Azərbaycan Respublikasının Əməkdar müəllimi
Bu, necə tərcümə, bu, nə əş'ardır?Böylə tərcümyə hacət mi vardır? və yaxud M.Y.Lermontovun 189 yaşlı "Dilənçi"sinin yeni tərcüməsi...
Görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun (1814 - 1841) "Нищий" (Dilənçi) adlı maraqlı bir şeiri vardır. 1830-cu ildə-şair 16 yaşında olanda yazdığı şeirlərindən biridir.
Şeirin yazılması haqqında müxtəlif rəvayətlər, açıqlamalar, incələmələr olsa da, onlardan danışmaq fikrimiz yoxdur. Məqsədimiz diqqəti tərcümə məsələlərinə yönəltməkdir. Müzakirə açmaq fikrimiz də yoxdur. Yox, əgər buna ehtiyac olsa, fikirlərinizi eşitməyə hazırıq.
Fikir mübadiəsi aparmaq sizlərin mənəvi haqqınızdır.
"Dilənçi" şeiri cəmi 3 bənddir, abab kimi qafiyələnib,rus şeir texnikasının ənənələrinə uyğun şəkildə işlənilib.
Mövzu kilsənin qabağında dilənçilik edən bir bədbəxtin həyatının bir neçə dəqiiqəsini işıqlandırır.
Dilənçi adamın ürəyini ağrıdan bir görkəmdə,bir haldadır.Onun istəyi bir tikə, bir loxma çörəkdir.Əli dilənməkdən uzalı qalıb. O, insan bildiyi adamlara əl açır.Lakin bu bir tikə çörəyi də bu müqəddəs yerdə- kilsənin qapısı önündə ona çox görürlər.Onun - bu kor baxışlı dilənçinin qabına nadir hallarda qəpik-quruş atırlar.
Kor dilənci kar deyil. O, qəpiyin səsini tanıyır.
Bir dəfə bir nadan onun qabına istehza ilə pul əvəzinə bir qara daş parçası atır.Bu məqam 16 yaşlı gələcək şairin diqqətini cəlb edir. 16 yaşında məhəbbət oxu daşa dəyən Mişa bu təhqiramiz hadısəyə dözə bilmir.O, rus dilinin rus poeziyası üçün geniş imkanlar açan dilində öz düşüncələrini qələmə alır.
Нищий
У врат обители святой
Стоял просящий подаянья
Бедняк иссохший, чуть живой
От глада, жажды и страданья.
Куска лишь хлеба он просил,
И взор являл живую муку,
И кто-то камень положил
В его протянутую руку.
Так я молил твоей любви
С слезами горькими, с тоскою;
Так чувства лучшие мои
Обмануты навек тобою!
(1830)
Bu şeir dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilib və kitablara düşüb.Bir sıra tərcümələri ilə ədəbiyyat tariximizdə özünə yer tutan şair-tərcüməçi Eyvaz Borçalı Mixail Yuryeviç Lermontovun "Dilənçi"sini oxuculara belə çatdırıb:
Müqəddəs bir kilsə önündə biri
Sədəqə umurdu gəlib-gedəndən.
Bir sümük qalmışdıyazıq,bir dəri,
Aclığın,əzabın,dərdin içində.
***
Onun diləndiyi bir tikə çörək,
Yavaran gözləri bir məşəqqətdi.
Kim isə ötəndə rişxənd edərək,
Uzalı əlinə daş qoydu getdi.
***
Beləcə yalvarıb sevdim dəruni,
Acı göz yaşların yandı həsrətdən.
Könlümün ən acı istəklərini,
Beləcə aldatdın əbədilik sən....
(Bax:M.Y.Lermontov.Seçilmiş əsərləri.Öndər nəşriyyatı.Bakı,2005.cəh.19.
Tərcüməçi Eyvaz Borçalı)
***
Mənə elə gəlir ki, tərcümə alınmayıb.16 yaşlı gəncin hiss və həyəcanları oxucunu təsirləndirmir.
Azərbaycan dilində tərcümə,hər nəsnədən əvvəl, dilin axıcılığı və incəliyi ilə diqqəti cəlb etməlidir.
Əlbəttə,bu fikir doğrudur ki,hər bir tərcümə orijinalla müqayisədə nöqsanlı görünür.Lakin nöqsanın faizinin az olması naminə bəzi klassik tərcümələrdə olduğu kimi,tərcüməçi yaradıcılıq nümunəsi də göstərməli, Azərbaycan dilinin gözəlliyini oxucuya hiss etdirməlidir.
Eyvaz Borçalı kimi qabil bir tərcüməçidən sonra bu şeiri tərcümə etmək çətin və naqolay görünsə də, mənfəətdən xali olmadığı üçün mən də "Dilənçi"ni dilləndirdim:
Bir kilsənin önündə
Dilənirdi dilənçi.
Ölü kimi diriydi,
Dəhşətliydi çöhrəsi.
***
İstəyi loxma çörək...
Çoxdan dəymr dilinə.
Kimsə ona gülərək ,
Daş uzatdı əlinə.
***
Eh...Sənə rəğbətimi
Mən göstərə bilmədim.
Mən sənə diqqətimi
Heç yönəldə bilmədim...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM