Azərbaycan Respublikasının Əməkdar müəllimi
Səid Ünsizadənin köklü qohumlarından biri - Şamaxılı şair və xanəndə Ağakərim Ağa İsrafil oğlu İsrafilbəyli və yaxud hələ xalq artisti olmayan 70 yaşlı söz və səs ustası
Atası-Ağa İsrafil İsrafilbəyli
Anası-Nəsibə İsrafilbəyli
Ağakərim Nafiz Şirvani 4 dekabr 1948-ci ildə Şamaxı rayonunun Kiçik Qaladərəsi kəndində anadan olmuşdur. Ağakərim Nafizin atası Ağa İsrafil bəy Əli bəy oğlu və anası Nəsibə xanım Bəybala bəy qızıdır. Orta məktəbi Şamaxıda 5 saylı məktəbin axşam sinfində oxumuşdur. Xanəndə TacikistanınDüşənbə şəhərində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini davam etdirməmişdir. Ağakərim Nafiz Şirvani din tarixini, tarixi, əfsanə, rəvayət və dastanları, klassik və xalq ədəbiyyatını, folkloru dərindən mənimsəmişdir.
Ağakərim Nafiz Şirvani Şamaxı şəhərindəki Xaqani adına mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan muğamı öyrənmişdir. O, müxtəlif musiqi festivallarının diplomlarını almışdır. Belə ki, 1989-cu ildə Ağdamda keçirilən “Xarı bülbül” muğam müsabiqəsinin qalibi olmuşdur. Həmçinin Ağakərim Nafiz Şirvani haqqında “Azərbaycantelefilm” 1997-ci ildə “Naməlum səs” adlı film çəkmişdir. 2018-ci ildə AzTV mədəniyyət kanalında "Yurd Yeri" programında haqqında geniş veriliş verilmişdir.
1980-ci ildə Rusiyanın Arxangelsk vilayətində qastrolda olmuş, 4 konsert vermişdir.
2001-ci ildə Fransaya səfər etmiş və Paris daxil olmaqla müxtəlif şəhərlərdə 8 konsert vermişdir. Bu qastrolu zamanı Fransada "Azerbaïdjan: Chants du Caucase" (“Azərbaycan: Qafqazın mahnıları”) adlı muğam diski buraxılmışdır.
2002-ci ildə də 6 konsertlə Fransa və İtaliyada qastrolda olmuşdur.
2003-cü ildə isə Fransa, İsveçrə və Kanar adalarında 5 konsert vermişdir.
2006-cı ildə İran İslam Respublikasına səfər etmiş, Tehranda biri məşhur “Sarayi-Bəhmən” Mədəniyyət sarayında olmaqla 2 konsert vermişdir. Bundan əlavə o, Zəncanda 3 konsert vermişdir.
2009-cu ildə Amerika Birləşmiş Ştatlarına səfər etmiş və 4 gün dalbadal GünAz TV-də konsertlər vermişdir.
Ağakərim Nafiz təkcə muğam ifaçısı deyildir. O, həm də 200-ə qədər təsnifin, 60-dan çox mahnının müəllifidir.Ağakərim Nafiz gənc yaşlarından şeir yazmağa başlamış və əsasən əruz vəznində qəzəllər, təxmislər, rübailər yazmışdır. Gənc yaşlarında ustad şair Məhəmməd Biriyadan klassik şeir üslubunu mənimsəmişdir. Şeirlərini Nafiz təxəllüsü ilə qələmə almışdır.
Ağakərim Nafiz klassik Azərbaycan-Türk və Şərq divan ədəbiyyatı ənənələrinə XXI əsrdə davam etdirərək şeirlər yazır. O, XV-XIX əsrin dil üslubunu öz şeirlərində qoruyub saxlayır.
2017-ci ildə Ağakərim Nafiz Şirvaninin 630 səhifəlik “Divan”ı çapdan çıxmışdır.
Onun divanına aşağıdakılar daxil edilmişdir: Münacat, Əsma’-ül-hüsna (Allahın gözəl adları), Rəsuli-Əkrəmə (s.v.s.) (Peyğəmbərə), Həzrət Əliyə, Saqinamə (3), ustadı Ağalara, Mürəbbe (2), müxəmməs (4), müsəddəs,məsnəvi (4), müstəzad, İbrətnamə, Bahariyyə, Təxmis (55), Qəzəl (427), Rübai (11) və tərcümələr (15). Beləliklə, onun ümümilikdə bu divana müxtəlif növlü 500-dən çox şeiri daxil olmuşdur.
Saqinamələri -Ağakərim Nafizin üç saqinaməsi divana daxil edilmişdir. “Gətir” rədifi ilə yazılmış birinci saqinaməsində Cami-Cəmşidi, Şahi-Mərdanı, Məryəm, Məsih (İsa), Süleyman, Nuh, Yusif, Züleyxa, İskəndər, Dara, həzrəti-Loğman, Mürtəza kimi tarixi şəxsiyyətlərdən bəhs olunur.
“Olsun” rədifli ikinci saqinaməsində xanəndə və xanəndəlik sənətinin vacib olan əlamətlərindən, daha sonra “Rast”, “Şur”, “Nəva”, “Çahargah”,“Firuzi-Həsaf”, “Hümayun”, “Şüştər”, “Mahur”, “Dadi-Bidad”, “Əraq”, “Segah”, “Sarəng” kimi muğam və muğam şöbələrindən bəhs olunur.
Üçüncü saqinamə Şirvan xanəndələrinin vəsfinə həsr edilib. Ağakərim Nafiz həmin saqinamədə XIX əsrdən günümüzə kimi yaşayıb yaradan Şirvan xanəndələrinin-Mirzə Məhəmməd Həsən, Mirzə Güllərdən başlayaraq özü daxil olmaqla, 34 Şirvan muğam sənətkarının adını çəkir və onlara öz münasibətini bildirir. O, həmçinin xanəndə Mirzə Məhəmməd Həsənin bəzi mahnılarını bərpa edib, şeirlərinə nəzirə yazıb. Mirzə Məhəmməd Həsən haqqında “Ustadi-ə'zəm Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvani“ kitabı yazıb və çap etdirib.
Qəzəlləri - Bu divana onun 428 qəzəli daxil edilmişdir. Qəzəllərin dili klassik Azərbaycanqəzəl janrındadır.
Nəzirələri-
Ağakərim Nafizin divanında Məhəmməd Füzuli (2), Nişat Şirvani, Ne’mətullah Kişvəri, Məlikli Molla Əli Şirvani, Seyid Əzim Şirvani - Seyyid (3), Əmir Əlişir Nəvai, Molla Ağa Bixud, Mirzə Məhəmməd Həsən, Cahanşah Həqiqi, Baqi əfəndi (2), Namiq Kamal, Molla Qədir Naci (2), Nabi əfəndi (2), Kamil Sərbəndi, Nicati Rumi, Sultan Həmid, Vəsli Rumi, Mir Naşidi Rumi, Qaramanlı Nizami Rumi, Mirzə Qulamhüseyn Yurdçulu, İzzət Rumi, Səfi təxəllüslü Sultan Şeyx Səfiəddin Ərdəbili, Fəqir Ordubadi, Yəhyəvi Ərdəbili, Məhəmməd Biriya, Əhməd Cəfərzadə (3) və laədri qəzəllərinə ümumilikdə 35 nəzirə yazmışdır.
Təxmisləri- Ağakərim Nafizin divanına daxil edilmiş 53 təxmisi vardır. Bu təxmislər Hafiz Şirazi (2), Mövlana Lutfi, İmadəddin Nəsimi (2), Cahanşah Həqiqi, Əmir Əlişir Nəvai (2), Nemətullah Kişvəri (6), Məhəmməd Füzuli (2), Abdullah Üsuli, Mühibbi təxəllüslü Sultan Süleyman Qanuni (4), Baqi (8), Bəsiri, Nabi (5), Vəsli Rumi, Nişat Şirvani (2), Molla Qədir Naci (5), Ünsi ( Səid Ünsizadənin atası-Hacı Abdurrəhman-N.N.) Mir Naşidi Rumi, Seyid Əbülqasim Nəbati, Seyid Əzim Şirvani – Seyyid (3), Mirzə Məhəmməd Həsən Fələkzadə, Mirzə Ələkbər Sabir (2), Məhəmməd Hadi kimi ustadlarının qəzəllərinə yazılmışdır.
Ağakərim Nafiz saqinamələrində və eləcə də bir sıra başqa qəzəllərində muğam və muğam şöbələrinin adını çəkmişdir: “Rast” (7), “Sarəng” (10), “Nəva” (20), “Şur” (16), “Dəşti”, “Qətar” (6), “Segah” (4), “Şüştər” (3), “Dilkəş” (3) “Mahur” (3), “Zəminxara” (2) “Pəncgah”(2), “Əraq” və s.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM