Azərbaycan Respublikasının Əməkdar müəllimi
S.Ə.Şirvaninin bu şeiri "Əkinçi" qəzetinin 01.09.1877-ci il tarixli 18-ci nömrəsinin əlavsində çap olunmuşdur. Təəssüf ki, qəzetin bu əlavəsinin materialları 1979-cu ildə Bakıda nəşr olunmuş "Əkinçi .1875-1877.(Tam mətni)"transliterasiya kitabına düşməmişdir. Nəşrin tərtibçisi Turan Həsənzadə, redaktoru Əziz Mirəhmədovdur. S.Ə. Şirvaninin "Qəzet nədir" məsnəvisində qəzetin ictimai fikir tarixindəki rolu yüksək qiymətləndirilir. Şair türkdilli oxucuları "Əkinçi"nin müdafiəsinə çağırır, qəzeti "pul tələsi" adlandıranlara acı-acı gülür:
"Bilməmiş rəmzini bu dünyanın
Söyləyir halını Amerkanın?
Hiç doğru deyil bunun nəfəsi,
Nə qəzetdir? Tamam pul tələsi.
Dedim: - Ey cahili-kərihxitab,
Gərçi nadanə yoxdu hiç cavab
Bu qəzet kim, olub cahanda bina,
Bunu kim ixtira edib aya?
Hansı millət bunu edib icad?
Hansı dövlət edib ona imdad?
Nədir ol millətin görək qərəzi,
"Həst əlbəttə dər diləş mərəzi" *(Tərcüməsi -Əlbəttə,ürəyində dərdi var-N.N. )
Hamı millətdə var qəzetlər çox
Demə kim, bunda hiç faidə yox.
Qəzetin çoxdu xəlqə mənfəəti,
Nə bilir kim ki, yoxdu mərifəti? "
S.Ə.Şirvani şeirin əvvəlində qəzetə nadancasına qiymət verən bir nəfəri elə o cahilin öz sözləri ilə ifşa edir:
Dün sual etdi bir nəfər cahil-
Ki,qəzetdən nədir bizə hasil?
Bu Həsən bəy nə istəyir bizdən,
Doldurub aləmi quru sözdən,
Danışır gah əkin,ziraətdən,
Gah maşın, gah özgə sənətdən,
Şərh edir gah süd qayırmağı-
Ki, qatıqdan belə çəkin yağı "....
Əslində cahilin sözləri "Əkinçi"nin ideya istiqamətlərini öyrəməyə xidmət edir. Bu, düşünülmüş bir həsbi-haldır. S.Ə.Şirvani türkdilli mətbuatımızin ilk müxbirlərindən biridir. Onun bu fəaliyyəti türkdilli oxuculara həm nəzm, həm də nəsrlə çatdırılmışdır. Həm "Əkinçi"də, həm də Ünsizadə qardaşlarının "Ziya" və "Kəşkül" adlı mətbu orqanlarında də S.Ə.Şirvaninin onlarla müxbir məktubları vardır. Şairin bir neçə müxbir məktubu Səid və Cəlal Ünsizadələrin yazdıqları xülasələrdə verilmişdir. Təəssüf ki, S.Ə.Şirvaninin 2005-ci ildə latın qrafikası ilə nəşr edilən 3 cildliyinə düşməmişdir. Bu, yaxşı çap işininn bağışlanılmaz qüsurlarıdır. Müxbir məktublarından və eləcə də məzkur şeirdən məlum olur ki, görkəmli şair ana dilli mətbuatla yanaşı, rusdilli mətbuatı da ciddi mütaliə edirmiş.
S.Ə.Şirvani rus dilini bilirdi.Bu bilik ona rus dilində şeir yazmaq qabiliyyəti vermsə də, hər halda S.Ə.Şirvaninin Şamaxıdakı rusdilli məktəbdə Avropada təhsil almış qabaqcıl əcnəbi məllimlərlə bir pedaqoj kollektivdə işləməsi görkəmli şairin türk mətbuat tarixindəki fəaliyyətində əhəmiyyətli rol oynamışdır. Seyid Əzimin "Qəzet nədir" şeirində Tiflisdə nəşr olunan "Kavkaz" və "Tiflisski vestnik" qəzetlərini təqdir etməsi , "Əkinçi"nin bu qəzetlərdən məqsədəyönlü şəkildə faydalanması bir çox nəsnələri incələməyə kömək edə bilər. Məlumdur ki, Həsən bəy Məlikzadə Zərdabi "Əkinçi" qəzetinin hər nömrəsi üçün Avropa mətvuatına da müraciət edirdi. Hacı Seyid Əzim Şirvaninin Zərdabiyə verdiyi dəyərli qiymətdə bu, xüsusilə vurqulanır
Şeir də məhz bu fikrin təsdiqinə sübut olan misralarla qurtarır:
Gah Peterburqdan olur guya,
Gah olur Hindi-Şərqdən peyda.
Gah Dunaydan qəzet verir xəbəri,
Gah Parisdən gəlir onun əsəri.
Kəşf edir karxanədən səməri,
Söyləyir hər kraldən xəbəri.
S.Ə.Şirvaninin və eləcə də XIX əsrdə yaşamış digər maarifçilərimizin krallardan xəbər söyləyən məqalələrə və xəbərlərə üstünlük verən türkdilli mətbu orqanlarla əmkdaşlığının sistemli şəkildə öyrənilməsi fikir və düşüncə tariximiz üçün geniş üfüqlər aça bilər. Bu barədə ciddi fikirləşmək lazımdır.
QƏZET NƏDİR? məsnəvisi
( S.Ə.Şirvani. Əsərlri, 3 cilddə.II cild, Bakı, 2005. səh.57-59)
Dün sual etdi bir nəfər cahil –
Ki, qəzetdən nədir bizə hasil?
Bu Həsənbəy nə istəyir bizdən,
Doldurub aləmi quru sözdən
Danışır gah əkin, ziraətdən
Gah maşın, gah özgə sənətdən.
Şərh edir, gah süd qayırmağı –
Ki, qatıqdan belə çəkin yağı.
Pendiri öyrədir ki, böylə tutun,
Saxlayıb artıcaq bahaya satın
Gah Amcrikadan eyləyir kim yad
Bu sifət bir maşın olub icad.
Nəyə lazımdı bizlərə maşın,
Nə üçün xəlqin aldadır başın?
Babamız görməmişdi maşın işi
İngilis kimi tovlayır bu kişi.
Dad edir ki, gərəkdir elm oxumaq,
Çəkmə tikmək və ya ki çit toxumaq
Biz məgər bümirik yağı tutmaq,
Pendiri saxlayıb pula satmaq?
Çöldə hər övrəti-Qarabaği
Nehrədə çalxayır gözəl yaği.
Biz məgər bilmirik taxıl biçmək?
Nəyə lazımdı maşın öyrənmək?
Şöxmə vacibdi çünki beş cüt kəl,
Biçinə çin gərəkdi, xırmana vəl.
Nə gərəkdir yazib ki, ol sadə
Fəhlələr cəng edir Amerkadə
Bilməmiş rəmzini bu dünyanın
Söyləyir halını Amerkanın
Hiç doğru deyil bunun nəfəsi,
Nə qəzetdir? Tamam pul tələsi.
Dedim: - Ey cahili-kərihxitab,
Gərçi nadanə yoxdu hiç cavab
Bu qəzet kim, olub cahanda bina,
Bunu kim ixtira edib aya?
Hansı millət bunu edib icad?
Hansı dövlət edib ona imdad?
Nədir ol millətin görək qərəzi,
"Həst əlbəttə dər diləş mərəzi" *(Əlbəttə,ürəyində dərdi var- tərcüməsi)
Hamı millətdə var qəzetlər çox
Demə kim, bunda hiç faidə yox.
Qəzetin çoxdu xəlqə mənfəəti,
Nə bilir kim ki, yoxdu mərifəti,
Nə deyim, vəhyi-asimanidir ol,
Leyk ərbabi-hal canıdır ol
Ümmül-əxbar, müxbirül-asar,
Kaşifür-rəmz, vacibül-əsrar,
Leyk vacibdü şərh edim hali
Səni filcümlə eyləyim hali
Rayizi-malikani- vadiyi-şövq,
Qaidi-sakinani-aləmi-zövq
Rəhbərü rəhnəvərdü rahnüma,
Cəbrəili-əmini-əhli-səfa.
Özünə eyləyib həmiyyəti fərz –
Ki, edə aləm içrə teyyül-ərz
Gah olur əsbi-telqrafə səvar
Şərqdən Qərbə söyləyir əxbar.
Gəh qılır poçtaxanələrdə məqam,
Xəlqə əxbar eyləyir elam.
Nə qəzet, mayeyi-səadətdir
Nə qəzet, eyni-etmi-hikmətdir
Xassə 'Tiflisski Vestnik"in xəbəri
Yetişir əhli-aləmə səməri.
Bir qəzetdir ki, sadiqül-əxbar
Müştərisi nücum tək büsyar.
Xassə "Kavkaz" ki, əhli-Qafqazə
Hər zaman bir xəbər verir tazə.
Xassə ol kim, "Əkinçi"yi-dana,
Əhli-islamı eyləyib ehya
Gah Peterburqdan olur guya,
Gah olur Hindi-Şərqdən peyda.
Gah Dunaydan qəzet verir xəbəri,
Gah Parisdən gəlir onun əsəri.
Kəşf edir karxanədən səməri,
Söyləyir hər kraldən xəbəri.
****
Ədəbiyyat siyahısı
1. "Əkinçi" qəzeti,N 18(əlavə), 01.09.1877
2. "Əkinçi" (tam mətni).Bakl,1979
(Tərtib edəni-Turan Həsənzadə,redaktoru - Əziz Mirəhmədov)
3. S.Ə.Şirvani. Əsərləri, 3 cilddə. II cild, Bakı, 2005. səh.57-59.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM