Azərbaycan Respublikasının Əməkdar müəllimi
Sure-i Fatiha ile Ya-Sin-i Şerif Tercümesi, Tiflis.1300/1883"
Görkömli maarifçi Hacı Səid Ünsizadə (1843,Şamaxı-1903,İstanbul,Fatih Camii bağçasında dəfn olunub) Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü idi. O,burada öz vəzifə borcu çərçivəsində məktəb və maarif məsələləri ilə ciddi məşğul olurdu. Səid Ünsizadə bu məqsədlə mütamadi olaraq, Zaqafqaziyanın şəhər və məktəblərini gəzir,yerlərdə təhsilin yeni üsullarla inkişafı yolunda, hələ Şamaxıda qazı vəzifəsində işləyərkən, məktəbçilik sahəsində tarixə düşən işlərini Qafqazın baş şəhərində-Tiflisdə uğurla davam etdirirdi.
Səid Ünsizadənin maarifçilik sahəsində llk böyük işi 1874-cü ildə Şamaxlda iki ruhani məclisinin əlbirliyi və işbirliyi şəraitində yaratdığı yeni üsullu ibtidai məktəb idi. Bu məktəb o illərdə türk dünyasında diqqəti cəlb edn ən nüfuzlu təhsil oca idi. Məktəbdə elmli və şagirdlərlə işləməyi bacaran metodiki bacarığı olan müəllimlər işləyirdi. Onlardan ikisi- Səid Ünsizadəni ortancıl qardaşı Kəmaləddini və XIX əsr türk dünyasınında yüksək bədii zövqü , ədəbi və elmi qüdrəti ilə tanınan Seyid Əzim Şirvani Məhəmmədzadə Şamaxı əhlinin güvəndiyi ziyalılar idi. Şamaxının yeni üsullu məktəbi onların hər ikici üçün pedaqoji fəaliyyət meydanı idi. Təsadüfi deyil ki, bu işıqlı fikir adamları Azərbaycan məktəbliləri üçün yazılmış ilk dərslik müəlliflərindəndir. Səid və Cəlal(əddin) Ünsizadə qardaşları daha böyük maarifçilik işlərini realllaşdırmaq üçün 1870-ci illərin sonlarında Tiflisə köçürlər. Şamaxı Məclis məktəbinin bütün ağırlığı S.Ə.Şirvaninin öhdəsinə düşür. Məktəbin idarə olunmasında həm kadr,həm də maliyyə məsələlərində müəyyən problemlər yaaranır.
S.Ə.Şirvani məktəbə yardım etməyə söz verənlərin tədricən himaydarıqdan əl şəkdikləri barədə
Tiflisə Səid Ünsizadəyə dəfələrlə məktub göndərir.Artıq belə bir vaxtda Ünsizadə qardaşarının milli mətbuat yaratmaq arzuları vaxtilə Bakı Qubernatoru olan, indi isə Qafqaz Baş İdarəsində məsul vəzifə tutan D.Staroselskinin köməyi ilə həyata keçir.
Ünsizadə qardaşları Tiflisdə əvvlcə litoqrafya-daş basmaxanası, sonra isə bu litoqrafiyanın bazası əsasında tipoqrafiya yaradlırlar.Yaradılan litoqrafiya və tipoqrafiya "ZİYA" adlandırılır.
Səid Ünsizadə nəşrinə asanlıqla icazə aldığı qəzetitin ilk nömrəsini 1879-cu il yanvarın 25-də oxucuların mütaliəsinə göndərir.Qezetdə işləyənlərin hamısı Səid Ünsizadnin Şamaxıdan Tifisə dəvət olunmuş qohum - əqrəbaları idi.Tezliklə mətbəə bacarıqlı fəhlə kadrları ilə tanınır.Burada qəzetdən başqa, digər çap məhsulları -təqvimlər,albomlar,dini mövzuda kitab və risalələr,dərslik və müntəxəbatlar da da nəşr olunmağa başlayır.
Bu çap məhsulları abunəçiləri az olan "Ziya" qəzetinin maddi vəziyyətini yaxşılaşdırmağa yönəlmişdi.Səid Ünsizadə qəzetdəki bir sıra yazılarında dəfələrlə vurğulayırdı ki, biz qəzetdən,demək olar ki, mənfəət götürmürük,başqa yerdn qazandığımızı mətbuatımızın inkişafına yönəldirik.
"Ziya"nın maddi bazasını yüksəltmək üçün türk dünyasının ayri-ayrı regionlarından da Tiflisə - "Ziya" qəzetinə böyük maddi yardımlar da göndərilirdi. Sifarişlərdən gələn vəsaitlr dö Ziyanın fəaliyyə5ini gücləndirirdi.
Bu cəhətdn İsmayıl bəy ibn Mustafanın kicik həcmli jurnallarının "Ziya" mətbəəsində çap edilməsi diqqəti cəlb edir.1881-ci ilin may ayından başlayaraq İ.Qaspııralının "Tonğuç","Şəfəq","Qəmər" kimi jurnallarının çapı da maraq doğuran əməkdaşlıqdan xəbər verir."Ziya" qəzetinin mətbəəsində çap olunan dərsliklər də "Ziya" qəzetinin maddi bazasına əhəmiyyətli dərəcədə kömək edirdi.
Qəzet həftədə bir dəfə çıxırdı.Burada "Əkinçi"nin qəzetçilik ənənələrindən uğurla istifadə olunurdu.Qəzetin türkdilli diyarlarda XIX əsrin maarifçilik ideyalarını başa düşən və dərk edən onlarla müxbiri var idi.
Qəzetdə rəngarəng qəzet və ədəbi janrlardan ustalıqla istifadə olunurdu. Bu cəhətdən qəzetdə - məktub (vərəqə,ovraq ),dialoq,feiyeton ( müəyyən ictimaii əhəmiyyətli yazı), felyeton
( satirik yazı) ,qəzetlərdən xülasələr, lətifə,zərifə,söz oyunu,elmi və pedaqoji mövzuda yazılar,əruz və heça vəznli şeirlər,kiçik informasiyalar,sətiraltı mənalı tərcümə materialları,nəzirə bəhanəli qəzəllər,oxucuları düşündürməyə xidmət edən poçt qutusu bəhanəli və ünvanlı bildirişlər,səyahət materialları,reklam və çağırışlar,xəyali məclis adı ilə dəyirmi stol materiallarını xatırladan fikir mübadiləli müzakirə materiallı silsilələr,portret oçerkləri,kitab rəyləri , bəhanəli lüğət materiallarından səmərəli istifadə olunrdu.
Qəzetdəki bəzi yazıların yozumu oxucuların öhdəsinə buraxılırdı ki,bu da qəzet rəhbərliyini senzor yoxlamalarından qorumaq məqsədi daşıyırdı.
Qəzet İstanbul,Krım,Kazan,Petrovski,Spasski,Peterburq,Moskva,Təbriz,Bakı,Şəki,Şamaxı,Göyçay, Gəncə (Elizavetpol), Kürdəmir,Zaqatala,Balakən,Quba və sair yerlərin oxucuları üçün başa düşülən idi.Oxucular "Ziya" qəzetini ana dilini öyrənmək vasitəsi kimi qiymətləndirməkdə haqlı idilər.
"Ziya" qəzetində dil məsələlrinə ciddi fikir verilirdi.Səid Ünsizadə qəzetin əsas mühərrirliyini qardaşı Cəlal Əfəndiyə tapşırsa da, onun yazılarına ciddi fikir verir,ondan hər kəsə öz xörəgini veməyi,yəni sadə,anlaşıqlı dildə yazmı tələb edirdi.
Hacı Səid Əfəndi Ünsizadə qəzetin banisi və əsas yazarlarından biri idi. O həm maarifçilik,həm də dini mövzularda bir sıra maraqlı əsərlər müəllifidir.
"Həyat" qəzetinin 1905-ci ildəki 21-ci nömrəsində oxuculara ünvanlanan bir yazıdan məlum olur ki, türk dünyasının fazıllərindən biri olan Səid Ünsizadə Quranın türk dilində fəfsirini də yazmışdır.Təəssüf ki,bu təfsir hələ də tapılmayıb.Maraqlı burasındadır ki,Səid Ünsizadənin Quran mövzusunda iki yazısı ərəb dilindən türk dilinə tərcümə olunmuşdur. Mənbələrdə 1883-cü ildə "Ziya" mətbəəsində çap olunmuş bu tərcümənin ünvanı belə göstərilir:
"Hacı Sait Efendi Ünsizade.
Sure-i Fatiha ile Ya-Sin-i Şerif Tercümesi, Tiflis. 1300/1883".
Çox güman ki, Səid Ünsizadənin Qurandan etdiyi bu tərcümə kitabı müqəddəs Kitabımızın türk dilindəki təfsirindən xeyli əvvəl yazılmışdır.Səid Ünsizadənin Quranın türk dilində yazdığı fəfsiri tapılaraq ,mütləq oxuculara çatdırılmalıdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM