Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan ədəbiyyatında Şərq şeir janrları ilə yanaşı, bir neçə Avropa şeir şəkillərindən də istifadə olunmuşdur. Bu janrların ədəbiyyatımıza kütləvi şəkildə ilk gəlişinin tarixi əsasən XX əsrin əvvəllərindən başlanır. XX əsrin Azərbaycan şairlərindən M.Ə.Sabir, H.Cavid, A.Şaiq kimi söz ustalarının yaradıcılığında mülli şeir formaları ilə yanaşı epiqram, epitafi, parodiya, marş, sonet kimi alınma nəzm biçimlərindən ustalıqla istifadə olunmuşdur.
***Epiqram-qısa,maraqlı və yadda qalan satirik şeir,həcvdir.
Var aləm ara şöhrəti İslambulun,
Həddən füzun dövləti İslambulun.
Başdan ayağa gözəllərin yığnağı,
Maskov ola bilməz .... islambulun. (S.Ə.Şirvani)
***Epitafi-qəbir daşı üərində mərhumun əxlaqi xüsusiyyətlərini ehtiva edən bir və ya bir neçə yadda qalan şeir Azər Abdulla.
Akif Mirili üçün epitafi
Uzaqlardan, Mirilərdən gəlmişdi,
Bu dünyada yaxşılığı yaymağa.
Yüz elədi, min elədi, bəlkə çox,
Oğul gərək sonalayıb saymağa.
Azərbaycan oxucularına bu janrlarda yazılmış şeirlərin təqdimatı ən çox milli mətbuat və rus dili dərslikləri vasitəsilə daxil olmuşdur. Onu da deməliyik ki, bu janlara aid Şərq ədəbiyyatından gəlmə nümunələr də var. Azərbaycan ədəbiyyatında onet janrından söz düşəndə Abdulla Şaiqin yazdığı bir sonet yada düşür. Bu sonet "Məktəb məcmuəsi" dərgisinin yeganə nömrəsində ("Məktəb məcmuəsi" dərgisi,1925, N1, səhifə 3 - redaktoru milliyyətcə başqırd olan Şərif Manatovdur. Ş.Manatov -görkəmli partia işçisi, ADPİ-nun rektoru,Xalq Maarif Komissarlıının şöbə müdiri idi). Azərbaycan ədəbiyyatında H.Cavid, C.Cabbarlı, M.Müşfiq və digər şairlər yaxşı sonet yazmağa cəhd göstərmişlər. Sonet ən çox Avropa ölkələrində yayılmışdır. Həcmi 4 bənd olur, birinci və ikinci bəndlərinin hərəsində dörd misra olur. Şeirin sonrakı 2 bəndinin hərəsi 3 misra olur. Qafiyələnməsində müxtəliflik var. Yaranma məkanına və qafiyələnməsinə görə sonetin bir neçə növü var.
Fransız soneti
***
abba abba cdd ddc;
абба+абба+ввг+дгд
абаб+абаб+ввг+ддг.
абба+абба+ввг+ддг.
İtaliya soneti *** abab abab sds dsd;
Şekspr soneti *** abab sdsd efef gg
Dünyada sonet yazan çox olmuşdur: Halyada Yakopo, Padon Antonin, Vilyam Şekspir və başqaları. Abdulla Şaiqin "Centlmen bir xanəndəyə" sərlövhəli soneti fransız soneti növünə aiddir. Qafiyələnməsi abba abba add dda kimidir.
Nədir, nədir o gözəl səsdə titrəyən fəryad
Ki, hər təranəsi ruhumda bir fəğan oyatır?...
O hıçkırıklar , aman kimdən istəyir imdad
Ki, qəlbimin içini hər zaman qanatır..
***
Niçin, niçin dodağından uçan fəğanlardan
İçimdə dalğalanır pək acıqlı duyğu,kədər?..
Niçin, niçin o səni inlətən amanlardan
Önümdə canlanur bir yəğin səfil yüzlər?..
***
Niçin, niçin bu səfil fəğanlar "aman"lar həp anlat,
Zavallı xəlqimizin əksi dərd - ü matəmimi?..
O inlətən səni də ruhimi ya qan ğəmimi?..
***
Unut o keçmişi hayqırma bitsin əfğanlar,
Bir az da gurlasın artıq səsində üsyanlar,
Bir az da nəğmənə qüvvət, bir az da atəş qat!
Uzun müddət Abdulla Şaiqin bu sonetinin kimə həsr edildiyi bilinmirdi. Sonetin ilk dəfə çap olunduğu jurnalda da bu barədə heç nə göstərilməməmişdir. Sonrakı tədqiqattlardan centlmen müğənninin kim olduğu müəyyən edilmişdir. Sən demə, centlmen müğənni Avropanın vokal sənət beşiyində oxuyan Bülbül- Murtuza Məmmədov imiş. Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər.Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Abdulla Şaiqin "Centlmen bir xanəndəyə" soneti bu vaxtlarda,təxminən 1924-cü ilin payızında yazılmışdır. Məzkur -haqqında danışılan sonetin yazılma tarixi üçün əhəmiyyətini nəzərə alıb, Bülbül haqqında məqsəddən xali olmadığı üçün bir bir neçə söz söyləməyi də
vacib hesab edirik.Bu, onun musiqi dünyası və centlmenliyi haqqında oxucuya müəyyən məlumatları çatdıra bilər.
Bülbül fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. Bübül 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasındadərs deməyə başlamışdır.
1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşqul olmuşdu. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranmışdı. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.
1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirildi. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış etmişdir.
Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938-1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir.Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Bülbül parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçırılməsinin təşəbbüskarıdır.Bülbül 1940-cı ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfrasında maraqlı məruzə ilə çıxış etmiş və bir sıra mühüm məsələlər irəli sürmüşdür: "Vokal kafedrasında elmi tədqiqat və elmi-metodiki iş aparmağın zəruriliyi, milli müğənnilərin hazırlanması, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin təşkili, SSRİ xalqları yaradıcılığının öyrənilməsi üzrə Mərkəzi İnstitutun yaradılması".
1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.
1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi.
26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.
2012-ci ildə Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində tuncdan hazırlanan abidə ucaldılmışdır. Abidənin müəllifi heykəltəraş Akif Əsgərovdur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM