Azərbaycan Respublikasının Əməkdar müəllimi
Ahmet Arkun Ünsi İstanbulda ömrünün ahıl çağlarını yaşayır. Azərbaycan kökənlidir. Görkəmli Azərbaycan maarifçisi, "Həyat" qəzetinin rəhbərləri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşovun yazdıqları kimi, türk dünyasının fazilərindən biri olan Hacı Səid Əfəndi Ünsizadə nəslinin bugünkü qohumlarından bir, daha doğrusu, nəvəsidir.
Mənim Facebook dostlarımdandır. Dünyaya səpələnmiş Ünsizadələr haqqında bəzi məlumatları ondan öyrənirəm. Onun arxivindn bizə gəlib çatan bir foto şəkli oxuculara bir neçə dəfə ünvanlamışam. Şəkildəkilərdn təkcə birini-Ünsizadələrin nəvvadələrindən birini -tanıyırdim. Bir neçə dəfə ona məktub ünvanlasam da, cavab ala bimirdim. Qalanlarını da oxuculara tanıtmaq istəyrdim.
Şəkil hər dəfə oxucular tərəfndən rəğbətlə qarşılanmışdır.
Haşiyə.
Mənim FACEBOOKdakı yazılarımın oxucuları az olur. Tanışlardan bəziləri mənə irad tuturlar ki, niyə vaxtını belə axtarışlara sərf edirsən? İndiki oxucularrın belə nəsnələrə marağı yoxdur.
Hətta biri - bir toy tamadası bir dəfə yazırdı ki, elə nəsnələrdən söz aç ki, hamıya maraqlı olsun. Mən dostuma cavab verdim ki, qardaş ,mən şou əhli deyiləm. Mən məni maraqlandıran, bəzi akademiklərin belə bilmədiklərindən yazıram. Onlara nəyisə başa salmaq istəyirəm. Mən hər qalstuklu ziyalıların yox, ziyalı, işşıqlı adamların dostuyam. Sözüm də maarifdir, işim də, gücüm də. Əgər yazıma "Kəndimizdə filankəsin qara qoyunu ağ quzu balaladı" başlığı yazsam, türklər demişkən, həmən ( o dəqiqə) reytinqim yüksələr. .
Mənim belə reytinqə ehtiyacım yoxdur.
Arada fikirlşirəm ki, bəlkə mən yazıları ünvanlamağı bacarmıram? Yox, bu da deyil. Bəs səbəb nədir ki, məni oxuyanların sayı azdır?
Nə isə...Biz mütaliə mədəniyyətimizi yüksəltməliyik. Səhvləri etiraf etməyi bacarmalıyıq.
Budur məsələ!
Haşiyənin sonu...
***
Mən Hacı Səid Ünsizadni dünyaya tanıdanlardan biriyəm.
Bax bu cümləyə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu mütləq cavab verəcək. Amma cavaba cavabım da hazlırdır ha...
Bu gün XIX əsrin maarifçilərdən danışırıq. Biz bu məqamda Həsən bəy Zərdabidən sonra mütləq Səid Ünsizadəni xatırlamalıyıq.
Elmi mülahizərdə bu, yoxdursa, deməli, müəllifin savadı o söz...Bu gün "Əkinçi"dən kitab-kitab söz yazırlar, lakin onun ən fəal davamcısı Səid Ünsizadəni və onun "Ziya" qəzetini unudurlar. Yaxşı ki Azərbaycan xalqının ümummili lideri bəzi ziyalılarımıza Səid Ünsizadənin böyüklüyünü göstərdi.
Heydər Əliyev cənablarının imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001- ci il tarixli 506 nömrəli Fərmanda deyilir:
"XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar.
Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid (Seyid əvəzinə, Səid oxuyun. Mətndə texniki səhv baş vermişdir-N.N.) Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır.
Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır".
Dünyaya səpələnmiş Ünsizadələri Azərbaycan oxucularına da,türkdilli oxuculara da tanıtmaq mütləq lazımdır.
Azərbaycanda ,Türkiyədə və Krımda ğörkəmli maarifçi İsmayıl bəy Qaspıralı haqqında çoxlu elmi-tədqiqat işləri yazılmışdır.Çox sağ olsunlar, türk dünyasının bu ləyaqətli ideoloqunu,ziyalısını, tərcümanını dünyaya tanıdıblar.Lakin Səid Ünsizadə və İsmayıl bəy Qaspıralı mövzusu hələ də öz ciddi tədqiqatçısını gözləyir.Maraqlı burasındadır ki,mənim bu mövzuda yazdığım elmi-tədqiqat işləri elmi kataloqlara düşsə də,elmi mənbələrdə bu yazılara istinad edilmir.
Yenə də sərt danışıram. Akademiklərimiz ya bu yazıları oxumur, ya da ciddiliyə qəbul etmirlər.
Səid Ünsizadə XIX əsr ictimai fikir tariximizin şanlı səhifələrini yazmışdır. Bu səhifələr tarixə düşməlidir. Dünya onu pedaqoq, yeni üsullu məktəb yaradıcısı, ilk milli dərsliklər müəllifi, Tiflisdki ali pedaqoji institutun-Aleksandr Müəllimər İnstitutunun müəllimi, bir sıra risalələr yazarı, görkəmli din xadimi,milli litoqrfiya, tipoqrafiya yaradıcısı,naşir,ən baçlıcası türk dünyasına ana dili əvəzi olan "Ziya" kimi mətbu orqanın yaradıcısi,iti qələmli,aydın düşüncə tərzli publisist, "Hümayünnamə"nin ("Kəlilə və Dimnə") tərcümçisi,Türkiyə Maarif Əsası (üzvü) kimi daha dərindən tanımalıdır.
Mən yazıram ki, İ.Qaspıralı ilk türkdilli, iri həmli yazılarını "Ziya" qəzetində çap etdirib, alimlərdən səs şıxmır.
Mən deyəndə ki, İ.Qaspıralının 1881-ci ildə Tiflisdə "Ziya" mətbəəsində çap etdirdiyi "TONĞUÇ" jurnalında Səid Ünsizadənin marifçilik ideyaları geniş şəkildə işıqlandırılıb, yenə də alimlərimiz bu sözləri eşitmirlər.
Mən israrla deyəndə ki, Səid Ünsizadəyə abidə ucaldılmalıdır,yenə də səsim eşidilmir.
Bu tanıtmanın əsasında onun tərcümeyi-halının maraql məqamları mütləq araşdırilmalıdır.
Nə isə...
Azərbaycan fililoji elmində Səid Ünsizadənin təvəllüd və qeyb tarixi həmişə mübahisli olmuşdur. "Həyat" qəzetinin 1905-ci ildəki 21-ci nömrəsində dərc olunmuş bir matəm xəbərli yazıya gorə Səid Ünsizadənin 1825-1905-ci illərdə ömür sürdüyü anlaşılırdı.
İstanbulda Fateh Camii hazirəsindəki qəbir daşındakı yazıya görə onun 80 il yox,61 il yaşadığı məlum olur.
Deməli,biz indi Səid Ünsizadönin 1842-ci ildə Şamaxıda anadan omasını,1903-cü ildə dünyadan köçdüyünü bəyan etməliyik.
Səid Ünsizadənin həyatının idiyədək bizə məlum olmayan bir sıra məqamlarını onun qohumlarından biri -Zaur Səmədov (Ünsizadə) ortalığa çıxarmışdır.Ünsizadələr Zaurun ana tərəfdən olan qohumlarındandır. Zaurun nənəsi həkim işləyirdi. 1990-ci illərin əvvəllərində rəhmətlik dostum professor Xeyrulla Məmmədovun məsləhəti ilə mən o həkimlə iki dəfə ünsiyyət qurmuşdum. Sonralar həkim dostumuz Gənclikdən Əhmədliyə köçdü və əlaqələrimiz kəsildi.
Zaur Səmədov sonralar nənəsini arxivini araşdıranda mənim telefon nömrəmi burada görmüş və biz dəfələrlə telefonla Ünsizadələr haqqında danışmışdıq. Söhbətlərdən belə məlum oldu ki, Azərbaycandakı Ünsizadələr 1937-ci ildən sonra öz babaları haqqında danışmaqdan ehtiyat etmişlər. Yaxşı ki, onlar Ünsizadələrin zəngin arxivini 37-ci il repressiyasından qoruya bilmişlər.
Nədənsə, bu qorxu hələ də var.
Zaur Ünsizadələri Amerikada axtamaq istəyirdi.Mən onu İstanbula yönəltdim.Zaur babalarını axtarmaq üçün İstanbula üz tutdu.Biz İstanbul və Ankara Ünsizadələrinin şəkillərini elmi ictimaiyyətin nəzərinə yönəltdik. Ən əsası Səid Əfəndinin və onun qardaşı Cəlal Əfəndinn şəkilləri hörmətli dostumuz Akif Aşırlının Mətbuat Muzeyinə düşdü.
Mənə elə gəlir ki,Zaur Amerika axtarışlarına da başlamalıdır.Ünsizadələrin qohumlarının bir neçəsinin -Atamalıbəyovların Amerika qohumlarında da maraqlı materiallar ola bilər.Bu günlərdə Səid Ünsizadə nəslinin İstanbulda var olan nəvələrindən birinə -FACEBOOK dostum Ahmet Ünsi Arkuna sörğu göndərmişdim:
Hörmətli Arkun Bey Efendi Ünsi. Salam.
Cavan Arkunlara tapşırın ki,mənimlə əlaqə saxlasınlar.Mən Ünsizadələri (Ünsiləri) bütün dünyaya mütləq tanıdaçağam!!!
Mümkünsə, İsmayıl Şilyanski və Seyfulla Atamalıbəyov haqqında,eləcə Cəlaləddin (Cəlal) haqqında mənə məlumat verin. Yazıları türkcə də, ingiliscə də yaza bilərlər. Bu iş çətidirsə, advokat (hüquqçünas ) Arkunlardan xahiş edin ki, dünya ziyalıları Ünsizadə Səidi (Sait Ünsini) yaxşı tanısınlar.
Qoy dünya bilsin ki, Sait Ünsi türk dünyasının fazillərindən biridir.
30.04.2019.
P.S.Sait Ünsinin olum və dünyadan köçmə tarixini belə yadda saxlayın.
(1842,Şamahı(Şirvan)-1903,İstanbul)
[email protected]
Ömrünün ahıl çağlarını yaşayan Ahmet Arkun Ünsidən cavab gəldi:
resmın sol üst başındakı Salıha Pıraya ARKUN'DUR. Dıgerleri onun arkadaşlarıdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq.
01.05.2019.
Ədəbiyyat siyahısı
1."Ziya" qəzeti(25.01.1879-26.06.1884)
2." Tonğuç " jurnalı,Tiflis,1881.
3.Hacı Səid Əfəndi Ünsizadə.Təhzibül-əxlaq.Tiflis,15 mart1882.128
4.Azərbaycan Prezidenti Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"
18 iyun 2001- ci il tarixli 506 nömrəli Fərman
5.Nazim Nəsrəddinov.Türkdilli mətbuatımızın «Ziya»lı səhifələri və yaxud qaranlıqda və
alatoranlıqda qalan «Ziya» qəzeti. "Məktəb məcmuəsi". 03.01.2019
6..Nazim Nəsrəddinov . Maarif və mədəniyyət tariximizdə silinməz imzalar-
Ünsizadə qardaşlar. "525-ci qəzet". 21.02.2015.
7.Nazim Nəsrəddinov. Ziya-135 və yaxudtürk dünyasının Tiflisdən boylanan
günəşi. Ayna.az. 21.01.2014
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM