəssamın “Nəsirəddin Tusi” portreti Azərbaycanın dahi ensiklopediyaçı aliminin yaradılmış ən uğurlu portret əsərlərindən biri hesab olunur.  

Nəcəfqulu Ismayılovun süjetli tablo və mənzərə əsərlərindən  “Nəsiminin edamı”, “Qrand-opera”, “Içərişəhərdə küçə”, “Səadət”, “Realist rəssam” və başqalar da maraqla qarşılanan əsərləri sırasına daxildir.

Rəssamın “Realist rəssam” adlı əsəri haqda xalq şairi Bəxtiyar Vahabzadə belə yazırdı: “Küçənin bir tərəfində əsərlərini satan rəssam, tində isə ismətini satmaq üçün ”müştəri" gözləyən qadın dayanmışdır. Biri mənəviyyatını, o biri isə özünü satmaq üçün “müştəri” gözləyir". 

Nəcəfqulu Ismayılov 1970-1982-ci illərdə Məhəmməd Füzulinin, Sabirin, Üzeyir Hacıbəylinin misdən barelyeflərini yaratmışdır. Hələ sovet dövründə onun əsərləri Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. Ötən əsrin 70-ci illərində Moskvada “Fitil” kinoteatrında Nəcəfqulunun sərgisinə baxan dünya şöhrətli rəssam Tahir Salahov təəssüratını belə dilə gətirmişdi: “Əziz Nəcəfqulu! Bu böyük istedadlı, səmimi və könül oxşayan sərginlə səni təbrik edirəm. Köhnə və yeni Bakının doğma obrazları və insanları ilə Moskvada görüşməyimə çox şadam. Sənin gözəl və böyük sənətinə həmişə dərin məhəbbətlə yanaşıram”. 

Nəcəfqulu Ismayılovunÿ"Kirpi" jurnalının səhifələrini zənginləşdirən bir çox əsərləri ötən əsrin 70-ci illərində Bolqarıstanın məşhur Qabrovo şəhərində gülüşlə bağlı keçirilən beynəlxalq yarışmada nümayiş olunmuşdur. Onun əsərlərinə tamaşa edənlər hətta onu rəssam yox, dahi bir satirik adlandırırdılar. Bu baxımdan da Nəcəfqulunun əsərləri müasir dövrdə də öz aktuallığını itirməmiş, tamaşaçıların sevə-sevə baxdıqları əsərlər sırasına daxil olmuşdur.

Karikaturalarının sözlərini də özü yazırdı... 

Nəcəfqulu IsmayılovÿSəttar Bəhlulzadə yaradıcılığını çox sevirdi. O da Azərbaycanı kənbəkənd gəzərək öz əsərləri üçün materiallar toplayar, gördüyü neqativ hallara qarşı münasibətini bildirər və bütün bunları öz karikaturalarında yaratdığı ümumiləşdirilmiş obrazlarla satira hədəfinə çevirərdi. Onun yaratdığı “Qayğıkeş ferma müdiri”, “Əsl şərəf lövhəsi belə olar”, “Axır ki dil tapdıq”, “Sözsüz” və başqa sənət nümunələri bu baxımdan xarakterikdir.

Nəcəfqulu Ismayılov “Kirpi” jurnalında çalışdığı illərdə çəkdiyi karikaturaların sözlərini də özü yazardı. Onun bu istedadı da rəssama böyük şöhrət qazandırmışdı. O, bir çox görkəmli sənət adamlarının portretlərini işləmiş, eyni zamanda onların dostluq şarclarını da çəkmişdi. Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının portretləri və dostluq şarjları buna misal ola bilər. Böyük aktyor Bəşir Səfəroğlu öz şarjına baxaraq Nəcəfquludan dönə-dönə soruşub: “Mən ölüm, düz de, bu, doğrudan mənəm? Qədeş, sənin neçə gözün var? Bunları necə görmüsən?”- demişdi.

Azərbaycanın təsviri sənətində özünəməxsus yeri olan Nəcəfqulu Ismayılovun əsərlərinə baxmaq, onun yaratdığı obrazlar qalereyasını görmək kifayətdir ki, onun təkrarsız yaradıcılıq dünyasının şahidi olasan. Həm rəngkarlıq, həm də qrafika sahəsində eyni dərəcədə yaradıcılıq şöhrəti qazanmaq xoşbəxtliyi də hər sənətkara nəsib olmur. Nəcəfqulu Ismayılov məhz bu xoşbəxtliyə nəsib olan görkəmli sənətkar olub.
Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətində iz salmaq bəzən çox çətin olur. Amma yaradıcı insanların demək olar ki, hamısı buna səy göstərir, başqa sözlə desək, qalanlarla qalmağa çalışırlar. Etiraf edək ki, onları unudulmazlığa aparan bu yol axtarışlarla dolu çox çətinliklərdən keçir. Bəzən zamanında duyulası şan-şöhrət qazanmış, cah-cəlal içində yaşamış sənət adamlarının belə adının tarixin onları xatırladacaq əbədiyyət saxlancından kənarda qaldığı da bu gün heç kimə sirr deyil.

Bu da çox vaxt həmin yaradıcıların sənət ideallarına sona qədər sadiq qalmamalarından, ideologiyaya xidmətlərindən irəli gəlir. Qənaətimizcə, sənətdə qalmağın yeganə yolu yaradıcılıqda nümayiş etdirilən özünəməxsusluq və səmimilikdir. Bu gün hər birimizə qürur bəxş edən Azərbaycan incəsənətinin, xüsusilə də onun təsviri sənət kimi önəmli sahəsinin şöhrətini davam etdirən yaradıcı məziyyətlərə malik çoxsaylı rəssamlar arasında əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılovun (1923-1990) özünəməxsus yeri vardır. Onun adı çəkiləndə hər bir sənətsevərin gözü qarşısında həm də qeyri-adi dərəcədə təvazökar olan rəssamın yaratdığı dadlı-duzlu karikatura və şarjlarının canlanması yəqin ki, bir yaradıcı kimi Nəcəfqulu İsmayılovun elə zamanında sənətdə qazana biləcəyi və çoxlarına nəsib olmayan ən böyük qiymətdir.

Əslində, onun zəngin yaradıcılığı təkcə yumorla bağlı olmamışdır. Yəqin ki, onun daha çox satirik rəssam kimi xatırlanması bilavasitə həmin sahədə qazandığı böyük uğurlarla, əsərlərinin bənzərsizliyi ilə bağlıdır.

1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirən Nəcəfqulu İsmayılov bir çox həmkarları kimi keçmiş SSRİ-nin böyük şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqlarına getməmiş, təhsilsonrası bilavasitə doğma Bakıda yaradıcılığa başlamışdır. Amma yenicə fəaliyyətə başlayan gənc rəssam çox tezliklə xəyallarında gəzdirdiyi yaradıcılıq planlarını ertələməyə məcbur oldu. Buna səbəb İkinci Dünya savaşının başlanması idi. O, arxa cəbhədə qalan və gündəlik bədii yaradıcılığı ilə döyüşçülərimizi düşmən üzərində qələbəyə ruhlandıran başqa həmkarları ilə birlikdə təbliğat xarakterli işlər görməyə başlayır. Onun həmin illərdə yaratdığı Sovet İttifaqı qəhrəmanları Həzi Aslanov və Adil Quliyevin portretləri yüksək bədii-estetik tutumuna görə bu gün də öz bədii-tarixi əhəmiyyətini qoruyub saxlamaqdadır. Müharibə illərində Bakıda təşkil olunan sərgilərdə gənc Nəcəfqulunun Şah İsmayıl Xətai, Xan qızı Natəvan, Qubalı Fətəli xan, Abasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh və Molla Pənah Vaqif kimi görkəmli şəxsiyyətləri əks etdirən portretlər yaratması da səbəbsiz olmayıb, gecə-gündüz mübarizə aparan soydaşlarımıza necə bir şərəfli tarixin daşıyıcıları, qüdrətli şəxsiyyətlərin xələfləri olmalarını xatırlatmaq və onları qələbəyə ruhlandırmaq məqsədi daşıyırdı. Müharibədən sonra da rəssamın portret janrına olan marağının azalmaması həm də onun bu sahədə yaddaqalan və özünəməxsus bədii keyfiyyətlərə malik əsərlər yaratması ilə bağlı idi. Bu mənada ərsəyə gətirilən Şah İsmayıl Xətai, Cəlil Məmmədquluzadə, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqa portretlərində rəssamın obrazların daxili aləmini, psixoloji yaşantılarını bütün dolğunluğu ilə göstərmək istedadını müşahidə etmək mümkündür. Rəssamın görkəmli tarixi və ədəbi şəxsiyyətlərə xas fərdi mənəvi-psixoloji keyfiyyətləri böyük sənətkarlıqla ümumiləşdirməsinin nəticəsidir ki, kətan üzərində gerçəkləşənlər müsbət dəyərlərin daşıyıcısı olan obrazlar kimi hamı tərəfindən rəğbətlə qarşılanıb. Elə zamanında Nəcəfqulu İsmayılovun portretlərinə xas olan bu bədii-estetik keyfiyyətləri çox incəliklə xalq şairi Bəxtiyar Vahabzadə də duymuşdu. O, özünün "Sadəlikdə böyüklük" kitabında rəssamın çəkdiyi portretlə "görüşü"nü belə təsəvvür edir: "Bir neçə il əvvəl dostlarımla bərabər "Ulduz" jurnalına baxırdıq. Gözəl bir şəkil gördüm: "Ana". Diksinən kimi oldum. Bu ana eynən mənim anama oxşayırdı. Bir az da diqqətlə baxdım, yox, bu nənəmə də oxşayırdı. Dostlarım da baxdı. Hər biri bu ananı öz anasına oxşatdı. Şəklin müəllifi rəssam Nəcəfqulu idi. Dərhal ona telefon edib təbrik elədim. Məlum oldu ki, rəssam bu şəkli çəkərkən bir ananı nəzərdə tutmuş, lakin əsər bir ananın deyil, Azərbaycan anasının, bəlkə də ümumiyyətlə, analığın himni kimi meydana çıxmışdır. Ona görə ki, rəssam bir ananın şəxsiyyətində analığı qələmə almış, bədii ümumiləşdirmə yolu ilə getmişdir. Şəkildə ana Azərbaycan milli xalçasının fonunda təsvir olunur. Ana toxumaqda olduğu yun corabı yumaqla bərabər taxtın üstünə qoymuş, əlində məktub tutmuşdur. Buradakı daxili dinamika tamaşaçını düşünməyə vadar edir. Məktub yəqin ki, ananın oğlundan gəlmişdir. Fikir fikri çəkir, görəsən oğlu nə yazıb? Ana niyə düşüncəlidir? Niyə dalğındır? Bəlkə məktubda anaya xoş olmayan bir xəbər yazılıb? Bəlkə oğul ananı yanına çağırır? Şəkil o qədər dinamik və inandırıcıdır ki, ananın üzündəki düşüncə dərhal tamaşaçıya sirayət edir. Cansız tablodan aldığımız bu canlı təəssürat, əlbəttə, sənətin qüdrətidir..."

Görkəmli söz xiridarının "Ana" (1967) əsəri barəsində söylədiyi qiymətli poetik fikirlərlə razılaşmamaq çətindir. Belə ki, şair dəyərləndirməsi bilavasitə Nəcəfqulu İsmayılovun bütün yaradıcılığının mayasını təşkil edən təsvir obyektinə səmimi münasibətdən qaynaqlanır. Belə sənətkar səmimiliyi sonda rəssamın onu başqalarından fərqləndirəcək fərdi dəst-xəttinin, yaradıcı özünəməxsusluğunun yaranmasına gətirib çıxarmışdır desək, yanılmarıq. Etiraf edək ki, bu cür özünütəsdiq taleyini sənətə bağlayan hər adama müyəssər olmur. Demək lazımdır ki, rəssam bu fərdi bədii-yaradıcılıq keyfiyyətlərini portretlə yanaşı, süjetli tablo və mənzərə janrlarında çəkdiyi əsərlərdə, eləcə də zəngin qrafik yaradıcılığında da nümayiş etdirmişdir. Dediklərimizi ümumiləşdirməli olsaq, onda Nəcəfqulu İsmayılovun təsviri sənətimizdə öz sənətkar "mən"ini təsdiqləyən rəssamların sırasına daxil olduğunu qeyd etməliyik. 

Yaratdığı mənalı, koloritli rəsmlərin qarşılığında daha çox satirik rəssam kimi tanınan sənətarın digər əsərlərində də tamaşaçını özünə cəlb edə biləcək bədii məziyyətlər kifayət qədərdir. Bu mənada, ilk növbədə, onun işlədiyi "Nəsiminin edamı" (1958) əsərinin adını çəkmək istərdik. Otuzuncu illərdə diplom işi üçün bu mövzunu seçən rəssam N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə yenidən bu süjetə qayıtmalı olmuşdur. Azərbaycan tarixinə həm də əqidəsinə sədaqətlik nümunəsi sərgiləyən bir yaradıcı kimi daxil olan Nəsiminin ölüm ayağındakı dəyanəti bu gün də dillər əzbəridir. Elə Nəcəfqulu da çəkdiyi iriölçülü tablo üçün həmin anın təsvirini seçmişdir. Sonralar rəssam bu əsərdən söz düşəndə tez-tez şairin məşhur

"Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz", - beytini bu əsəri üçün leytmotiv seçdiyini vurğulayardı. 

Doğrudan da, üfüqi kompozisiyada edam ərəfəsində təsvirə gətirilən şairin görkəmi səsləndirdiyi sözlərə müvafiq - qürurlu və cəlbedicidir. Qüruba enməkdə olan Günəşin yaratdığı isti rəng çalarlarının yaşanan gərginliyə özünəməxsus ruh verməsi də kifayət qədər duyulandır. Bütün bu müsbət məziyyətlər, heç şübhəsiz, rəssamın nümayiş etdirdiyi yüksək sənətkarlıq sayəsində gerçəkləşmişdir...

Bu yerdə əlavə edək ki, Nəcəfqulu İsmayılov xalqımızın uzaq-yaxın tarixinə olan marağını bütün yaradıcılığı boyu nümayiş etdirmişdir. Bu da, heç şübhəsiz, onun bu şərəfli və qürurverici tarixdə özünə yeni-yeni süjetlər tapa bilməsi ilə bağlı olmuşdur. Onun Şah İsmayıl Xətainin hökmdar və şair qüdrətini, Nəsrəddin Tusinin intellekt zənginliyini, Məhəmməd Füzuli şəxsiyyətinin müdrikliyini, Üzeyir Hacıbəylinin dühasının böyüklüyünü, Hüseyn Cavidin yenilməzliyini, Səttar Bəhlulzadənin sənətkar çılğınlığını, xeyriyyəçi Mahmud ağanın himayədarlığını özündə yaşadan portretlərin həm də bədii-tarixi əhəmiyyət daşıdığını vurğulamalıyıq. Bu əsərlərin məziyyəti onlarda təsvir olunan və hər birimizə zamanında olduğu kimi çox-çox sonralar da işıqlı əməlləri ilə qürurdoğuruculuq bəxş edən şəxsiyyətlərin obrazlarının yaddaqalanlığını yeni-yeni nəsillərə də inandırıcı şəkildə ötürə bilməsindədir.

Rəssamın bütün yaradıcılığı üçün səciyyəvi olan tarixiliyi onun çəkdiyi çoxsaylı mənzərələrdə də izləmək mümkündür. Doğma yurdumuzun ayrı-ayrı guşələrinin müxtəlif illərdə təsvirə alınmış görüntüləri kifayət qədər real-gerçəkçi bədii həllə tapındığından bir qayda olaraq özündə müəyyən zamanı yaşadan tarixi anın bədii görkəmini yaşatmaqdadır. Bu mənada Nəcəfqulu İsmayılovun yurdumuzun gözəlliklərinə vurğunluğunu əks etdirən "Qusar mənzərəsi" (1950), "Qubadlı motivi" (1952), "Stansiyaya yol" (1952), "Pirşağı" (1957), "Dəniz sahili" (1961), "İstisu dağlarında" (1964), "Dağ mənzərəsi" (1968) və s. lövhələrinin adını çəkmək olar.

Vurğuladığımız kimi, Nəcəfqulu təsviri sənət məkanında daha çox bənzərsiz qrafika ustası kimi tanınmışdır. Bu da, heç şübhəsiz, rəssamın jurnal-kitab qrafikası sahəsində davamlı və məhsuldar çalışmasının nəticəsidir. Məlumdur ki, o, 1952-ci ildən başlayaraq 25 il ərzində respublikada yenicə nəşrə başlayan "Kirpi" satirik jurnalının baş rəssamı olmuşdur. Həmin müddətdə onun cəmiyyətdə çox məşhur olan bu jurnalda 500-dən çox müxtəlif mövzulara həsr olunmuş karikaturaları çap olunmuşdur. Nəcəfqulu İsmayılovun 1977-ci ildə Bakıda təşkil olunan fərdi sərgisinin kataloquna ön söz yazan yazıçı Seyfəddin Dağlının onu "Əzim Əzimzadənin xələfi" adlandırmasını da rəssamın yüksək sənətkarlığını təsdiqləyən dəyərləndirmə saymaq olar. Süjet aydınlığı ilə seçilən həmin satirik rəsmlərdə rəssamın dövrünün aktual problemlərinə, rastlaşdığı neqativ hallara və cəmiyyətdəki mənfi tiplərə qarşı barışmaz mövqe nümayişini müşahidə etmək mümkündür. Bu rəsmlərdə müşahidə olunan mübaliğə, qrotesk, kinayə və ironiya onların hər birinin məna-məzmun və bədii cəhətdən yaddaqalanlığına səbəb olmuşdur desək, yanılmarıq. Rəssamın mübariz fırçasından çıxmış "İncəsənət meymunları", "Uşağın onillik attestatını düzəltdim, ali məktəbə də gərək onu siz düzəldəsiniz", "Atam, anam, qulluqçumuz və mən", "İnstituta imtahan verənlərin azarkeşləri", "İsti yuva" və s. rəsmləri bu qəbildəndir.

Nəcəfqulu İsmayılovun satirik duyumunu bir qədər fərqli tutumlu ifadəsi onun bütün yaradıcılığı boyu çəkdiyi dostluq şarjlarında da duyulmaqdadır. Rəssamın Qara Qarayev, Fikrət Əmirov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, Sabit Rəhman, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Mustafa Mərdanov, Nəsibə Zeynalova, Əlağa Ağayev və başqalarına həsr olunmuş şarjlarında bu məşhurların tanış portret cizgiləri onların davranışında müşahidə olunan səciyyəvi adətlərlə qoşalaşdırıldığından rəsmlər cəlbedici və istər-istəməz təbəssüm doğurandır.

1962-ci ildə ölkəmizdə görkəmli satirik şairimiz M.Ə.Sabirin anadan olmasının 100 illiyi qeyd olunarkən yenidən nəşr olunan "Hophopnamə"nin bədii tərtibatının Nəcəfqulu İsmayılova etibar edilməsi də onun dahi söz ustasının şeirlərindəki çoxqatlı mənaya yaddaqalan bədii görüntü verə bilmək istedadına inamın göstəricisi idi. Bu gün duyulası zaman distansiyasından həmin kitabı bəzəyən 30-dan çox illüstrasiyanı dəyərləndirməli olsaq, onda, ilk növbədə, bu rəsmlərdə M.Ə.Sabir poeziyasına yönəli Ə.Əzimzadə yanaşmasının uğurla davam etdirildiyini söyləmək olar. Şairin məşhur beytlərinə Nəcəfqulunun çəkdiyi satirik rəsmlərdə tənqidlə yanaşı, oxucunu - tamaşaçını düşündürməyə məcbur edən bədii-estetik keyfiyyətlər də kifayət qədərdir. Onlarda müəyyən məqamlarda mövzuya Ə.Əzimzadə baxışı ilə səsləşən məqamlara rast gəlsək də, bütünlükdə Nəcəfqulunun bədii şərhi bütün mənalarda yeni və cəlbedici olmuşdur.

Rəssamın müxtəlif illərdə işıq üzü görmüş "Mirzə Fətəlinin tipləri" (1962) və "Köhnə Bakıda" (1988) kitablarında yer almış rəsmlərində də onun uzaq-yaxın keçmişimizə gözoxşayan bədii görkəm vermək bacarığını görmək mümkündür. Bu rəsmlərdə müəllifin qədim memarlığımıza, milli adət-ənənələrimizə və zəngin etnoqrafiyamıza bələdçiliyi özünün yaddaqalan bədii ifadəsini almışdır. Nəcəfqulunun daha sonra nəşr etdirdiyi "Azərbaycan geyimləri (tiplər)" albomu da onun illərlə yaratdığımız etnoqrafik dəyərlərin qorunub saxlanılmasına xidmət edən və hər cür təqdirəlayiq bir yaradıcılıq nümunəsidir.

Nəcəfqulu İsmayılov hər bir kitab rəssamı üçün önəmli hesab oluna biləcək mətni incəliklərinə kimi "oxumaq" və ona oxucuya əyanilik bəxş edə biləcək bədii tutum verə bilmək istedadını bir çox kitablara verdiyi tərtibatlarda sərgiləyə bilmişdir. Onun Cəlil Məmmədquluzadənin əsərlərinə ("Ölülər", "Qurbanəli bəy", "Usta Zeynal") çəkdiyi illüstrasiyalarda yazıçı təxəyyülünün nəticəsi olan koloritli obrazların oynaq qrafik cizgilərdə hifz olunan gözoxşayan və düşündürücü ifadəsini görürük.

Nəcəfqulu İsmayılovun çoxşaxəli yaradıcılığında adətən heykəltəraşların müraciət etdikləri qalvanika, qalvanoplastika, barelyef kimi heykəltəraşlıq formalarına müraciət etməklə, özünün rəngkarlıq və qrafika duyumunu plastik biçimdə ifadə etməsini də Azərbaycan rəssamlığı üçün yenilik saymaq olar. Elə M.Ə.Sabir, C.Məmmədquluzadə, Q.Qarayev, S.Bəhlulzadə, C.Cabbarlı, A.Şaiq, F.Əmirov, Ü.Hacıbəyli və başqalarına həsr olunmuş rəsm nümunələrində məhz adları çəkilən müxtəlif sənət növlərinin bədii prinsiplərinin uğurlu qovşağını görmək mümkündür.

Rəssamın yaradıcılığı boyu bir neçə dəfə teatr tamaşalarının tərtibatına cəlb edilməsini də onun rəngkarlıq və qrafika sahəsində gerçəkləşdirdiyi ən müxtəlif mövzular üçün cəlbedici məkan həlli tapması, obrazları yaddaqalan görkəmdə təqdim edə bilməsi ilə əlaqələndirmək olar. Teatr həvəskarlarının yaşlı nəsli indi də Nəcəfqulu İsmayılovun "Ölülər" (C.Məmmədquluzadə), "Nişanlı qız" (S.Rəhman), "Hamlet" və "Otello" (V.Şekspir) tamaşalarına verdiyi bədii tərtibatları, yaratdığı geyim eskizlərini yaxşı xatırlayırlar.

Nəcəfqulu İsmayılovun səmərəli yaradıcılıq fəaliyyəti layiqincə qiymətləndirilmiş və 1985-ci ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. Heç şübhəsiz, bunu, ilk növbədə, təvazökarlığı çoxlarına nümunə ola biləcək rəssamın müxtəlif mövzu və janrlarda yaratdığı rəngkarlıq və qrafika əsərlərinin müxtəlif muzey və qalereyaların ekspozisiyalarını bəzəməsi, sərgi salonlarında onun bənzərsiz təxəyyülünün nəticəsi olan lövhələrinin tamaşaçılar tərəfindən arzulanan olması şərtləndirmişdir. Rəssamın adının bu gün müxtəlif elmi tədqiqat əsərlərində, Azərbaycan təsviri sənətinə həsr olunmuş kitablarda vurğulanması göstərir ki, o, milli təsviri sənət tariximizdə iz salan və buna görə də zaman-zaman xatırlanacaq sənətkarlardandır...



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM