Azərbaycan Respublikasının Əməkdar müəllimi
Mətbuatdan oxudum ki,“Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri”mövzusunda respublika konfransı keçiriləcək
Aprelin 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi, Əməkdar elm xadimi Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə “Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək. İnstitutdan bildirilib ki, konfransda “Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, “Yusif Seyidov və Nəsimi”, “Yusif Seyidovun Bakı Dövlət Universitetində fəaliyyəti”, “Yusif Seyidov unudulmaz müəllim kimi”
mövzularında məruzələr dinləniləcək" . Yadıma əziz müəllimimin ölümündən bir neçə gün sonra yazdığım bir məqaləm düşdü. Onu yenidən müəyyən əlavələrlə oxuculara ünvanlamağı lazım bildim.
***
Ədəbi dilimizin və dilçiliyimizin fədaisi - professor Yusif Seyidov
Yusif Seyidovun 84 yaşında dünyadan köçməsi xəbərini eşidəndə günün günorta çağı idi.TQDK-nın növbəti (18.11.2013)seminarına getməyə hazırlaşırdım. İş otağımda elektron poçtumu yoxladım, əməkdaşlıq etdiyim saytlara ötəri nəzər saldım. Vaxtilə Azərbaycanın ilk və yeganə universiteti olan ADU-da mənə yaxşı dərs deyən müəllimlərimdən birinin ölüm xəbəri ilə rastlaşdım.
...Yusuf müəllim dünyadan köçmüşdür. Son vaxtlar halının o qədər də yaxşı olmadığını bilirdim. Gecəli- gündüzlü yazırdı, yaradırdı. Ömrünün elə çağını yaşayırdıki,daha çox işlər görməyə tələsirdi. O, hər bir mövzuya mütləq öz filoloji münasibətini bildirməyə meyilli idi.
Biz tələbələri ona həmişə Yusif müəllim demişik, dosent olanda da, professor olanda da. 40-45 ilin professoru olsa da, professor sözündən, deyəsən, xoşu gəlmirdi.
Oktyabın 21-də 15 cild kimi nəzərdə tutduğu Əsərlərinin XI cildini dekan müavininin oğlu ilə mənə hədiyyə göndərmişdi. Münasibətini 8 sözlə ifadə etmişdi: "Hörmətli Nazim müəllimə can sağlığı arzusu ilə müəllifdən".
Qol da çəkmişdi, amma tarix yazmamışdı. Kitabı aldığım tarixi müəllimimin sözlərinin altında yazdım.
Yusif müəllim onu tanıdığım vaxtdan bəri hələ də imzasını dəyişməmişdi. Yusif müəllimin imzası rus qrafikası ilə 7 hərf və bir nöqtədən ibarət idi.
Bu kitabın işıq üzü görməsinin səbəbkarı və cəfakeşi Yusif müəllimin ən yaxşı tələbələrindən biri AMEA-nın müxbir üzvü (indi akademik-N.N.), pofessor NizamiCəfərovdur. XI cild Bakı Universitetinin nəşriyyatı tərəfindən 06.06.2013-cü ildə çapa hazırlanmışdır. Həcmi 532 səhifədir. Sayı 500-dür. (Təəssüf ki, yenə də kimlərinsə şəxsi kitabxanasında Yusif müəllimin bu kitabından olmayacaq).
XI cilddə əsasən dilçi alim kimi tanıdığımız Yusif Seyidovun tənqidçi-ədəbiyyatşünas kimi elmi bacarığını və elmi-bədii təfəkkürünü əks etdirən iki monoqrafiyası yerləşdirilmişdir.
314 səhifəlik birinci monoqrafiya oxuculara "Xalq yazıçısı Elçin " adı təqdim olunur. Cildin ikinci əsəri isə akademik İsa Həbibbəylinin yaradıcılığına həsrolunmuşdur.(səh.316-530).
Yusif Seyidov 2013-cü il fevralın 28 -də mənə Əsərlərinin X cildini göndərmişdi."Çaşıoğlu " nəşriyyatının ərsəyə gətirdiyi bu nəşr müəllifin VI-IX sinif dərsliklərinintoplusudur. Dərsliklərin toplu şəklində nəşri, məncə,kitab nəşri tariximizdə ilkin hadisədir.İki hissəli bu nəşrin birinci bölməsi VI-VII siniflərin, ikinci bölməsi isə VIII-IX siniflərə aid dəfələrlə nəşr olunmuş dərsliklərin materiallarıdır.Cəmi 100 nüsxə ilə buraxılan bu cild 19.04.2011-ci ildə çapa hazırlanmışdır.Nəşrin redaktoru professor Nizami Cəfərovdur. Annotasiyada dərsliklərin yeganə müəllifi olduğuna birbaşa işarə vardır:
"Çap olunmuş dərsliklərə metodist müəllimlər kimi Qənirə Əmiraslanovanın və Təhminə Əsədovanın adları da əlavə edilmişdir".
Annotasiyada əlavənin kim tərəfindən edildiyi göstərilməmişdir
Cildin "Yeni dövrün dil dərslikləri" adı ilə verilən "Ön söz"ünün müllifi AMEA-nın müxbir üzvü,əməkdar elm xadimi, professor Nizami Cəfərovdur.
Ön söz "Yeni dövrün dil dərslikləri" adı ilə kitabın çapından əvvəl ayrıca məqalə kimi də çap etdirmişdir.
Orta məktəb dərsliklərinin toplu şəkildə heç bir dəyişiklik edilmədən cildlərə salınması faktı göstətir ki,orta məktəb dərslikləri diqqətlə təhlil ediməli, dərsliklər şagirdlərin dünyagörüçü və düşüncə tərzinə uyğun olmalıdır.Elmi mübahisəli elmi məsələlər dərsliklərə yol tapmamalıdır.
Cildə dilçiliyin qrammatika bölməsinin materiallarının tədqiqi və bu tədqiqin təqdimatı nəzəri materiallar və çalışmalar vasitəsilə oxuculara çatdırılır. Burada əsasnitq hissələrinin münasibətini göstırən sxemin verilməsi maraqlı görünür (s.24). Mənsubiyyət şəkilçilərinə aid paradiqma cədvəli də müəllimlərin metodiki ustalığını yüksəltməyə xidmət edə bilər (45).
Y.Seyidov mətn anlayışını morfologiya bölməsində izah etməyə çalışmış, bədii, elmi və rəsmi-əməli üslublardan ümumi şəkildə söz açmışdır.
Y.Seyidov da bir çox həmkarları kimi "qəsdən" sözünü səbəb zərfi hesab edir, lakin onu zərflərin məna qruplarında göstərmir.
Yusif müəllimin tədqiqatçı tələbələri bu məsələdə öz sözlərini deməli, zərfin problemli məsələlərinə aydınlıq gətirilməlidir.
Yusif müəllim zərfin mənasındakı nisbilikdən danışanda öz fikrini maraqlı mülahizələr sübut edir , zaman zərfləri ilə zaman bildirən isimlərin sərhəddini aydın göstərir:
"Zaman zərfləri konkret bir zamanın, dövrün adını bildirmir. Məsələn,DÜNƏN konkret bir vaxtı bildirmir,danışdığımız gündən əvvəlki gündeməkdir.Danışdığımız vaxtdan sonrakı gün sabahdır. İsimlər isə müəyyən bir zamanı bildirir (söhbət zaman anlayışı bildirən isimlərdən gedir-N.N.).Məsələn,fəsillərin adları (yaz,yay,payız,qış), ayların adları (yanvar,fevral), sutkanın hissələrinin adları(gecə, gündüz), günün hissələrinin adları (səhər,günorta,axşam) və s.
Biz hər əvvəlki günə dünən deyə bilərik,dünən bu günə nisbətdə zaman bildirir.Həftənin,ayın,ilin hər bir günü dünən və ya sabahola bilər.Ancaq biz qış əvəzinə yay,səhər əvəzinə axşam işlədə bilmərik"( səh.198-199).
Yusif müəllim nədən yazmasına baxmayaraq,biz həmişə onu sintaksisin ən fəal, ən işgüzar tədqiqatçısı kimi xatırlayacayıq. Yusif Seyidovdan əvvəl də söz birləşmələri tədqiqat obyekti olub, bundan sonra da olacaq.Amma söz birləşnmələrinin tədqiqində Y.Seyidov birincilərin cərgəsində olacaq. O yazırdı:
"Söz birləşməsi iki sözdən ibarətdirsə, onların hər biri müstəqil mənalı söz olmalıdır.Əgər onlardan biri köməkçi nitq hissəsinə aid sözdürsə, belələri söz birləşməsihesab olunmur".
Yeri gəlmişkən qeyd edək ki,Y.Seyidov dilçilik məktəbinin yetirmələri onun axıra çatdıra bilmədiyi işləri ləyaqətlə davam etdirməlidirlər. Bu ocaq sönməməli, daha dagur yanmalıdır.
Bizə elə gəlir ki,biz birinci tərəfi buraxılmış təyini söz birləşmələrinə ciddi münasibət bildirməıliyik. ( ... bəzisi, .... kimisi, birisi , ...nənəsi tipli sözlər birincitərəfi buraxılmış söz birləşmələri kimi izah oluna bilər. Bunları ONLARIN BƏZİSİ, BUNLARDAN KİMİSİ, ƏHMƏDİN NƏNƏSİ kimi başa düşmək oqədər də çətin deyil. Əlbəttə, kimsə bunu məntiqlə dilçiliyin qarşılaşdırılması, bərabərləşdirilməsi kimi başa düşə bilər. O ki qaldı bu tipli sözlərin istifadəolunduğu cümlə üzvlərinə, onları quruluşca sadə üzv kimi izah etmək elmi və metodiki cəhətdən daha önəmli görünür.
Y.Seyidov -kosmosa yol, əlində kitab, dağlardan uca, əsgərlərdən biri, durna gözlü formalı söz birləşmələrini Əsərlərinin X cildində də, dərsliklərində də qeyri-təyini söz birləşməsi kimi izah edir.Məsələnin belə təqdimatı elmi mübahisələri kəsir, dilin tədrisində ortaya çıxarılan süni problemləri aradan qaldırır.
Bu gün dilçiliyimizdə ən mübahisəli məsələlərdən biri sintaktik əlaqələr məsələsidir. Tabesizlik əlaqəsinin təqdimində problem, demək olar ki, yoxdur.Əsas çaşqınlıqyaradan məsələ idarə əlaqəsi ilə bağlıdır.
Y.Seyidov idarə əlaqəsini belə izah edir: "Əsas sözün tələbi ilə sözün ismin adlıq halından çıxıb başqa hala düşməsinə idarə əlaqəsi deyilir"( X cild,səh.314).Deməli, idarə əlaqəsində hal şəkilçisi görünməyə də bilər.Başqa sözlə, qeyri-müəyyən yiyəlik halda olan söz də, təsirlik halda olan söz də idarə olunansözdur. Məsələn," Tar məktəbinin ən yaxşı nümayəndəsi odur"; "Əhməd tar şalır" cümlələrindəki tar sözü birinci cümlədə qeyri-müəyyən yiyəlik halda,"tarçalır"dakı tar-qeyri-müəyyən təsirlik haldadır,"məktəbinin" sözü müəyyən yiyəlik halda isimdir. Bu sözlər adlıq haldan çıxıbsa, deməli,idarə olunmuşlar.
Mən professor Yusif Seyidovla bir sıra qurumlarda fəaliyyət göstərmişəm; Yusif müəllim Azərbaycan Resrublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının sədrmüavini (sədr professor N.Cəfərovdur) idi.Mən isə hələ -10 ildən artıqdır ki,bu qurumun üzvüyəm.(Deyilənə görə ən fəal üzvüyəm,son bir ildə bu EMŞ-nın adı ilə maarifçilik məsələləri ilə ilgili ölkədə və xaricdə 100-dən artıq elmi, elmi- metodiki məqalələrlə çıxış etmişəm).
Y.Seyidovla birlikdə bir müddət TQDK-nın Azərbaycan dili fənni üzrə (rus bölməsi) ekspert şurasında da işləmişəm.Yusif müəllim Azərbaycan Respublikasınn təlim rus dilində olan ali məktəb tələbələri üçün "Azərbaycan dili" dərsliyinin də müəllifidir. Bu dərslik təkmilləşditilərək bir neçə dəfə nəşr olunmuşdur. Mənbu dərslikdən Azərbaycan KP Nərimanov RK -da işləyəndə də, orta və orta ixtisas məktəblərində işləyəndə də istifadə etmişəm.Y.Seyidovun şeir yazıb-yazmadığnı bilmirəm, ancaq bu, çox maraqlı faktdır ki, o, mövzulara aid dil materiallarının seçimində poeziya nümunələrinə və dramatik əsərlərdən seçilmiş dil faktlarınameyilli dilçilərdən idi.
Y.Seyidovun Əsərlərinin 10-cu cildinə onun özünün və metodist müəllimlərdən Qənirə Əmiraslanova və Təhminə Əsədovanın ümumtəhsil orta məktəblərinin VI-IX sinifləri üçün hazırladıqları "Azərbaycan dili " dərsliklərinin bütün materialları daxildir.Başqa sözlə,bu 4 sinif üçün (VI,VII,VIII,IX siniflər) hazırlanmış dərsliklərin toplusudur.
Qənirə Əmiraslanova və Təhminə Əsədova bu dərsliklərə metodist-müəllim kimi əlavə olunduğuna görə Yusif Seyidov əsas müəllif kimi tanınır.
X cildin ən maraqlı cəhətlərindən biri də budur ki, elmi mübahisələrə aydınlıq gətirmək üçün cildə "Çaşıoğlu "nəşriyatı tərəfindən Y.Seyidovun həmişə elminə və elmisadiqliyinə inandığı filologiya elmləri doktoru, Hüseyn Əsgərovun "Yeni Azərbaycan" qəzetinin 05.03.2005-ci il tarixli nömrəsində dərc olunmuş iri həcmli məqaləsi də əlavə edilmişdir. (səh.256-271). Bu yazının elmi əsərlərə daxil edilməsi , çox güman ki,məqsədəuyğun şəkildə düşünülmüşdür: nəşriyyat dərslik siyasətində elmipolemikaya hazır olduğunu nümayiş etdirmişdir.
Yusif Seyidov bir neçə ildir ki,dünyasını dəyişmişdir.Lakin onun dərslikləri və elmi əsərləri bu gün də elmi içtimaiyyətin inamla və arxayınlıqla istifadə etdiyiensiklopedik mənbələrin cərgəsindədir.
Ədəbiyyat siyahısı
1.Yusif Seyidov.Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı: Maarif, 1966, 340 səh.
2.Yusif Seyidov.Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı: Maarif, 1966, 340 səh.
3. Yusif Seyidov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1972, 476 səh. (şərikli).
4.Yusif Seyidov.Yazıçı və dil (XIX-XX əsrlər). Bakı: Yazıçı, 1979, 288 səh.
5. Yusif Seyidov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1985, 467 səh.
6. Yusif Seyidov.Azərbaycan dili. Bakı: Maarif, 1987, 288 səh.
7. Yusif Seyidov. dilinin qrammatikası, Morfologiya, Bakı Universiteti nəşriyyatı, 2002, 370 səh.
8.Yusi Seyidov.Azərbaycan dilinin qrammatikas.Morfəlogiya.Bakı Universiteti nəşriyyatı,2002.ci ll, 369 səh.
9.Yusif Seyidov..Əsərləri.15 cilddə.XI cild."Bakı."Bakı Universitetш" nəşriyyatı,2013. 532 cəh.
10.Nazim Nəsrəddinov.Yusif. Seyidov-dilimizin və dilçiliyimizin fədaisi Olaylar.az.21.11.2013.
11.Nazim Nəsrəddinov. Yusif Seyidov - sintaksisimizin ən birinci söz birləşməsi Strategiya az 21.11.2013 az.strategiya.az/old/index.php?m=xeber&id=26065
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM