Mürəttib M.Ə.R-in - M.Ə.Rəsulzadənin ƏSƏRƏLƏRİNƏ düşməyən "Mətbəələrimizə dair" adlı  maraqlı bir məqaləsi haqqında 

09:53 / 30.04.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

(“Həyat” qəzeti, 14 dekabr 1905 -ci il, № 118 ) 

Bir məqalənin həyəcanlı çağırışları və yaxud Əli bəy Hüseynzadəyə ünvanlanan məktubun müəllifi mürəttib M.Ə.R. kimdir? 

Mən bu məqalə ilə ilk dəfə 1992-ci ildə elmi işimlə əlaqədar arxivlərdə çalışarkən rastlaşmışam və bu yazının mahiyyətini “Novruz” qəzetinin (redaktoru yazıçı Cəmil Əlibəyov idi) 30.10.1992-ci il tarixli 40-cı (95) nömrəsində ədəbi və elmi ictimaiyyətin diqqətinə çatdırmışam.


“Həyat” qəzetini vərəqləyirdim. Yerinə düşən qısa bir haşiyə. “Həyat” qəzeti Bakıda nəşr olunmuşdur. Bu, XX əsrin Bakıda nəşr olunan Azərbaycan dillində çap olunan ilk mətbu orqandır. Qəzetin ilk nömrəsi 1905-ci il iyunun 7-də çıxmışdır. Müdir və baş redaktoru Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə idi. 1905-ci ildə qəzetin 131 nömrəsi çıxmışdır. 1906-cı iı 102-ci nömrədən sonra qəzetə Əli bəy Hüseynzadə tək rəhbərlik etmişdir. 1906-cı ildə qəzetin 194 nömrəsi işıq üzü görmüşdür. Deməli, 131+194= 325 nömrə. 

“Həyat”ın müasir əlifbamıza transliterasiya edilərək kitab şəklində çap edilməsi tariximizə əməli işlə verilən ən böyük xidmət olardı. Belə bir QƏZET KİTABININ nəşrinə mənəvi və maddi yardım edənləri xalqımız heç zaman unutmayacaqdır.

Əlbəttə, bunlar gəlişi gözəl sözlər deyil. Nə isə…
“Həyat”ın 14 dekabr (cümə günü) 1905-ci il tarixli 118-ci nömrəsində maraqlı bir yazıya rast gəldim. Bu, “Mürəttib M.Ə.R” imzası ilə yazılmış bir məqalə idi. Yazını birnəfəsə, böyük və ciddi maraqla oxudum, gizli imzanın kimə aid olmasını vərəvud etməyə başladım. Vərəvud - Şirvan və Şəki zonalarında işlənən sözdür, “yoxlamaq, ölçmək, tutaşdırmaq” çəkmək, mənalarına uyğun gəlir. Bu sözü çəkinmədən ədəbi dilə gətirmək olar.

Ədəbiyyat və mətbuat tariximizdə gizli imzalardan istifadə etmək müxtəlif məqamlardan irəli gəlir, kimi özünü şair və söz ustası kimi tanıtmaqdan ehtiyat edir, kimi oxucunu intizarda saxlamaq istəyir, kimi izi azdırmaq fikrinə düşür. Məsələn,”Ziya” qəzetində “S” imzası çox vaxt qəzetin baş məqaləsinin altında olurdu. Diqqətli oxucu onun qəzetin baş mühərriri və sahibi -imtiyazı Səid Ünsizadəyə aid olduğunu çətinlik çəkmədən tanıyırdı. “Kürdəmir”dən ” qeydi ilə verilən yol qeydlərinin altındakı “M.B” imzasının isə kimə aid olmasını yazını çox diqqət və fəhmlə oxuyandan sonra başa düşmək olur. “M.B” əcnəbidir, ərəb dilini gözəl bilir, Şərq ədəbiyyatından xəbərdardır, bu yerlərdə məktəb və maarif məsələlərinə nəzarət etmək iqtidarına malikdir və s. 

Şəxsən mən işin içində olan bir mütəxəssis kimi bu imzanın kimə aid olmasını illərlə arayıb axtarmışam.”M.B” ədəbiyyatımızı 1868-ci ildə Avropada -Almaniyanın Leypsiq şəhərində çap etdirən, Peterburq Universiteində M.Topçubaşovun və Mirzə Kazım vəyin dərsliklərindən dərs keçən, Qafqaz Canişinliyində M.F.Axundazadə ilə bir yerdə çalışan Adolf Petroviç Berjedir. “B”-Berjedir. Bunu başa düşdük. Bəs imzanın əvvəlindəki “M”- nədir? 
 
A.P.Berje (28 iyul 1828,Peterburq-31 yanvar 1896,Tiflis) Qafqazın və eləcə də Tiflisin ən ləyaqətli insanlarından biri kimi tanınırdı. Onun matəm mərasimi Tiflisdə çox böyük hörmətlə təşkil olunmuşdu.Adolf Petroviç Berjenin düşmənləri yox idi, ona həsəd aparanlar isə çox idi. Mösyö Berje…. (Burada dayanıram). Kim? Müsyö Berje ? Bəli, Müsyö Berje! Deməli, “M”-Müsyö,”B”- Berje…

Müsyö – fransız sözüdür, müracit formasıdır. Rus alimləri öz alimlərinin sayını artırmaq üçün A.P.Berjeni əslən alman olan rus şərqşünası kimi qələmə verirlər. Əslində Adolf Petroviç Berje bizim meyarımızca, milliyyətcə fransızdır.(Bəzi xalq və millətlərdə milli mənsubiyyəti anaya görə müəyyənləşdirirlər. A.P.Berjeni alman hesab edənlər, yəqin ki, bu meyarı əsas hesab etmişlər).) Onun atası 1805-ci ildə Fransadan Rusiyaya köçmüş, Peterburqda müəllimlik etmişdir. Pyotr Berje 1820-ci ildə əsli Meklenburqdan olan varlı bir qızla evlənir, onların bu izdivacdan dörd oğlu, bir qızı olur. Adolf ailənin iknci oğludur. O, əvvəlcə Peterburq yaxınlığındakı QATÇİN YETİMLƏR İNSTİTUTUNDA, sonra isə PETERBURQ UNİVERSİTETİNİN şərq fakültəsində oxumuşdur.1851-ci ilin dekabrında, atasının ölümündın 13 il sonra, Peterburqdan Tiflisə -Qafqaz Canişinliyinə işləməyə göndərilmişdir. 

“M.B”-nin işləmək məcburiyyətində qaldığı Şərqdəki canlı və çox işgüzar həyat yolu belə başlayır.(A.P.Berje Şərq ölkələrinin birində işləmək istəyirdi.Məzunların işləməyə göndərilməsinə ciddi nəzarət edən Rusiya çarı I Nikolay isə onu Rusiyanın Şərqinə-Qafqaza göndərir: “Rusiyanın öz Şərqi var. Bu, Qafqazdır. Qoy elə ora yola düşsün” Necə deyərlər, ağa deyir, sür dərəyə, sürməlisən.


Mən həmişə M.Ə.Rəsulzadədən danışanda A.P.Berjeni, A.P.Berjedən danışanda qeyri -iradi M.Ə.Rəsulzadəni -mətbuat və ədəbiyyat yolunda böyük işlər görmüş bu iki şəxsi xatırlayır, onların fərqli və ümumi həyat cizgilərindən söz açmalı oluram.

Nə isə …”Həyat”dakı “Mürəttib M.Ə.R.” kimdir?
M.Ə.Rəsulzadənin “Həyat” və “İrşad”dakı bəzi məqaləkərinin dil, üslub və ideyası “M.Ə.R” -in Məhəmməd Əmin Rəsulzadə olduğuna bələdçilik edir, yol göstərir.

***

Mürəttib M.Ə.R . 

Mətbəələrimizə dair
(“Həyat” qəzeti, 14 dekabr 1905 -ci il, № 118 ) 


Bizim müsəlmanlar hər bir cəhətdən geridə qalıb, bütün işləri binizam olan kimi, mətbəələri dəxi binizamdır. Məsələn, hürufat xəzinəsini(qassəsini) alalım. Bunun adını müsəlmanca eşitmədiyimdən özümdən ad qoyub “Hürufat xəzinəsi” deyirəm. Bu hürufat xəzinəsinə mamalik    (məmləkətlər-N.N.) islamiyyənin hər yerində bir tövr deyil. Məsələn, Bakı mətbəələrində qassələr bir tövrdür, Tiflisdə ayrı tövrdür. Əgərçe tərzi ilə yerinə tökülməyübdür, həmçinin içəri Rusiyada olan müsəlman (qasə)ləri bir ayrı şəkildədir. Xorasanda isə, eşitdigimizə görə, özlərindən xuddur( özlərinə məxsusdur-N.N.). Orada bir növ (qassə ) qayırublar ki, tuli (uzunluğu-N.N.) bir sajından uzun olub, eni də arşın yarımacan olan və (qassə)nin gözləri bir qarış uzunluqda və eni iki barmaq enindədir. Və yenə Bakı mətbəələrinin birində bir töbr (qassə) var ki,onu qədim zamanda Bakıda müsəlmani (qasə) olmayanda bir nəfər mürəttib icad edibdür və indiki kimi durur və qassədə də o mürəttibdən başqa, heç kəs düzə bilməz.
Bu səbəblərə görə hərgah bir mürəttib bu şəhərdən o biri şəhərə və yainki bir məmləkətdən o biri məmləkətə keçsə, gərək ki, ac qalsın və yainki ac qalmasa da bir aya kimi gərək qüvvəti- ləyamütə (əbədilik qüvvəsinə-N.N.) davam edüb, qassəni mütaliə edüb ögrənsin,sonra işləməgə başlasın. 
Bir böylə zamanda ki, cəmi xarici millətlərin mürəttibləri şəhərlərdə özləri üçün cəmiyyətlər təşxis (tanımaq-N.N.) verub ehtiyat səmərəsi yığıllar,tainki bikar vəqtlərdə ac qalmasunlar və bir şəhərdən o biri şəhərə gedüb, özlərinə iş tapanacan o pul ilən güzəran etsünlər.
Biz müsəlman mürəttibləri kar və kor adamlar kibi dayanıb baxaruq, guya heç bir adamlardan degiliz.Qardaşlar, biz cəhalətimizdən cəmiyyətlər təşkil edüb, ehtiyat sərmayəsini yığmaqdan və xarici mürəttib yoldaşlarımıza qoşulmaqdan ürkürük isə, laməhalə (heç olmasa-N.N.) öz qassələrimizi tərtibə salaq və hamısını bir tövrdə edək, tainki bir qərib vilayətə gedəndə ac qalıb, qeyrilərə möhtac olmayaq və buna görə lazımdır ki, qassələrimizi Osmanlı və ya Misir qassələri tərziylə edək, çünki onlar mətbəə işlərində bizdən çərxdədirlər (yüksəkdədirlər-N.N.).Onların qassələri bizlərinkindən səliqəlidir. O tövr qassələrdən düzülən xətlər bizlərinkindən kökçəkdir. və düzülməsi də asandır.
Mürəttib qardaşlar! Hər cəmaət, hər sinif sənətkarları öz hallarını və güzəranlarını yaxşılaşdırmağa çalışırlar. Nə üçün gərək biz çalışmayaq? Məgər bizə insanlıq lazım degil? Məgər biz insan degiliz? Çalışmaq lazımdır. Baxmaq ilən heç zad olmaz.
Və bir də bizim bəzi müsəlman mürəttiblərimizin əqidəsi bunadır ki, şagird ögrətmək lazım degil, çünki onlar sonra gəlib bizim çörəgimizə guya mane olarlar.
Bilmək olmayır ki, bunlar bu əsri görməyirlər, bu elmin tərəqqisini və çap işinin artmasını başa düşməyirlər və yainki özlərinin dünya uzunu yaşamalarına inanırlar?
Xaricilər bizim dilimizin mürəttibligindən çörək yeyirlər.
(Bu yerdə yadıma “Əkinçi”nin nankor, sası dinli çuğulçu, söz aparıb söz gətirən mürəttibi düşür. Bəlkə də M.Ə.Rəsulzadə onun nanəcib obrazını yaratmaq istəmişdir-N.N.). Amma biz öz milltimzin balalarına (bildiyimizi – əlavə mənimdir-N.N.) ögrətmək istəməyirüz, tainki onlar da çörək yesinlər.

***
Mürəttib M.Ə.R.

İdarədən: (“idarə” deyəndə burada müdir və baş mühərrir Əli bəy Hüseynzadəni başa düşmək lazımdır-N.N.).
Müsəlman mürəttibligi sənətinin də tərəqqisi lazımdır. Bu da cəmiyyət və üzviyyat (orqanizasiya-izahat “M.Ə.R”indir-N.N.) ilə olur. Əvvəllər hər şəhərin mürəttibləri yerli bir cəmiyyət təşkil edirlər və bu cəmiyyətlərdə öz nəvaqislərini (nöqsanlarını-N.N.) mövqeyi-müzakirəyə qoyarlar.İkmal (tamamlama,bitirmə,mükəmməlləşdirmə-N.N.) çalışırlar. sonra bir ölkənin, Qafqazın, məsələn müxtəlif bəladidindən (bəla görmüşündən-N.N.) iki-üç ildə bir kərə vəkilləri bir şəhərə yığıb, məşvərət edərlər…. sonra işi daha böyüdüb beynəlmiləl bir islam mürəttib konqresi dəvət edərlər… O vəqt qassə də və sair ehtiyaclar da yoluna girər!… Anladınızmı?” 


***
Hörmətli oxucular, ”İdarədən” qeydləri Əli bəy Hüseynzadənin M.Ə.R-in qaldırdığı problemlərin vacibliyi ilə həmrəylik nümayişidir. Əli bəy Hüseynzadə M.Ə.R-in açıq deyə bilmədiyi sözləri kiçik bir qeydlə açıqlayır.Başa düşdünüzmü?

 

Ədəbiyyat


1.Mürəttib M.Ə.R. Mətbəələrimizə dair.
   “Həyat” qəzeti,14.12.1905-ci il, № 118.


2.Nazim Nəsrəddinov. Mətbəələrimizə dair.
  “Novruz” qəzeti,30.10.1992-ci il, № 40(95)


3.В.Г.Дмитриев.Скрывшие свое имя.
   Издательство. Наука. Москва -1977 г.


4.Nazim Axundov.Azərbaycanda dövri mətbuat. 

   Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı.Bakı,   1965


5.Nazim Nəsrəddinov. Siz kimsiniz, müsyö Berje?
“Ana sözü “jurnalı, 1995-ci il, №1-6, səh.47-48.

6.Nazim Nəsrəddinov.M.Ə.Rəsulzadənin  bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu: ” Anladınızmı?  “Davam.az”. 05.02.2014



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM