"Mürəttib: M.Ə.R"!  Siz kimsiniz?

10:03 / 06.05.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

"Həyat" qəzetinin 14 dekabr 1905-ci il tarixli 118-ci nömrəsində dərc olunmuş bir məqalə diqqətimi cəlb etdi. Görəsən, əsl imzasını oxuculardan gizlədən "Mürəttib M.Ə.R" kimdir? Haqqında az-çox xəbərim olan mürəttibləri xatırlamağa çalışdım. Müqayisələr apardım, mətbuat tarixinə aid araşdırmaları çözələdim. Uyğun gələni tapılmadı. Görkəmli publisist, araşdırıcı, mətbuat tariximizin yaxşı bilicilərindən olan Qulam Məmmədlinin "İmzalar" adlı soraq kitabçasındakı "Mürəttib"lərin də heç biri uyğun gəlmədi.

***

Onda 1992-ci ilin oktyabrı idi. O vaxt Qulam müəllim 96 yaşın içində idi. Bir neçə il idi ki, arxivlərdə görünmürdü. Yəqin ki, indi başqa qayğılarla yaşayırdı. Odur ki, ona müraciət etmək fikrindən çəkindim. Gümanım yüz yerə gedirdi. Yazı üslub və məzmununa görə M.Ə.Rəsulzadənin yazısına oxşayırdı. Mürəttiblik və M.Ə.R kriptonimi (M-Məhəmməd; Ə-Əmin; R-Rəsulzadə) də M.Ə.Rəsulzadə ehtimalını daha da artırırdı. Təəccüblüdür ki, M.Ə.Rəsulzadə irsinin əsas tədqiqatçılarından biri olan Ş.Hüseynovun tərtib etdiyi topluda da (M.Ə.Rəsulzadə. Əsərləri.B.,1992-ci il) bu məqalə yoxdur. M.Ə.Rəsulzadəyə aid olduğuna əmin olduğumuz "Mətbəələrimizə dair" adlı məqaləni o vaxtlar yazıçı Cəmil Əlibəyovun redaktor olduğu "Novruz" qəzetində çap etdirdim. ("Novruz" qəzeti,30.10.1992-ci il, N 40 ). Filologiya elmləri doktorları Xeyrulla Məmmədov və Murtuz Sadıqov yazını bəyəndilər. (Bir sıra elmi yazılarımı çap etdiyinə görə "Novruz" qəzetinin yaradıcı kollektivini həmişə xatırlayıram).

***

M.Ə.Rəsulzadənin ƏSƏRLƏRİ toplusunsa düşməyən yazısını müasir oxuculara təqdim edirəm. "Mətbəələrimizə dair" ("Həyat" qəzeti,14.12.1905, N 118 )

Müəllifi : Mürəttib M.Ə.R.

Bizim müsəlmanlar hər bir cəhətdən geridə qalıb, bütün işləri binizam olan kimi, mətbəələri dəxi binizamdır.

Məsələn, hürufat xəzinəsini (qassəsini) alalım. Bunun adını müsəlmanca (azərbaycanca-N.N.) eşitmədiyimizdən özümüzdən ad qoyub, "hürufat xəzinəsi" deyirəm. Bu hürufat xəzinəsi məmalik (məmləkətlər-N.N.) islamiyyənin hər yerində bir tövr deyil. Məsələn, Bakı mətbəələrində qassələr bir tövrdür, Tiflisdə ayri tövrdür. Əgərçi tərzi ilə yerinə tökülməyibdir. Həmçinin İçəri Rusiyada olan müsəlman (qassə)ləri bir ayrı şəkildədir. Xorasanda isə eşitdiyimizə görə xasdır (özlərinə məxsusdur-N.N.). Orada bir növ (qassə) qayurublər ki, tuli ( uzunluğu_N.N.) bir sajından uzun olub, eni də arşın yarımacan olan uzunluqda və iki barmaq enindədir. Və yenə Bakı mətbəələrinin birində bir tövr (qassə) var ki, onu qədim zamanda Bakıda müsəlmani qassə olmayanda bir nəfər mürəttib icad edibdir və indiyə kimi durur və qassədə də o mürəttibdən başqə, heç kəs düzə bilməz. Bu səbəblərə görə hərgah bir mürəttib bu şəhərdən o biri şəhərə və yəniki bir məmləkətdən o biri məmləkətə keçsə, gərək ki, ac qalsın və yəniki qalmasa da bir aya kimi gərək qüvvəti-ləyamutə (əbədilik qüvvəsinə-N.N.) davam edib, qassəni mütaliə edib ögrənsin, sonra işləməyə başlasın. Bir böylə zamanda ki cəmi xarici millətlərin mürəttibləri şəhərlərdə özləri üçün cəmiyyətlər təxşis (tanıma-N.N.)  verib, ehtiyat sərmayəsi yığırlar, yainki bikar vəqtlərində ac qalmasınlar və bir şəhərdən o biri şəhərə gedib, özlərinə iş tapanacan o pul ilən güzəran etsinlər. Biz müsəlman mürəttibləri kar və kor adamlar kimi dayanıb baxırıq, guya heç bir adamlardan deyiliz. Qardaşlar, biz cəhalətimizdən cəmiyyətlər təşkil edib, ehtiyat sərmayəsi yığmaqdan və xarici mürəttib yoldaşlarımıza qoşulmaqdan ürkürükisə, laməhalə (heç olmasa-N.N.) öz qassələrimizi tərtibə salaq və hamısını bir tövrdə edək, yainki bir qərib vilayətə gedəndə ac qalıb, qeyrilərə möhtac olmayaq və buna görə lazımdır ki, qassələrimizi Osmanlı və Misir qassələri tərziylə edək, çünki onlar mətbəə işlərində bizdən çərxdədirlər (yüksəkdədirlər-N.N.). Onların qassələri bizlərinkindən səliqəlidir. O tövr qassələrdən düzülən xətlər bizlərinkindən gögçəkdir və düzülməsi də asandır. Mürəttib qardaşlar! 


Hər cəmaət, hər sinif sənətkarları öz hallarını və güzəranlarını yaxşılaşdırmağa çalışırlar. Nə üçün gərək biz çalışmayaq? Məgər bizə insanlıq lazım degil? Məgər biz insan degiliz? Çalışmaq lazımdır. Baxmaq ilən heç zad olmaz. Və bir də bizim bəzi müsəlman mürəttiblərimizin əqidəsi bunadır ki, şagird ögrətmək lazım degil, çünki onlar sonragəlib, bizim çörəyimizə guya mane olarlar. Bilmək olmayır ki, bunlar bu əsri görməyirlər? Bu elmin tərəqqisini və çap işinin artmasını başa döşməyirlər? Bə ya inki özlərinin dünya uzunu yaşamalarına inanırlar? Xaricilər bizim dilimizin mürəttibligindən çörək yeyirlər. Amma biz öz millətimizin balalarına (bunu-N.N.) ögrətmək istəməyürük, yainki onlarda çörək yesinlər... "Mürəttib M.Ə.R" Yazının sonunda "Həyat" qəzetinin idarə heyəti məqalədə qaldırılan məsələlərə "İDARƏDƏN" qeydi ilə öz münasibətini bildirir.

Qeyd edək ki, "İDARƏ"ni təmsil edən "Həyat"ın müdir və mühərrir Əli bəy Hüseynzadə idi. İdarədən Müsəlman mürəttibligi sənətinin də tərəqqisi lazımdır. Bu da cəmiyyət və üzviyyət (orqanizasiya) ilə olur. Əvvəllər hər şəhərin mürəttibləri yerli bir cəmiyyət təşkil edirlər və bu cəmiyyətlərdə öz nəqavislərini (nöqsanlarını-N.N.) mövqeyi-müzakirəyə qoyarlar. İkmal (mükəmməlləşdirmə-N.N.) çalışarlar, sonra bir ölkənin, Qafqazın, məsələnbəladidindən (bəla görmüşündən-N.N.) iki-üç ildə bir kərə vəkilləri bir şəhərə yığıb, məşvərət edərlər, sonra işi daha böyüdüb, beynəlmiləl bir islam mürəttib konqresi dəvət edərlər...

O vəqt qassə də və sair ehtiyaclar da yoluna girər!

Anladınızmı?


P.S. 1.Bir ildən sonra Məhəmməd Əmin Rəsulzadə Bakıda "Molla Nəsrəddin"ə vəkillik edir (İstədiyiniz kimi başa düşə bilərsiniz-N.N.). 2....dekabr ayının əvvəlindən təzə 1908-ci il üçün abunə dəftərimiz açılır.

...Bakıda məcmuəmizin vəkilləri "İrşad" idarəsində -"Nicat" cəmiyyətinin sədricənab Məhəmmədəmin Rəsulzadə və Parapetdə"Nadejda" kontorunda məzkur (həmin-N.N.)cəmiyyətin xəzinədarıcənab Əsədulla Axundovdur.("Molla Nəsrəddin" jurnalı, 09 .12.1907-ci il, N44,səh.2)

 


Ədəbiyyat

1. Mürəttib Mətbəələrimizə dair. "Həyat" qəzeti. 14.12.1905-ci il, N118


2. Nazim Nəsrəddinov . Mətbəələrimizə dair .. "Novruz" qəzeti. 30.10.1992-ci il, N 40 (95.


3."Molla Nəsrəddin" jurnalı. 09.12.1907-ci il , N44, səh.2


4.Ərəb və fars sözləri lüğəti. Bakı,1967.(kult.az)

5.В.Г.Дмитриев.Скрывшие свое имя.  Издательство "Наука",   Москва. 1977



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM