Azərbaycan Respublikasının Əməkdar müəllimi
Ümummilli liderimiz Heydər Əliyevin etimad göstərdiyi mübariz insanlardan biri - Qəşəm Aslanov (10.04.1934,Göyçə,Kəsəmən kəndi-1984,Bakı )
Böyük Britaniya universitetlərində rus dilini öyrənən tələbələr Azərbaycan Dövlət Universiteti tələbə və məzunlarının bir qrupunu 1972-ci ilin fevralında öz ölkələrinə dəvətli görüşə çağırmışdılar. Görüş "Sputnik" təşkilatının xətti ilə təşkil olunmuşdu. Moskvada üç günlük ideoloji hazırlıqdan sonra qrupa Kalininqrad, Tibilisi ( indiki Tiflis) və Kiyedən də 12 nəfər tələbə qoşulmuşdu. Nümayəndə heyətinin başçısı, Moskva Ali Partiya Məktəbinin məzunu, "Azərbaycan gəncləri" qəzetinin redaktoru Qəşəm Aslanov idi. Mən də bu dəvətli görüşdə iştirak edirdim.
Onda leytenant Şmidt adına neft maşınqayırma zavodunda tokar işləyirdim. İstehsalatdan ayrılmadan respublikanın ilk universitetində-Azərbaycan Dövlət Universitetinin qiyabi filologiya fakültəsinin sonuncu kursunda oxuyurdum. Diplom işi yazan vaxtlarım idi. "Müasir türk dillərində rus dili və rus dili vasitəsilə yaranan feillər" mövzusu üzərində işləyirdim. Bəlkə də məni elə bu mövzuya görə Londona gedən nümayəndə heyətinə daxil etmişdilər. Hər halda mənə inanmışdılar. Bu, elə vaxtlar idi ki, SSRİ-nin Böyük Britaniyadakı səfirliyinin bir neçə əməkdaşını
hansı əməllərinə görə isə Londondan geri -Moskvaya göndərmişdilər. Biz bu ölkədən çıxarılma işindən sonra "Dumanlar ölkəsi"nə üz tutan birincilər idik. Səfərə hazırlıq çərçivəsində Moskvada keçirilən üçgünlük ideoloji hazırlıq bununla əlaqədar idi: biz verilən dolaşıq suallara yaxşı cavab verməli idik.
Səfər zamanı-14 gün ərzində Böyük Britaniyanın London, Qlazqo, Edinburq və Aberdin şəhərlərinin qədim universitetləri, muzeyləri, tarixi yerləri ilə tanış olduq, ingilis təhsilinin mötəbər təşkilatçıları və tələbələri ilə ünsiyyət qurduq, keçirilən tədbirlərdə fəal iştirak etdik.
Mən Qəşəm Aslanovu ilk dəfə bu dəvətli səfərdə yaxından tanıdım. Qəşəm Aslanov bu səfər haqqnda redaktoru olduğu gənclər qəzetində "Təzadlar ölkəsində"adı ilə iki nömrədə yol qeydlərində ətraflı söhbət açmışdır. Bu yol qeydləri Qəşəm Aslanovun 2017-ci ildə Almaz Ülvinin tərtibçiliyi və redaktorluğu ilə nəşr olunmuş Seçilmiş əsərlərində, yəqin ki, öz yerini tapmışdır.
Mən də "Bakı" qəzetinin və leytenant Şmidt adına zavodun "Qabaqcıl texnika uğrunda" çoxtirajlı qəzetinin fəhlə müxbiri kimi, respublikanın ən ən çox oxucusu olan çoxtirajlı qəzetinin yeddi nömrəsində "London görüşləri" adlı səfərnaməmi Azərbaycan oxucularina ünvanlamışdım.
Sonralar eşitdim ki, jurnalist Osman Mirzəyev də yol qeydlrimi bəyənib, onu tərcümə edərək, rusdilli "Vışka" qəzetində çap etdirmək fikrində imiş. Lakin tərcümə son mərhələdə senzuradan keçməyibmiş. Hər hala bu tərcümənin jurnalistin arxivində qaldığına inanıram Londona gedərkən artıq hamımız özümüzü Qəşəm müəllimin dostu hesab edirdik. Qəşəm müəllim hərtərəfli və yüksək təfəkkürlü ziyalı, şair təbiətli insan idi. O, hamı ilə ünsiyyət qurmağı, insanları yaradıcı fəaliyyətə ruhlandırmağı bacarırdı. Səfərdən qayıdandan bir neçə ay sonra Qəşəm Aslanov Azərbaycan KP Şuşa Rayon Partiya Komitəsinə birinci katib vəzifəsinə təyin olundu. Sonralar İsmayıllı və Abşeron rayonlarında birinci katib işlədi. Qəşəm Aslanovun bu vəzifələrə təyinatı Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi möhtərəm Heydər Əliyevin ona göstərdiyi etimad idi. Qəşəm müəllim bu etimadı şərəflə doğrultdu. Qəşəm müəllim öz vəzifə borcunu yaxşı başa düşən partiya işçisi, ləyaqətli dost idi. Mən hələ də onun "Təzadlar ölkəsində" adlı yol qeydlərində məni - adi tokarı, universitetin qiyabi şöbəsinin tələbəsini ingilislərin alim adlandırmalarını Azərbaycanın gənc oxucularına çatdırmasını minnətdarlıqla xatırlayıram.
Bu yazınn çapından iki ay sonra mən universiteti uğurla bitirdim, fakültə elmi şurasının qərarı ilə aspiranturaya oxumağa göndərildim.
Allah Qəşəm müəllimə rəhmət eləsin....
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM